Nazirdən ATƏT-ə çağırış

“Avropa və bütövlükdə qlobal təhlükəsizlik arxitekturasının ciddi təhdidlər qarşısında olduğu bu kritik dövrdə ATƏT iştirakçı dövlətlərin meydana gələn çağırışlara qarşı ortaq addım atmasında əvəzolunmaz faydalı platforma olmaqda davam edir”.

ANS PRESS-in məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmadyarov ATƏT-in Nazirlər Şurasının 21-ci iclasında çıxışı zamanı deyib. O bildirib ki, Azərbaycan kimi bloklara üzv olmayan ölkələr üçün ATƏT maraqlarımızı birtərəfli hökmranlığın təzyiqlərindən müdafiə və təşviq etmək üçün yeganə çoxtərəfli formatıdır:

“Biz bir-birinə müxalif olan siyasi-hərbi bloklar arasında artan rəqabət nəticəsində bölücü xəttlərin dərinləşməsindən və Avropanın təhlükəsizlik arxitekturasında ATƏT-in rolunun getdikcə daha da zəifləməsindən ciddi şəkildə narahatlıq hiss edirik. ATƏT həm genişlənən siyasi/hərbi bloklar, həm də bloklara üzv olmayan ATƏT-in iştirakçı dövlətləri arasında etibarlı və təhlükəsiz münasibətlər şəbəkəsinin yaradılmasında istifadə olunmalıdır”.

Nazir bildirib ki, ATƏT-in hazırkı gündəliyində məqsədyönlü şəkildə insan hüquqları və fundamental azadlıqlarla bağlı məsələlərə həddindən artıq böyük diqqət yetirilir: “Demokratiya quruculuğu sahəsində böyük dəstəyə rəğmən, təəssüf ki, bəzən biz müfəssəl və bütöv yanaşmada çatışmazlıqlar, ikili standartlar, bəzi ATƏT institutları tərəfindən mandatlarının pozulması və insan hüquqlarına münasibətdə narahatlıqlar adı altında ATƏT iştirakçısı olan dövlətlərdə təhlükəsizliyi pozmağa yönəlmiş cəhdlər müşahidə edirik. Biz müvafiq ATƏT institutlarını etimadı bərpa etmək istiqamətində ciddi səylər göstərməyə və müvafiq mandatlarını icra edərkən ikili standart, coğrafi və digər üstünlüklərdən uzaq olmağa çağırırıq”. …read more

From:: ANS

      

Bakıda ölüm qoxusu: 1 ölü, 10 yaralı

Bakıda dəm qazı xofu davam edir.

ANS PRESS-in məlumatına görə, havaların soyuq keçməsilə əlaqədar dəm qazından zəhərlənənlərin sayı günü-gündən artır.

Belə ki, dünən paytaxtda dəm qazından 11 nəfər zəhərlənib. Zəhərlənənlər xəstəxanalara yerləşdirilib.

Xəstəxanaya yerləşdirilənlərdən biri, Nəsimi rayonu ərazisində yaşayan Etibar Orucov dünyasını dəyişib.

Qeyd edək ki, havaların soyuq keçməsi səbəbindən dəm qazından zəhərlənmə faktarı artır. Fövqəladə Hallar Nazirliyindən bildirilir ki, hər il qış mövsümünün gəlişilə bağlı qurum tərəfindən müxtəlif maarifləndirmə işləri aparılır. Əhaliyə “mavi yanacaq”dan istifadə ilə bağlı yaddaş kitabçaları paylanır. İctimai yerlərdə plakat şəklində maarifləndirici məlumatlar vurulur. Kütləvi informasiya vasitələrində maarifləndirici reklamlar yayimlanır. Bundan əlavə, nazirliyin əməkdaşları mənzillərdə yoxlamalar həyata keçirirlər.

Bundan başqa sobaların tüstü borularının bayıra çıxışı yoxlanılır. Suyu qazla qızdırılan duş və vanna otaqlarında nəfəsliklərin olması yoxlanılır. Soba ilə qızdırıcı sistemlərdə texniki baxışdan keçirilir. Havatəmizləyici bacalar və borularda dəm qazının çıxmasına maneçilik törədən nasazlıqlar olarsa, dərhal onun aradan qladırılması istiqamətində tədbirlər görülür. …read more

From:: ANS

      

Azərbaycan və Ermənistan XİN rəhbərləri görüşəcək

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün vaxtı açıqlanıb.

ANS PRESS-in məlumatına görə, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Twitter hesabında görüş barəsində məlumat verib:

“İsveçrənin Bazel şəhərində Ermənistan və Azərbaycan xarici işlər nazirləri ATƏT-in Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində görüşəcəklər. Görüş iştirakçıları Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizama salınması ilə bağlı müzakirələr aparacaqlar”, – deyə həmsədr qeyd edib.

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti ATƏT-ə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının İsveçrənin Bazel şəhərində keçirilən 21-ci iclasında iştirak edir. Elmar Məmmədyarovun iclasda çıxışı, bir sıra ikitərəfli görüşləri, eləcə də ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü nəzərdə tutulub. …read more

From:: ANS

      

Bakıda fəhlə dəhşətli işgəncə ilə öldü

Ötən gün Bakının Sabunçu rayonunda ölümlə nəticələnən faciə baş verib.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, yol qəzası Bakıxanov qəsəbəsində qeydə alınıb.

Belə ki, Gürcüstan vətəndaşı İlqam Yusifov evində tikinti işləri aparan zaman qarın nahiyəsinə daş parçası düşüb.

Hadisə nəticəsində İlqam Yusifov ağır yaralanıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Lakin həkimlər onun həyatını xilas edə bilməyiblər.

Faktla bağlı araşdırma aparılır. …read more

From:: ANS

      

Bakıda məktəbdə qorxulu anlar

Bakının Binəqədi rayonunda orta məktəb ərazisində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, yanğın İbrahimpaşa Dadaşov küçəsi, 73 ünvanında yerləşən 102 saylı orta məktəbin həyətindəki istixanada qeydə alınıb. İstixanaya gedən qaz xətlərində sızma olub və yanğın yaranıb.

Hadisə yerinə 5 yanğınsöndürən maşın və xilasedicilər cəlb olunub. Yanğınla əlaqədar orta məktəbin müəllim və şagirdləri təxliyə edilib.

Yanğınsöndürənlər alovun qarşısını almağa çalışırlar. …read more

From:: ANS

      

Ronaldinyodan Messi etirafı

Məşhur braziliyalı futbolçu Ronaldinyo “Barselona” günləri ilə bağlı maraqlı açıqlamalar verib.

ANS PRESS-in məlumatına görə, futbolçu o zamankı baş məşqçiləri Frenk Raykardın Lionel Messini əsas heyətə oyunçuların tövsiyəsi ilə gətirdiyini söyləyib.

“Barselona” ilə böyük uğurlar yaşayan Ronaldinyo klubunda forma geydiyi günləri həsrətlə xatırlayır. Kataloniya təmsilçisinə transfer olanda Messinin çox gənc bir oyunçu olduğunu xatırladan braziliyalı maraqlı sərhləri ilə diqqət çəkib:

“Messini ehtiyat komandada davamlı izləyirdim. Həqiqətən möhtəşəm bir oyunçu idi. Hamımız onu aramızda görmək istəyirdik. Buna görə baş məşqçidən Messinin əsas heyətə gətirilməsini xahiş etdik”, – deyə futbolçu söyləyib.

Argentinalı ulduz ilə Kriştiano Ronaldonu da müqayisə edən braziliyalı sözlərinə belə davam edib: “Ronaldo hərtərəfli oyunçudur. Ancaq Messi daha yaxşıdır. Çünki heç kimin sahib olmadığı bir sehri var”.

Qeyd edək ki, Ronaldinyo 2003 – 2008-ci illər arasında formasınını geydiyi “Barselona”da 2 La Liqa və 1 Çempionlar Liqası çempionluğu yaşayıb. …read more

From:: ANS

      

Turkic Azeri and Hazara Solidarity Network