Azərbaycan BMT-yə qara əklil göndərdi (VİDEO)

Ermənistanda girovluqda saxlanan azərbaycan vətndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevin doğmaları isə bu gün BMT-nin Bakı Ofisinin qarşısında toplanmışdılar.

ANS TV-nin məlumatına görə, BMT-nin Bakı Ofisinin qarşısında etirazlarını bildirənlər Qarabağ Azadlıq Təşkilatının qadın qolunun üzvləridir. Onların Beynəxlalq təşkilatdan tələbləri isə beş aydan çoxdur Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarında girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsinə yardımçı olmalarıdır.

Aksiya iştirakçıları dünya birliyinin bu hadisəyə nümayiş etdirdiyi ölü reaksiyaya etiraz olaraq BMT binası önünə qara çiçəklərdən ibarət əklil qoymaq istədilər. Lakin polis əməkdaşları buna icazə vermədi. Etirazçılardan biri isə cəld tərpənərək üzərində “BMT oyan və vəzifəni icra et” yazılmış əklili binanın hasarından içəri atmağı bacardı.

Aksiyaya girovların yaxın qohumları Şahbaz Quliyevin həyat yoldaşı və Dilqəm Əsgərovun qardaşı da qatılmışdı. Əlində “Dilqəm Əsgərov və Şahbaz Quliyevə azadlıq” yazılmış plakat tutan bu xanım Şahbazın həyat yoldaşı Albina Veselovadır. Uzun illər Rusiyada yaşayan və bu ölkənin vətəndaşı olan Albina xanım ərinin azad edilməsi üçün, hətta Rusiya prezidenti Vladimir Putindən də kömək istəyir:

“Mən tələb edirəm ki, həyat yoldaşımı geri qaytarsınlar. Bütün beynəlxalq təşkilatlardan bu işdə kömək etmələrini xahiş edirəm. Mən həmçinin Rusiya prezidenti Putinə müraciət edirəm ki, o, da girovların qaytarılmasına dəstək olsun”.

Azərbaycan hökuməti isə hər iki vətəndaşımızın azad olunması üçün bütün imkanlarından istifadə edir.

…read more

From:: ANS

      

Bakıda məscidi yandıran PKK-çının anası ondan imtina etdi (VİDEO)

Bakının Qaraçuur məscidində yanğın törədən “PKK”nın Azərbaycandakı qeyri-rəsmi qanadı “Yekbun” təşkilatının üzvlərindən biri Namiq Nəsibovun anası oğlundan imtina edib.

Nailə Nəsibova ANS-ə müsahibəsində oğlunun məsciddə törətdiyi yanğın, Suriyanın Kobani şəhərində kürd silahlılarına qoşulmasından sonra bütün qohumlarının ondan üz döndərdiyini deyir.

“Biz dövlətdə bir millətik, bizim başqa dövlətimiz yoxdur. Azərbaycanda kürd cəmiyyəti nəyə lazımdır? Özümüzün öz cəmiyyətimiz, Azərbaycanımız, millətimiz var. Biz bir millətik. Namiq getdi və bütün nəsil ondan imtina etdi. Çünki bu yaxşı bir məsələ deyildi. Eyni zamanda da atasına layiq deyildi, dövlətə qarşı çıxırdı”,m deyə Nailə Nəsibova dedi.

Həyat yoldaşı Milli Qəhrəman olan ana oğlunun etdiklərinə görə xəcalət çəkdiyini deyir. Nailə Nəsibovanın bundan əvvəl oğlu Namiqin hansısa təşkilata qoşulması ilə polisə məlumat veribmiş. Həmin vaxt polis ananın şikayəti əsasında onu saxlasa da, sonradan sərbəst buraxıb. Əslən Laçın rayonundan olan valideyni bildirib ki, oğlunun Kürdüstan bayrağı ilə Suriyaya kimin vasitəsilə və niyə getdiyindən xəbəri olmayıb. Anası vurğulayıb ki, oğlu içki aludəçisi olub. O, Bakıda işlədiyi Təcili Tibbi Yardım Stansiyasından bir neçə dəfə buna görə xaric olunub. Ali təhsilli həkim olan Namiq Kobanidə “İŞİD”ə qarşı döyüşlərdə yaralanan kürd peşmərgələrin xəstəxanada tədaviyəsilə məşğul imiş.

Namiqin anası Nailə Nəsibovanın sözlərinə görə, Namiq heç vaxt evə öz yoldaşlarını gətirməyib: “Mən onları tanımıram və görməmişəm”.

Bu arada daha bir Kürd təşkilatı Qaraçuxur məscidini yandıran “PKK” terror təşkilatının Azərbaycandakı qeyri-rəsmi qanadı sayılan “Yekbun” təşkiltanın üzvləri Namiq Nəsibov və Elnur Ələkbərovun hərəkətlərini pisləyiblər. Kürd gənclər təşkilatının sədri Nicat onların bu hərəkətini pisləyən bəyanatla çıxış edib:

“Bu, cılız və aciz insanların etdiyi bir hərəkətdir. Bu hadisə kürd gənclərini həddən artıq hiddətləndirib. Çünki bu Azərbaycanda milli və dini qarşıdurmaya gətirib çıxara bilər”.

Bundan əvvəl isə Azərbaycandakı “Ronayi” Kürd Mədəniyyət Mərkəzi Qaraçuxur məscidində terror aktı törədən şəxsləri qınayıb. Məscidi yandıran şəxs radikal mövqeyinə görə, mərkəzdən də uzaqlaşdırılıb. Namiq Nəsibov Elnur Ələkbərovla birgə Qaraçuxur məscidinin şüşəsini sındıraraq əvvəlcədən hazırladığı “Molotov kokteyli” ilə orada yanğın törədib. MTN-nin anti-teror …read more

From:: ANS

      

Lukaşenko Putini hədələdi

Rusiya Belarus mallarının ixracına qadağa qoymaqla Gömrük İttifaqının bütün razılıqlarını pozdu.

ANS PRESS-in məlumatına görə, bu haqda Belarus prezidenti Aleksandr Lukaşenko açıqlama verib.

Lukaşenko bildirib ki, Rusiya bir sıra Belarus mallarının öz ərazisinə ixracını qadağan etməklə özünü ədəbsiz aparıb.

“Məsələ ondan ibarətdir ki, Rusiya Gömrük İttifaqında bütün razılıqları pozdu. Halbuki biz Gömrük İttifaqında ciddi razılıqlara nail olmuşduq “, – Lukaşenko qeyd edib.

Belarus baş nazirinin müavini Mixail Rusıy isə bildirib ki, Aleksandr Lukaşenko tapşırıq verib ki, 10 gün ərzində Belarusun ərzaq mallarının Rusiyaya ixracı ilə bağlı məsələ öz həllini tapsın.

“10 gün sonra Lukaşenkonun hansı addım atacağını demək çətindir. Ola bilər ki, Belarus Gömrük İttifaqından imtina etsin”. …read more

From:: ANS

      

Əli Həsənov Tehranda erməniləri ifşa etdi (FOTO)

Tehranda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin informasiya nazirlərinin 10-cu iclası öz işinə başlayıb. “Sülh və sabitlik uğrunda medianın inteqrasiyası” mövzusuna həsr olunan tədbirdə 57 dövlətin rəsmi nümayəndələri iştirak edir.

İclası açan İran İslam Respublikasının mədəniyyət və islam oriyentasiyası naziri Əli Cənnəti bildirdi ki, müasir dünyada baş verən hadisələrin obyektiv şəkildə işıqlandırılması üçün təşkilata üzv ölkələrin informasiya strukturlarının əməkdaşlığı və informasiya mübadiləsi zəruridir. Bu əməkdaşlıq qərəzli məlumatların yayılmasının qarşısını ala bilər.

İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəni rəhbərlik etdiyi qurumun informasiya sahəsində gördüyü işlər haqqında məlumat verdi.

İran İslam Respublikasının birinci vitse-prezidenti İshaq Cahangiri Prezident Həsən Ruhaninin salamlarını tədbir iştirakçılarına çatdıraraq qeyd etdi ki, İran hökuməti həmişə müxtəlif informasiya vasitələri ilə qərəzli məlumatların yayılmasının əleyhinə olub və bu cür tədbirlərin keçirilməsini dəstəkləyib.

İclasda çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov belə bir mövzuda beynəlxalq tədbirin təşkil olunmasında göstərdiyi səylərə görə İran İslam Respublikasının rəhbərliyinə təşəkkürünü bildirdi. Əli Həsənov dedi ki, beynəlxalq münasibətlər sistemində xüsusi çəkiyə malik olan İslam Əməkdaşlıq Təşkilatı müsəlman ölkələrinin uğurlu birlik modeli kimi artıq özünü təsdiq edib, üzv dövlətlər arasında qarşılıqlı faydalı əlaqələrin, siyasi, iqtisadi və mədəni əməkdaşlığın genişlənməsinə, İslam həmrəyliyinin güclənməsinə və xalqlarımızın mənafelərinin qorunması işinə mühüm töhfələr verib. Təşkilat həm də ölkələrimizi narahat edən mürəkkəb qlobal və geosiyasi prosesləri, mövcud problemləri müzakirə etmək, çıxış yolları axtarmaq, müşahidə olunan təhdid və təzyiqlərə qarşı vahid mövqe formalaşdırmaq üçün olduqca vacib platformadır. Təqdirəlayiq hal kimi qeyd edilməlidir ki, bu sahədə kifayət qədər böyük təcrübə toplanıb.

Qlobal siyasi proseslər barədə danışan şöbə müdiri bildirdi ki, hazırda dünyada, o cümlədən bir çox müsəlman ölkəsində sabitliyə zərbə vuran müxtəlif neqativ proseslər, digər tərəfdən isə barışığı, sülh və əmin-amanlığı təcəssüm etdirən İslam dini haqqında yanlış rəy formalaşdırmaq cəhdləri bizi narahat etməyə bilməz. Bütün ərəb dünyasını sarsıdan siyasi hadisələr, o cümlədən Fələstin xalqının milli müstəqillik uğrunda mübarizəsi, Suriyada hərbi əməliyyatlar, Ermənistanın …read more

From:: ANS

      

Turkic Azeri and Hazara Solidarity Network