Ceyms Uorlikdən açıqlama

Dekabrın 4-5-də ATƏT Nazirlər Şurasının İsveçrənin Bazel şəhərində keçiriləcək toplantısı zamanı ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşəcəklər.

ANS PRESS-in məlumatına görə, bunu APA-ya açıqlamasında ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib. O bildirib ki, tərəflər 2015-ci ildə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkili barədə müzakirə aparacaqlar.

“Biz həm də noyabrın 12-də baş verən hadisəni və belə halların gələcəkdə təkrar olunmaması üçün görülə biləcək işləri müzakirə edəcəyik” – deyə səfir söyləyib. …read more

From:: ANS

      

Narişkindən fantastik təklif

Rusiya Dumasının spikeri Sergey Narışkin fantastik təkliflə çıxış edib.

ANS PRESS-in məlumatına görə, Narışkin avropalı həmkarlarına ABŞ-ın NATO-dan qovmaq təklifini irəli sürüb.

“Mənim fantastik təklifim var. Mən avropalı həmkarlarıma təklif edərdim ki, Amerika Birləşmiş Ştatlarını blokdan çıxarsınlar”- deyə Narışkin bildirib.

Qeyd edək ki, daha əvvəl Narışkin bəyan etmişdi ki, ABŞ-nin həyasız və məsuliyyətsiz siyasəti dünya ictimaiyyətini yeni “soyuq müharibəyə” sürükləyir. …read more

From:: ANS

      

Ronaldonun yeni avtomobili başına bəla oldu (VİDEO)

İspaniya mətbuatı Kriştiano Ronaldonun yeni avtomobilindən danışır.

ANS PRESS-in məlumatına görə, “Real Madrid”in portuqaliyalı ulduzu məşqlərə “Rolls Royce” markalı avtomobillə gəlməsi tənqidlərə səbəb olub.

Futbolçunu “Real Madrid”in təlim-məşq toplantılarına lüks avtomobili ilə gəlməsi ölkədə mübahisəyə səbəb olub. Jurnalistlər Ronaldonun bu addımı ilə özünü yuxarıdan apardığını düşünürlər. KİV nümayəndələrinin fikrincə, bu tip maşınlar məşqə gəlmək üçün deyil, qonaqlığa getmək üçündür.

“Real Madrid”ə yaxın qəzet və yazarlar isə Kriştianonun bir kral olduğunu və bu vasitənin krallara yaraşdığını söyləyiblər. Portuqaliyalı ulduz isə haqqında danışılanlara gülüb. Portuqaliyalı yeni aldığı avtomobillə məşqlərə gəlməyə davam edəcəyini söyləyib.

Qeyd edək ki, futbolçu bu avtomobili üçün 3 milyon avroluq xüsusi bir qaraj inşa etdirib. Ronaldo lüks avtomobillərinin sığortası üçün isə ildə 100 min avro pul ödəyir.

…read more

From:: ANS

      

Erməni saytının etirafı (FOTO)

Ermənistanın “Tert.am” saytı bu gün dərc etdiyi bir xəbərlə Dağlıq Qarabağın işğal edilmiş Azərbaycan ərazisi olduğunu etiraf edib.

ANS PRESS-in məlumatına görə, bu gün saat 17 radələrində sayta yerləşdirilmiş xəbərin başlığında iri hərflərlə bildirilir ki, Ermənistandan Qarabağa hərbi təlimlərə göndərilmiş helikopterlər daimi dislokasiya yerlərinə qayıda bilmir. Xəbərin içində isə Dağlıq Qarabağın işğal olunmuş Azərbaycan ərazisi olduğu bildirilir.

Xəbərdə həm də deyilir iki ədəd hərbi helikopter təlimlər zamanı Azərbaycan tərəfindən atəşə tutulub və yararsız hala düşüb, hazırda həmin helikopterləri təmir etməyə çalışırlar.

Xəbər 10 dəqiqə saytda qalıb və daha sonra çıxarılıb. Erməni mətbuatı xəbərin hakerlər tərəfindən sayta yerləşdirildiyinə inanmırlar. “Tert.am”ın özü də bu barədə heç bir açıqlama vermir.

…read more

From:: ANS

      

ABŞ-da atəş səsləri (FOTO, VİDEO)

Polisin qaradərili gənci öldürməsi ilə əlaqədar məhkəmənin verdiyi qərara qarşı etirazlar dalğası Amerika şəhərlərinə yayılıb.

ANS PRESS-in məlumatına görə, etirazçılar Nyu-Yorkda 3 körpünü bağlayıblar. Bundan əlavə Çikaqo, Sietl və Los-Ancelesdə yürüşlər baş verib. Onlar sabah üçün də etiraz edəcəklərini bildirirlər.

Ferqyusonun özündə isə polislə toqquşma davam edir. Şahidlərin dediyinə görə şəhəri tez-tez avtomat səsləri eşidilir.

Sent-Luis polisinin məlumatına görə 61 nəfər həbs edilib.

Daha əvvəl xəbər verilmişdi ki, yaşanan iğtişaşlarla bağlı şəhərə ordu yeridilib. Amerika ştatı Missurinin qubernatoru Cey Nikson milli qvardiyanın hərəkətə gətirilməsi barədə tapşırıq verib.

Etiraz iştrakçıları ən azı 12 binanı yandırıb.

Qeyd edək ki, Ferqyuson məhkəməsinin afroamerikalı Braunu öldürən polis əməkdaşı Darren Uilsona qarşı qaldırılan iddiaların əsassız olması ilə bağlı verilən qərara qarşı bütün şəhər küçələrə tökülüb.

ABŞ prezidenti Barak Obama məhkəmə qərarı ilə əlaqədar qaradərili vətəndaşları zorakılıq törətməkdən çəkinməyə çağırıb. Missuri ştatının meri Cey Nikson isə 30 günlük fövqəladə vəziyyət elan edib.

Hazırda Ferqyuson şəhəri üzərində uçuş qadağası tətbiq olunub. Şəhər aeroportu isə bağlanıb.

…read more

From:: ANS

      

Yeni Türkiyə Çin problemi

Çindən qaçan 300 uyğyr türkünün Tailandda saxlanması Türkiyə üçün yeni problem yaradıb.

ANS PRESS-in məlumatına görə, torpaqları əlindən alınmış 300 uyğur türkü sərhəddən gizli keçərək Tailanda sığınıb. Çoxu qadın və uşaq olan qaçqınlar oradan Malayziyaya keçmək istəyirmiş, məqsədləri Türkiyəyə doğru getmək olub. Amma Tailand polisi onları meşədə ac və susuz halda tapıb. Tailand hökuməti uyğur türklərini geri Çinə qaytarmaq istəyib.

Dünən bu barədə xəbər alan Türkiyə baş naziri Əhməd Davudoğlu hərəkətə keçib. Tailand hökuməti ilə təmasa girən Davudoğlu onların Türkiyəyə verilməsini istəyib. Tailand hökuməti inzibati sənədləşdirmələri başa çatdırdıqdan sonra onları Türkiyəyə təhvil verməyə söz verib. …read more

From:: ANS

      

Girovlarla bağlı bəyanat

Türkiyədəki Azərbaycan diaspor təşkilatları Ermənistanın girov götürdüyü azərbaycanlılarla bağlı bəyanat yayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, Türkiyədəki Azərbaycan diaspor təşkilatları bəyanat yayaraq Azərbaycan Respublikasının Kəlbəcər rayonunda Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülmüş azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məhkəmə prosesinə etiraz ediblər. Bəyanatda deyilir ki, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında – Dağlıq Qarabağda Dilqəm Əsgərov və Şahbaz Quliyev guya sərhədləri pozmaqda ittiham olunaraq heç bir hüquqi əsası olmayan uydurma məhkəmə prosesi aparılır. Halbuki Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürüldüyü torpaqlar Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazisidir.

Türkiyədəki Azərbaycan diaspor təşkilatları bildirir ki, bu torpaqlarda doğulmuş, böyümüş Dilqəm Əsgərov, Şahbaz Quliyev, Həsən Həsənov Ermənistanın işğal siyasəti nəticəsində öz yurdundan zorla çıxarılmış Azərbaycan vətəndaşlarıdır: “Kəlbəcər ərazisində onların dədə babaları uyuyur. Öz doğma torpaqlarına yaxınlarının məzarlarını ziyarət etməyə, bir vaxtlar yaşadıqları kəndi görmək ümidi ilə gediblər. Onların heç bir gizli planı və təxribatçı niyyəti olmayıb. Onlar doğulduqları torpaqların həsrəti ilə Ermənistanın işğalı altında saxladığı ərazilərə keçərkən girov götürülüb”.

Bəyanatda eyni zamanda Ermənistan tərəfinin girovlarla qəddarcasına rəftarı vurğulanır. Bildirilir ki, Ermənistan azərbaycanlı Həsən Həsənovu işgəncələrə məruz qoyaraq vəhşicəsinə qətlə yetirib. Digər girovlar da mənəvi, fiziki işgəncələrə məruz qalır.

Diaspor təşkilatları bu bəyanatla dünya ictimaiyyətini baş verənlərə biganə qalmamağa çağırır: “Dünya Ermənistanın bu işğalçı siyasətinə “dur” deməli və azərbaycanlı girovların tezliklə azad edilməsi üçün lazımlı addımları atmalıdır”.

Bəyanat Türkiyədə fəaliyyət göstərən TADEF – Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası, Kocaeli Azərbaycan Evi Dərnəyi, Derince Azərbaycan Evi Dərnəyi, Gebze Azərbaycanlılar Dərnəyi, Eskişehir Azərbaycanlılar Dərnəyi, Adana Azərbaycan Kültür ve Dayanışma Dərnəyi daxil olmaqla 15 təşkilatın adından yayılıb. …read more

From:: ANS

      

Turkic Azeri and Hazara Solidarity Network