ABŞ kəşfiyyatı Senata hesabat verdi

ABŞ Dövlət Departamenti Dövlət katibi Con Kerrinin Senatın Mərkəzi Kəşfiyyat Agentliyinin dindirilmə praktikasına dair gələn həftə açıqlayacağı hesabatının geniş mənada gətirib çıxara biləcəyi nəticələrilə bağlı suallar qaldırdığını bildirib.

Dövlət Departamentinin sözçüsü Cen Psaki cümə günü bildirib ki, Con Kerri hesabatı demokrat senator Dayan Faynşteynlə müzakirə edib. Lakin Dövlət katibinin senator Faynşteyni hesabatın açıqlanması tarixini təxirə salmağa çalışdığı deyilmir. Psakinin sözlərinə görə, hesabatın açıqlanması tarixini senator Faynşteyn müəyyən edəcək.

Dövlət Departamentinin sözçüsü bildirib ki, Dövlət katibi Kerri hesabatın gələn həftə açıqlanması haqda qərar verilərkən onun xarici siyasət sahəsində təsirlərinin nəzərə alındığına əmin olmaq istəyib.

Cen Psaki Birləşmiş Ştatların İŞİD-ə qarşı mübarizəyə başçılıq etdiyini və bir sıra amerikalının dünya ölkələrində girov saxlandığını əlavə edib.

Senatın Kəşfiyyat Komitəsinin 6 min 200 səhifədən ibarət hesabatı yaxın günlərdə açıqlayacağı gözlənilir.

Hesabatla artıq tanış olanlar orada Mərkəzi Kəşfiyyat Agentliyinin artıq qadağan edilmiş “suda boğma” kimi dindirilmə praktikasına dair daha ətraflı detalların açıqlandığını bildirib.

Hesabatda 2001-ci il 11 sentyabrda Nyu-York və Vaşinqtona terror hücumlarından sonra terror şübhəlilərinin sorğu-sual edilmək üçün ABŞ-ın kəşfiyyat orqanları tərəfindən xarici ölkələrdən Amerikaya gətirildiyi dövrü əhatə edir.

Prezident Barak Obamanın ilk dəfə olaraq avqust ayında Vaşinqtonda hökumətin 11 sentyabr hadisələrinə reaksiyasından danışarkən “işgəncə” sözünü işlətməsi şok kimi qarşılanmışdı. …read more

From:: ANS

      

Putin Kiyevi hədələdi

Rusiya prezidenti Vladimir Putin Ukraynanın ərazi bütovlüyünü tanıdığını bildirib.

ANS PRESS-in məlumatına görə, Fransa prezidenti Fransua Ollandla görüşdən sonra keçirilən mətbuat konfransında jurnalsitlərin suallarını cavablandıran Putin qeyd edib ki, Rusiya Ukryananın ərazi bütövlüyünü dəstəkləyir:

“Ancaq rəsmi Kiyevin ölkənin şərqində həyata keçridiyi hərbi əməliyyatlar Ukraynanın suverenliyini təhlükə altında qoyur. Ümid edirəm ki, Ukraynada hər şey yenidən öz axarına düşəcək. Ukraynanın şərq bölgəsi ilə münasibətlər əvvəlki səviyyədə qurulacaq. Əks təqdirdə Ukraynanın ərazi bütövlüyünü təsəvvür etmək çətindir”. …read more

From:: ANS

      

Qroznıdan son görüntülər (FOTO)

Ötən gecə yaxşı silahlanmış terrorçu dəstəsi Çeçenistan Respublikasının paytaxtına hücüm etmişdi.

ANS PRESS-in məlumatına görə, terrorçuların hücümu nəticəsində 10 polis həlak olub, 28 nəfəri yaralanıb.

Atəş nəticəsində çap evinin binası yanıb, quldurların barrikada qurduğu Qroznı №20-i məktəb zərər çəkib. Polis 10 terrorçunu məhv edib.
Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov yeni ilədək çap evinin bərpa etməyi əmr edib.

Qroznıya hücum faktı üzrə cinayət işi qaldırılıb.

…read more

From:: ANS

      

Qurban Qurbanovun oğlu "Qarabağ"a 2 qol vurdu (FOTO)

AFFA-nın müxtəlif yaş qrupları arasında təşkil etdiyi yarışlarda növbəti turun oyunları keçirilib.

U-13 liqasında “Qarabağ»la “Neftçi» komandaları qarşılaşıblar. Matçda “Neftçi»nin heyyətində oynayan Qurban Qurbanovun oğlu Musa Qurbanlı, Qarabağın qapısına 2 qol vurub.

Matç “Neftç”inin 4-0 hesablı qələbəsi ilə başa çatıb.

…read more

From:: ANS

      

"Qarabağ"ın rəqibi uduzdu

Ukrayna çempionatında XIV turun oyunları keçirilib.

ANS PRESS-in məlumatına görə, Avropa Liqasında “Qarabağ”la eyni qrupda qərarlaşan “Dnepr” “Zarya”nın qonağı olub.

Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Dnepr”in yeganə qoluna son dəqiqədə Yevgeni Konoplyanka imza atıb. “Qarabağ”ın rəqibi 14 oyundan sonra 28 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Qeyd edək ki, “Qarabağ” Kiyevdə “Dnepr”i 1:0 hesabı ilə yenib, Bakıda uduzub – 1:2. …read more

From:: ANS

      

“Grammy Awards” mükafatına namizədlər açıqlandı

ABŞ-ın Los-Anceles şəhərində musiqi dünyasının ən nüfuzlu mükafatlarından biri olan “Grammy Awards”a namizədlər elan olunub. Mükafat ABŞ-ın Milli incəsənət akademiyası tərəfindən yüksək musiqi nailiyyətinə görə təqdim olunur.

Bu il namizədlərin adları gün ərzində CBS kanalı ilə elan edilib.

“Grammy Awards” mükafatının 57-ci təqdimetmə mərasimi Los-Anceles şəhərindəki 21 min tamaşaçı tutumuna malik “Stepls” idman və əyləncə kompleksində keçiriləcək.

Qeyd edək ki, bu mükafatın ilk təqdimatı 1959-cu il mayın 4-də Frenk Sinatranın aparıcılığı ilə keçirilmişdi. …read more

From:: ANS

      

Qızlar 12 yaşlı oğlanı intihara məcbur etdi

Amerikada 12 yaşlı oğlan sinif yoldaşlarının ona sataşdığına görə özünə qəsd edib.

ANS PRESS-in məlumatına görə, bu haqda “Independent” bildirib.

Polisin sözlərinə görə, oğlanın sinif yoldaşları dəstək qrupunun üzvü olduğuna görə ona daim sataşıblar. Ronin Şimiçu teatr dairəsində oynayıb, həmçinin dəstək qrupunun kişi cinsindən tək üzvü olub.

Ölümünə az qalmış, Ronin məktəbdən çıxıb ev təhsili proqramına yazılmışdı. Oğlanın oxuduğu məktəbdən təsdiq ediblər ki, onun valideynləri bir neçə dəfə ona daim sataşdıqları haqda şikayət ediblər. …read more

From:: ANS

      

Kadırov yaraqlı ilə danışır (VİDEO)

Qroznıya hücüm etmiş yaraqlılarla Çeçenistanın prezidenti Ramzan Kadırovun danışıqları iddia olunan görüntülər yayılıb.

ANS PRESS-in məlumatına görə, görüntülərdə Kadırov terrorçulara üzə çıxıb və onunla “göz -gözə” görüşməyi təklif edir.

– Ramzan, bəs biz Şəriət qanununa görə yaşamamalıyıq? – yaraqlılardan biri soruşub.
– Sən Şəriət nə olduğunu bilirsən? Əgər sən mənə bu gün etdiyin hərəkətlərdə öz haqlılığını cüzi olsa belə sübut etsən, sən nə istəsən mən edərəm. Gəl çıxaq – “göz-gözə” danışaq”, – deyə Kadırov deyib.

– Mən sənə Qurandan ayələr gətirərəm.

– Yox, mən sənə Qurandan ayələr gətirib çıxaracağam. Onları düzgün izah edə bilirsənmi?

Xatırladaq, terrorçular cümə axşamı gecəsi Qroznının mərkəzinə hücüm edib. Onlar 3 polis əməkdaşını öldürüblər.

…read more

From:: ANS

      

Turkic Azeri and Hazara Solidarity Network