Ermənistan "dəmir tələ"də

Bu günlərdə Rusiya və Abxaziya arasında strateji əməkdaşlıq haqqında razılaşma imzalandıqdan sonra prezident Vladimir Putin bildirib ki, Abxaziyanın mövqeyindən asılı olaraq, Rusiya Gürcüstana və Ermənistana tərəf dəmir yol əlaqəsi proqramını həyata keçirməyə hazırdır.

ANS PRESS-in verdiyi məlumata görə, erməni mətbuatında dərc olunan yazıda Rusiyanın yeni dəmir yolu layihələrinin xoş görüntü yaratmasına baxmayaraq, bunun reallıqdan uzaq olduğu, həyata keçirilməsinə obyektiv mane olan səbəblər, həmçinin Ermənistanın özləri və ruslar tərəfindən “dəmir tələ”yə salınması izah olunur.

Yazıda deyilir ki, söhbət Rusiya-Abxaziya dəmir yolunun istismarına hazırlıqdan gedir. Bu dəmir yolu Ermənistan üçün çox əhəmiyyətlidir, çünki, bu, Rusiya bazarına malların ixracı məsələsində daha çox əlverişli nəqliyyat şəraitinə malik olmağa icazə verəcək. Bundan başqa, ticarət nöqteyi-nəzərindən abxaz dəmir yolunun mövcudluğu Ermənistan-İran dəmir yolu xəttini daha cazibədar edəcək, hansı ki, faktiki olaraq, Ermənistan vasitəsilə İran Gürcüstanla və Rusiyayla əlaqə saxlayacaq.

Təbii ki, bu, Ermənistan, Gürcüstan üçün ruhlandırıcı perspektivlərdir, amma burada Abxaziyanın statusu məsələsi problem yaradır. Belə ki, Gürcüstanın öz tələbləri və qiymətləndirilmələri var. Məhz Rusiya-Abxaziya müqaviləsinin imzalanmasından sonra Gürcüstan prezidenti səsləndirdi ki, bu hərəkət Gürcüstana qarşı başqa formada təcavüzdür.

Digər tərəfdən, nəzəri cəhətdən anlamaq mümkün deyil ki, münaqişənin mövcudluğuna baxmayaraq, tərəflər nəqliyyat kommunikasiyalarının istismarı haqqında razılığa gələcək. Siyasi münaqişələr səbəbindən iqtisadi əməkdaşlığın qarşısı alınacaq. Praktiki planda, yumşaq desək, bu layihənin reallaşması ağlasığmazdır və təbii ki, dəmir yolu ciddi presedent yaradacaq. Hətta optimist yanaşma halında belə, aydındır ki, problemlər çoxdur və bu, böyük investisiya tələb edir.

Məqalədə göstərilir ki, regionda indi digər böyük layihə – Bakı-Tiflis-Qars həyata keçirilir. Bu, Ermənistanı blokadaya salan layihədir, ancaq Cavaxetiyadan keçir. Demək, faktiki olaraq, Cavaxetiya sakinlərinin ictimai-iqtisadi vəziyyəti yaxşılaşmasına imkan yaradacaq və beləliklə, bu bölgəyə ermənilərin iddiası puç olacaq.

Bundan başqa, Rusiya Azərbaycan ərazisi vasitəsilə İranla yeni dəmir yolu xətti tikmək niyyətində olduğunu bildirib. Təsəvvür etmək çətindir ki, Rusiya eyni zamanda iki böyük dəmir yolu layihəsi həyata keçirə bilər. Moskva bu layihələrin reallaşdıra biləcəyinə belə əmin …read more

From:: ANS

      

Dəm qazı 1 uşağı yetim qoydu

Bakıda daha bir zəhərlənmə faktı qeydə alınıb.

ANS PRESS-in məlumatına görə, paytaxtın NZS qəsəbəsində baş verən hadisə zamanı bir nəfər dəm qazından zəhərlənib.

Hadisə qəsəbənin Lazovski küçəsində mənzil 12-də qeydə alınıb. Hadisə yerindəki şahidlərin ANS PRESS-ə verdiyi məlumata görə, zəhərlənmiş şəxs 27 yaşlı Murad adlı gənc olub.

O bu mənzilə yenicə köçübmüş. 1 uşaq atası olan şəxsin meyiti artıq mənzildən çıxarılıb.
İlkin ehtimala görə, hadisə qaz sızmasından meydana gəlib. …read more

From:: ANS

      

Millimizdə “Fənərbağça”lı futbolçu

Özbəkistanın paytaxtı Daşkənd şəhərində ilk dəfə təşkil edilən beynəlxalq turnirdə iştirak edən futzal üzrə milli komandamızın heyətində dəyişiklik edilib.

ANS PRESS-in AFFA-ya istinadla verdiyi məlumata görə, son məşqdə zədələnən Seymur Məmmədov heyətdən çıxarılıb.

Onun əvəzinə heyətə “Fənərbağça” komandasının üzvü Vitali Borisov dəvət olunub. …read more

From:: ANS

      

Neftin fəlakətli enişi

Nyu-York birjasında West Texas Intermediate (WTI) neftnin qiyməti 2,46% dəyər itirərək 1 barrel üçün 64, 52 dollara düşüb.

ANS PRESS-in məlumatına görə, bu kəskin azalma kimi dcəyərləndirilə bilər. Bir gün öncə birjalar işi 71 dollarla baş çatdırmışdı.

Eyni gündə Londonda Brent nefti də kəskin ucuzlaşaraq barrel üzrə 68 dollar 28 sentə düşüb.

Ekspertlər neftin barrelinin 57 dollardan aşağı düşəcəyini ehtimal edirlər. İddia edilir ki, Səudiyyə Ərəbistanı tərəfindən yürüdülən bu siyasət ABŞ-ın şist neftini bazardan çıxarmaqdır. Neftin qiyməti bu həddən aşağı düşdükdən sonra şist neftini istehsal etmək rentabelli olmur.

Azərbayjan 2015-ci il üzrə büdcəsində neftin 1 barrelinin qiyməti 90 dollar götürülüb. …read more

From:: ANS

      

700 bal toplamaq üçün nə etməli? (FOTO)

Bu tədris ilində 700 bal toplayaraq ali məktəbə qəbul olan daha bir gənclə oxuçularımızı tanış edirik. Bu, Qədimbəyli Qoşqar Azər oğludur. 1997‐ci ildə Bakı şəhərində anadan olan Qoşqar V sinfə qədər təhsilini Bakı şəhəri 245 saylı tam orta məktəbdə, sonra isə 287 saylı “Zəkalar” liseyində alıb. 2014‐cü ildə həmin liseyi qızıl medalla bitirib. Riyaziyyat fənni üzrə rayon və şəhər olimpiadalarının qalibi olub. Builki qəbul imtahanında II ixtisas qrupu üzrə 700 bal toplayaraq “ADA” Universitetinin “Beynəlxalq münasibətlər” ixtisasına qəbul olub. Prezident təqaüdçüsüdür.

-Məktəbdə əla oxumağına hansı amillər təsir edib?
– Birinci sinfə gedəndən məktəbi bitirənədək valideynlərim mənim təhsilimə həmişə çox ciddi yanaşıblar. Onlar gündəlik işlərinin bir hissəsi kimi hər gün müəllimlərin verdiyi tapşırıqları mənim necə yerinə yetirməyimlə maraqlanırdılar. Bu da məndə dərslərə həm
məsuliyyət, həm də həvəslə yanaşma hissi yaradırdı. Yaxşı təhsil almağımda “Zəkalar” liseyinin rolunu xüsusi vurğulamaq istəyirəm. Orada elə bir mühit vardı ki, ya oxumalıydın, ya da məktəbdəki proseslərdən kənarda qalmalıydın. Şagirdlər arasında ciddi rəqabət var idi. Hamı bilik səviyyəsinə görə bir‐birini ötməyə çalışırdı. Müəllimlərimiz bilik yarışları təşkil edir və qaliblərə xüsusi diqqət ayırırdılar. Buna görə də hamı qalib olmağa çalışırdı. Bizə daim belə bir fikir aşılanırdı ki, bura təhsil ocağıdır və sizin burada işiniz oxumaqdan ibarət olmalıdır. Bütün bunlar mənim əla oxumağıma təsir edirdi.

– Sinif yoldaşlarının qəbul imtahanında göstəriciləri necə oldu?
– Qeyd edim ki, uşaqların, demək olar, hamısı yaxşı oxuyurdu və ali məktəbə qəbula ciddi hazırlaşırdı. Nəticədə 2 nəfər 700, 6 nəfər 650‐dən artıq bal topladı. Yarıdan çoxu isə 600‐650 arası nəticə göstərdi. Sinif yoldaşlarımın hamısı arzu etdikləri ixtisaslara qəbul olublar.

– Gənclərin əksəriyyəti repetitorla hazırlaşmağı qəbula hazırlıq üçün vacib amil hesab edir. Sən bu haqda nə deyərdin?
– Ali məktəbə qəbul olmağın təməlini orta məktəbdə qazanılan bilik təşkil edir. Belə düşünmürəm ki, orta məktəbi yaxşı oxumayıb son siniflərdə repetitor yanına getməklə yüksək uğur əldə etmək olar. Mütləq əvvəldən məqsədli şəkildə dərslərini yaxşı …read more

From:: ANS

      

Xəstəxanada ər arvadının başını kəsdi

Türkiyədə kişi arvadının başını kəsib. ANS PRESS-in məlumatına görə, hadisə Vanda baş verib.

Məlumata görə, Filiz Ören adlı qadın şəhərdəki xəstəxanalardan birində yatan övladının yanında qalıb. Xəstəxanaya gələn ata Rəhmi Ören isə həyat yoldaşının başını kəsib. Hadisənin hansı səbəbdən baş verdiyi bəlli deyil.

Qadın dərhal xəstəxanın təcili yardım şöbəsinə çatdırılıb. Lakin edilən bütün müdaxilələrə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb.

Cinayəti törədən Rəhmi Ören həbs olunub. Hadisə ilə bağlı araşdırma başlayıb.

Kişi həyat yoldaşının başqası ilə əlaqəsi olduğunu deyib. “Onu namus üstündə öldürdüm. Başqası ilə münasibəti olduğunu bilən kimi onu da, sevgilisini də öldürdüm”. …read more

From:: ANS

      

Avrointeqrasiya qalib gəlir?

Moldovada keçirilən parlament seçkilərinin ilkin nəticələri bəllidir. ANS PRESS-in məlumatına görə, ölkənin Mərkəzi Seçki Komissiyası parlament seçkiləri protokollarının 87,6 faizini ictimaiyyətin diqqətinə çatdırıb.

Nəticələrə görə, liderliyi sosialistlər partiyası əldə edib. Belə ki, adıçəkilən partiya 21,61 faiz səs toplaya bilib.

Daha sonra Liberal demokrat partiyası (19,29), kommunistlərin partiyası (17,84%), Demokratik partiya (15,76%) və Liberal partiya (9,8%) gəlir.

Beləliklə ehtimal olunan Avropayönlü koalisiya üzvləri ümumi rəqəmdə moldovanların 45 faiz səsini toplaya bilib. Onların rəqibləri – Rusiya ilə inteqrasiyanı dəstəkləyən solçu qüvvələr isə 39 faiz səs əldə ediblər.

Qeyd edək ki, Demokrat partiyasının lideri Dmitriy Dyavkov artıq yaxın günlərdə sağçı hakim koalisiya təşkil ediləcəyini bəyan edib. …read more

From:: ANS

      

Turkic Azeri and Hazara Solidarity Network