Zəhərli ayaqqabı təhlükəsi (VİDEO)

Türkiyə Gömrük və Ticarət Nazirliyi kanserogen (xərçəng xəstəliyi yaradan) maddə ehtiva edən ayaqqabıların fotolarını yayıb.

ANS PRESS-in məlumatına görə, nazirlikdən bildirilib ki, lazımlı testlərdən keçə bilməyən və daxili bazara gətirilməsi qadağan olan ayaqqabıların marka və modelləri, həmçinin formaları təsbit edilib.

Türkiyə Gömrük və Ticarət Nazirliyi qeyd edib ki, sözügedən ayaqqabılara bağlı görüntülər vətəndaşları məlumatlandırmaq üçün yayımlanır:

“Bu məhsullardan satın alan və ya hər hansı bir mağazada satışa çıxarıldığını görən vətəndaşlar aidiyyatı orqanlara müraciət etsinlər. Nazirlik məsələ ilə bağlı yoxlamaları davam etdirir. Araşdırmalar bitdikdən sonra nəticələr ictimaiyyətə açıqlanacaq”, -deyə nazirlikdən bildirilib.

…read more

From:: ANS

      

Yeni avtobuslar gətirildi (VİDEO)

2015-ci ildə olimpiya oyunları ilə əlaqədar artıq 50 avtobus gətirilib.Orta tutumu olan bu avtobuslar əvvəlki avtobuslardan fərqli olaraq öz müasir görünüşü ilə fərqlənəcək.Təxminən 30 sərnişin tutumuna malik olan bu avtobuslar müasir standartlara cavab verəcək. Nəqliyyat nazirliyinin ictimaiyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov bildirib ki, əgər ehtiyac olarsa o zaman gətirilən avtobusların sayı da artırılacaq. 500 ədəd ”London taksi”sinində gətirilməsi nəzərdə tutulub.

Namiq Həsənov kart sistemində də yeniliklərin olacağını və gələcəkdə ümumi ictimai nəqliyyatda kart sisteminin uzlaşdırılması məsələsi müzakirə ediləcəyini bildirdi. Həmçinin digər bank kartlarının Viza və Maestro kartların avtobusda və nəqliyat vasitələrində istifadə olunması gündəmdədi.

2015-ci ildə nəqliyyat sahəsində olan yeniliklər bununlada bitmir.Yeni sürücü bazası yaradılıb, kurslar təşkil olunub.Hər bir sürücü bu kurslara cəlb olunacaq. Və onlara ingilis dili öyrədiləcək. Qəza törədən sürücü artıq başqa avtobusda işləyə bilməyəcək.

…read more

From:: ANS

      

İbrahimoviç özünü tanrı saydı (FOTO)

İsveç millisinin və PSJ klubunun forvardı Zlatan İbrahimoviç futbolda özünü tanrı hesab edir.

ANS PRESS-in məlumatına görə, İbra ləqəbi ilə tanınan futbolçu Lionel Messini dahi, Lilian Türamı isə heyvan adladırıb.

Maraqlıdır ki, İbrahimoviçin xəyal etdiyi komanda da Kristian Ronaldo yer almayıb və Messini ondan üstün sayıb.

İbrahimoviç öz komandasında aşağıdakı futbolçuları görmək istəyib:

Canluici Buffon, Lilian Türam, Tyaqo Silva, Fabio Kannavaro, Maksvell, Andres İnyesta, Patrik Viyera, Xavi, Pavel Nedved, Lionel Messi və Zlatan İbrahimoviç.

…read more

From:: ANS

      

Vəzifəli şəxslərə cinayət işi

Vəzifəli şəxslərin qanunsuz əməlləri ifşa edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Xətai rayon Məşğulluq Mərkəzinin vəzifəli şəxslərinin qanunazidd hərəkətləri barədə həmin nazirlikdən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Araşdırmalar zamanı Xətai rayon Məşğulluq Mərkəzinin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 2012-2013-cü illərdə ayrı-ayrı şəxslərin adlarına saxta əmək kitabçalarının tərtib edilməsi, əmək haqqı barədə arayışların müxtəlif şəxslərin adlarına saxtalaşdırılması, işsizlik müavinətlərinin düzgün hesablanmaması və yol verilmiş digər qanunsuzluqlar nəticəsində ümumilikdə 137 min 853 manat məbləğində qanunsuz ödənişlər aparılmaqla mənimsənilməsində şübhəli biliniblər.

Şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ) və 313-cü ( vəzifə saxtakarlığı ) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir. …read more

From:: ANS

      

"Space"ə xəbərdarlıq

Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.

ANS PRESS-in MTRŞ-ya verdiyi məlumata görə, iclasda “Space Müstəqil Teleradio Şirkəti” tərəfindən “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması faktı müzakirə edilib.

“Space Müstəqil Teleradio Şirkəti” tərəfindən 22 noyabr 2014-cü il tarixdə saat 20:30-da efirə gedən “Hər həftə” xəbərlər-informasiya proqramının yayımı zamanı (saat 20:41) uşaqların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən səhnənin – dayə tərəfindən azyaşlı uşağa qarşı fiziki zorakılıq, xəsarətyetirmə səhnəsinin nümayiş etdirilməsi ilə bağlı qərar qəbul edilib.

Məlumatda qeyd edilir ki, “Televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin, “Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar”ın 2.1-ci bəndinin, həmçinin 17-26 noyabr 2014-cü il tarixlərdə “Televiziya və radio yayımı haqqında» Qanunun 35.5, 35.7-ci maddələrinin pozulması (reklamın yayımının qanunla müəyyənləşdirilmiş qayda və tələblərinə əməl edilməməsi) faktı ilə əlaqədar olaraq “Space Müstəqil Teleradio Şirkəti”nə xəbərdarlıq elan edilib. …read more

From:: ANS

      

Turkic Azeri and Hazara Solidarity Network