Bakıda 18 sahibkar marşrutlarını itirdi

Azərbaycan Nəqliyyat Nazirliyi ictimai nəqliyyatda sərnişindaşımaların təhlükəsizliyinin təmin olunması üzrə mübarizəni sərtləşdirmək niyyətindədir. ANS PRESS-in məlumatına görə, Trend xəbər verir ki, bu barədə çərşənbə günü jurnalistlərə Azərbaycanın nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.

Onun sözlərinə görə, ictimai nəqliyyatda sərnişindaşımaların təhlükəsizliyinin təmin olunması ən vacib məsələlərdən biridir və nazirlik tərəfindən bu istiqamətdə müntəzəm şəkildə lazımi reydlər aparılır, lakin hələlik sərnişin avtobuslarının iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının tam şəkildə alınması mümkün olmayıb.

M.Pənahov bildirib ki, lakin təhlükəsizlik qaydalarına riayət etməyən sürücülər barəsində işdən kənarlaşdırılmaya kimi sərt ölçülər tətbiq edilir. Həmçinin belə pozuntular və sərnişindaşımaların keyfiyyətinin aşağı olması səbəbindən sahibkarlar da marşrutlardan kənarlaşdırılırlar. Pənahovun sözlərinə görə, son illər ərzində marşrutlardan 17-18 sahibkar uzaqlaşdırılıb.

Nazir müavini deyib ki, ictimai nəqliyyatda rəqabətin artırılması üçün “Baku Bus” şirkəti yaradılıb ki, bu da ictimai nəqliyyatda xidmətlərin keyfiyyətinin yüksəldilməsinə də gətirib çıxaracaq: “Bu, sərnişinlərə göstərilən xidmətlərin keyfiyyətini təmin etməyə imkan verəcək”.

“Baku Bus” şirkəti Bakı Şəhər İcra Hakimiyyəti yanında yaradılıb. Onun üçün Fransanın “Iveco” şirkətindən “Crealis CNG” markalı 150 avtobus alınıb. Bu avtobuslar müasir ekoloji standartlara (Avro-6) cavab verir və qazla işləyir. Onlarda GPS sistemləri quraşdırılıb. …read more

From:: ANS

      

EMİN-dən yeni klip (VİDEO)

Müğənni-bəstəkar EMIN yeni klipini təqdim etdi.

Müğənninin Bakıda çəkdirdiyi klip “На чистоту” adlı mahnıya çəkilib. O, klipinin ikinci hissəsini təqdim edib.

Ekran işində çəkilən şəxsin kimliyini sirr saxlayan EMIN-in tərəf-müqabilinin rusiyalı sənətçi Keti Topuriya olduğu ortaya çıxıb. Mahnının musiqisi İqor Krutoya, sözləri isə İqor Nikolayevə aiddir. Sənətçilər klip üçün Moskvada böyük təqdimat mərasimi keçiriblər.

Qeyd edək ki, Emin Ağalarovun dekabrın 4-də “Crystal Hall”da konserti keçiriləcək.

Bir müddət öncə “Naçistatu” (“Açıq”) adlanan mahnıya Bakıda klip çəkdirən Emin yeni klipindən fotoları İnstagram səhifəsində paylaşaraq “Necə düşünürsünüz, klipdə əsas obrazı kim canlandırıb?” sualı ilə izləyicilərinə müraciət etmişdi.

…read more

From:: ANS

      

Qaraçuxur məscidinin yandırılmasına münasibət

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ötən gecə naməlum şəxslər tərəfindən Qaraçuxur məscidinin yandırılmasına münasibət bildirib.

ANS PRESS-in məlumatına görə, M.Qurbanlı APA-ya açıqlamasında bildirib ki, komitə məsələni nəzarətə götürüb və hazırda sədri müavininin rəhbərliyi altında komitənin nümayəndələri hadisə yerindədir.

M.Qurbanlı qeyd edib ki, polisin araşdırması ilə yanaşı, Komitə məsələni nəzarətdə saxlayır və yaxın zamana araşdırmanın nəticələri məlum olacaq: “O məsciddə indiyə qədər dini baxımdan qarşıdurma, mübahisə müşahidə olunmayıb. Bu hadisə də indi araşdırılmalıdır. Bunun kökündə hansı xəttin olması diqqətlə araşdırılıb öyrəniləcək”. Hadisənin dini təriqətlər arasında mübahisə zəminində baş verməsi ilə bağlı yayılan fikrə komitə sədri belə cavab verib ki, hər şey araşdırmadan sonra bəlli olacaq və açıqlanacaq.

Qeyd edək ki, ötən gecə naməlum şəxslər Qaraçuxur qəsəbəsində yerləşən məscidə içərisində yanacaq olan şüşə qab atıblar. Nəticədə məsciddə yanğın olub. Məsciddə olan şəxslərin səyi nəticəsində yanğının qarşısı alınıb. …read more

From:: ANS

      

Qazımızdan alanlar

“Qışın bu soyuğunda evdə qaz gəlmir. Körpə uşağım var, buz kimi evdə oturmaq mümkün deyil. Qazın pulunu da əvvəldən ödəyirik. Amma niyəsə neçə müddətdi normal qaz verilmir. Qaz çox zəif gəlir. Bu qazla heç yemək bişirmək mümkün deyil”.

Bunu ANS PRESS-in “qaynar xətti”nə müraciət edən paytax sakini Lətifə Abdullayevə söyləyib. Xanım deyir ki, evdə qızınmaq üçün yalnız elektrik qızdırıcılardan istifadə etmək mümkündür. Lətifə xanımın sözlərinə görə, belə getsə qış aylarında vəziyyət daha da acınacaqlı olacaq: “Qaz idarəsinə zəng edəndə deyirlər ki, təmir işləri aparılır. Mən başa düşə bilmirəm bu təmir işlərini yayda aparmaq olmaz? Gərək hökman qış gəlməlidir?”

ANS PRESS-in “qaynar xətti”nə bu cür şikayətlər tez-tez daxil olur. Sakinlərin yaranmış suallarına cavab tapmaq üçün “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi əvəzi İbrahim Kərbəlayevlə əlaqə saxladıq. “Azəriqaz” rəsmisi qazın verilişi ilə bağlı məsələyə aydınlıq gətirib. İbrahim Kərbalayev bildirib ki, istər paytaxtda, istərsə də regionlarda qazın təzyiqi ilə bağlı problem yoxdur. Onun sözlərinə görə, əhaliyə qazın verilişi tələbata uyğun şəkildə verilir.

“Hansısa bir yaşayış evində qazın təzyiqinin zəif olması o demək deyil ki, ümumi qaz təchizatında problem var. Ola bilər ki, abonentin qaz cihazında nasazlıq var. Tərəfimizdən mütəmadi olaraq reydlər keçirilir. Bizə müraciət olduqda mənzillərə də baxış keçirilir. Qaz kəmərləri üzərində qurulan qaztənzimləyicilərdən mütəmadi olaraq təchizat tənzimlənir. Hər bir məhəllə, hər bir döngə, hər bir ünvana eyni təzyiqdə əhalinin tələbatına uyğun qaz verilir”.

İbrahim Kərbalayev qeyd edib ki, sözügedən tədbirlər regionlarda da aparılır. “Azəriqaz” rəsmisi bildirib ki, əhali vaxtı-vaxtında qaz cihazlarını normalara uyğun tənzimləmir. onun sözlərinə görə, illər uzunu işlədilən qaz qurğusunda nasazlıq yarandığı üçün bəzən problemlər yaranır. Bizə müraciətlər edirlər ki, dörd gözlü qaz pilitəsinin iki gözünə qaz gəlmir. Bizim mütəxəssislər gedib araşdırırlar və məlum olur ki, piltənin gözləri tutulub. Abonentlərdən xahiş edirik ki, yerli qaz istismar idarələrinə müraciət edib qaz cihazlarını yoxlatsınlar. Bizim qaynar xəttimiz var. Abonentlər 185 və 104 nömrələrinə zəng edərək …read more

From:: ANS

      

Turkic Azeri and Hazara Solidarity Network