Azərbaycanda faciə

Sabirabad rayonunda dəhşətli yanğın hadisəsi baş verib.

ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə Qaratuğay kəndində vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan birmərtəbəli evdə qeydə alınıb.

3 otaq və aynabənddən ibarət ev yanaraq kül olub.

Yanğın zamanı 1967-ci il təvəllüdlü Nəzakət Hüseynağa qızı Rzayeva, 1991-ci il təvəllüdlü Lamiyə Mahir qızı Rzayeva, 2009-cu il təvəllüdlü Mənsumə Zabil qızı Rzayeva, 2012-ci il təvəllüdlü Yağmur Zabil qızı Rzayeva və 2013-cü il təvəllüdlü Gülay Zabil qızı Rzayeva yanaraq ölüblər.

Onların cəsədləri yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Yanğın saat 08:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır. …read more

From:: ANS

      

İran Sidney hadisəsini pislədi

Rəsmi Tehran Avstraliyanın Sidney şəhərindəki “Lindt” kafesinə edilən hücumu pisləyib.

ANS PRESS-in məlumatına görə, İran Avstraliyanın Sidney şəhərində İran mənşəli şəxsin vətəndaşları girov götürməsini qınayıb. Bu barədə İran XİN sözçüsü Mərziyə Əfham yazılı açıqlamasında bildirib.

O, girov götürmənin İslamda qəbul edilmədiyini diqqətə çatdırıb: “Hansı şərtlə olursa-olsun, insanlıqdan kənar hərəkətlərin, qorxu və vəhşət yaratmağın mərhəmət dini olan İslamla heç bir əlaqəsi yoxdur.”

Qeyd edək ki, terror aktı yerli vaxtla bazar ertəsi səhər cərəyan edib. Martin Pleys meydanında olan “Lindt” kafesi içindəki müştərilər ilə birgə silahlı şəxs tərəfindən nəzarətə götürülüb. Cinayətkarın əlində 20 girov olub. Cinayətkar “Şeyx Xaron” ləqəbli, 49 yaşlı Men Haron Monisdir. Xəbər verilir ki, o, Avstraliyaya 1996-cı ildə İrandan qaçqın statusu ilə gəlib. Əvvəllər o seksual xarakterli cinayətlərdə və qətldə iştrakdan məhkum edilsə də girov müqabilində sərbəst buraxılıb. …read more

From:: ANS

      

Polis idarəsinə bombalı hücum

Türkiyənin Diyarbəkir vilayətində naməlum şəxslər polis idarəsinə hücum ediblər.

ANS PRESS-in məlumatına görə, naməlum şəxslər yerli vaxtla saat 01.40-da (Bakı vaxtıyla 03.40) Sur rasyonunun polis idarəsinə partlayıcı qurğu atıblar.

Hadisə nəticəsində polis əməkdaşlarından biri qolundan xəsarət alıb.

Xəsarət alan polis “Diclə” universiteti xəstəxanasına çatdırılıb.

Hücumu törədən şəxslərin axtarışı və ələ keçirilməsi üçün bölqədə əməliyyat başlayıb. …read more

From:: ANS

      

Turkic Azeri and Hazara Solidarity Network