Ancelina Coli qəzaya düşdü

39 yaşlı aktrisa Ancelina Coli avtomobili ilə qəzaya uğrayıb.

ANS PRESS-in məlumatına görə, aktrisa Los-Ancelesdə film nümayişindən sonra evə qayıdarkən yol-nəqliyyat hadisəsinə düşüb.

İlkin ehtimala görə, qəzaya səbəb əlverişsiz hava şəraiti və yüksək sürət olub.

Maşının buza görə iki təkəri partlayıb və sürücü idarəetməni itirərərək səkiyə çırpılıb.

Hadisə zamanı hollivud aktrisası bərk qorxub. Xoşbəxtlikdən altı uşaq anası xəsarət almayıb. …read more

From:: ANS

      

Putin Türkiyədə pis vəziyyətdə yaxalandı (FOTO)

Rusiya prezidenti Vladimir Putin Türkiyə səfəri çərçivəsində arzuolunmaz vəziyyətdə kameraların obyektivinə düşüb.

ANS PRESS-in məlumatına görə, Prezident Sarayındakı qarşılanma mərasimində Putin “mərhaba əsgər” sözləri yazılmış kağızı cibindən çıxarıb oxuyub. Bundan sonra rəsmi prosedura uyğun olaraq əsgərləri salamlayıb.

Qeyd edək ki, bu vəziyyət Putin üçün xarakterik deyil. Belə ki, sovet xüsusi xidmət orqanlarında işləmiş Putin analoji səfərlərdə getdiyi ölkənin dilində əsgərləri salamlayan zaman konspektdən istifadə etməyib.

…read more

From:: ANS

      

Millimiz Albaniya və Yaponiyaya rəqib oldu

Valentin Qranatkinin xatirəsinə həsr olunan ənənəvi beynəlxalq turnirin püşkatma mərasimi keçirilib.

ANS PRESS-in məlumatına görə, gələn ilin 3-11 yanvar aralığında Sankt-Peterburqda baş tutacaq turnirdə əvvəlki kimi 16 yox, 18 komanda mübarizə aparacaq.

Azərbaycan yığması F qrupunda yer alıb. Millimiz bu qrupda Yaponiya və Albaniya ilə qarşılaşacaq.

Qeyd edək ki, yarışda 1997-cü il təvəllüdlü futbolçular iştirak edəcək.

A qrupu: Rusiya, Litva, Moldova
B qrupu: Belarus, Estoniya, Latviya
C qrupu: Bolqarıstan, Sloveniya Qazaxıstan
D qrupu: Slovakiya, Sankt-Peterburq, Latviya-2
E qrupu: Moskva, Cənubi Koreya, Finlandiya
F qrupu: Yaponiya, Albaniya, AZƏRBAYCAN …read more

From:: ANS

      

Məscidi yandıranların ən son görüntüləri (VİDEO)

Bakının Suraxanı rayonunda Qaraçuxur məscidini yandıran iki nəfər həbs edilib. Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının keçirdikləri anti-terror əməliyyatı nəticəsində Bakının Binəqədi rayonunun, Biləcəri qəsəbəsində cinayəti törətməkdə şübhəli bilinən Namiq Nəsibov və Elnur Ələkbərov saxlanılarkən onların üzərində silah aşkar edilərək götürülüb.

ANS TV-nin məlumatına görə, Namiq Nəsibovun 2014-cü ilin avqust-sentyabr aylarında Suriyanın “PKK” terror təşkilatının nəzarətində olan ərazilərində gedən döyüşlərdə iştirak etdiyi müəyyən olunub. O, Kobani şəhərindən qayıtdıqdan sonra Elnur Ələkbərovla birgə “PKK” terror təşkilatının Azərbaycanda qanadı olaraq qeyri-rəsmi “Yekbun” təşkilatını yaradaraq tərəfdarlar toplamağa başlayıb. Hər iki şəxs sosial şəbəkələr vasitəsilə bu təşkilatın adından Bakıda aksiyaların keçirilməsinə çağırışlar ediblər. Namiq Nəsibov və Elnur Ələkbərov qrup halında İslam dininin “əhli-sünnə” təriqətinə mənsub və dini baxışlarına görə radikal saydıqları şəxslərə qarşı nifrətlərini nümayişkaranə şəkildə ifadə etmək, onların arasında qorxu və vahimə yaratmaq məqsədilə, terror planı hazırlayıblar. Qaraçuxur məscidi də bu niyyətlə yandırılıb.

Noyabrın 25-də axşam saatlarında Namiq Nəsibov və Elnur Ələkbərov izlənməkdən ehtiyat edərək bir neçə taksi dəyişməklə Qaraçuxur qəsəbəsinə gəliblər, müxtəlif yanacaqdoldurma məntəqələrindən 10 litr benzin alaraq şüşə qablara dolduraraq yandırıcı – partlayıcı vasitə hazırlayıblar. Saat 2 radələrində məscidin arxa və ön tərəfdə olan qapılarını sındıraraq orada yanğın törədərək qaçıblar.

Cinayətdə terrorçuluq əməlləri olduğundan işin istintaqı MTN-nin Baş İstintaq İdarəsinə həvalə edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən terrorçuluq, ictimai təhlükəsizliyi pozmaq, odlu silah əldə etmə maddələrilə cinayət işi başlanıb.

…read more

From:: ANS

      

Çeçenlər Putinə görə Türkiyədə ayağa qalxdı (FOTO)

Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri etirazlarla müşaiyət olunub.

ANS PRESS-in məlumatına görə, Qalatasaray Liseyinin qarşısında toplanan İnsani Müdafiə və Qardaşlıq Dərnəyinin (İMKANDER) mühacir məktəblərində oxuyan çeçen, tatar, dağıstanlı və krımlı təxminən 50 uşaq “İşğalçı Rusiya, Çeçenistandan rədd ol”, “Uşaq qatili Putin”, “Boyun əyməyəcəyik” və “işğalçı Rusiya, Qafqazdan rədd ol” plakatlarıyla yürüş ediblər.

Dərnəyin rəhbəri Murat Özer verdiyi açıqlamada bildirib ki, Rusiya çeçen müharibəsində 42 mini uşaq olmaqla ümumilikdə 250 min nəfəri öldürdüyü üçün bu gün qafqazlı uşaqlar Putinin səfərinə səssiz qalmayıblar.

Yürüş Rusiyanın İstanbul konsulluğu qarşısında başa çatıb. Uşaqlar qaldırdığı plakatları konsulluğun qapısı ağzına atıblar.

Putinin səfərinə Krım türkləri də sərt etirazını bildiriblər.

Krım Türkləri Mədəniyyət və Yardımlaşma Dərnəyinin üzvləri Rusiyanın Krım siyasəti səbəbiylə etirazlara başlayıblar.

“Rusiya Krımdan əlini çək” və “İşğalçı Rusiya Krımdan rədd ol” sözləri yazılmış plakatlar qaldırıb və oxşar məzmunlu şüarlar səsləndiriblər.

Krım türklərinin etirazına MHP-nin Bursa millət vəkili Necati Özensoy da dəstək verib.

…read more

From:: ANS

      

Turkic Azeri and Hazara Solidarity Network