Tanınmış aktyor cərimə olundu

Türkiyənin tanınmış aktyoru Nejay İşler 80 lirə məbləğində cərimə olunub.

ANS PRESS-in məlumatına görə, matç izləməyə gedən aktyorun stadionda içki qəbul etdiyi iddia olunub.

İşler bir neçə gün əvvəl dostları ilə birlikdə Muğla vilayətinin Datça rayonunda həvəskart liqdə keçirilən “Gümüşlük Belediyespor” ilə “Datça Belediyespor” arasındakı qarşılaşmanı izləyib.

Qarşılaşmanı qapının arxasdındakı mövqedən izləyən aktyor ilə 2 dostunun matç zamanı alkoqollu içki içdikləri bildirilərək cərimə olunublar. …read more

From:: ANS

      

Əlavə gəlirlə ailə üzvlərini sevindirin

Qoç – uzaq səfərə yollanmaq, səyahət və ya macəra arzuları, illüziyalar sizi konkret işlərdən ayırmamalıdır. Gündəlik işlər darıxdırıcı olsa da, onları vaxtında yerinə yetirin. Bilik və bacarıqlarınızı artırın.
Günün ikinci yarısında dünyagörüşünüzü artırmağa can atın. Sənədləşdirmədə diqqətli olun, çox kobud səhvlərin səbəbkarıl olmayın. Tapşırıqlara ciddi yanaşın. Vədlərinizi yerinə yetirin.
Yaşlı qohumlar, ailə üzvləri qayğı tələb edirlər. Axşam saatlarında yorğunluq hiss edə bilərsiniz.

Buğa – günün ilk yarısı önəmli işlər və ya irimiqyaslı layihə üçün əlverişli deyil. Situasiyanın çətinliyinə rəğmən aktivliyinizi artırın. Planlaşdırılmış görüş, müzakirə, anlaşma və ya sövdələşməni unutmayın.
Gəlirlər istisna deyil.
Günün ikinci yarısında işdə statusunuzun artımı və ya karyera irəliləyişinizdə uğurlar ola bilər.
Mübahisə və tənqidlərə varmayın. Borc pul almayın. Kredit ödənişini qulaqardına vurmayın.
Yaxınlarınızın davranışlarının müzakirəsi və onların nöqsanlarının sadalanması münaqişə vəziyyəti yarada bilər. Ailə üzvlərinə qarşı ədalətsizliyə yol verməyin. Sözlərinizi düşünüb deyin.
Axşam saatlarında yorğunluq hiss edəcəksiniz.

Əkizlər – ən yaxşı məziyyətlərinizi nümayiş etdirməyə çalşıın. Eqoist və təşəxxüslü davranaraq yaxın ətrafınızdakı insanları qıcıqlandırmayın. Bir qədər təvazökar olun, kölgəyə çəkilin.
Dəyər verdiyiniz insanların ön plana çıxmalarına şərait yaradın.
Günün ikinci yarısında yaradıcılıq potensialınızın səviyyəsi yüksəkdir. Məqsədə çatmaq üçün konkret addımlar atın.
Qohumlar və yaxınlarla ünsiyyət axşam saatlarına yaxın sizi sevindirəcək. Əks cins mənsubunun yardım istəyini qulaqardın vurmayın. Əlavə gəlirdən yararlanaraq ailə üzvlərini sevindirin.

Xərçəng – uğura nail olmaq üçün addımlarınıza diqqət edin. Hər detala və xırdalığa fikir verməsəniz, ağır vəziyyətə urcah ola bilərsiniz. Fəqət, nəzarətlə şübhələrdə ifrata varsanız, yaxşı şansları itirəcəksiniz.
Günün ikinci yarısında gəlir əldə etməyə çalışmaqla yanaşı, mövqelərinizi möhkəmləndirin. Tərəfdaşlara güvənmək, onların məsləhətlərinə qulaq asmaq işlərinizdə irəliləyişlərə səbəb olacaq.
Verdiyiniz vədləri yerinə yetirin.
Axşam saatlarında yaxınlarınızla təmaslar rahatlıq və rəvanlıq hissləri yaradacaq. Problemlərinizdən onları da hali edə bilərsiniz. Amma diqqətli olun: sizi yanlış anlamasınlar.

Şir – yeni ideyalara yetərincə diqqət yetirin. Yaradıcılıq planlarını reallaşdırın. Enerjili və aktiv olun. Yaşamın müxtəlif sahələrində maneələri dəf edərək məqsədə doğru qətiyyətlə gedin.
Günün ikinci yarısında maddi durum pis olmayacaq. Mükafat, ödəniş, əlavə gəlir …read more

From:: ANS

      

Yasamalda kişi meyiti tapıldı

Bakının Yasamal rayonunda 66 yaşlı kişinin yaşadığı evdə meyiti aşkarlanıb.

ANS PRESS-in FHN-nin mətbuat mərkəzinə istinadən verdiyi məlumata görə, 1948-ci il təvəllüdlü Komyagin Vladimır Qriqorıviç mənzildə bağlı qapı arxasında qalıb.

Dərhal hadisə yerinə cəlb edilən xilasedicilər mənzilin giriş qapısını açıb və adı çəkilən şəxsin cəsədini aşkarlayıblar.

V.Qriqorıviçin cəsədi aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 00:22-də başa çatıb. …read more

From:: ANS

      

Papanın duası Ermənistan üçün

Türkiyə səfəri başa çatan katoliklərin ruhani lideri papa Franksis təyyarədə jurnalistlərlə Ermənistan barədə danışıb. ANS PRESS-in məlumatına görə, ruhani lider jurnalistlərin bu istiqamətdə suallarına cavab verib.

Jurnalistlərdən birinin, “Türkiyə səfəriniz müddətində Ermənistan barədə heç nə demədiniz. Gələn il “soyqırımının” 100-cü ildönümüdür. Bu barədə nə fikirləşirsiniz?” – sualına papa iki ölkə arasındakı sərhəddin açılması üçün dua etdiyini deyib.

“Bu gün xəstəxanada yatan erməni patriarxını ziyarət etdim. Türkiyə hökuməti keçən il bir jest etdi. O dövrün baş naziri Ərdoğan məktubla başsağlığı verdi. Bəziləri bunun az olduğunu düşünür. Mənim bu barədə fikrim isə, kiçik və ya böyük fərqi yoxdur – bir əl uzadılmalıdır. Bu həmişə müsbət addımdır. Mən əlimi az və ya çox uzadaram və qarşı tərəfin nə deyəcəyini gözləyərəm. Mənim əsas ürəyimdə olan sərhədlrin açılmasıdır. Kaş ki, sərhəd qapısı açılsa. Elə yaxşı olar ki. Mən o bölgədə sərhəd qapısının açılmasını heç də asan etməyən geosiyasi problemlər olduğunu bilirəm. Amma bu xalqlar arasında uzlaşma olması üçün dua edək”. …read more

From:: ANS

      

Kral sarayında Quran qalmaqalı

Anqlikan kilsəsinin keçmiş yepiskopu Lord Harrisin “Şahzadə Çarlzın tac qoyma mərasimində Quran oxunmalıdır” – təklifi mübahisələrə səbəb olub. ANS PRESS-in məlumatına görə, bu barədə Harris lordlar palatasındakı çıxışında deyib. Məqsədinin, ölkədə yaşayan müsəlmalara bu cəmiyyət tərəfindən mənimsənildiklərini hiss etdirmək olduğunu deyən Lord Harris bunun xoşməramlı bir hərəkət olacağını bildirib.

Kilsənin öz tarixi mövqeyində qonaqpərvərlik nümayiş etdirməli olduğunu deyən Harris həmçinin ötən il yüksək çinli bir müsəlmanın istəyi ilə “Bristol” katedralında Qurani Kərim oxunduğunu xatırladıb.

“Bu, müsəlmanları səmimiyyətlə qucaqlayan gözəl, uzalşdırıcı bir addım idi”.

Yerli xristianlar Lord Harrisin bu fikirlərini sərt şəkildə tənqid ediblər. Xristian Araşdırmaları Mərkəzinin nümayəndəsi Simon Kalvert xristian liderin, xristian monastrında keçirilən tac qoyma mərasimində Quran oxunmasının insanları çaşdıracağını deyib.

“Spectator” jurnalının redaktor müavini Duqlas Murrey isə bu fikrin səhv olduğunu deyib:

“Əgər tac qoyma mərasiminə müsəlmanlar gələcəksə, o zaman hindular və ateistlər də gəlməlidir. Belə bir mərasimdə Quran oxunacaqsa qoy onda İngiltərədə qılınan cümə namazlarında krala və silahlı qüvvələrimizə dua edilsin”. …read more

From:: ANS

      

Yeni “London” taksiləri gəlir (FOTO)

Bütün taksilərin “London taksisi” ilə əvəz olunması layihəsi çərçivəsində Azərbaycana daha 200 ədəd bu avtomobildən gətirilir.

ANS PRESS-in məlumatına görə, “London taksilərnin” daşınması və çatdırılması üçün keçirilən tenderin qalibi Türkiyənin “Sabay” şirkəti olub.

Şirkət rəhbəri Bülent Aymen Şanxaydan Kocaeli vilayətinin Derince rayonunun eyni adlı limanına gətirilən 200 “London taksisi”nin artıq Azərbaycana göndərildiyini deyib.

“Cəmi 504 avtomobili 3 ay ərzində Bakıya çatdırılmasını öhdəmizə götürdük. İlkin olaraq 200 “London taksisi”ni Şanxay limanından Derince limanına gətirdik və avtomobil TIR-ı ilə Bakıya yola saldıq” – deyə şirkət rəhbəri bildirib.

…read more

From:: ANS

      

Turkic Azeri and Hazara Solidarity Network