“Buna yol verməyəcəyik”

Ankara və Vaşinqtonun Suriyanın “mötədil müxalifəti” adlandırdıqları qüvvələrə döyüş təlimi keçmək qərarı Dəməşq üçün ölkədəki böhranı daha da gərginləşdirmək deməkdir.

Bu barədə Suriyanın xarici işlər naziri Valid əl-Muallem deyib.

“Bu Suriya böhranının daha sürəkli olması üçün bir vasitədir və daha böyük qırğınlara gətirib çıxaracaq”, deyə Valid əl-Muallem “Russia Today” telekanalına müsahibəsində bildirib.

Nazir qeyd edib ki, “İŞİD”-ə qarşı mübarizə aparan beynəlxalq koalisiya qüvvələri tərəfindən Suriyanın hava hüdudlarının pozulması elə ciddi problem deyil. Onun sözlərinə görə, ölkənin quru sərhədlərinin pozulması ehtimalı daha ciddi və təhlükəlidir.

“Bu çox həssas mövzudur. Məsələ ondadır ki, hazırda ölkənin hava məkanı pozulur. Lakin bu vəziyyəti gələcəkdə nizamlamaq mümkündür. Bufer zonalar adlandırılan ərazilərdə ölkənin quru sərhədlərinin Türkiyə tərəfindən pozulması ehtimalı bizim üçün daha böyük təhlükə yaradır. Bu Suriyanı parçalamaq deməkdir. Biz heç vaxt buna yol verməyəcəyik”, deyə Valid əl-Muallem vurğulayıb.

“Hava hücumları vasitəsi ilə İŞİD-i bitirəcəklərini düşünənlər yanılırlar. Koalisiyanın hava hücumlarına baxmayaraq, İŞİD günü-gündən güclənir. Bunun səbəbi çox sadədir: ABŞ-ın müttəfiqi olan Türkiyə BMT Təhlükəsizlik Şurasının terrorçulara yardım kanallarının ləğv edilməsinə dair qətnaməsinə məhəl qoymur”, deyə Suriya XİN rəhbəri əlavə edib. …read more

From:: ANS

      

Tualetdə kafe (VİDEO)

London mərkəzində 19 əsr ictimai istifadədə olan tualeti kafeyə çeviriblər.

ANS PRESS-in məlumatına görə, “The Attendant” adlı kafe 60 il boyunca istifadə olunmamış tualetin yerində işləyir.

Yeni sahiblər onu aldıqda kişi tualeti dəhşətli vəziyyətdə olub. Tualeti kafeyə çevirmək üçün İki il lazım olub. Ancaq, yeni sahiblər orijinal detalları saxlamağa qərar veriblər. Belə ki, kafedə 1890-cı ilin ayaqyoluları ciddi dezinfeksiya edilərək saxlanılıb və onlardan masaları bölən tumbalar kimi interyerdə istifadə edilib.

…read more

From:: ANS

      

Ərzaq məhsulları bahalaşdı

Gürcüstanda son iki gündə qida məhsulları əhəmiyyətli dərəcədə bahalaşıb.

ANS PRESS-in məlumatına görə, qiymət artımı əsasən geniş tələbat məhsullarında özünü göstərib.

Belə ki, qarabaşağın kisəsi 10-12 ları bahalaşıb (qarabaşağın kisəsi əvvəl 25-26 lari, indi isə 36-37 laridir). Şəkərdə bahalaşıb. Şəkərin kisəsinin qiyməti 61-dən 64 lariyədək artıb. Yarmaların bütün növləri (qiymət kq-a 1 lari artıb) bahalaşıb. Bütün növ yağlar 5-10 tetri bahalaşıb. Başqa süd məhsullarına gəlincə, onlarda qiymətlər demək olar ki dəyişməyib.

Bu haqda “Gürcüstan On-line” xəbər verib. …read more

From:: ANS

      

Polis körpəsini yerə atıb, oğru dalınca qaçdı (VİDEO)

Qucağında üç aylıq körpə olan polis silahlı soyğunçunun evinin qabağına yaxınlaşdığını görən kimi uşağı yerə ataraq cinayətkarı tutmağa çalışıb.

ANS PRESS-in məlumatına görə, Brazilyada San-Pauloda baş verən hadisə zamanı soyğunçu son anda polisdən gizlənməyi bacarıb.

Polisin arvadı və atası ağlayan körpəni qaldıraraq evə aparıb. Körpə yüngül zədələr alıb. Oğru polisdən qaçmağa imkan tapsa da sonra xəstəxanalardan birində tapılılıb və həbs edilib.

…read more

From:: ANS

      

Mahir Şükürov darmadağına sevindi

Türkiyənin PTT 1-ci liqasında XI turun oyunları keçirilir.

ANS PRESS-in məlumatına görə, Mahir Şükürovun çıxış etdiyi “Karşıyaka” “Altınordu”nun qonağı olub.

Oyun “Karşıyaka”nın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Mahir start heyətində yer alıb və 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, “Karşıyaka” 11 turdan sonra 17 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. …read more

From:: ANS

      

Moldovada seçkiləri Azərbaycan müşahidəçiləri də izləyəcəklər

Sabah Moldovada keçiriləcək parlament seçkilərinin monitorinqində 4 minə yaxın müşahidəçi iştirak edəcək.

ANS PRESS-in məlumatına görə, bu haqda Moldova Respublikasının Mərkəzi Seçki Komissiyası xəbər verib. Seçkinin monitorinqində Azərbaycan müşahidəçiləridə iştirak edəcəklər.

Seçkiləri 23 təşkilatdan yerli müşahidəçi kimi akkreditə olunmuş 3192 nəfər izləyəcək. Bundan başqa, MSK 816 beynəlxalq müşahidəçi akkreditə edib.

Onlardan 38 nəfəri 15 seçki orqanının nümayəndələridir, 149 nəfəri xarici ölkələrin qeyri-hökumət təşkilatlarını, 116 nəfəri Moldovada akkreditə olunmuş diplomatik nümayəndəlikləri və missiyaları, 513 nəfəri isə hökumət təşkilatlarını, o cümlədən 382 nəfər ATƏT-i təmsil edir. …read more

From:: ANS

      

Nepalda qanlı festival (FOTO)

Nepalın Bariyarpur şəhərində 5 ildən bir qeyd edilən Gadhimai Festivalında təxminən 5 milyon hindli on minlərlə heyvanı öldürürüb.

ANS PRESS-in məlumatına görə, sözügedən festival dünyada ən çox heyvan öldürülən mərasim hesab olunur.

Festivalda qurban edilən heyvanların bəzilərinin şansı gətirəndə bu ilahi əlamət kimi qiymətləndirilir.

Nepal səlahiyyətliləri bu il festivalda qurban edilən heyvan sayının heyvan haqqları müdafiəçilərindən gələn etirazlara görə, azaldığını bildirib.

2009-cu ildəki festivalda təxminən 200 min heyvan öldürülmüşdü.

Bu il heyvan sayının az olmasının başqa bir səbəbi kimi isə Hindistanda məhkəmə qərarı ilə Nepala heyvan göndərilməsinin qadağan olunması da göstərilir.

…read more

From:: ANS

      

Turkic Azeri and Hazara Solidarity Network