Yəhudilərdən Gülənə dəstək

İsrailin dünyada məşhur Haaretz qəzeti Türkiyədə polisin Zaman qəzetinin işçilərinin həbsini pisləyib.

ANS PRESS-in məlumatına görə, Haaretz bu əməliyyatı Türkiyədə “mətbuat azadlığına zərbə” kimi dəyərləndirib.

Qəzetdə həmin yazını “Ərdoğana müxalif çıxan qəzetə qarşı əməliyyat” adı altında verilib.

“Türkiyədə müsəlman din adamı Fətullah Gülənə yaxınlığı ilə tanınan telakanal və qəzetə qarşı əməliyyat keçirildi. Əməliyyatın prezident Ərdoğanın Gülən tərəfdarları əleyhinə verdiyi açıqlamalardan sonra keçirilməsi diqqət çəkdi. Türkiyə polisi eyni vaxtda əməliyyat keçirərək Gülənin mediadakı vacib adamlarını saxladı”, deyə qəzetdə bildirilir. …read more

From:: ANS

      

İŞİD-dən daha bir qətliam

İŞİD terrorçu qruplaşması növbəti qətliamını törədib.

ANS PRESS-in məlumatına görə, İŞİD-çilər Suriyanın Tabka şəhərindəkin Su Elektrik Stansiyasının 10 mühəndisini güllələyərək öldürüblər.

Bundan başqa terrorçular atəşi nəticəsində isə 6 nəfər yaralanıb.

Qeyd edək ki, İŞİD İraq və Suriyada xeyli rəazi ələ keçirib. Onlar nəzarətdə saxladıqları bölgələri guya şəriət qaydaları ilə idarə etdiklərini açıqlayıblar. Terrorçular tərəfindən ələ keçirilən bölgələr neftlə zəngin ərazilərdir. …read more

From:: ANS

      

Yol polisinə hücum edildi

Ağstafa rayonunda yollarda hərəkətin təhlükəsizliyini təmin etmək və sürücülər tərəfindən yol verilən qayda pozuntularını aşkar etmək üçün Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları növbəti reydini keçirib.

Reyd zamanı kimi polisin saxla əmrinə tabe olmayıb, kimi isə polisə təzyiq göstərməyə cəhd edib.

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının Bakı-Qazax avtomagistralının Ağstafa rayonu ərazisindən keçən hissəsində keçirdiyi reyd zamanı xeyli sayda qayda pozan sürücülərə rast gəlinib. Bəzi sürücülər polisin saxla əmrinə tabe olmayıblar. Avtomobilin qeydiyyat nişanı görünməz olduğu üçün cərimə olacağını eşidən bir sürücü və onun dostları isə polisə hücum etməkdən belə çəkinməyiblər.

Reyd zamanı sürücülük hüququ olmadan, təhlükəsizlik kəmərlərindən istifadə etmədən avtomobil idarə edən sürücülər müəyyənləşdirilərək barələrində müvafiq tədbirlər görülüb. Daha çox avtoqəzalara səbəb olan nəqliyyat vasitələrinin sərxoş halda idarə edilməsi, sürət həddini aşma, ötmə qaydalarının pozulması və digər qayda pozuntularının aşkar olunduğu reyddə 30-dan çox sürücü haqqında inzibati tədbir görülüb.

Yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalının yüksək olduğu yerlərdə bu cür reydlərin ilin sonunadək, həmçinin bayram günlərində davam etdirilməsi planlaşdırılır. …read more

From:: ANS

      

Türkiyədə güclü partlayış (VİDEO, YENİLƏNİB)

Türkiyədə fişəng fabrikində bir neçə saat bundan əvvəl baş vermiş partlayış nəticəsində ölən və xəsarət alanlar var.

ANS PRESS-in məlumatına görə, hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər isə ağır xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

…20:52…

Türkiyənin Sakarya vilayətində güclü partlayış olub.

ANS PRESS-in məlumatına görə, partlayış fişəng fabrikinin anbarıda baş verib.

Hadisə nəticəsində yaralananlar var. 1 nəfərin isə dağıntılar altında qaldığı bildirilir.

Partlayış yerinə xeyli sayda yanğınsöndürən maşın cəlb olunub. Lakin yanğını söndürmək hələlik mümkün olmayıb.

Partlayışın hansı səbəbdən baş verdiyi bilinmir.

…read more

From:: ANS

      

Bakıda məhəllədə danışıb-gülmək qadağası qoyuldu, qan töküldü

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Qədirov Samir Adil oğlunun məhkəmə prosesi keçirilir.

Prosesə hakim Zeynal Ağayev sədrlik edir.

İstintaq yolu ilə müəyyən edilib ki, Samir Qədirov 2014-cü il, iyul ayının 9-da Bakı şəhəri, Nəsimi rayonu, N.Məlikov küçəsi, 6-cı dalan, 11 saylı evin qarşısında ucadan danışmaqla səs saldığına görə qonşusu Ceyhun Əhmədovla mübahisə edib.

Mübahisə zamanı Ceyhun Əhmədovun onu əli ilə vurmasından hiddətlənən Samir Qədirov bıçaqla ona zərbə endirib. Ağır dərəcəli bədən xəsarəti almış yaralı qonşuların köməkliyi ilə xəstəxanaya çatdırılıb. Tibbi yardım göstərildiyindən həyatını xilas etmək mümkün olub.

Törətdiyi cinayət əməlinə görə Samir Qədirova Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb və barəsində həbs-qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxs qismində dindirilən Samir Qədirov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində hadisə baş verən gün yaşadığı məhəllədə qardaşı Qədirlə danışıb-güldüyünü göstərib:

“Qonşuluqda yaşayan Ceyhun bizə yaxınlaşıb ucadan danışıb-gülməyimizə iradını bildirdi, mübahisə etməyə başladı. Ceyhuna “sən kimsən ki, bizə danışıb-gülmək qadağası qoyursan” dedim. Mənim bu sözlərim onun xoşuna gəlmədi və gözlənilmədən əli ilə başıma şillə vurdu. Ceyhunun bu hərəkəti məni o qədər əsəbiləşdirdi ki, evə keçib masanın üstündən bıçaq götürüb yenidən həyətə çıxdım. Əlimdəki bıçaqla Ceyhuna bir dəfə zərbə endirdim. Zərbədən sonra Ceyhunun yerə yıxıldığını görüb geri çəkildim”.

Təqsirləndirilən şəxs tutduğu əməldən peşman olduğunu, qonşusunu öldürmək niyyətində olmadığını deyib.

Zərərçəkmiş şəxs qismində dindirilən Ceyhun Əhmədov ifadəsində axşam saatlarında bir neçə nəfər şəxsin evin qarşısında ucadan danışıb-güldüklərini eşidincə onlara iradını bildirdiyini göstərib: “Qonşuluqda yaşayan Qədir və Samir qardaşlarına iradımı bildirdim. Qardaşlardan biri – Samir mənə kobud cavab qaytardı deyə aramızda xırda mübahisə yarandı. Əlimlə sifətinə yüngül zərbə vurdum. Samir tələsik həyətə keçib geri qayıtdı. Gözlənilmədən əlində gətirdiyi bıçaqla qarın nahiyəmə zərbə endirdi. Zərbənin təsirindən müvazinətimi saxlaya bilməyib yerə yıxıldım, huşumu itirdim”.

Məhkəmə prosesi dekabrın 19-da davam etdiriləcək. …read more

From:: ANS

      

17-ci mühüm görüş başladı

Rusiya xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Con Kerri arasında ikitərəfli görüş keçirilir.

ANS PRESS-in verdiyi məlumata görə, görüş İtaliyanın paytaxtı Romada keçirilir.

Görüşün əsas məqsədi İsraildə, ümumilikdə Yaxın Şərqdə baş verən son prosesləri müzakirə etməkdir. Tərəflər arasında keçirilən əsasən Suriya və Ukrayna münaqişəsi ətrafında fikir mübadiləsi aparıldığı bildirilir.

Qeyd edək ki, Lavrov və Kerri arasında bu sayca 17-ci görüşdür. …read more

From:: ANS

      

Turkic Azeri and Hazara Solidarity Network