Kamal Abdullaya vəzifə verildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 19 noyabr tarixli Sərəncamı ilə təyin edilmiş Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurası üzvlərinin ilk iclası keçirilib.

ANS PRESS-in AzərTAc-a istinadən verdiyi məlumata görə, Şuranın əksər üzvlərinin iştirak etdiyi iclasda Himayəçilik Şurası sədrinin seçilməsi və perspektiv işlərlə bağlı müzakirələr aparılıb.

Şura üzvləri çıxışlarında Prezident İlham Əliyevə onlara göstərdiyi böyük etimada görə minnətdarlıqlarını ifadə edib və Şuranın sədrliyinə namizəd irəli sürüblər.

İclas iştirakçılarının yekdil qərarı ilə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev Himayəçilik Şurasının sədri seçilib. …read more

From:: ANS

      

Mübariz Qurbanlı ANS-ə danışdı (VİDEO)

Prezident İlham Əliyev sərəncamına əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 2,5 milyon manat vəsait ayrılıb.

Vəsaitin hansı istiqamətlərə xərclənməsilə bağlı komitənin sədri Mübariz Qurbanlı ANS-ə eksklüziv açıqlama verib.

Komitə sədri Mübariz Qurbanlının sözlərinə görə, dini icmalara müəyyən maliyyə vəsaiti göstərməklə, milli-mənəvi dəyərlərimizin gücləndirilməsilə bağlı fəaliyyətə təkan veriləcək: “Və bu vəsait də həmin dini icmalara layihələr formasında veriləcək. Ölkəmizdə 600-ə qədər dini icma var. Və bu layihələr şəklində onlar həmin vəsaitdən istifadə edərək dini maarifləndirmə işinə öz töhfələrini vermiş olacaqlar”.

…read more

From:: ANS

      

Bu dəfə bank işçilərinin qanını sordular (FOTO)

Mərkəzi Bankda növbəti qanvermə aksiyası keçirilib.

ANS PRESS-in məlumatına görə, Mərkəzi Bankda korporativ sosial məsuliyyət siyasəti istiqamətində işlər davam etdirilir. Bu çərçivədə həyata keçirilən ənənəvi tədbirlərdən biri kimi B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematalogiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının mobil işçi qrupunun iştirakı ilə növbəti qanvermə aksiyası keçirilib.

Qan vermə aksiyasında könüllü iştirak edən Mərkəzi Bankın əməkdaşları əvvəlcə tibbi müayinədən keçirilib. Nəticədə 40-a yaxın əməkdaşdan qan götürülüb.

Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan insanların müalicəsində istifadə olunacaq.

…read more

From:: ANS

      

Roma Papasının İŞİD qorxusu

İŞİD terror qruplaşması Roma Papasını Türkiyədə öldürə bilər.

ANS PRESS xəbər verir ki, bu barədə İngiltərənin “The Daily Telegraph” qəzeti məlumat yayıb.

Məlumatda deyilir ki, Vatikan İŞİD-in Papa Fransiskə müsəlman bir ölkədə sui-qəsd cəhd olacağından qorxur.

İngilis qəzet İraqın Vatikan səfiri Habib əl-Sədrin İtaliyanın “La Nazione” qəzetinə etdiyi xəbərdarlığı əsas götürərək bildirir ki, İŞİD-in təhdidlərini əsassız saymaq olmaz.

Qeyd edək ki, İŞİD bir neçə dəfə Vatikanı hədələyib və bayraqlarını Romada dalğalandıracaqlarını bəyan ediblər. Həmçinin İŞİD-in tərkibində çoxlu sayda Türkiyə vətəndaşının vuruşması və İŞİD-in Türkiyədə “ocaqların” olması barədə verdiyi hədələyici açıqlamaları da Roma Papasına qarşı terror ola biləcəyini deməyə əsas verir.

Qeyd edək ki, Roma Papasının Türkiyəyə səfəri başlayıb. Onun mühafizəsinə 3 min nəfərə qədər təhlükəsizlik əməkdaşı cəlb olunub. …read more

From:: ANS

      

Bərabərlik bizi Serbiyaya yaxınlaşdırdı

UEFA-nın əmsallar cədvəli açıqlanıb.

ANS PRESS-in məlumatına görə, Avropa Liqasının qrup mərhələsinin son oyunları cədvəldə dəyişikliklərə səbəb olub. Amma bu dəyişikliklər Azərbaycanın mövqeyinə təsir etməyib. Düzdü, yeganə təmsilçimiz “Qarabağ” Fransada “Sent-Etyen”ə uduzmayıb. Ağdam klubu rəqib meydanında 1:1 hesablı heç-heçə edib və ölkənin adının önünə daha 0,250 yazılmasına nail olub.

Cari mövsüm hesabımıza 3,375 əmsal yazan klublarımız rekorda imza atıb. Birmövsümlük göstəricidə rekordumuzun yenilənməsi ilə yanaşı, son 5 ilin nəticələrinə əsasən hesablanan reytinqdə də ən yüksək nəticəmizi göstərmişik. Belə ki, 2010-2015-ci illər üçün əmsalımız 12,250-yə çatıb.

Lakin bu rekord 29-cu pilləni tərk etməyə imkan verməyib. 28-ci olan Serbiya ilə fərqi 1,375 endirən Azərbaycan 30-cu yerdən uzaqlaşıb. Artıq ölkəmiz Slovakiyanı 1 əmsal qabaqlayır.

Xatırladaq ki, qrupdakı hər qələbəmiz 0,500, bərabərlik 0,250 əmsalla dəyərləndirilir. …read more

From:: ANS

      

Cəbhə xəttində Qəhrəmanlar Parkı (FOTO)

Milli Qəhrəmanlara göstərilən diqqət və qayğının, ehtiramın bariz nümunəsi kimi Horadiz şəhərində Qəhrəmanlar Parkı salınıb, parkda 6 Milli Qəhrəmanın şərəfinə abidə kompleksi ucaldılıb.

ANS PRESS-in məlumatına görə, noyabrın 28-də yüzlərlə füzulili Horadiz şəhərinin giriş hissəsində- Bayraq meydanının yaxınlığında salınmış Qəhrəmanlar Parkına toplaşıb.

Qəhrəmanlar Parkının açılış mərasimində Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, idarə, müəssisə və hüquq-mühafizə orqanlarının rəhbərləri, Milli Qəhrəmanların ailə üzvləri, rayon ictimaiyyətinin nümayəndələri abidə önünə gül-çiçək dəstələri qoyub, şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Parkın açılış mərasimində A.Alıyev Milli Qəhrəmanlara Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısından danışıb, şəhidlərin torpaqlarımızın müdafiəsi yollundakı şərəfli xidmətlərinin heç zaman yaddan çıxmayacağını bildirib.

Sonra tədbir Heydər Əliyev Mərkəzində davam edib, 6 nəfər Milli Qəhrəmanın keçdikləri ömür yolu barədə ətraflı məlumat verilib.

Rayon rəhbəri deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində rayon üzrə 1000 nəfərə yaxın füzulili şəhid olub, 1340 nəfər yaralanıb və girov götürülüb. Şəhidlərdən 6 nəfəri Azərbaycan Respublikasının Milli Qəhramanı adına layiq görülüb. İşğal nəticəsində rayonun madii-mədəniyyət abidələri məhv edilmiş, rayona ümumilikdə 6 milyard dollara yaxın ziyan dəyib.

Onun sözlərinə görə, bu gün hər bir füzulilinin ən böyük arzusu işğal olunmuş torpaqlarımızın azad olunması və bayrağımızın Dağlıq Qarabağda dalğalanmasıdır: “Bunun üçün hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik. Mən inanıram ki, o gün uzaqda deyil və biz Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik.”

Görüşdə Milli Qəhrəmanların ailə üzvləri, Qarabağ müharibəsi iştirakçıları göstərilən qayğıdan danışıblar.

Yekunda belə görüşlərin gənclərin vətənpərvərlik ruhunda tərbiyyə olunmasında xüsusi rol oynadğı vurğulanıb, ölkədə, rayonda baş verən yeniliklərdən, ölkə başçısının həyata keçirdiyi tədbirlərdən, rayona və sakinlərə göstərdiyi diqqət və qayğıdan söz açılıb.

Milli Qəhrəmanların ailələrinə Rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr verilib.

Tədbir rayonun mədəniyyət kollektivlərinin rəngarəng konsert proqramı ilə tamamlanıb.

…read more

From:: ANS

      

Turkic Azeri and Hazara Solidarity Network