Qar yağdı, yaponlar uça bilmədi

Yaponiyada yağan güclü qar nəticəsində bir sıra aviareyslər dayanıb.

ANS PRESS-in məlumatına görə, Yaponiyanın Qifu prefekturasında yağan güclü qar nəticəsində 3600 min evdə elektrik enerjisi təchizatı kəsilib. Bu haqda Yaponiyanın energetika şirkəti xəbər yayıb.

Bundan başqa, güclü yağıntı və şiddətli külək səbəbilə 93 aviareys təxirə salınıb. Honşü adasına işləyən sürət qatarının da hərəkətində maneələr yaranıb.

Hokkaydo adasının şərqində sahil bölgələsində yaşayan 240 sakin evakuasiya edilib, daha 1500 sakinə isə evlərini təcili olaraq tərk etmələri tövsiyə olunub.

Yerli Milli Meteorologiya İdarəsinin məlumatına əsasən, Niiqata prefekturasında qar örtüyünün hündürlüyü 160 sm təşkil edib, Hokkaydoda isə son bir gündə 90 sm yağıntı olub. …read more

From:: ANS

      

Xırdalanda qəza törədən polis xəstəxanaya düşdü

Abşeron rayonunda yol patrul xidmətinin əməkdaşları qəzaya uğrayıb. Hadisə zamanı bir polis əməkdaşı xəsarət alıb.

Hadisə ötən gecə təxminən saat 23 radələrində Abşeron rayonu Xırdalan şəhəri ərazisində baş verib.

25 yaşlı Yusifzadə Tural Elşad oğlu xidməti vəzifəsini yerinə yetirən zaman idarə etdiyi iş maşını ilə qəzaya uğrayıb.

Hadisə zamanı xəsarət alan Tural Yusifzadə təcili tibbi yardım maşını ilə Bakıdakı 1 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb.

Kəllə beyin travması diaqnozu ilə xəstəxanaya yerləşdirilən yaralıya həkimlər tərəfindən tibbi yardım göstərilib.

Müayinədən sonra palataya yerləşdirilən yol patrul xidməti əməkdaşının vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır. …read more

From:: ANS

      

Teymur Rəcəbov gümüş medal qazandı (FOTO)

Pekində başlayan Dünya İntellektual Oyunları çərçivəsində keçirilən kişilər və qadınlar arasında şahmat yarışlarına yekun vurulub. Dünyanın 16 ən güclü şahmatçısının mübarizə apardığı yarışda ölkəmizi Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil ediblər.

ANS PRESS-in Şahmat Federasiyasından aldığı məlumata görə, dekabrın 17-də şahmatın bask növü (idmançılar eyni vaxtda iki taxtada müxtəlif rəngli fiqurlarla bir-birinə qarşı mübarizə aparması) üzrə keçirilən yarışlar da başa çatıb.

Yekunda Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov və Fransa şahmatçısı Maksim Vaşe-Laqrav 6 xal toplayaraq 2-4-cü yerləri bölüşdürüblər. Teymur Rəcəbov əlavə göstəricilərə görə, turnirin gümüş medalına layiq görülüb. Maksim Vaşe-Laqrav üçüncü, Ş.Məmmədyarov isə dördüncü yerin sahibi olub. Yarışın qalibi adını aktivinə 7,5 xal yazan Rusiya təmsilçisi İan Nepomniyaşiy qazanıb.

Dünya İntellektual Oyunları çərçivəsində zəka sahibləri sürətli şahmat, blits (T.Rəcəbov bu turnirin bürünc mükafatçısı adını qazanıb) və bask üzrə mübarizə aparıblar.

…read more

From:: ANS

      

“Reanimasiya” sərgisi Bakıda

Dekabrın 17-də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində “Reanimasiya” sərgisi açılıb. Bu sərgi Azərbaycanın Əməkdar Rəssamı və kurator Səbinə Şıxlinskayanın “Kurator təcrübəsi” mövzusunda keçirdiyi ustad dərsinin nəticəsidir.

Məlumata görə, Səbinə Şıxlinskaya sərgini açarkən qeyd edib ki, “Reanimasiya” layihəsi muzeyin arxiv materialları əsasında gənc rəssamların öz art-layihələrini yaratdıqları adi və ənənəvi muzey ekspozisiyasıdır.

Layihənin kuratoru Mehparə Abbasova bildirib ki, bu sərgi teatrın arxivinə yeni mövqedən yanaşan altı rəssamın yaratdığı əsərlərin məcmusudur. Məqsəd inkişaf etməkdə olan cəmiyyətin ayrılmaz tərkib hissəsi kimi teatra əvvəlki diqqəti bərpa etməkdir.

Layihə çərçivəsində Səbinə Mirzəyeva, Elşən İbrahimov, Rüfət Əliyev, Anar Şəmsiyev, Vəfa Əsədi və Könül Rəfiyevanın işləri nümayiş etdirilir.

Sərgi dekabrın 27-dək davam edəcək. …read more

From:: ANS

      

Rusiyanın seks simvolu Bakıda (FOTO)

Rusiyanın tanınmış DJ-i Diana Melison yenidən paytaxtımızın qonağı olacaq.

ANS PRESS-in məlumatına görə, Rusiyada ilk “SWAG girl” və moskvalı şahzadə adlandırılan məşhur DJ Diana Melison 2015-ci ilin fevral ayının 1-də Bakıda çıxış edəcək.

Cazibədar bədən quruluşu və səsləndirdiyi klub musiqiləri ilə qəlbləri fəth edən xanım şəhərin məşhur gecə klublarından birində canlı şou göstərəcək. Bu barədə təşkilatçı Aqil Məmiyev xəbər verib.

Diana Melison bu dəfə sürprizləri ilə izləyicilərini təəccübləndirəcək. Bundan başqa, xarici ulduzla birlikdə, yerli DJ-lərimiz də çıxış edərək öz məharətlərini nümayiş etdirəcəklər.

Xatırladaq ki, bir müddət əvvəl xarici jurnallardan birinə açıqlama verərkən Ronaldonu İrina Şeykin əlindən alacağını bildirən tanınmış DJ bu ilin aprel ayında da paytaxtımızın qonağı olmuşdu.

…read more

From:: ANS

      

ABŞ-la Rusiya üz-üzə

Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Barak Obama Rusiyaya qarşı yeni sanksiyalar və Ukraynaya hərbi yardım haqında qanun layihəsini imzalayıb.

ANS PRESS-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Cen Psaki bildirib.

ABŞ prezidenti B.Obamanın imzaladığı qanunda xüsusilə Ukraynaya silah tədarükünün nəzərdə tutulduğu vurğulanır.

Qeyd edək ki, bir müddət əvvəl isə Obama administrasiyası Moskvanın Ukrayna böhranının həlli istiqamətində hərəkətə keçmədiyi təqdirdə Rusiyaya əlavə sanksiyalar tətbiq ediləcəyini bəyan etmişdi. Ağ Evin sözçüsü Coş Ernest sanksiyaların Rusiyanın müxtəlif sektorlarını hədəf alacağını bildirmişdi. …read more

From:: ANS

      

Turkic Azeri and Hazara Solidarity Network