Müsəlmanlardan kömək istədi

Roma Papası Fransisk müsəlman ölkələrə çağırış edib.

ANS PRESS-in məlumatına görə, Fransisk siyasi və dini liderlərdən İŞİD-in xristianlara qarşı etdiyi hücumlara qarşı çıxmasını xahiş edib.

İsrailin “Yedioth Ahronoth” qəzetinə müsahibə verən Papa xristianlıq tarixində ilk dəfə bu qədər pis duruma düşdüklərini bildirib.

Fransisk, xüsusilə müsəlman liderlərinə səslənərək xristianlar, yezidilər və digər etniklərə qarşı yaxşı rəftar edilməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, Papa 3 günlük rəsmi ziyarətlə sabah Türkiyəyə geləcək. …read more

From:: ANS

      

“Bakı 2015” Parisdə təqdim olundu (VİDEO)

Azərbaycan gələn il keçirəcəyi Avropa Oyunlarının xaricdə təqdimatını davam etdirir. Almaniya, Yunanıstan, Türkiyənin ardınca növbəti təqdimat Fransada baş tutub. Azərbaycanın birinci xanımı, Olimpiya Oyunları Komitəsinin rəhbəri Mehriban Əliyevanın iştirakı ilə Parisdə keçirilən bu dəfəki təqdimatda da hədəf Avropa Oyunlarına hazırlıq barədə məlumat vermək, Azərbaycanın mədəniyyət və incəsənətini nümayiş etdirməkdir.

ANS TV-nin məlumatına görə, Fransanın paytaxtında 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyununlarının təqdimat mərasimi keçirilib. Təqdimat mərasiminə Fransanın ictimai-siyasi dairələrinin nümayəndələri, mədəniyyət və idman xadimləri də qatılıblar.

“Bakı 2015”in təqdimatına toplaşanlara Azərbaycan heykəltəraşlarının ölkəmizdə ilk dəfə keçirilməsi nəzərdə tutlan Avropa Oyunlarına həsr olunan “Biz birlikdə” adlanan sərgi təqdim edilib.

Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə paytaxt Parisdə baş tutan təqdimat mərasimində, ölkənin birinci xanımı, oyunlarının təşkilat komitəsinin sədri Mehriban Əliyeva da iştirak edib.

Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mərasimdə çıxış edərək deyib ki, oyunların keçirilməsinə iki il yarım vaxt verilməsinə baxmayaraq Azərbaycanda hazırlıq işləri yüksək səviyədə aparılır.

“Lazım olan bütün tədbirlər həyata keçirilir. Təşkilat Komitəsi beynəlxalq idman qurumları ilə birgə çalışır. İnşa olunan bütün idman kompleksləri vaxtında tamamlanacaq. Və hər birində test yaraşmaları keçiriləcək ” – deyə Mehriban Əliyeva bildirib.

Ölkənin birinci xanımının çıxışının ardınca təqdimata toplaşanlar “Bakı 2015”ə həsr olunan filmə baxdılar.

Tədbirin sonunda Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin skripkaçı xanımlarından ibarət qrupu, maraqlı konsert proqramı ilə çıxış etdi.

İlk Avropa Oyunları Bakıda 21 məkanda keçiriləcək.

…read more

From:: ANS

      

Əfsanəvi futbolçu ölüm ayağında (VİDEO)

Əfsanəvi braziliyalı futbolçu Pelenin vəziyyəti yenidən pisləşib.

ANS PRESS-in məlumatına görə, 3 qat dünya çempionu San-Paulo klinikalarından birinin reanimasiya şöbəsinə köçürülüb.

Son ay ərzində 74 yaşlı Pele iki dəfə xəstəxanaya düşüb. Əvvəl braziliyalı mədə ağrıları səbəbindən xəstəxanaya yerləşdirilmişdi, sonra böyrəklərindən əməliyyat olunmuşdu. Daha sonra Pele sidik yollarının infeksiyasına görə xəstəxanaya müraciət etmişdi.

…read more

From:: ANS

      

"Fırtınalar meydanı"nda son durum (FOTO)

Təmirə bağlanan Lənkəran şəhər stadionunun qazonunda görülən işlərin artıq ilkin nəticəsi görünməyə başlayıb.

ANS PRESS-in məlumatına görə, artıq yenicə bitən ot örtüyü “Fırtınalar meydanı” ümumi görünüşünü dəyişib.

“Xəzər Lənkəran” bundan sonra növbəti ev oyunlarını doğma meydanda keçirəcək.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının XIII turunda “Xəzər Lənkəran”la əzəli rəqibi “Neftçi” arasındakı oyun Lənkəran şəhər stadionu təmirə bağlandığından Bakıda keçirilmişdi.

…read more

From:: ANS

      

Kim Çen In bacısına vəzifə verdi (VİDEO)

Şimali Koreya prezidenti Kim Çen In bacısına vəzifə verib.

ANS PRESS-in məlumatına görə, Kim bacısı Kim Yo-Jonqu Koreya İşçi Partiyasında idarəçi vəzifəsinə gətirib.

Şimali Koreya rəsmi mətbuatında yayımlanan məlumata görə, 27 yaşındakı Kim Yo Jonq partiyanın sədr müavini olub. Ölkə prezidenti paytaxt Pyonqyanqda bir çizgi film studiyasını ziyarət edib. Bu zaman Kimin bacısı da yanında olub.

Qeyd edək ki, prezidentin bacısı Kim Yo Jonq xalqa açıq fəaliyyətlərdə tez-tez qardaşının yanında yer aldığı bilinirdi. Cənubi Koreya milli xəbər agentliyi isə Seul rəhbərliyinin Kim Yo Jonqun partiyanın təbliğat dairəsində vəzifəyə sahib olduğunu qeyd edib.

…read more

From:: ANS

      

Sabiq nazir ifadə verdi (VİDEO)

Türkiyədə sabiq nazir Egemen Bağış bu gün Böyük Millət Məclisinin İstintaq Komissiyasına “şübhəli” qismində ifadə verib.

ANS PRESS-in məlumatına görə, komissiya AKP-dən olan millət vəkili Haqqı Kəndlinin başçılığı ilə toplanıb.

Məclisin İstintaq Komissiyasında iki saata yaxın şübhəli qismində ifadə verən sabiq Aİ naziri Egemen Bağış Rza Zərrabdan göndərdiyi şokolad və kostyumu qəbul etdiyini deyib: “Hədiyyələri aldım. Bunlar insanların əlaqə qurması üçün verilən hədiyyələrdir” deyən Egemen Bağış şokolad qutusunun içindəki 500 min dollar iddiasını rədd edib.

Müxalifətin “Rza Zərrab necə bir adamdır?” sualına isə sabiq nazir Zərrabı həyat yoldaşı Ebru Gündeş vasitəsilə ABŞ-dan tanıdığını söyləyib.

17 dekabr əməliyyatında istintaq sənədinə daxil edilən “rüşvət” iddiasını rədd edən Bağış “Rza Zərrabın paketdə göndərdiyi şokolad və köynək bir hədiyyə olub. Hədiyyə türk ənənəsidir” sözlərini deyib.

Komissiya sədri Hakkı Kəndli təxminən 2 saat davam edən sorğu-sualdan sonra jurnalistlərin suallarını cavablandırıb.

Digər iki nazirin komissiyaya nə zaman çağırılacağı ilə bağlı suala Kəndli “Hələ dəvət etməmişik” cavabını verib.

…read more

From:: ANS

      

Gürcülərdən görünməmiş oğurluq

Almaniyada tunel qazaraq qızıl mağazasından oğurluq edən gürcülər tutulub.

ANS PRESS-in məlumatına görə, altı Gürcüstan vətəndaşı Kölndəki qızıl mağazasından oğurluq etməkdə günahlandırılaraq həbs olunublar. Almaniya polisinin məlumatına görə, onlar bura tunel vasitəsilə daxil olublar.

Gürcüstanın “Rustavi-2” telekanalının məlumat verir ki, cinayətkarlar mağazadan 6 kiloqram dəyərində qızıl əşyaları oğurlayıblar. Onlar mağazanın zirzəmisinə tuneli qonşu binadan qazıblar. Oğurlanan əşyaların qiyməti 100 min avro dəyərində olub.

Qeyd edək ki, qızıl mağazasını qarət etmək oğrulara ikinci dəfə qismət olub. Birinci dəfə onlar mağazaya damdan daxil olmaq istəyiblər, lakin bu onlarda uğursuz alınıb. …read more

From:: ANS

      

Turkic Azeri and Hazara Solidarity Network