Ötən gün Kiyevdə zorlamada ittiham olunaraq həbs edilən Azərbaycan vətəndaşı dustaqları daşıyan avtomobildə intihar edib. Hadisə dustaq rayon milis idarəsinə aparılan zaman baş verib. Bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin Kiyev şəhəri üzrə İdarəsinin mətbuat xidməti məlumat yayıb.
“Yetkinlik yaşına çatmayan şəxsə qarşı cinsi zorakılığa görə həbs olunan kişi istintaq hərəkətlərinin davam etdirilməsi üçün rayon idarəsinə aparılıb. Ünvana çatdıqda, milis əməkdaşları aşkar ediblər ki, 32 yaşlı kişi xüsusi avtomobildə keçinir. Hadisə yerinə çağırılan “təcili yardım” onu xilas edə bilməyib. İlkin rəyə görə o, özünə qəsd edib”, – deyə məlumatda bildirilir.
Faktla bağlı Prokurorluqda yoxlama aparılır.
Kiyevin Darnisk rayonunda gənc qızı zorlayaraq qarət edən 27 yaşlı Azərbaycan vətəndaşı martın 30-da isti izlərlə saxlanılmışdı. …read more
“Neftçi”nin prezidenti postundan uzaqlaşdırılan Sadıq Sadıqovun yeni vəzifəsi müəyyənləşib.
ANS PRESS-in məlumatına görə, o, bundan sonra da klubda fəaliyyət göstərəcək.
Belə ki, Müşahidə Şurasının üzvləri sırasında yer alacaq Sadıqov həm də “Neftçi” İdman Klubu İctimai Birliyinin İdarəetmə Aparatının rəhbəri təyin edilib.
Eyni zamanda, Müşahidə Şurasının üzvlərinin haradan seçilmələrinə də aydınlıq gəlib. Sadıqov, həmçinin Zaur Qəhrəmanov və Cəbrayıl Cəbrayılov Müşahidə Şurasına “Neftçi” İdman Klubu İctimai Birliyindən seçilib.
Digər 4 üzv – Bəhram Bağırzadə, Mübariz Zeynalov, Səməd Qurbanov və Şuraya rəhbərlik edəcək Çingiz Abdullayev isə burada “Neftçi” PFK-nı təmsil edəcək. …read more
ANS Şirkətlər Qrupunun Prezidenti Vahid Mustafayev bu dəqiqələrdə xəbər operatorlarının mükafatlandırılma mərasimində iştirak edir.
Qeyd edək ki, bu il TRT kanalı operatorlar üçün Çingiz Mustafayev mükafatını təsis edib.
ANS TV-in Türkiyə bürosunun məlumatına görə, yarışmada iştirak edənlərə ilk dəfə olaraq Çingiz Mustafayev mükafatı təqdim olunub.
Tədbirdə ANS Şirkətlər Qrupunun Prezidenti Vahid Mustafayev iştirak edir. O müsabiqədə qalib gələnlərə Çingiz Mustafayev mükafatı təqdim etdi.
Tədbirdə Türkiyənin idman nazırı bu sahədə fəaliyyət göstərən jurnalistlərə, operatorlara və mətbuat nümayəndələrinə öz təşəkkürünü bildirdi. Bu gündən etibaran hər il bu müsabiqənin hər bir iştirakçısına Çingiz Mustafayev mükafatı təqdim ediləcək.
Qeyd edək ki, tədbirdə dövlət və hökümət nümayəndələri, Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov iştirak edirlər.