Salyanda böyük qorxu yaşandı: yaralılar var

Salyan şəhəri ərazisində ağır yol qəzası baş verib.

ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, “Mercedes” markalı minik avtomobililə “KamAZ” markalı yük avtomobili toqquşub.

Qəza nəticəsində “Mercedes” markalı avtomobilin sürücüsü və 3 sərnişini xəsarət alaraq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər yaralıları nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır. …read more

From:: ANS

      

Deputat PKK-dan danışdı

Millət vəkili Fazil Mustafa Qaraçuxur məscidini yandıran şəxs barəsində danışıb.

ANS PRESS-in məlumatına görə, deputat qeyd edib ki, məscidi yandıran şəxsin PKK-lı olması təəccüblü deyil. Çünki bu terror təşkilatı üçün müqəddəs sayılan bir şey yoxdur:

“Guya kürd xalqının maraqlarını təmsil etdiyini iddia edən bu qurumun militanları Türkiyədə kürd uşaqlarının oxuduqları məktəbi yandırırlar ki, bu uşaqlar savadsız böyüsünlər və PKK üçün əsgər arsenalına çevrilsinlər. Yəni öz xalqının gələcəyinə də yanaşma tərzləri budur. Təəccüblüsü odur ki, bir neçə dəfə həmin şəxsin PKK simvollarını sosial şəbəkədə təbliğ etməsi, müxtəlif çağırışlar səsləndirməsi bu günədək müvafiq qurumların diqqətindən yayına bilib”.

Millət vəkilinin fikrincə, bu fakt əsassında Azərbaycanda PKK-nı rəsmi qaydada terrorçu təşkilat kimi tanımaq və onun mümkün strukturlarına qarşı mübarizə aparmaq fürsəti yaranıb:

“Bu addımı biz Türkiyənin xətrinə etdiyimizi düşünməməliyik, çünki Türkiyə hökuməti ilə PKK lideri Öcalan arasında əvvəlki vaxtlardan fərqli xeyli mehriban münasibətlər mövcuddur. Biz bunu öz təhlükəsizliyimizin təminatı üçün etməliyik. Bu gün məscidi yandıranların, sabah hansı addımlar atacaqlarını proqnozlaşdırmaq çətin deyil”, – deyə deputat qeyd edib. …read more

From:: ANS

      

Bakı-Quba yolunda iki yük maşını toqquşub

Bakı Quba yolunun 7-ci kilometrliyində, magistral yolun Abşeron rayonu ərazisindən keçən hissəsində iki yük avtomobili toqquşub. Qubadan Bakıya yük gətirən 34 yaşlı Mahmudov Zaur Əliağa oğlu havanın qaranlıq və yağmurlu olması səbəbindən Masazır dairəsi yaxınlığında, yolötürücü körpünün üstündə dayanmış “SHAGMAN” markalı digər yük avtomobilini görməyib. Nəticədə Zaur Mahmudovun idarə etditi “Reno” markalı yük maşını həmin avtomobilə çırpılıb. Zərbənin gücündən Zaur Mahmudovun olduğu avtomaşının kabinəsi yerə düşüb. Hadisə zamanı avtomobillər ziyan görsə də, xəsarət alan olmayıb.

Sürücü Zaur Mahmudovun sözlərinə görə, körpüdə nasaz vəziyyətdə dayanmış “SHAGMAN” markalı avtomobilin arxasında xəbərdar edici hər hansı bir nişan olmayıb. Elə bu da qəzanı qaçılmaz edib. Toqquşma nəticəsində deformasiyaya uğrayan yük avtomobilindən sürücü özü çıxıb.

Yol qəzasının dəqiq baş vermə səbəblərini əraziyə cəlb olunmuş polis araşdırır. …read more

From:: ANS

      

Bu uşağa heyran olacaqsınız (VİDEO)

Anadolu türklərinin azanı, bayrağı və dövlət himnini (İstiqlal marşı) müqəddəs tutduqları və nə qədər çox sevdikləri bir çoxumuza məlumdur. Sosial şəbəkələrdə yayılan, təxminən 3 yaşlı uşağın dövlət himnini oxumasını əks etdirən video isə bu fikri bir daha təsdiqləyir.

Videoda, hələ danışmağı əməlli-başlı öyrənməmiş bu uşaq 10 bənd və 41 misradan ibarət olan İstiqlal marşını başdan sona qədər əzbərə oxuyur.

Uşağın oxuması ilə yanaşı nümayiş etdirdiyi jestlər, mimikalar da görənləri heyran edir.

Öz dövlət himnini hələ də əzbər bilməyən böyüklər bu videoya baxaraq fikirləşməlidir, həm də çox.

Həmin videonu ANS PRESS oxucularına təqdim edirik:

Çocuklar Videoları …read more

From:: ANS

      

Bu gün magistraturaya qəbul imtahanıdır

TQDK Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının magistraturasına qəbul imtahanının I mərhələsini keçirir

ANS PRESS-in məlumatına görə, bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Silahlı Qüvvələrin Hərbi Akademiyasının magistraturasına qəbul imtahanının I mərhələsini keçirəcək

İmtahan Bakı şəhərində 1 binada 11:00-da başlanacaq və 2 saat 30 dəqiqə ərzində aparılacaq.

İmtahanda iştirak etmək üçün 100 nəfər namizəd qeydiyyatdan keçib.

İmtahanda namizədlərin test üsulu ilə məntiqi təfəkkürü, informatika və xarici dil bilmə səviyyəsi yoxlanılacaq.

Namizədlərə məntiqi təfəkkürün yoxlanılması üzrə 50, informatika üzrə 25 və xarici dil üzrə 25 test tapşırığı təqdim olunur. Hər bir fənn üzrə 5 sual açıq tipli test tapşırıqlarıdır. …read more

From:: ANS

      

Mədəndən daha bir işçi çıxarıldı (VİDEO)

Ərmənəkdə qəza baş verən mədəndə daha bir cəsəd tapılıb.

ANS PRESS-in məlumatına görə, Türkiyənin Karaman vilayətinin Ərmənək rayonunda 18 nəfər işçinin itkin düşməsi ilə nəticələnən kömür mədənində daha bir işçinin meyiti tapılıb.

Həftələrdir aparılan axtarış-xilasetmə tədbirləri nəticəsində bu gecə şəxsiyyəti hələ ki, məlum olmayan bir işçi çıxarılıb. Onun kimliyi aparılan DNT testindən sonra müəyyən ediləcək.

Qeyd edək ki, mədəndə uzun müddət davam edən axtarışlar nəticəsində 13 işçinin meyitini aşkar etmək mümkün olub. Qalan 5 mədənçi barədə hələlik məlumat əldə etmək mümkün deyil və axtarışları davam etdirilir. İşçilərin yerin 300 metr dərinliyində qaldığı ehtimal edilir.

1 İşçinin Daha Cansız Bedenine Ulaşıldı haberler …read more

From:: ANS

      

Turkic Azeri and Hazara Solidarity Network