Səudiyyə Ərəbistanı neftin 1 barelinin $ 60 olmasına hazırlaşıb

OPEK ölkələri neftin qiymətinin sürətlə aşağı düşməsi şəraitində uyğunlaşmaq məcburiyyətindədir.

OPEK-də ən iri neft istehsalçısı olan Səudiyyə Ərəbistanı və digər Fars Körfəzi ölkələri neftin bir barelin qiyməti təxminən $ 60 səviyyəsində sabitləşəcəyinə hazırdırlar. Bu barədə The Wall Street Journal məlumat verir.

Neft ixracatçıları hesab edirlər ki, bu qiymətə uyğunlaşa bilərlər. Hətta əgər neftin qiyməti bir barelə görə $ 60-dan aşağı düşərsə, “bu [düşmə] uzun müddət ərzində davam etməyəcək”, neft məmurunun fikirlərini qəzet bildirir.

OPEK ölkələrinin nümayəndələri noyabrın əvvəlində deyiblər ki, neft ixracatçıları neftin qiymətinin bir barelə görə $ 70 olacağı təqdirdə təşvişə düşməyəcəklər. Dekabrın 3-də Brent markalı neftin bir bareli $ 70 səviyyəsində satılıb. …read more

From:: ANS

      

Rəqs edən santexnik interneti fəth etdi (VİDEO)

Qlobal şəbəkədə Britaniyalı santexnik Mark Toupenin “Robert Maylz It’s Hammer Time” mahnısı altında rəqs videosu izlənmə rekordu qırır.

ANS PRESS-in məlumatına görə, evlərdən birinə boruları təmir etmək üçün gələn santexniklər iş başında musiqi haqqında söhbətə başlayırlar. Toupen iş yoldaşına musiqi altında bir neçə rəqs nümayiş etdirməyə qərar verir. İş yoldaşı isə onun rəqsini telefonla çəkir.

Santexnikin rəqsi internetdə rekord qırır. İnternet istifadəçiləri onun rəqsinə heyran olduqlarını qeyd ediblər.

Bu video ilə məşhurlaşan Toupen bildirir ki, pərəstişkarlar onu küçədə tez-tez dayandırır, restoranlarda və kafedə avtoqraf istəyirlər və ya birgə şəkil çəkirlər.

…read more

From:: ANS

      

İki yük maşını toqquşdu, xəsarət alan var

Yevlaxda iki yük avtomobili toqquşub, xəsarət alan var.

ANS PRESS Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı-Qazax magistral avtomobil yolunun, Yevlax rayonu ərazisindən keçən hissəsində “KAMAZ” və “Hyundai” markalı iki yük avtomobili toqquşub.

Nəticədə deformasiyaya uğramış “Hyundai” markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü və bir sərnişin, Aran Regional Mərkəzinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. …read more

From:: ANS

      

Ermənilərin iyrənc şousu (VİDEO)

Ermənistanda azərbaycanlı girovlar barəsində aparılan saxta məhkəmə sona çatmaq üzrədir. Ermənilər Azərbaycan torpaqlarında girov götürlən vətəndaşlarımıza qarşı ağlasığmaz ittihamlar irəli sürüb. Bir müddət əvvəl Azərbaycanda əsir olmuş və beynəlxalq təşkilatların vasitəçiliyilə 3-cü ölkəyə göndərilən Smbat Çakanyan da bugünkü prossesdə iştirak edib və ağlasığmaz ittihamlar səsləndirib.

ANS TV-nin məlumatına görə, ermənilər beş aydır əsirlikdə saxladıqları Kəlbəcərdən olan girovlar üçün bu gün növbəti məhkəmə prosesini keçirib. Dilqəm Əsgərov və Şahbaz Quliyev üçün təşkil olunan məhkəmə şousunda girovlarımız ata-baba torpaqlarına getdiyi üçün mühakimə ediliblər. Məhkəmə məzhəkəsində girovlarımız saxlanılarkən onların üzərindən götürülən əşyalar nümayiş etdirilib. Guya Dilqəm Əsgərovun üzərindən götürüldüyü iddia edilən avtomatla yetkinlik yaşına çatmayan Smbat Çakanyan öldürülüb. Bundan başqa, məhkəmədə o da iddia edilib ki, girovlarımız Smbat Çakanyandan 87 min dram (157 manat – red) pulu, şəxsiyyət vəsiqəsi, hərbi bilet, telefon kartları, idman geyimi və pencək oğurlayıb.

Şahbaz və Dilqəm onlara qarşı sürülən iddiaların əsassız olduğunu deyərək üzərlərində avtomat deyil yalnız ov tüfəngi olduğunu söyləyiblər. Məhkəməyə şahid qismində, başqa sözlə desək Şahbaz və Dilqəmin üzünə durmaq üçün vaxtilə Azərbaycan tərəfə keçmiş erməni diversantı Akop İnciqulyan da gətirilib. Hansı ki, bu İnciqulyan 2013-cü ilin avqust ayında Azərbaycan tərəfinə keçərək Ermənistana qayıtmaqdan imtina etdiyini söyləmişdi. Akop ölkəmizə keçmə səbəbini Ermənistan ordusunda işgəncələrə məruz qaldığı, dözülməz vəziyyətlə üzləşdiyi ilə izah edərək, ümumiyyətlə Qarabağda döyüşmək istəmədiyini vurğulamışdı:

“Yemək-yeyib, içki-içirdik uşaqlarla. Tağım komandiri məcburən məni su dalınca göndərməyi əmr verdi. Təpiklə gözümə vurdu, bu zaman aramızda dava düşdü. Bu səbəbdən də məcbur olub, könüllü şəkildə Azərbaycana tərəfinə keçdim”.

İndi isə maraqlısı odur ki, bir ildən çox Azərbaycanda qalan və bu müddət ərzində ona çox yaxşı qayğı göstərildiyini, yüksək şərait yaradıldığını deyən İnciqulyan bu gün bizim girovlara saxta şahidlik edir. Hətta məhkəmədə dindirilərkən Akop İnciqulyan vaxtilə Azərbaycana tam fərqli səbəbdən keçməsini açıqlayıb. O, görmə qabiliyyətinin zəif olduğundan ərazini düzgün təyin edə bilmədiyindən Azərbaycana keçdiyini deyərək əsirlikdə …read more

From:: ANS

      

Azərbaycan BMT-yə qara əklil göndərdi (VİDEO)

Ermənistanda girovluqda saxlanan azərbaycan vətndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevin doğmaları isə bu gün BMT-nin Bakı Ofisinin qarşısında toplanmışdılar.

ANS TV-nin məlumatına görə, BMT-nin Bakı Ofisinin qarşısında etirazlarını bildirənlər Qarabağ Azadlıq Təşkilatının qadın qolunun üzvləridir. Onların Beynəxlalq təşkilatdan tələbləri isə beş aydan çoxdur Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarında girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsinə yardımçı olmalarıdır.

Aksiya iştirakçıları dünya birliyinin bu hadisəyə nümayiş etdirdiyi ölü reaksiyaya etiraz olaraq BMT binası önünə qara çiçəklərdən ibarət əklil qoymaq istədilər. Lakin polis əməkdaşları buna icazə vermədi. Etirazçılardan biri isə cəld tərpənərək üzərində “BMT oyan və vəzifəni icra et” yazılmış əklili binanın hasarından içəri atmağı bacardı.

Aksiyaya girovların yaxın qohumları Şahbaz Quliyevin həyat yoldaşı və Dilqəm Əsgərovun qardaşı da qatılmışdı. Əlində “Dilqəm Əsgərov və Şahbaz Quliyevə azadlıq” yazılmış plakat tutan bu xanım Şahbazın həyat yoldaşı Albina Veselovadır. Uzun illər Rusiyada yaşayan və bu ölkənin vətəndaşı olan Albina xanım ərinin azad edilməsi üçün, hətta Rusiya prezidenti Vladimir Putindən də kömək istəyir:

“Mən tələb edirəm ki, həyat yoldaşımı geri qaytarsınlar. Bütün beynəlxalq təşkilatlardan bu işdə kömək etmələrini xahiş edirəm. Mən həmçinin Rusiya prezidenti Putinə müraciət edirəm ki, o, da girovların qaytarılmasına dəstək olsun”.

Azərbaycan hökuməti isə hər iki vətəndaşımızın azad olunması üçün bütün imkanlarından istifadə edir.

…read more

From:: ANS

      

Turkic Azeri and Hazara Solidarity Network