Pəhləvanlarımız güclərini sınayacaq

“Sərhədçi” İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında növbəti Azərbaycan çempionatı keçiriləcək.Çempionat 13-15 dekabr tarixdə olacaq.

Federasiyadan ANS PRESS-ə verilən məlumata görə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Güləş Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışlarda 18 yaşı tamamlamış, 1996-cı il və yuxarı yaşlı idmançılar iştirak edə bilərlər. Şəxsi xarakter daşıyan yarışlarda idman cəmiyyətləri, idman klubları, idman təşkilatları, şəhər və rayon yığma komandalarının tərkibinə daxil olan idmançılar mübarizə aparacaq.

Dünya Güləş Birliyinin qaydalarına əsasən keçiriləcək yarışlar Azərbaycan Güləş Federasiyası Hakimlər Kollegiyasının təyin etdiyi hakimlər tərəfindən idarə olunacaq. Sərbəst güləşçilər 57, 61, 65, 70, 74, 86, 97 və 125 kq-a qədər, yunan-Roma güləşçiləri isə 59, 66, 71, 75, 80, 85, 98 və 130 kq-a qədər çəki dərəcələrində qüvvələrini sınayacaqlar.

Proqrama əsasən, dekabrın 12-də saat 16:00-da ilk çəki prosesi həyata keçiriləcək. Sərbəst güləş üzrə yarışların keçiriləcəyi ilk gündə 57, 61, 65, 70, 74 kq çəki dərəcələrində güləşçilər öz aralarında ən güclüləri müəyyənləşdirəcək. Dekabrın 14-də 86, 97 və 125 kq sərbəst, 59, 66, 71 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri, son gündə isə 75, 80, 85, 98 və 130 kq yunan-Roma güləşçiləri mübarizə aparacaq.

Çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunacaq, həmin güləşçilər ölkə yığma komandasının heyətinə cəlb ediləcək və tam dəst idman geyimi ilə təmin olunacaqlar. …read more

From:: ANS

      

Cəbhədə silah səsləri

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 41 dəfə pozulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, erməni silahlı bölmələri Ermənistan Respublikasının Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Ağdam rayonunun Şuraabad, Yusifcanlı, Mərzili, Şıxlar, Cəvahirli, Sarıcalı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Xocavənd və Füzuli rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub. …read more

From:: ANS

      

ABŞ-dan Qarabağa həmlə

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ceff Ratke Dağlıq Qarabağ münaqişəsi haqqında bəyanatla çıxış edib.

Ceff Ratke Ermənistanı və Azərbaycanı sülh danışıqlarının davam etdirilməsi üçün bütün səyləri artırmağa çağırıb.

ANS PRESS-in məlumatına görə o, deyib: “ABŞ münaqişə tərəflərini təmas xəttində gərginliyin artmasına gətirib çıxaracaq hərəkətlərindən çəkinməyə çağırır. Biz tərəfləri sülh danışıqlarının keçirilməsinə və Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üçün kompromis variantlar haqqında düşünməyə səsləyirik. ABŞ əvvəlki kimi, bu məsələdə kömək göstərməyə hazırdır.” …read more

From:: ANS

      

Bakıda 8 otaqlı ev yanıb kül oldu

Bu gecə Bakıda yanğın olub.

ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, yanğın paytaxtın Nəsimi rayonunda qeydə alınıb.

Paytaxt sakininə məxsus ümumi sahəsi 240 kv.m olan 2 mərtəbəli 8 otaqlı ev tamam yanıb. Yanğın evin tüstü bacasından başlayıb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

Yanğın saat 01:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır. …read more

From:: ANS

      

Həkimlərimiz biliklərini litvalı həmkarları ilə bölüşür (VİDEO)

Litvadan olan bir qrup həkim qabaqcıl tibbi təcrübə və bilgilərin Azərbaycanlı həmkarları ilə mübadiləsi məqsədilə Bakıya gəlib. Görüşlər bu həftə “Qabaqcıl tibbi təcrübə mübadiləsi” birgə layihəsi çərçivəsində keçiriləcək, görüşlər zamanı həkimlərlə konsultasiyalar və xəstələrlə birgə müayinə-müalicə işləri nəzərdə tutulur. Layihənin rəhbəri, Litvanın Azərbaycan səfirliyindəki rəsmisi Şarune Kubilyutenin verdiyi məlumata görə, Litvadan olan həkim qrupu cərrah, uroloq və əczaçıdan ibarətdir.

İki ölkənin mütəxəsisləri arasında görüş Bakıda Respublika Diaqnostika Mərkəzində baş tutub.

Azərbaycandan, toplantıda xüsusi mövzulu məruzələrlə uroloqlar Rəşad Şölan və Araz Hüseynov, professor-radioloq Əhməd Mimiş və həmçinin dosent-ginekoloq Aleksandr Barsukov çıxış edib.

Azərbaycanlı həkimlər Litvalı həmkarlarının müasir cərrahiyə metodları, o cümlədən laparoskopiya, yəni daxili orqanların kiçik kəsikli əməliyyatlarına aid bilgilərindən və təcrübəsindən yararlana biləcəklər. Həmçinin yerli mütəxəsisləri Litvalıların elektron tibbi məlumat bazası yaratmaq təcrübəsi maraqlandıra bilər, belə saytlarda, internet istifadəçiləri ölkədə olan bütün dərmanlar və onu maraqlandıra preparatlar haqqında dolğun məlumatlar alacaqlar.

…read more

From:: ANS

      

Dünyanın ən böyük “selfie”si (FOTO)

Banqladeşdə mindən çox insan kütləvi “selfi”nin iştirakçısı olub.

ANS PRESS-in “ICTnews”a istinadən məlumatına görə, kütləvi (qrup) “selfi” “Nokia Lumia 730” smartfonunun köməyi ilə çəkilib. Qrup “selfi”sində 1151 hindli iştirak edib, bundan sonra fotoşəkil “Facebook” sosial şəbəkəsində “Microsoft Lumia Bangladesh” səhifəsində dərc edilib. 20 mindən çox istifadəçi fotoşəkli “layk” edib. Fotoşəkil aktiv şərh olunub, qrup “selfi”si üçün yeni termin (qrufi) təklif edilib.

Xatırladaq ki, “Nokia Lumia 730” smartfonu 5 meqapiksellik ön kamera ilə təchiz edilib və “məhz “selfi” üçün yaradılıb” ideyası cihazın şüarıdır.

…read more

From:: ANS

      

Turkic Azeri and Hazara Solidarity Network