İŞİD-lə mübarizə illər çəkə bilər

Brüsseldə NATO ölkələrinin Xarici İşlər nazirləri bir araya gəlib.

ANS PRESS-in məlumatına görə, toplantıda Ukrayna, Əfqanıstan, İraq və Suriyadakı baş verən hadisələr qiymətləndirilib.

Koalissiya rəsmilərinin toplantısında çıxış edən ABŞ dövlət katibi Con Kerri İŞİD terror qruplaşmasının Suriya və İraqda geniş ərazilərə nəzarət etdiklərini səsləndirib. O, terrorçulara qarşı keçirilən hava hücumlarında ciddi zərbələr vurulduğunu lakin, onlarla mübarizəninn illər çəkə biləcəyini də gizlətməyib.

Xatırladaq ki, ABŞ-ın başçılığı ilə koalissiya qüvvələri sentyabr ayından bəri İŞİD-ə qarşı bir sıra əməliyyatlar keçirir. …read more

From:: ANS

      

Səfirimiz İordaniyanın spikeri ilə görüşüb

Azərbaycanın İordaniyadakı səfiri Sabir Ağabəyovun bu ölkənin Nümayəndələr Palatasının sədri Atef Taravnehlə görüşüb. Görüş zamanı parlamentlərarası əlaqələrə dair fikir mübadiləsi aparılıb.

Səfir dövlətlərin əlaqələrinin möhkəmlənməsində qanunverici orqanların rolunu qeyd edib. S.Ağabəyov 2013-cü ildə İordaniya Senatının Xocalı faciəsi ilə bağlı qəbul etdiyi bəyanatı xatırladıb, Nümayəndələr Palatasının da bu faciəyə ədalətli qiymət verəcəyinə ümid etdiyini bildirib.

A.Taravneh ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. O, qanunverici orqanlar arasında əlaqələrin möhkəmlənməsi üçün parlament sədrlərinin qarşılıqlı səfərlərinin həyata keçirilməsinin vacibliyini vurğulayıb. …read more

From:: ANS

      

O, Bağdadinin arvadı deyil

İki gün əvvəl İŞİD terror qruplaşması lideri Əl-Bağdadinin oğlu və arvadının Livanda saxlanılması ilə bağlı xəbər yayılmışdı.

ANS PRESS-in məlumatına görə, İraq Daxili İşlər nazirliyi İŞİD terror qruplaşmasının lideri Bağdadinin həyat yoldaşının Livanda tutulduğu xəbərini təkzib edib.

“Ələ keçirilən qadın Bağdadinin yoldaşı deyil, başqa bir terroristin bacısıdır” – deyə Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd edək ki, İŞİD-in lideri Əbu Bəkirin yoldaşının tutulması xəbəri bütün dünyanın diqqət mərkəzində idi. Bu gün isə İraq bu xəbəri təkzib edib. Tutulan qadının isə adının Saca əl-Dulaimi olduğu və İraqda bombalı hücumlar törətməkdə təqsirləndirilən İŞİD-çilərdən birinin bacısı olduğu vurğulanır. Lakin Livan tərəfi saxlanılan qadının əl-Bağdadinin keçmiş həyat yoldaşı olduğunu söyləməkdə təkid edir. …read more

From:: ANS

      

Məhkəmə “Balkon sevişməsi”ni bağışlamadı (VİDEO)

Türkiyədə son illərin ən çox danışılan maqazin xəbəri haqqında məhkəmə qərarı açıqlanıb.

ANS PRESS-in məlumatına görə, “Recep İvedik” film seriyasında yaratdığı obrazla¬ şöhrətinə şöhrət qatan türkiyəli aktyor Şahan Gökbakarla 2010-cu ildə evinin eyvanında öpüşərkən kameralara yaxalanan aktrisa Berrak Tüzünataç məhkəməyə müraciət etmiş və qarşı tərəfdən təzminat tələb etmişdi.

İstanbul Prokurorluğu məhkəmə iddiasını rədd edib. Məhkəmənin rəyində bildirilir ki, eyvan – ictimaiyyətə açıq sahədir və hadisədə adları keçən şəxslər şəxsi həyatlarını nümayiş etdiriblər. Jurnalistlərin də ictimaiyyətə açıq sahədə məşhurları çəkməsi və bu haqda xəbər hazırlaması qanunlara zidd deyil.

Qeyd edək ki, məşhur aktrisa bir müddət yaraşıqlı aktyorlar Nejat İşlər və Çağatay Ulusoyla da eşq münasibətlərində olub.

…read more

From:: ANS

      

Bakıda mağazanı soyan şəxs kameralara düşdü (VİDEO)

Abşeron rayonu sakini Firdovsi Quliyevə məxsus mağazac qarət olunub. Ailəsini bu mağaza ilə dolandırdığını deyən zərərçəkən, hadisənin səhər saatlarında törədildiyini deyir.

Oğurluğa gələn şəxs və şəxslər əvvəlcə mağazanın əsas qapısını açmağa çalışıblar. Lakin buna nail ola bilməyincə obyekin binanın tinində olan pəncərəsini mişar daşı ilə qırıb içəri daxil olub. Mağazanı qarət edən şəxsin görüntüləri isə anbaan mağazadakı kameranın yaddaşına həkk olub.

Zərərçəkənin iddiasına görə, bu hadisəni törətmək tək adamın işi deyil. Üzünü xüsusi maska ilə gizlədən şəxs çox rahatlıqla obyektdə gəzir və özünü kameradan yayındırmağa çalışır. Amma sonda izi itirmək məqsədilə kamerayada müdaxil etmək cəhd edir.

Mağazanı qarət edən naməlum şəxs və ya şəxslər daha sonra müşahidə kameraların bazasını axtarmağa çalışıblar. Lakin bazanı tapa bilməyən həmin şəxslər onu qırmağa çalışıblar.

15-20 dəqiqə ərzində mağazada var-gəl edən naməlum şəxs obyekt sahibinə məxsus bir xeyli texnika aparmağa müvəffəq olub.

Zərərçəkən Firdovsi Quliyev deyir ki, 17 ədəd notbuk və bir neçə ədəd səs gücləndirici yoxdur, ümumilikdə 7 min manat ziyan vurublar.

Məlum oğurluq faktı ilə bağlı Abşeron Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Obyektə quraşdırılan kamer görüntüləri də istintaqa təhvil verilib. Şöbədən aldığımız məlumat görə, hazırda həmin oğurluq cinayətilə bağlı əməliyyat istintaq qrupu yaradılıb. Odur ki, Firdovsi Quliyev ümidini üzmədən polislərdən gələcək şad xəbəri gözləməlidi.

…read more

From:: ANS

      

Müğənni Həcər “Peşmanam” dedi (FOTO, VİDEO)

Ötən gün Azərbaycanın və Dağıstanın xalq artisti, bəstəkar Elza İbrahimovanın sonuncu bəstələrindən olan mahnısına çəkilən klipin təqdimatı olub. Müğənni Həcər Əliyevanın ifa etdiyi və eyniadlı mahnıya çəkdirdiyi klip izləyənlərin böyük marağına səbəb olub.

ANS PRESS-in məlumatına görə, sözləri Vahid Əzizə, musiqisi Elza İbrahimovaya məxsus olan “Peşmanam” mahnısına çəkilən klipin süjet xətti diqqət çəkib. Belə ki, klipdə hadisələr Böyük Vətən müharibəsi illərini əhatə edir. Tamaşaçıya nostalji hisslər bəxş edən klip, iki gəncin sevgi münasibətlərini özündə əks etdirir.

KİV nümayəndələriylə yanaşı, şou-biznesin tanınmış simalarının da iştirak etdiyi tədbirdə, klip təqdim olunmazdan əvvəl qonaqlar çıxış ediblər.
Aktyor Elnur Kərimovun aparıcı olduğu tədbirdə Həcərə hər zaman dəstək olan xalq artisti Faiq Ağayev və şair Vahid Əziz səbəkarın ünvanına xoş sözlər deyiblər.

Ümumiyyətlə, aparıcı tədbirdə iştirak edən qonaqların hər birinə söz verib və onların fikrini öyrənməyə çalışıb ki, hər bir şəxs də birmənalı olaraq yaradıcın işin keyfiyyətindən əmin olacaqları bildiriblər.

Nəhayət müğənninin prodüseri Humay Muxtarovın təşkilatçılığı ilə gerçəkləşən tədbirdə klip nümayiş olunub və səs-küylü alqışlarla qarşılanıb.
Qeyd edək ki, klipin rejissoru Elnur Əliyev, operatoru Asif Şirəliyev, quruluşçu və geyim üzrə rəssamı Mehriban Əfindiyevadır.

Yaxın günlərdə tam versiyası təqdim olunacaq klipdən qısa fraqmaenti təqdim edirik.

…read more

From:: ANS

      

Gürcüstan üçün NATO paketi qüvvəyə minir

NATO-nun Cənubi Qafqazda nümayəndəsi Ceyms Appaturay bu gün Gürcüstana səfər edib.

ANS PRESS-in məlumatına görə, ölkənin xarici işlər naziri Tamar Beruçaşvili bildirib ki, sıfır çərçivəsində Gürcüstanın yeni öhdəlikləri və “mövcud paketə” uyğun imkanlar detallı müzakirə ediləcək.

“Səfərin gündəliyi Gürcüstan üçün prioritet məsələlərə yönəlib. Birinci növbədə bu gündəlikdə olan NATO paketinin qüvvəyə minməsi və bütün formatlardan istifadə edilməsidir. Bütün səviyyələrdə intensiv görüşlər keçiriləcək”- deyə Beruçaşvili bildirib. …read more

From:: ANS

      

Ermənistanda kəskin bahalaşma

Rusiya rublunun qiymətinin kəskin şəkildə düşməsi fonunda Ermənistan valyutası olan dramın məzənnəsi də sürətlə enməyə başlayıb.

ANS PRESS-in məlumatına görə, bu öz növbəsində bir sıra əsas tələbat mallarının bahalaşmasına səbəb olub.

Həftənin əvvəlindən ət, süd və çörək məmulatlarının qiyməti 10 faizədək artıb.

Mağaza sahibləri bahalaşma prosesinin bundan sonra da davam edəcəyini deyirlər. Təhlilçilər səbəbi Qərbin Rusiyaya sanksiyaları nəticəsində rublun qiymətinin enməsi ilə izah edirlər.

Çərşənbə axşamı kolbasanın qiyməti azı 100 dram (0,23 dollar) artıb, süd məhsulları 20 dram bahalaşıb. Qiymətlərin artmasını təchizatçılar Ermənistan dramının məzənnəsinin aşağı düşməsi ilə izah edirlər.

Mağaza sahiblərii süd məhsulları istehsalının idxalatla bağlı olmadığını desə də “Aştarak kat” süd məmulatları istehsal edən şirkətdən qiymətləri qaldırmağa məcbur olduqlarını bildiriblər. Çünki şirkətin məlumatına görə, hələ keçən il tədarük edilən südün, kərə yağının, qablaşdırma malları, elektrik enerjisi, qaz və başqa yanacaq növlərinin qiymətləri artıb.

İqtisadçılar qiymət artımını Rusiya amili ilə izah edirlər: Belə ki Ermənistan iqtisadiyyatı Rusiya tərəfindən izolə edilib və hər necə olsa da, Rusiyaya qarşı sanksiyalar Ermənistana təsir etməyə bilməz. …read more

From:: ANS

      

Turkic Azeri and Hazara Solidarity Network