Bakıda yol polisini döydülər

Bakıda sürücü yol polisi əməkdaşına qarşı kobudluq edib.

ANS PRESS-in Lent.az-a istinadən məlumatına görə, bu barədə kobudluqla üzləşən yol polisi inspektoru, polis serjantı Mahmudov Elnur Emin oğlu Səbail rayon Polis İdarəsi, 9-cu Polis Bölməsinə yazdığı raportda bildirib.

E.Mahmudov qeyd edib ki, Azərbaycan prospekti 7 ünvanında (Daxili İşlər Nazirliyinin əsas binasının qarşısında) xidməti vəzifəsini yerinə yetirərkən “BMW X5” markalı, 10 FK 347 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünə nəqliyyat vasitəsini qadağan olunmuş yerdə saxladığı üçün xəbərdarlıq edib. Lakin avtomobilin sürücüsü yol polisi əməkdaşının iradına məhəl qoymayıb. Bundan sonra E.Mahmudov həmin vətəndaşa yenidən xəbərdarlıq edib və protokol yazıb. Sürücü isə buna etiraz edib və yol polisinə qarşı kobudluq edib.

Şikayətçi polis əməkdaşı bildirib ki, həmin sürücü onun kəmərindən tutaraq itələyib və yerə yıxıb. Araşdırmalardan sonra məlum olub ki, yol polisinə qarşı kobudluq edən şəxs Qubadlı rayonunun Dəmirçilər kəndində anadan olmuş, 1972-ci il təvəllüdlü Kərimov Kərimağa Tacəddin oğludur. Faktla bağlı araşdırmalar davam etdirilir. …read more

From:: ANS

      

Qurban Qurbanov Fransada iddialı danışdı

“Rəqibə hörmət edirəm. “Sent-Etyen”in möhkəm müdafiəsi, yaxşı komanda oyunu və fərdi güclü futbolçuları var. Rəqibimiz nadir hallarda qol buraxır. Bizim üçün çətin olacağını bilirik və həm də matç maraqlı keçəcək”.

ANS PRESS-in məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Sabah Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Sent-Etyen”lə qarşılaşacaq “Qaradağ”ın çalışdırıcısı bu gün Fransada mətbuat konfransı keçirib. Qurbanovu üstünlyün rəqib tərəfdə olacağını bildirib: “Rəqibin üstünlyü var. “Sent-Etyen” Bakıdakından daha fərqli oynayır. Rəqibin oyunlarına baxmışıq və təhlil etmişik. Onlara istədikləri oyunu sərgiləməyə imkan verməməliyik. İntizamlı və öz istədiyimiz kimi oynamağa çalışacağıq”.

Baş məşqçi 1/16 final şanslarından danışıb: “Növbəti mərhələyə çıxmaq üçün bizə nə qədər xal lazım olduğunu bilmirəm. Amma hələ 1/6 finala xal baxımından gücümüz çatmır. Bu, bizim xəyallarımıza mane olur. Sabah əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq. Buna da məcburuq”.

Qurbanov heyətdəki itkilərin hazırlığa təsir etdiyini deyib: “Bəzi aparıcı futbolçularımız zədəlidi. Əlimdə seçim imkanı azdı. Dünyada hər bir komandanın zədə problemi var. Çumbinyo və Danilo Diasın zədəsinin hazırlıqla bağlılığı yoxdu. Heyf ki, Reynaldo, Çumbinyo və Dias sabah oynamayacaq. Ancaq bu haqda çox düşünmək və bunu böyük problem hesab etmək digər oyunçulara mənfi təsir göstərə bilər. Futbolçuların motivasiyasını artırmalıyıq. Mən hər bir oyunçuma inanıram. Onlar da məsuliyyəti dərk edir və uğur üçün əllərindən gələni edəcəklər”. …read more

From:: ANS

      

"Srvena Zvezda" Bakıya gəlir

Bu gün qadın voleybolçular arasında CEV kubokunun 1/16 final mərhələsinin növbəti oyunları keçirilib.

ANS PRESS-in məlumatına görə, yarışdakı yeganə təmsilçimiz “Lokomotiv” cavab oyununu Bakıda keçirib.

Almaniyanın “Rote Raben” klubunu qəbul edən “Lokomotiv” 3:1 hesablı qələbə qazanıb. Səfərdə 3:0 hesablı qələbəyə sevinən təmsilçimiz 1/8 finala çıxıb.

Növbəti mərhələdə “Lokomotiv” Serbiyanın “Srvena Zvezda” klubu ilə qarşılaşacaq. İlk görüşünü dekabrın 9-11-də səfərdə keçiriləcək “dəmiryolçular” cavab qarşılaşmasına 1 həftə sonra Bakıda çıxacaq.

Qeyd edək ki, “Srvena Zvezda” Sloveniyanın “Kalsit” mübarizədən kənarlaşdırmaqla, mərhələ adlayıb. Onlar da “Lokomotiv” kimi səfərdə 3:0, evdə 3:1 hesabı ilə qələbə qazanıblar.

CEV kuboku
1/16 final
Cavab oyunu

26 noyabr

Lokomotiv (Azərbaycan) – Rote Raben (Almaniya) 3:1 (25:22; 25:23; 22:25; 25:17)
Hakimlər: Alim Batyuk (Ukrayna), İskra Zidaniç (Xorvatiya). …read more

From:: ANS

      

Özünü körpüdən atmaq istədi (FOTO, YENİLƏNİB)

Metronun “Koroğlu” stansiyası yaxınlığında intihar etmək istəyən gənc xilas edilib.

ANS PRESS APA-ya istinadən məlumatına görə, FHN-in psixoloq heyətinin körpüdən özünü atmaq istəyən1990-cı il təvəllüdlü Şahmarov Şəhriyar Müqəddim oğlu ilə apardığı danışıqlar müsbət nəticə verib.

Gənc təhlükəsizlik qaydalarına əməl etməklə körpüdən endirilib və aidiyyatı üzrə təhvil verilib.

22:43
Metronun “Koroğlu” stansiyası yaxınlığında bir gənc körpüyə çıxaraq intihar edəcəyini bildirir.

ANS PRESS-in APA-ya istinadən məlumatına görə, körpüdən özünü atmaq istəyən şəxs 1990-cı il təvəllüdlü Şahmarov Şəhriyar Müqəddim oğludur.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Onlar Ş. Şahmarovu fikrindən daşındırmaq üçün danışıqlar aparırlar.

…read more

From:: ANS

      

Turkic Azeri and Hazara Solidarity Network