2 gündə atəşkəs 67 dəfə pozuldu

Cəbhə xəttində atəşkəs yenidən pozulub.

Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 21 dəfə pozulub.

Erməni silahlı bölmələri Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.

Qeyd edək ki, ötən gün də cəbhə xəttində atəşkəs rejimi pozulub. Müdafiə Nazirliyindən bildirilir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 46 dəfə pozulub.

Erməni silahlı bölmələri Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. …read more

From:: ANS

      

Moskvanın Qarabağ marağı

“Moskva Dağlıq Qarabağ münaqişəsinin siyasi həlli üçün bütün səylərini göstərəcək.”

ANS PRESS-in məlumatına görə, bunu Rusiya Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsinin sədri Aleksey Puşkov “Vestnik Kavkaza” müsahibəsində bildirib.

Onun sözlərinə görə, başa çatan 2014-cü il Rusiyanın yalnız qərb ölkələri ilə deyil, həm də Cənubi Qafqaz dövlətləri ilə münasibətlərinin inkişafı asan olmayıb. Ancaq mürəkkəb beynəlxalq vəziyyət şəraitində qonşularla əlaqələr Moskva üçün xüsusi aktuallıq qazandı.

O, Cənubi Qafqaz dövlətləri ilə əlaqələrin inkişaf perspektivləri barədə deyib ki, Azərbaycan, Ermənistan və Gürcüstan ilə münasibətlər müxtəlif xarakter daşıyır. Azərbaycan bizim strateji tərəfdaşımızdır. Bizimlə dost ölkədir, amma hələ hansısa inteqrasiyaya daxil olmaq niyyətində deyil və ən azı, özünü əlavə öhdəliklərə bağlamaq istəmir.

Rusiya və Azərbaycan arasında iqtisadi, siyasi sahədə çox yaxşı ikitərəfli münasibətlər mövcuddur. Azərbaycan Rusiyanın iştirak etdiyi inteqrasiya mexanizmlərinə yaxınlaşacaqmı, bu yolla gedəcəkmi? Düşünürəm ki, bu məsələ ölkə qarşısında əsas sual kimi durur. Mənə görə, Bakı ilə Moskva əlaqələrinin inkişaf perspektivləri xüsusi əhəmiyyətə malikdir. Biz heç kimi heç yerə zorla cəlb istəmirik, amma, çox əhəmiyyətlidir ki, iki ölkə arasındakı indiki yaxşı əməkdaşlıq, müsbət baza və əhval-ruhiyyə saxlanılsın.

A.Puşkov Dağlıq Qarabağ münaqişəsinin həllində rəsmi Moskvanın rolundan danışıb: “Mənim fikrimcə, Dağlıq Qarabağ postsovet məkanında mövcud olan ən mürəkkəb münaqişələrdən biridir. Rusiya münaqişənin həllində və iki dövlətin rəhbərliyi arasında danışıqların keçirilməsində gücü çatan iştirakı qəbul edir və öz nüfuzundan istifadə edir ki, bu dondurulmuş münaqişənin donu açılmasın.

İndi Rusiyanın rolu məhz buna yaxınlaşır və bu, fövqəladə əhəmiyyətlidir. Çünki dondurulmuş münaqişənin böyük fərqi var. Yəni donun açılması silahlı toqquşmalarla və vəziyyətin gərginləşməsi ilə nəticələnə bilər. Ona görə də münaqişəni dondurulmuş vəziyyətdə hansısa bir siyasi yolla, qərarla həll etmək mümkündür. Düşünürəm ki, Rusiya tərəflər arasında maksimal imkanların yaradılması üçün səylər, bu məsələnin siyasi müzakirəsinin davam etməsi üçün cəhdlər göstərir.” …read more

From:: ANS

      

Olimpiya Stadionu və Socar Tower necəyə başa gəlib? (FOTO)

Bakı Olimpiya Stadionu və Socar Tower-in istifadəyə veriləcəyi tarix məlum olub.

ANS PRESS-in məlumatına görə, bu barədə Türkiyənin “Tekfen İnşaat” şirkətindən bildirilib. Azərbaycanda ümumilikdə 2 milyard dollarlıq layihəyə imza atan şirkət iki böyük layihəni fevral ayında təslim edəcək.

“Tekfen İnşaat” baş direktoru Levent Kafkaslı görülən işlər barəsində mətbuata açıqlama verib. O bildirib ki, Bakı Olimpiya Stadionu 24 aya tam bitəcək.

Stadionun tikintisi üçün 640 milyon dollarlıq müqavilə imzaladıqlarını ifadə edən Kafkaslı layihənin inşasına 2013-cü ilin fevral ayında başladıqlarını söyləyib:

“Bakı Olimpiya Stadionu 12-28 iyun 2015 tarixləri arasında Beynəlxalq Olimpiya Komitəsi tərəfindən ilk dəfə təşkil ediləcək olan Avropa Oyunlarına ev sahibliyi edəcək. Son texnologiyaların istifadə edildiyi stadionu, 24 ay kimi qısa müddətdə tamamlayacaq Tekfen ilk rekordun sahibi olacaq”.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin yeni binası olan Socar Tower-in inşasına isə 2010-cu ilin iyul ayında başladıqlarını xatırladan Kafkaslı binanın fevral ayında təhvil veriləcəyini bildirib.

Kafkaslı Socar Tower üçün 235 milyon 400 min dollarlıq müqavilə imzaladıqlarını ifadə edib:

“42 mərtəbə olan binanın hündürlüyü 200 metrdir. Socar Tower öz özünü təmizləyə bilən bir sistemlə təchiz olunub. Binanın fasad hissəsi led ekran olaraq da istifadə edilə biləcək. 34 min kvadrat metr led ekranla əhatə edilən binada istənilən görüntünü əks etdirmək mümkündür. Bina, 189 kilometr sürətlə əsən küləyə və 9 ballıq zəlzələyə dayanıqlı olaraq inşa edilib. Azərbaycanın ən yüksək binası olan Socar Tower xüsusi dizaynı ilə diqqət çəkəcək”, – deyə baş direktor söyləyib.

…read more

From:: ANS

      

Beren Saatdan şok reaksiya (FOTO)

Azərbaycanda da məşhur olan tanınmış türk aktrisası Beren Saatdan sərt reaksiya. ANS PRESS-in məlumatına görə, aktrisanın sərt reaksiyası hamını təccüblənib.

Ulduz aktrisa ötən gün Nişantaşında kameralara tuş gəlib. Kameraları görən aktrisanın bir anda üz ifadəsi dəyişib və narahatlığını kəskin ifadə ilə bildirib.

“Heç bi şəkildə danışmaq istəmirəm. Boş yerə sual verməyin” deyərək uzaqlaşıb.

Ana olmaq istəyən aktrisanın üzündəki şişliklər diqqət çəkib.

Qeyd edək ki, aktrisa müğənni Kənan Doğulu ilə iyul ayında ailə qurub. Onların toyu ABŞ-da baş tutub. Aktrisa övlad sahibi olmaq arzusundadır və bu il heç bir layihədə yer almayıb. Bununlada o serial və kinodan gələ biləcək milyonlardan imtina etmiş olub.

…read more

From:: ANS

      

Bakıda vahimə: 22 nəfər zəhərləndi

Ötən gün Bakıda dəm qazından 22 nəfər zəhərlənib. ANS PRESS-in məlumatına görə, hadisə paytaxtın müxtəlif yerlərində qeydə alınıb.

Hadisə nəticəsində dəm qazından zəhərlənənlərin 18 nəfərinin vəziyyəti daha ağır olub. Onlar xəstəxanalara yerləşdiriliblər. Zəhərlənənlərdən 4 nəfərə isə yerində yardım göstərilib.

Qeyd edək ki, havaların soyuq keçməsi səbəbindən dəm qazından zəhərlənmə faktarı artıb. Fövqəladə Hallar Nazirliyindən bildirilir ki, hər il qış mövsümünün gəlişilə bağlı qurum tərəfindən müxtəlif maarifləndirmə işləri aparılır. Əhaliyə “mavi yanacaq”dan istifadə ilə bağlı yaddaş kitabçaları paylanır. İctimai yerlərdə plakat şəklində maarifləndirici məlumatlar vurulur. Kütləvi informasiya vasitələrində maarifləndirici reklamlar yayimlanır. Bundan əlavə, nazirliyin əməkdaşları mənzillərdə yoxlamalar həyata keçirirlər.

Bundan başqa sobaların tüstü borularının bayıra çıxışı yoxlanılır. Suyu qazla qızdırılan duş və vanna otaqlarında nəfəsliklərin olması yoxlanılır. Soba ilə qızdırıcı sistemlərdə texniki baxışdan keçirilir. Havatəmizləyici bacalar və borularda dəm qazının çıxmasına maneçilik törədən nasazlıqlar olarsa, dərhal onun aradan qladırılması istiqamətində tədbirlər görülür. …read more

From:: ANS

      

Nazir qatar altında qaldı

Mərakeşdə nazir qəza qurbanı olub. Dövlət naziri olan Abdulla Baha Bouznika şəhərində qatar altına düşüb.

ANS PRESS-in məlumatına görə, hadisə bazar ertəsinə keçən gecə – dekabrın 8-də baş verib. Qəza baş verərkən nazir avtomobildə olub.

Maraqlısı odur ki, Abdulla Baha keçmiş deputat Əhməd əz-Zəidi həlak olan yerdə həyatını itirib. Belə ki, bir ay əvvəl noyabrın 9-da eyni yerdə Əhməd əz-Zəidi avtomobilində olarkən həmin ərazini su basıb və onun maşını suya qərq olub. Abdulla Baha da həmin əraziyə baxış keçirmək üçün gedəndə qatar onun maşınını vurub.

Qeyd edək ki, 60 yaşlı mərakeşli nazir Abdulla Baha dövlət başçısı Benkiranın yaxın dostu, həmçinin Ədalət və İnkişaf Partiyasının liderlərindən biri olub. …read more

From:: ANS

      

Məktəb direktoru: "O qadının kimliyini sizə niyə deməliyəm ki?" (VİDEO)

Bir müddət əvvəl işdən çıxarılan direktoru ilə gündəmə gələn orta məktəbdə növbəti olayı valideyn yaradıb. Sosial şəbəkələrdə Bakının Nəsimi rayonu ərazisindəki Tahir Həsənov adına 23 saylı orta məktəblə bağlı təhsil müəssisəsinə yaraşmayan görüntülər yayımlanıb. Bir dəqiqəlik videoda məktəbin mühafizəsində dayanan polislə valideyn olduğu iddia edilən xanımın münaqişəsi yer alıb. Videoda baş verənlərə şərh vermədən onu oxucuların mühakiməsinə buraxır və hadisə ilə bağlı məktəbin direktoru Yuliya Kərimovanın sərt və suallarla dolu açıqlamasını təqdim edirik.

Direktor Milli.Az-ın məktəbə valideyn buraxılıb-buraxılmaması ilə bağlı sualına cavabında bildirdi ki, məktəbi valideyndən qorumağa ehtiyac yoxdur və onlar məktəbdə gedən təlim prosesinin bir hissəsidirlər. Onun sözlərinə görə, rəhbərlik etdiyi məktəb valideynlərini küçədə gözlətməyən yeganə təhsil müəssisəsidir: “Bizim valideynlər uşaqlarını məktəbə gətirəndə içəri keçirlər. Dərs qurtaranda isə gəlib uşaqlarını məktəbin foyesində gözləyirlər. Hava soyuqdur deyə onları bayırda saxlatmaq istəmirik. Uşaqlarını içəridə gözləyirlər”.

Y.Kərimovaya rəhbərlik etdiyi məktəblə bağlı xoşagəlməz video yayıldığını deyəndə cavab əvəzinə bizi sual atəşinə tutdu: “Həmin videoda haradan bildiniz ki, məktəbə buraxılmayan valideyndir? Sosial şəbəkələrdə çox şey yayıla bilər, bu, demək, düzdür? Videodakı görüntüyə “bespredel” deyirsiniz? Heç o videoda polis kobud söz işlədib? Sosial şəbəkədə yayılan məlumat və videolara inanmıram. Belə şeylərə tənqidi yanaşıram, jurnalist də tənqidi yanaşmalıdır. Bəlkə, həmin video bizim məktəbə aid deyil. Bütün prosesləri nəzarətdə saxlayıram, tədbir görüləsi vaxt tədbir görürəm. Heç kimə qarşı bu məktəbdə kobudluq ola bilməz”.

Direktor daha sonra video barədə danışdı: “Mən bu videoya baxmışam. Qadının çəkiliş aparmağa hüququ yoxdur. Siz haradan bilirsiniz ki, valideyndir, bəlkə, provokatordur? Polis həmin videoda nəzakətlə hansısa xanıma müraciət edir. Axırda isə xanım qışqırır. Görünmür axı, kim qadına təzyiq göstərir. Bu məsələni araşdırdım. Amma sizə niyə məlumat verməliyəm? Dövlət məktəbinin nümayəndəsiyəm. Təhsil Nazirliyindən icazə verilsə, sizinlə danışmalıyam. Burada qadın nəyə görəsə qışqırır, polis də etik qaydada deyir ki, 2 dəqiqə gözləyin. Biz bu məsələni bilirik, məktəbdaxili məsələdir. Həll etmişik, amma bu barədə açıqlama vermək istəmirəm. Həmin xanımın …read more

From:: ANS

      

Turkic Azeri and Hazara Solidarity Network