“Qarabağ”ın ulduzundan şok açıqlamalar

“Qarabağ”ın futbolçusu Muarrem Muarremin müsahibəsini sizə təqdim edirik.

– “Qarabağ”ı bir neçə dəfə Avropa Liqasının qrup mərhələsindən bir oyun ayırıb. Bu il artıq “Qarabağ” istədiyinə çatdı.

– Üç ildir ki, “Qarabağ”ın oyunçusuyam. Mən bura gəldiyim il “play off” oynamadıq. Bəzi klublar var, bir il istəyinə çatmayanda futbolçuları dəyişdirirlər, baş məşqçiləri dəyişdirirlər. Qurban müəllim 5-6 ildir ki, “Qarabağ”ın baş məşqçisidir. Qurban Qurbanov futbolçulara, rəhbərlik də ona güvənir. Bu qarşılıqlıdır. Bu klub və ailə olmaq deməkdir.

– “Tvente”yə qolu sən vurub, klubunu Avropa Liqasına çıxardın, bu, necə hiss idi?

– Biz klub olaraq bunu bacardıq. Klub oyunu oynadıq. Futbol həyatımda ilk dəfə belə bir şey oldu. “Tvente”yə vurduğum qol həm mənim üçün, həm də klubum üçün tarixi bir qol oldu. Hələ indiyə kimi elə sevinməmişdim. Hər futbolçunun arzusu və istəyidir belə şeylər.

– “Tvente” oyunundan qabaq inanırdız ki, yaxşı nəticə ilə dönəcəksiz?

– Biz hər zaman inanıb çıxırıq meydana. Oyundan öncə futbolçular arasında danışıqlar oldu. Paltardəyişmə otağında taxta var idi. Diaz ora yazmışdı ki, “mən bu kluba inanıram, mütləq qruplara düşəcəyik”. Almeyda da gözəl bir çıxış etdi oyundan əvvəl. Birinci hissədə 1:0 uduzurduq, paltardəyişmə otağına girəndə isə, heç kim inancını itirməmişdi. Qurban müəllim də bizə güvəndiyini və inandığını dedi.

– “Dnepr”ə da sən qol vurdun. Bu qol da tarixi bir qol idi. Azərbaycan klubunun tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsində qələbə qazandırdın.

– “Dnepr”ə qələbə qazanmaq üçün getmişdik desəm, yalan olar, ancaq dəqiq bilirdik ki, məğlub olmamağa getmişdik.

– “Dnepr”də qələbə arxayınçılığa səbəb olduğu üçün burada məğlub olduq?

– Arxayınçılıq olmadı. Ona görə ki, biz orada asan qələbə qazanmadıq. 60-70 dəqiqə müdafiə olunduq. “Dnepr”, həqiqətən, səfərdə çox yaxşı oynayan bir klubdur. Bakıdakı oyunu çox istəyirdik qazanaq, ancaq alınmadı.

– Ötən sezonun çempionu, Avropa Liqasının qrup mərhələsindəsiz. Gələn sezon üçün nə planlaşdırırsız?

– Hər il daha çox şey istəyirik. Bu il Avropa Liqasında oynayırıq, gələn …read more

From:: ANS

      

Türkiyədə saxlanılan 4 azərbaycanlı Ukraynaya deportasiya olundu (VİDEO)

Suriyaya keçmək istəyərkən Türkiyədə saxlanan azərbaycanlılar Ukraynaya deportasiya ediliblər.

ANS TV-nin Türkiyə bürosunun məlumatın görə, Türkiyə-Suriya sərhədndə bir neçə gün öncə 4 azərbaycan vətəndaşı qanunsuz olaraq Suriyaya keçmək istəyərkən saxlanmaşdı. Və onlar barədə rəsmi araşdırmalara başlanmışdı ki, deportasiya edilib Azərbaycana göndərilsin.

Lakin Kilis polisindən aldığımız məlumata görə, 23 yaşlı Paşayeva Simnarə onun 10 aylıq körpəsi Paşayeva Məryəm və 18 yaşlı Musayeva Aynur və 24 yaşında Əlmətov Abdul rəsmi posedurlardan sonra Türkyiədən deportasiya olunublar. Normalda onlara Azərbaycana deportasiya olunmalı idilər. Amma Türkiyə qanunlarına əsasən həmin şəxslər öz istədikləri ilə ölkəyə Türkiyədən deport oluna bilərlər. Aldığımız məlumata görə, həmin şəxslər Ukryananı seçərək ora deportasiya olunublar. Son məlumata görə, 23 yaşlı Simnarənin həyat yoldaşı Araz hazırda İŞİD silahlılarının tərkibində döyüşür.

…read more

From:: ANS

      

Ruhani Putinlə danışdı

Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhani arasında telefon danışığı olub.

ANS PRESS-in məlumatına görə, ölkə liderləri İranın nüvə proqramı üzrə Vyana danışıqlarının nəticələrini müzakirə ediblər.

Putin və Ruhaninin telefon danışığı barədə Kremlin mətbuat xidməti məlumat yayıb:

“Vyanada İranla “altılıq” ölkələrinin xarici işlər nazirlərinin səviyyəsində keçirilmiş görüşdə nail olunmuş əhəmiyyətli irəliləmə müzakirə edilib”. .

Məlumatda bildirilir ki, telefon danışığı Ruhaninin təşəbbüsü ilə baş tutub. …read more

From:: ANS

      

“Qanlı yanvar”ın yaradıcı heyəti Şəhidlər Xiyabanında (VİDEO, FOTO)

Bu gün rejissor Vahid Mustafayevin 20 yanvar hadisələrindən bəhs edən “Qanlı yanvar” filminin yaradıcı heyəti Şəhidlər Xiyabanını ziyarət edib.

ANS PRESS-in mlumatına görə, məşhur amerikalı kinoulduz Leyn Devis və Türkiyənin tanınmış akltrisası Nəbahət Çehrə də ziyarətçilər arasında olub. Azərbaycanla yanaşı İran, Rusiya, Türkiyə və ABŞ-dan olan aktyor heyəti 20 yanvar şəhidləri, qurbanları və eləcə də Milli Qəhrəman Çingiz Mustafayevin məzarını ziyarət ediblər. Çəkiliş kollektivi şəhidlərin məzarı üzərinə çiçək dəstələri düzüb.

Rejissor Vahid Mustafayev tanınmış aktyorlara 20 yanvar hadisəsi haqqında məlumatlar verib. 20 yanvar hadisələrində şəhid olan və eləcə də düşmən gülləsinin qurbanı olan insanlar haqqında danışan rejissor, bu hadisənin Azərbaycan tarixində mühüm yer tutduğunu bildirib.

Məşhur aktyor Leyn Devis ANS PRESS-ə açıqlamasında bildirib ki, 20 yanvar hadisəsi barədə ətraflı məlumat aldıqdan sonra çox təsirlənib. O, bunun böyük bir inqilabi hərəkat olduğunu bildirib. Daha sonra aktyor bu inqlabi hərəkatı əks etdirən filmdə çəkilmək üçün aldığı dəvətdən çox məmnun olduğunu deyib.

“Rejissor Vahid Mustafayevlə işləmək mənə xüsusi zövq verir. Mən filmin çəkilişlərindən və aktyor kollektivindən çox razıyam. İnanıram ki, bu film ən yaxşı tarixi film olacaq”, – deyə Leyn Devis bildirib.

Filmdə rol alan tanınmış aktrisa Nəbahət Çehrə də filmdə çəkildiyini görə çox məmnun olduğunu bildirib.

“Bu təklifi alanda qürur hissi keçirdim. Türkiyə və Azərbaycan qardaş ölkədir. Ağrı-acılarımız da birdir. Bu səbəbdən filmdə yaşananları qəlbən hiss edirəm. Filmdə iki övladını itirən ana rolunu canlandırıram. Çalışacam ki, bu itkini rolumla ifadə edim. Təbii ki, çəkilişlərdə bir çox çətinliklər var. Əsas da filmin dublyajında müəyyən çətinliklər olur. Çalışacağam ki, üz ifadələrimdəki duyğunu dublyajın səsilə uyğunlaşdıra bilim. İnanıram ki, bu film beynəlxalq səviyyədə yüksək qiymətə layiq görüləcək”, – deyə Nəbahət Çehrə bildirib.

Rejissor Vahid Mustafayev bildirib ki, onun üzərində böyük bir məsuliyyət var: “Qarşımızda çox ağır və məsuliyyətli vəzifə dayanır. Çalışacağıq ki, bu vəzifənin öhdəsindən layiqincə gələk. Hazırda filmin 100 dəqiqəsini çəkmişik. Qarşıda daha 80 dəqiqə var”.

Qeyd edək ki, …read more

From:: ANS

      

Əlillərin keçidlərdəki problemləri (VİDEO)

Əlillər üçün piyada keçidlərində quraşdırılan xüsusi mexanizmlərin vəziyyəti ürəkaçan deyil.

ANS TV-nin məlumatına görə, paytaxtın əksər piyada keçidlərində fiziki qüsurlu insanların rahat bir şəkildə qalxıb-enməsi üçün xüsusi qurğular quraşdırılıb. Amma məsələ ondadır ki, onların işlək vəziyyətdə olması necə qənaitbəxşdirmi?

İlk olaraq üz tutduğumuz yer Bayraq Meydanının qarşısında olan yeraltı piyada keçidi idi. Burada fiziki qüsurlu insanlar üçün xüsusi mexanizimlər quraşdırılsa da, onun işlək vəziyyətdə olub-olmamasını aydınlaşdırmaq istədik. Onu çalışdırmağa cəhd etsək də, açarla işə düşdüyündən mexanizmi hərəkətə gətirə bilmədik. O üzdən keçiddə nəzarətçini axtarmağa başladıq. Amma bu bir fayda vermədi.

Daha sonra yollandıq “Azneft” dairəsində yerləşən yeraltı keçidə. Burada da qurğular olsa da, nədənsə üstləri örtülü vəziyyətdə idi. Səbəbini aydınlaşdırmaq üçün yeraltı keçidə təhkim olunmuş nəzarətçiyə yaxınlaşdıq. Ondan öyrəndik ki, burada ki mexanizim naməlum səbəblərdən uzun müddətdir işləmir. Soruşanda ki, bəs fiziki qüsurlu insanlar müraciət etsə onda necə olacaq? Cavabında öyrəndik ki, bu zaman onlara nəzarətçilər özü kömək edir. Biz də deməyə söz tapmayıb yollandıq növbəti məkana. Neftçilər prospektinin Azadlıq meydanına düşən hissəsindəki piyada keçidinə. Burada nəzarətçidən öyrəndik ki, piyada keçidində ümumiyyətlə belə bir qurğu yoxdur. Amma əvəzində pilləkənlərin sağ tərəfində əllillərin qalxıb-enə bilməsi üçün xüsusi tutacaqlar var. Bu piyada keçidində insanların sıxlığını nəzərə alıb, burada əlillər üçün xüsusi qurğuların olmaması bizi təəcübləndirdi. Növbəti üz tutduğumuz məkan isə Bakı Dəniz Limanı ərazisində yerləşən yeraltı keçid oldu. Burada rastlaşdığımız digər keçidlərdən fərqli olaraq həm nəzarətçini, həm də qurğunu görə bildik. Elə nəzarətçilə birlikdə onun vəziyyətinin sazlığını da yoxladıq.

Nəzarətçinin sözlərinə görə, bu qurğudan istifadə edən az olsa da, müxanizim daim işlək vəziyyətdə saxlanılır.

Fiziki qüsurlu insanlar üçün nəzərdə tutulan qurğuların bəzi yeraltı keçidlərdə işləməməsinin səbəbini öyrənmək üçün “Azəryolservis” ASC ilə əlaqə saxladıq. Qurumdan bildirdilər ki, deyilən problemlərin araşdırılması və aradan qaldırılması üçün artıq göstəriş verilib və ən qısa vaxtda bu nasazlıqlar aradan qaldırılacaq.

…read more

From:: ANS

      

Noyer təəccübləndirməkdə davam edir (VİDEO)

Münhen “Bavariya”sının qapıçısı Manuel Noyer təəccübləndirməyi dayandırmır.

ANS PRESS-in məlumatına görə, Almaniya yığmasının 28 yaşlı qapıçısı öz inamlı oyunuyla məşhur olsa da hərdən bir özünü digər ampulada sınayaraq müdafiəçi keyfiyətlərini də göstərir. Qapıçı bir neçə dəfə soyuqqanlı hərəkətləri ilə diqqəti cəlb edib.

Almaniyanın çempionatının “Xoffenxaym”a qarşı 12-ci turunun matçında Noyer növbəti fıntini nümayiş etdirib.
Həmin görüşdə “Bavariya” “Xoffenxaym”ı 4:0 darmadağın edib.

…read more

From:: ANS

      

Turkic Azeri and Hazara Solidarity Network