Bu gün bizi nə gözləyir?

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology” bu günün qoroskopunu təqdim edir.

Qoç – qalib gəlməyə, lider mövqelər tutmağa çalışın. Günün ilk yarısında münaqişəli vəziyyətlərdən çıxış yolu tapın, mübahisələrə son qoyun. Sizi maraqlandıran sahələrdə yeni istiqamətlərin tədqiqatı üçün əlverişli zamandır.
Günün ikinci yarısında ambisioz planı ertələyin. Yeni işin və ya sifarişin detallarını tərəfdaşlarla müzakirə edin. Fikirlərizi anladın.
Yaxınlarınız inadkarlıq edəcək, hər şeyi öz bildikləri təki reallaşdırmağa çalışacaqlar. Birgə fəaliyyətin sərfəli olduğuna onları inandırın.
Axşam saatlarında ağır fiziki işə başlamayın.

Buğa – günün ilk yarısında emosiyalarınıza nəzarət edin. Yaxın ətrafınızdakı insanları təxribata çəkməyin, qıcıqlandırmayın. Təmkinli davranın. Soyuqqanlı və məntiqli olsanız, yaranan problemləri həll edə bilərsiniz.
Günün ikinci yarısında situasiyada nizam artacaq. Fiziki və emosional baxımdan özünüzü daha yaxşı hiss edəcəksiniz.
Çoxdan başa vurmaq istədiyiniz işə qayıtmaq olar.
Yaxınlarınızın yardımlarından imtina etməyin. Onlar qayğınıza və səmimi hisslərinizə bel bağlayırlar.
Axşam saatlarını sevdiyiniz insanlarla keçirin.
Dostları da unutmayın.

Əkizlər – ətrafınızda baş verən hadisələrə laqeyd qalmayın. Soyuqqanlı olsanız, istənilən münaqişəli situasiyadan itkilər vermədən çıxa bilərsiniz. Yanınızdakı insanlarla qayğıkeşliklə davranın.
Günün ikinci yarısında mühüm qərar qəbul edəndə başqalarının məsləhət və göstərişlərinə kor-koranə əməl etməyin. Qərar və əməllərinizin mümkün sonuclarını nəzərə alın.
Hisslərə yox, məntiqə əsaslanaraq hərəkət edin. Ani emosiyalara qapılmayın. Yaxınlarınız qərarlarınızı tənqid edərək iradlarıın söyləyəcəklər. İstənilən halda intuisiyanızı nəzərə alın.

Xərçəng – günün ilk yarısında başqasının əvəzinə çalışmayın, kimisə əvəzləməyə can atmayın. Sizə gərəkli olmayan, mənasız işlərə çox vaxt sərf etməyin. Yaşam tempi rəvan olmadığından planlarda ciddi dəyişikliklər ola bilər.
Günün ikinci yarısında borc almayın, kredit götürməyin. Aramla çalışaraq tələskənlik etməsəniz, münaqişəli situasiyaları və hüquqi məsələləri çözə bilərsiniz.
Axşam saatlarında yaxınlarınızı diqqətinizdən kənar qoymayın. Əndişəyə düşməyin, nigaran qalmayın. İmkan varsa, müstəqil fəaliyyətə hazırlaşın.

Şir – inadkarlıq və maraqların aqressiv qorunması münaqişəli situasiyalar yarada bilər. Önəm verdiyiniz insanlarla münasibətləri qorumaq üçün başqalarının dediklərinə qulaq asın. Yaxın ətrafınızdakı insanlarla diqqətli davranın.
Günün ikinci yarısında yalana, yaltaqlığa inanmayın. Təmaslarda həssas olun, situasiyanı dəyərləndirin. Sərvaxtlığı əldən verməyin. …read more

From:: ANS

      

Polis Sneyderin evinə basqın etdi

Polis Uesli Sneyderin evinə basqın edib.

ANS PRESS-in məlumatına görə, Sneyderin həyat yoldaşı Yolante Kabau ilə Hollandiyada olduğu müddətdə Utrextdə yaşadığı evdə axtarış aparılıb.

Hollandiya polisinin evdə narkotik maddə axtarması Sneyder və həyat yoldaşını özündən çıxarıb.

Polisdən verilən məlumata görə, evdə narkotik maddə olması ilə bağlı məlumat daxil olduğundan belə bir axtarış aparılıb. Polis evdə heç nə tapmayıb. …read more

From:: ANS

      

Azərbaycanda tanınmış müğənni var-dövlətini necə itirdi? (VİDEO)

Bu gün ANS-in efirində yayımlanan “Adam içində” verilişində kafelərdən birində qabyuyan kimi çalışan müğəninin kim olduğu aydınlaşdı. Onu vurğulayaq ki, sosial şəbəkələrdə vaxtı ilə tanınan müğənninin hansısa kafelərdən birində qabyuyan çalışarkən çəkilən görüntülər yayılmışdı. Həmin qadının bir zaman “Yeddi on yeddi” verilişilə tanınan mügənni Səbirə xanım olduğu üzə çıxdı. Bəs onu müğənniliyi atmağa nə vadar etdi?

Bütün bunlara verilişdə aydınlıq gətirildi. Məlum oldu ki, Səbirə bütün pulunu, evini itirib. Baxmayaraq ki, ona bir sıra təkliflər olub, müğənni öz alın təriylə pul qazanmağa üstünlük verib. O da, qab yumaqla ailəsini dolandırır. Bəs nə səbəbdən o mügənniliklə məşğul olmur? Məlum oldu ki, müğənni səsini itirib.

Bu səbəbdən o bəzi insanlardan inciyib. Veriliş zamanı gənc müğənniyə dəstək olan həmkarları da oldu. Səbirə bütün malını mülkünü nə səbəbdən itirdi? Davamı sabah “Adam içində”.

…read more

From:: ANS

      

Ukrayna parlamentinin 23 yaşlı sarışın gözəli (FOTO)

23 yaşlı sarışın gözəl Darya Ledovskix Ali Radanın ən gənc deputatı statusunu qazanıb.

ANS PRESS-in məlumatına görə, Darya Ledovskix Ukrayna baş naziri Arseni Yatsenyukun partiya siyahısında adı 73-cü sıradadır.

İndi ona sadəcə olaraq Ali Radaya gəlmək və andiçmə mərasimində iştirak etmək qalır.

Seçki Komissiyasına təqdim edilmiş sənədlərə əsasən, Darina Ledovski Kiyev İnstitutunun beynəlxalq əlaqələr fakültəsini qurtarıb və hüquq təhsili var.

Darina sosial şəbəkələrdə aktiv fəaliyyəti ilə seçilir. O, müxtəlif ölkələrdə istirahət edərkən çəkdirdiyi selfi şəkilləri yaymağı xoşlayır.

…read more

From:: ANS

      

Yeni baş məşqçinin “Qalatasaray”da ilk qələbəsi (FOTO)

“Qalatasaray” yeni məşqçi Həmzə Həmzəoğlunun başçılığı altında Türkiyə Kubokunun qrup mərhələsinin ilk turunda ilk qələbəsini qazanıb.

ANS PRESS-in məlumatına görə, “aslanlar” “Əskişəhərspor”u 4:2 hesabı ilə məğlub edib.

“Qalatasaray”ın qollarına 15-ci və 36 (penalti) dəqiqədə kapitan Səlcuq İnan, 83-cü dəqiqədə portuqaliyalı Bruma və 89-cu dəqiqədə Umud Bulud imza atıb. 8-ci dəqiqədə təyin edilən penaltidən “Qalatasaray”lı Qoran Pandev fərqlənə bilməyib.

57-ci dəqiqədə Melo qırmızı kart alaraq “Qalatasaray”ı azlıqda qoyub .

“Əskişəhərspor”un qollarına 5-ci dəqiqədə Sərdar Özkan və 61-də Erkut Şəntürk imza atab.

…read more

From:: ANS

      

Putinin qərarı Qərbi çaşdırdı

“Cənub axını” layihəsinin dondurulması Avropa kompaniyalarına ən azı 2,5 milyard dollar zərər vuracaq. Qaz kəmərinin keçməli olduğu Balkan ölkələri də öz zərərlərini hesablamağa başlayıb.

Bununla belə Avropa komissiyası zərərin heç kim tərəfindən kompensasiya olunmayacağını bəyan edib.

Balkan ölkələri “Cənub axını”nın ləğv olunmasına təəssüflənməklə yanaşı, layihənin nə vaxtsa reallaşacağına ümidi də itirmirlər. Serbiyanın yeddi ildir ki, bu layihəyə pul yatırdığını, böyük işlər gördüyünü və ən çətin zamanlarda belə ondan imtina etmədiyini deyən Baş nazir Aleksandr Vuçiç layihənin dayandırılmasında onların günahının olmadığını və ölkəsinin nəhəng oyunçuların toqquşmasının əvəzini ödədiyini bildirib.

Serbiya prezidenti Tomislav Nikoliç isə öz növbəsində bunun şərqlə qərb arasında siçan-pişik oyununa bənzədiyini və bu məsələ barədə həm avropalı, həm də rusiyalı tərəfdaşları ilə ciddi söhbət edəcəklərini vurğulayıb.

Qonşu Bolqarıstan da layihənin ləğv olunmasından bərk təəssüf hissi keçirir. Məhz burada kəmərin çəkilməsinə icazə verilmədiyindən layihə dondurulmuşdu. Bir çoxları “Cənub axını”nın birdəfəlik bağlanmasına inanmır və hökumətin zərərə gətirib çıxaracaq qərarına bəraət qazandırmağa çalışırlar.

“Cənub axını” layihəsinin dayandırılmasına dair Rusiyadan rəsmi bəyanat alınmadığını söyləyən Bolqarıstanın iqtisadiyyat naziri Bojidar Lukarski kəmərin tikintisinə Avropa İttifaqının tələblərinə uyğun gəlmədiyi üçün icazə verilmədiyini qeyd edib.

Qış astanasında yeni qaz mənbələri axtarmağa çalışan Macarıstanın xarici işlər naziri Peter Siyyarto isə bundan sonra enerji resurslarının idxalını Azərbaycanın hesabına artırıla biləcəyini deyib.

Rəsmi Moskvanın isə mövqeyi dəqiqdir. “Cənub axını” layihəsinin bitdiyini söyləyən Rusiya Prezidenti Vladimir Putin ölkəsinin gələcəkdə bir çox layihəni, o cümlədən Türkiyə ilə yeni qaz kəməri tikintisini həyata keçirəcəyini bəyan edib. …read more

From:: ANS

      

Turkic Azeri and Hazara Solidarity Network