Çinin kütləvi qırğın silahları (FOTO)

Çində Çjuxay aviasalonunda ölkənin hərbi sənayesinin sərgisi keçirilib.

ANS PRESS-in məlumatına görə, burada “Norinco” sənaye korporasiyası ixrac üçün nəzərdə tutulan ən yeni hərbi texnika nümayiş etdirib.

Məhsullar arasında ən yeni tanklar, zirehli transpartyorlar, piyadalar üçün zirehli, özüyeriyən artileriya qurğuları, reaktiv yaylım atəşi sistemləri, zirehli maşınlar və digərləri diqqət mərkəzində olub.

Qeyd edək ki, “Norinco” müdafiə mallarının eksportu üzrə ixtisaslaşdırılıb. Şirkət çətin tipli hərbi texnika sırasında yaylım atəşi sistemi, amfibiya maşınlar, raket əleyhinə sistemlər, havadan müdafiə qurğuları, gecə görüntüsü üçün qurğular, informasiya sistemləri, yüksək effektli yatırılma sistemləri, aviabombalar, terrora qarşı əməliyyatlarda istifadə olunan silahlar, atıcı və idman silahları istehsal edir.

Xatırladaq ki, reaktiv yaylım atəşi sistemləri atom bombasından sonra ən güclü kütləvi qırğın silahıdır.

Sərgidə nümayiş olunan silahların fotolarını təqdim edirik.

…read more

From:: ANS

      

Qadın müğənni gənc sevgilisinə ev aldı (FOTO)

Türkiyənin tanınmış müğənnisi Seda Sayan gənc nişanlısına bahalı hədiyyə edib. ANS PRESS-in məlumatına görə, müğənninin sevgi münasibətində olduğu Erkan Çeliyə aldığı ev 1 milyon lira (təxminən 352 min 700 manat) dəyərində olub.

Müğənninin aldığı ev İstanbulun ən görməli yerlərindən biri olan Tarabyadadadır. Sənətçi bahalı evin dekorasiyasına da külli miqdarda pul xərcləyib.

Qeyd edək ki, Seda Sayan uzun müddət Erkan Çeliklə münasibətləri olduğunu inkar edib. Lakin keçən yay Bodrumda restoranların birində bir yerdə görülən zaman Seda Sayan “həyat yoldaşım yaraşıqlı çıxsın” deyərək onun yaxasını düzəltmişdi.

…read more

From:: ANS

      

Hava xəbərdarlığı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosu tibbi-meteoroloji proqnoz yayıb.

ANS PRESS-in ETSN-ə istinadla verdiyi məlumata görə, yaxın 2 gün ərzində Abşeron yarımadasında atmosfer təzyiqinin kəskin dəyişməsi, şimal küləyinin güclənməsi, eyni zamanda soyuq diskomfort hava şəraiti meteohəssas insanlar üçün nisbətən əlverişsizdir.

Nazirlik bu səbəbdən insanlara xəbərdarlıq edib.

Qeyd edək ki, sabahdan ölkə daxilində havalar soyuyacaq. Dekabrın 2-də Bakıda və Abşeron yarımadasında buludlu hava üstünlük təşkil edəcək, arabir yağıntı olacaq.
Şimal küləyi güclənəcək. Bakıda və Abşeron yarımadasında temperatur gecə və gündüz 4-6 dərəcə isti təşkil edəcək.

Dekabrın 2-si rayonlarda da fasilələrlə yağıntı olacaq, dağlıq və dağətəyi rayonlarda sulu qar və qara keçəcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Aran rayonlarında temperatur gecə 1-4, gündüz 4-8 dərəcə isti, dağlıq rayonlarda gecə 5-10 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq. …read more

From:: ANS

      

Türklərə atom hədiyyəsi (VİDEO)

Türkiyə ekologiya nazirliyi bu ölkədə tikiləcək Akkuyu Atom Elektrik Stansiyasının (AES) ətraf mühitə təsirinin dəyərləndirilmə sənədini təsdiqləyib.

ANS PRESS-in məlumatına görə, Rusiyanın sərmayəsi ilə tikiləcək AES üçün çox vacib sənədin prezident Vladimir Putinin Türkiyəyə səfər etdiyi gün imzalanmasına xüsusi diqqət yetirib.

Putinin bu gün Türkiyəyə gerçəkləşən səfərində bir çox məsələlərlə yanaşı AES tikintisi də müzakirə ediləcək.
Türkiyənin atom ölkəsinə çevrilməsinə Rusiyanın dəstək verməsi bir sıra qonşu ölkələri, o cümlədən Ermənistanı narahat edir. İrəvan dəfələrlə Rusiyaya müraciət edərək, bu layihəni dayandırmağa və Erməistanda yeni AES tikməyə çağırıb.

…read more

From:: ANS

      

Məscidə od vuranlar tutuldu

Milli Təhlükəsizlik Nazirliyi (MTN) Qaraçuxur məscidinin yandırılması ilə bağlı məlumat yayıb.

MTN-in İctimai Əlaqələr Mərkəzindən ANS PRESS-ə verilən məlumatda bildirilir ki, 2014-cü il noyabrın 26-da saat təxminən 02:04 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə. Mehbalıyev küçəsində yerləşən “Cümə» məscidinə yandırıcı maye ilə doldurulmuş şüşə butulkalar atılmaqla orada yanğın törədilib.

Faktla bağlı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin istintaq şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə cinayət işi başlanılıb və ibtidai istintaqın sonrakı gedişatı zamanı baş vermiş cinayət hadisəsində terrorçuluq əlamətləri müəyyən edildiyindən istintaqın davam etdirilməsi Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinə həvalə olunub.

Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilmiş anti-terror tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonunun Biləcəri qəsəbəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşları Nəsibov Namiq Kamil oğlu və Ələkbərov Elnur Tahir oğlu saxlanılıblar. Namiq Nəsibovun üzərindən “Makarov» tipli tapança və 8 ədəd 9 mm çaplı patron, Elnur Ələkbərovun üzərindən isə “Smit-Vesson» markalı revolver aşkar edilərək götürülüb.

Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən cinayət işinin ibtidai istintaqı davam etdirilib və Cinayət Məcəlləsinin 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyəti orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmə), 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə Namiq Nəsibov və Elnur Ələkbərov təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Müəyyən edilib ki, Namiq Nəsibov 2014-cü ilin avqust-sentyabr aylarında Suriya Ərəb Respublikasının PKK terror təşkilatının nəzarətində …read more

From:: ANS

      

Yeni sultan kim olacaq? (FOTO)

Türkiyənin Osmanlı tarixindən bəhs edən daha bir serialı üzərində iş sürətlənib. ANS PRESS-in məlumatına görə, Hürrəm sultandan sonra indi də Kösem sultanın həyatı ekranlara gətiriləcək.

“Kösəm sultan” serialının gələn ilin sentyabr ayından yayımlanması planlaşdırlır. Lakin hələ də serialda hansı rolu kimin canlandıracağı bəlli deyil.

Daha öncə filmin əsas obrazı üçün iki tanınmış aktrisanın adı hallanırdı. Bunlar Beren Saat və Bergüzar Korel idi. İndi isə bu siyahıya daha bir ad əlavə edilib – “Emmy” mükafatlandırma mərasimində türkiyəni təmsil edən Tuba Büyüküstün. Artıq aktrisa ilə bu sahədə görüşlər başlanılıb.

Aktrisanın bu təklifə müsbət yanaşdığı və şərtlərlə razılaşacağı təqdirdə sultan kimi yenidən efirə qayıdacağı gözlənilir.

Yeni sultan roluna onun təklif edilməsinə səbəb isə ərəb dünyasındakı populyarlığıdır. Belə ki, serialın çəkilişi ilə məşğul olacaq şirkət ərəb dünyasına inteqrasiya etməyi planlaşdırır.

Serialda baş rolu kimin canlandıracağı gələn ay bəlli olacaq.

…read more

From:: ANS

      

Turkic Azeri and Hazara Solidarity Network