ABŞ-da aksiyalar səngimir (VİDEO)

Birləşmiş Ştatlarda isə bir neçə ay əvvəl öldürülmüş qaradərili gəncin qətlinə görə məhkəmədə polisin bəraət alması qərarına etiraz olaraq keçirilən aksiyalar artıq narahatlıqla qarşılanır. Bu etirazlar həm də fövqəldövlətdə irqçilik probleminin dərin köklərinin olmasından xəbər verir. Vəziyyəti ağırlaşdıran məqamlardan biri təkcə bu hadisədən sonra 6 qaradərili gəncin polis tərəfindən silahla öldürülməsi faktıdır.

ANS TV-nin Vaşinqton bürosunun məlumatına görə, ABŞ-da qaradərili gənci qətlə yetirən polis əməkdaşının həbs olunmaması barədə çıxarılan qərara etiraz olaraq Ferqusonda başlayan aksiya səngimir. Havanın qarlı və soyuq olmasına baxmayaraq narazı kütlə Braunun öldürüldüyü küçəni tərk etmir. Bir çox şəhərlərdə etirazçılarla polis arasında qarşıdurmalar yaşanıb.

Etirazçılar əsas yolları və küçələri bağlayıblar. Aksiya iştirakçıları bu ölkədə polisin afrikalı-amerikalılara qarşı münasibətinin pis olduğunu, hələ də irqi bərabərsizliyin davam etdiyini bildiriblər. İndi ölkədə çoxları Darren Uilson Maykl Brauna atəş açan zaman onun insan haqlarını pozub, pozmadığını düşünür.

ABŞ vətəndaşı Havier Lepor deyir ki, hadisə baş verən vaxt çoxlu şahidlər olub: “Amma əlbəttə ki, polis əmin olmadan insanı bu cür öldürməməlidir. Bu, ölkəmizdə baş verən ilk hadisə deyil. İnsanın günahı olsa da, bu şəkildə öldürmək düzgün deyil” .

Amerika hökuməti isə ölkədə baş qaldıran etirazlardan ciddi narahat olmağa başlayıb.

Kütləvi qarşıdurmaları əngəlləmək üçün Maykl Braunun öldürülməsi işinə baxan prokuror məhkəmə prosesinə aid bütün materialları, maddi dəlilləri ictimailəşdirib. Bu isə Amerika tarixində nadir hadisə hesab olunur. ABŞ-ın Baş Prokurolu fakta dair Federal səviyyədə istintaq araşdırılmasına başlanıldığını deyib.

Yeniyetməni öldürən Darren Vilson isə Ferquson Polis departamentindən istefa vermək üçün danışıqlara başlayıb.

Ferqusyon hadisələrilə bağlı ölkədə etirazların baş qaldırdığı ərəfədə bu dəfə Klivlenddə polisin bir neçə gün əvvəl 12 yaşlı qaradərili uşağı öldürməsini əks etdirən video yayılıb. Polis bildirib ki, bir nəfər “911-qaynar xəttə” zəng edərək, 12 yaşlı yelləncəkdəki bir uşağın silahla hamını qorxutduğu xəbərini verb. Polisin Rays adlı uşağın ona tabe olmadığını əsas gətirərək iki dəfə atəş açıb. Uşaq xəstəxanada dünyasını dəyişib. Məlumata görə, bu il ümumilikdə …read more

From:: ANS

      

Avroliqada nəticələr (VİDEO)

“Beşiktaş” Futbol üzrə UEFA Avropa Liqasında qrup mərhələsinin 5-ci turuna yekun vurulub.

Tur çərçivəsində nəzərdə tutulan 24 qarşılaşmadan 23-ü baş tutub. Belə ki, E qrupunda “Eştoril” – PSV oyunu təxirə salınıb.

Azərbaycanlı azarkeşlərin diqqəti F qrupunda olub. Təmsilçimiz “Qarabağ” səfərdə “Sent-Etyenn”lə qarşılaşmadan 1 xalla dönməyi bacarıb.

C qrupunda isə qardaş Türkiyə təmsilçisi “Beşiktaş” Yunanıstanda “Asteras”la heç-heçə oynayıb və pley-offa vəsiqəni təmin edib.

Daha bir Türkiyə təmsilçisi L qrupunda yarışıb. “Trabzonspor” Ukrayna “Metallist”ini doğma divarlar arasında məğlub edib.

UEFA Avropa Liqası
5-ci tur
27 noyabr

A qrupu
Sürix (İsveçrə) – Apallon (Kipr) 3:1
Qollar: Djimitsi, 32. Çikaui, 39-p.; 59-p. – Roza, 23.
Vilyarreal (İspaniya) – Borussiya (Münhenqaldbax, Almaniya) 2:2
Qollar: Vietta, 26. Çerişev, 63 – Rafael, 55. Xaka, 67.

Borussiya-9, Vilyarreal-8, Sürix-7, Apallon-3.

B qrupu
Helsinki (Finlandiya) – Kopenhagen (Danimarka) 2:1
Qollar: Baah, 29. Kandji, 90 – Nilson, 89.
Torino (İtaliya) – Brügge (Belçika) 0:0

Brügge-9, Torino-8, Torino-6, Kopenhagen-4.

C qrupu
Asteras (Yunanıstan) – Beşiktaş (Türkiyə) 2:2
Qollar: Barales, 72. Parra, 83 – Ba, 15. Gökhan, 62-p.
Qırmızı vərəqə: Atiba Hatçinson (Beşiktaş), 73.

Tottenhem (İngiltərə) – Partizan (Serbiya) 1:0
Qol: Stambouli, 49.

Tottenhem-11, Beşiktaş-9, Asteras-5, Partizan-1.

D qrupu
Seltik (Şotlandiya) – Zalsburq (Avstriya) 1:3
Qollar: Yohansen, 30 – Alan, 8;13. Keyta, 90.
Astra (Rumıniya) – Dinamo (Zaqreb, Xorvatiya) 1:0
Qol: Bukari, 50.

Zalsburq-13, Seltik-8, Astra-4, Dinamo-3.

E qrupu
Eştoril (Portuqaliya) – PSV (Hollandiya) (təxirə salınıb)
Dinamo (Moskva, Rusiya) – Panatinaykos (Yunanıstan) 2:1
Qollar: Triantafillopulos, 55-öz qapısına. İonov, 61 – Berq, 14.

Dinamo-15, PSV-7, Eştoril-3, Panatinaykos-1.

F qrupu
Sent-Etyenn (Fransa) – Qarabağ (Azərbaycan) 1:1
Qollar: Volfsvinkel, 21 – Vüqar Nadirov, 15.

İnter (İtaliya) – Dnepr (Ukrayna) 2:1
Qollar: Kuzmanoviç, 30. Osvaldo, 50 – Rotan, 16.
Qırmızı vərəqə: Andrea Ranokkia (İnter), 47.
Matçın 28-ci dəqiqəsində qonaqların üzvü Yevgeni Konoplaynka penaltidən yararlana bilməyib..

İnter-11, Sent Etyenn-5, Qarabağ-5, Dnepr-4.

G qrupu
Feyenoord (Hollandiya) – Sevilya (İspaniya) 2:0
Qollar: Toornstra, 56. Əl Əhmədi, 83.
Rijeka (Xorvatiya) – Standard (Belçika) 2:0
Qollar: Moises, 26. Kramariç, 34-p.
Qırmızı vərəqə: Dino Arslanaqiç (Standard), 33.
…read more

From:: ANS

      

“Bakı-2015” lazer şousu xarici mətbuatda (FOTO)

“Bakı-2015” ilk Avropa Oyunlarının başlamasına 200 gün qalması münasibətilə noyabrın 26-da paytaxtda keçirilən möhtəşəm şou xarici mətbuatda da öz əksini tapıb.

ANS PRESS-in məlumatına görə, İngiltərədə nəşr olunan “huffingtonpost” qəzetində möhtəşəm şou barədə məlumat dərc olunub və foto-şəkil yayımlanıb.

Həmin foto şəklin altında Türkiyə “Anadolu” agentliyinin Azərbaycan nümayəndəliyinin əməkdaşı, tanınmış azərbaycanlı fotoqraf Rəsul Rəhimovun imzası var.

…read more

From:: ANS

      

Prezident üçəm anasına ev verdi (FOTO)

Türkiyənin Kahramanmaraş vilayətində yeni övlad sahibi olan bir ailə president tərəfindən sevindirilib.

ANS PRESS-in məlumatına görə, Kahramanmaraşda yaşayan Ramazan və Məliha Yıldız cütlüyü bir müddət idi ki, çətin günlər keçirirdi. Hərbi xidmətini yerinə yetirməyən ailə başçısı Ramazan övladı dünyaya gələn ərəfədə vətənin qulluğuna yola düşüb. Həyat yoldaşı hərbi xidmətə gedən Məlihanın üç övladı dünyaya gəlib.

Ailə buna sevinsə də, yaşadıqları şərait heç də ürəkaçan olmayıb. Buna görə də qadın media vasitəsilə həyat şəratinin yaxşı olmadığını bildirib. Ümidsiz şəkildə uşaqlarını necə böyüdəcəyini düşünən anaya gözlənilməz zəng gəlib. Türkiyə prezidentinin xanımı Əminə Ərdoğan gənc anaya gözaydınlığı verib və uşaqları ilə maraqlanacağını söyləyib. Həyəcandan əl-ayağı əsən qadına daha sonra prezidentin özü zəng edib.

Türkiyə prezidenti R.T.Ərdoğan qadına bütün problemlərini həll edəcəyini vəd edib. Çox keçmədən prezidentin tapşırığı ilə İstanbulun Əlibəyköy rayonunda qadına içərisində yeni əşyalar olan ev hədiyyə edilib.

“Yaşadığımız evdə siçanlar gəzirdi. Övladlarımı orada necə saxlayacağımın dərdini çəkirdim. Prezidentimiz və xanımı sayəsində indi övladlarımı daha əmin şəkildə böyüdəcəyəm” – deyə gənc ana sevinc hisslərini bölüşüb. …read more

From:: ANS

      

Avroliqa matçı yarımçıq dayandırıldı

Avropa Liqasının oyunu yarımçıq dayandırılıb. ANS PRESS-in məlumatına görə, “Estoril” (Portuqaliya) – PSV (Hollandiya) matçı başa çatdırılmayıb.

Buna səbəb əlverişsiz hava şəraiti olub. İlk hissəsi başa çatdırılan oyunda ikinci yarı oynanılmyıb.

Matçın baş hakimi və UEFA nümayəndəsi qarşılaşmanı dayandırmaq qərarına gəlib.

Qeyd edək ki, “Estoril” ilk yarıda 3:2 hesablı qələbə qazanıb. …read more

From:: ANS

      

Türk qızların yaraşıqlı aktyoru ölkədən gedir

Türkiyəli məşhur aktyor Amerika Birləşmiş Ştatlarına (ABŞ) getmək qərarı verib.

ANS PRESS-in məlumatına görə, kariyerasına manikenliklə başlayan 31 yaşlı yaraşıqlı aktyor Kıvanç Tatlıtuğ rol aldığı serialın sona çatması ilə yeni planını açıqlayıb.

Ölkəsi ilə yanaşı, Yaxın Şərqdə, həmçinin Azərbaycanda da çox sayda qız pərəstişkarı olan Tatlıtuğ ABŞ-a gedəcək. O, Los Anceleslə yeni bir həyata başlamağı düşünür.

“Hollivud”da aktyorluq bacarığını inkişaf etdirmək və ingiliscə danışğını təkmilləşdirmək istəyən məşhur aktyor verdiyi radikal qərarı yaxın zamanlarda həyata keçirəcək.

Uzun müddət seriallarda rol almağı düşünməyən Tatlıtuğ sadəcə müqaviləsi olduğu bankın reklam filmləri üçün Türkiyəyə gələcək.
Qeyd edək ki, aktyor yay istirahətini də ABŞ-da keçirmişdi. …read more

From:: ANS

      

Azarkeşlərin söydüyü futbolçu ağlayaraq stadionu tərk etdi (VİDEO)

Çilidə keçirilən futbol qarşılaşmasında qəribə bir hadisə baş verib.

ANS PRESS-in məlumatına görə, Emilio Renteria adlı futbolçu ağlayaraq stadionu tərk edib.

Hadisə “San Markos” və “Deportes” komandaları arasında keçirilən qarşılaşmada baş verib.

Qarşı komanda azarkeşlərinin zənci əslli olan Renterianın irqini təhqir etdiyi bildirilir.

Qarşılaşmanın 70-ci dəqiqəsində “San Markosun” venesuellalı legioneri Emilio təhqirlərə dözməyib və ağlayaraq stadiondan çıxıb.

Hakim isə, qarşılaşma 1:0 “San Markos”un xeyrinə ikən oyunu dayandırıb.

…read more

From:: ANS

      

Şəhərdən dairəvi yola estkada

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Avtovağzal dairəsi adlanan ərazisi dairəvi yola birləşdirilir.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, bu məqsədlə tikilən yolun ümumi uzunluğu 1 kilometrdən çoxdur. Eni isə 13 metr təşkil edəcək.

Üç zolaqlı yol üzərində 445 metr uzunluğunda 15 aşırımdan ibarət estakada inşa olunacaq. Hazırda estakadanın başlanğıc və dairəvi yola birləşən hissəsində svayların quraşdırılması işləri gedir.

Tikinti işləri başa çatdıqdan sonra Sumqayıt istiqamətindən gələn nəqliyyat vasitələri Şamaxinka adlanan əraziyə daxil olmadan Stend Atıcılığı İdman Kompleksinə və dairəvi avtomobil yoluna maneəsiz çıxa biləcəklər. …read more

From:: ANS

      

Bakı Olimpiya Stadionu 10-luqda (FOTO)

İngiltərənin ən yüksək tirajlı qəzeti hesab edilən “The Telegraph”ın redaktoru Adam Harri dünyada inşaatı davam edən möhtəşəm stadion layihələri barədə araşdırma hazırlayıb.

ANS PRESS-in məlumatına görə, 10 ən möhtəşəm və həyəcanverici stadion layihəsi içərisində Bakı Olimpiya Stadionu da yer alıb.

Bakı Olimpiya Stadionu — Əsası 6 iyun 2011-ci ildə qoyulub. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, FİFA prezidenti Yozef Blatter və UEFA prezidenti Mişel Platini, eləcə də dünya futbol ictimaiyyətinin görkəmli nümayəndələri, federasiya rəhbərləri, futbol veteranları və digər qonaqlar iştirak ediblər.

Paytaxtda öz müasir tikinti üslubu ilə fərqlənəcək və xüsusi gözəlliyi ilə seçiləcək 65 min tamaşaçı yeri olan Bakı Olimpiya Stadionu bu tipli müasir idman qurğuları sırasında özünəməxsus yer tutacaq. Burada müxtəlif funksiyalı tribunaların, qaçış zolağının və digər infrastrukturun inşası nəzərdə tutulub.

Daxili sahəsi 120,830 kvadratmetr olacaq stadionda tikinti işləri Beynəlxalq Tikinti Standartına (İBC), UEFA və FİFA standartlarına və Azərbaycanın inşaat normativlərinə uyğun aparılacaq. Stadionun layihələndirilməsi ilə bağlı ilkin işlərə 2008-ci ildən başlanıb.

Sözügedən “Dünyanın ən həyəcanverici 10 stadion layihəsi”ni təqdim edirik:

Bakı Olimpiya Stadionu – Azərbaycan, 2015-ci il

Timsah Arena – Türkiyə, 2014-cü il

Estadio La Peineta – İspaniya, 2017-ci il

Zenit Arena – Rusiya, 2016-cı il

Stade des Lumieres – Fransa, 2015-ci il

Allianz Parque – Braziliya, 2014-cü il

Nouveau Stade de Bordeaux – Fransa, 2015-ci il

CSKA Moskva – Rusiya, 2015-ci il

New Ferenc Puskas – Macarıstan, 2018-ci il

Al Wakrah – Qətər, 2022-ci il
…read more

From:: ANS

      

Turkic Azeri and Hazara Solidarity Network