All posts by Admin

"Qanlı yanvar"ın aktrisası Heydər Əliyev Mərkəzində (FOTO)

By İdrak Camalbəyli

Tanınmış türkiyəli aktrisa Nebahat Çehrə Heydər Əliyev Mərkəzində olub.

ANS PRESS-in məlumatına görə, Nebahat Çehrə Heydər Əliyev Muzeyi və Mərkəzidəki sərgi zallarına baxıb.

Nebahat Çehrə rejissor Vahid Mustafayevin 20 yanvar hadisələrindən bəhs edən “Qanlı yanvar” filminin çəkilişləri üçün hazırda Bakıdadır.

Filmdə rol alan tanınmış aktrisa Bakı ilə tanışlığını davam etdirir.

Bu gün aktrisa “Qanlı yanvar” filminin yaradıcı heyəti ilə birlikdə Şəhidlər Xiyabanını ziyarət edib.

Xatırladaq ki, Nebahat Çehrə Türkiyənin ən məşhur aktrisalarından biridir. 1944-ci ildə Samsunda anadan olub. 15 yaşında olarkən “Türkiyə gözəli” seçilən Çöhrə fotomodel və maniken kimi Türkiyənin şou aləminə qatılır. 1961-ci ildə “Yaban gülüm” filmi ilə kino aləminə ilk qədəmlərini atır. 1964-cü ildə Yılmaz Güneylə tanış olan aktrisa “Kamalı Zeybək” filmində rola dəvət alır. Bundan 3 il sonra – 1967-ci ildə Yılmaz Güneylə ailə qurur və bununla özünün dediyi kimi ifadə etsək, siyasətdən tutmuş, məişətə qədər hər şeydə öz baxışlarının formalaşmasında Yılmaz Güneyin böyük qatqısı olur.

…read more

From:: ANS

      

İnterpolun axtardığı azərbaycanlı danışdı

By Elmidar Əliyev

“2012-ci ildə mənə Çexiyada təhsillə bağlı bir azərbaycanlı ailə müraciət etmişdi. Onlara yardım etdim, Praqa Karl Universitetinə 6500 avro təhsil haqqı ödədilər, lazım olan sənədləri göndərdik, ancaq onlar öhdələrinə düşən sənədləşməni düzgün aparmadıqları üçün viza ala bilmədilər. Bütün bu sənədlər və ödəmələr haqqındakı qəbzlər, sübutlar əlimizdədir. Bu işdə mənim günahım olmasa da, o adamlara öz cibimdən 3000 dollar pul qaytardım. Ancaq onlar məni Azərbaycan hüquq-mühafizə orqanlarına müraciət etməklə hədələdilər və daha çox maddi vəsait tələb etdilər”.

ANS PRESS-in məlumatına görə, bu barədə İnterpolun barəsində axtarış elan etdiyi Elşən Nəzərovdan APA-ya daxil olan açıqlamada bildirilib.

E. Nəzərov bu məsələni “kiçik problem” adlandırıb və deyib ki, həmin şəxslər məsələni siyasiləşdirmək istəyirlər.

O, 17 ildir ki, Çexiya Respublikasının rəsmi qoruması altında olduğunu da vurğulayıb: “Ümid edirəm ki, rəsmi Bakı da mənə şər atanları cəzalandıracaq. Şəxsən mən hər iki dövlətin müvafiq orqanları ilə əməkdaşlığa hazıram”.

Qeyd edək ki, bu gün Azər-Çex” Cəmiyyətinin sədri Elşən Nəzərovun beynəlxalq axtarışa verilməsi barədə xəbər yayılıbb. İnterpolun saytında yerləşdirlən məlumatda qeyd olunub ki, 40 yaşlı Elşən Nəzərov dələduzluqda təqsirli bilinir. Azərbaycan hüquq-mühafizə orqanları onun saxlanılması üçün İnterpola müraciət edib.

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsindən isə bildirilib ki, qurum artıq bir neçə ildir Elşən Nəzərov adlı şəxslə bütün əlaqələri …read more

From:: ANS

      

Coli ssenarini sinəsinə yazdırdı (FOTO)

By İdrak Camalbəyli

Tanınmış aktrisa Ancelina Coli bədənini yeni tatuirovka ilə bəzəyib.

ANS PRESS-in məlumatına görə, bu barədə Instagram səhifəsində əfsanəvi fotoqraf Mario Testino xəbər verib.

Testino hollivud aktrisası Ancelina Colinin sinəsində – mətn olan şəkilini dərc edib.

“Tatuirovka üçün təəccüblü ideya. Bu “Qırılmayan” filminin ssenarisindən birinci təklifdir. Bu yeni şəkildir, hansının ki, rejissoru Ancelinadır “, – foqoraf şəkilin altında imzalayıb.

Ancaq Colinin həqiqətən mətni bədəninə döydürdüyü məlum deyil.

…read more

From:: ANS

      

Göyçayda qəza: 3 ağır yaralı

By İdrak Camalbəyli

Göyçay rayonunda iki minik maşını toqquşub, ağır xəsarət alanlar var.

ANS PRESS-in APA-ya istinadən verdiyi xəbərə görə,hadisə bu gün axşam saat 19:30 radələrində Göyçay şəhərinin Natavan küçəsində qeydə alınıb.

Göyçayın Qızılağac kənd sakini, 1981-ci il təvəllüdlü Xəlilov Şamil Şahin oğlunun idarə etdiyi “VAZ 21011” markalı minik maşını qarşı tərəfdən gələn Ucar rayonu Qaracallı kənd sakini 1964-cü il təvəllüdlü Məmmədov Adət Məhəmməd oğluna məxsus “VAZ 21011” markalı maşınla toqquşub.

Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü və Adət Məmmədovun həyat yoldaşı 1965-ci il təvəllüdlü Məmmədova Rəqubə Qüdrət qızı ağır bədən xəsarətləri ilə Göyçay Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. …read more

From:: ANS

      

Putinin çatışmayan cəhəti

By Jalə Qurbanova

Rusiya prezidenti Vladimir Putin öz çatışmayan cəhəti haqqında danışıb.

ANS PRESS-in məlumatına görə, Putin Tass agentliyinə müsahibəsində psixoloqun onun xasiyyətnaməsində təhlükəni əvvəlcədən hissetmə səviyyəsinin aşağı olduğu barədə qeydini xatırladıb.

“Bəli psixoloq mənim xasiyyətnaməmdə məhz bu cür yazıb. Yəqin ki, bunu da yaxşı cəhət adlandırmaq olmaz. Bütün mümkün nəticələri götür-qoy eləməyi bacarmaq və qərar qəbul edərkən xoşagəlməz hadisələrin yaşanmaması üçün istənilən inkişaf variantlarını nəzərə almaq lazımdır”.

Hökumət başçısı qeyd edib ki, düşünülməmiş hərəkətlərə yol vermək olmaz.

Putin hesab edir ki, o, prezident postunda səhv buraxmayıb.

“Mənim müəyyən olunmuş üslubum uzun illər ərzində alınıb. Heç vaxt nəticəsini görmədiyim volyuntarist qərarlar qəbul etmirəm. Əgər bu baş vermirsə bir qədər gözləməyə çalışıram. Bu yoldakı kimidir: əmin deyilsənsə keçmə”, deyə Putin deyib. …read more

From:: ANS

      

İranlı nazir hamını təəccübləndirdi (VİDEO)

By ANS TV

Avstriyanın paytaxtı Vyanada Tehranla nüvə danışıqları ətrafinda danışıqların getdiyi vaxt hər kəsi təəccübləndirəcək hadisə baş verib.

ANS TV-nin məlumatın görə, İranı danışıqlarda təmsil edən xarici işlər naziri Məhəmməd Cavad Zərif öz həmkarları ilə ailə fotosunun çəkilməsində iştirak etməyib. Zərifin hansı səbəbdən həmkarlarının çağırışına müsbət cavab verməməsi isə naməlum qalıb.

Bu gün Məhəmməd Cavad Zərifin ABŞ-ın dövlət katibi Con Kerri, Avropa Birliyinin təmsilçisi Ketrin Eşton və Rusiya, Böyük Britaniya, Fransa və Almaniyadan olan həmkarları ilə danışıqları davam etdirəcəyi bildirilir.

…read more

From:: ANS

      

Araz Abdullayev qovulacaq?

“Araz Abdullayev bu gün meydançaya çıxmadı. O, lazımlı oyunçudu. Amma komandanın nizam-intizam kodeksləri var. Bütün futbolçular buna əməl etməlidi”.

ANS PRESS-in məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Arif Əsədov deyib.

Əsədov futbolçunun qovulmayacağını bildirib: “Arazla bağlı sabah qərar verəcəyik. Biz o tip futbolçuları itirməyə yox, qazanmağa çalışırıq. Onu qovmaq kimi bir niyyətimiz yoxdu. Qərar çıxarıldıqdan sonra bu barədə ictimaiyyətə məlumat verəcəyik. Qaydalar hər bir futbolçu üçün keçərlidi”. …read more      

وحید فائزپور به زندان مرکزی اورمیه منتقل شد

By maday

tecdid nezer kiyaksar

اختصاصی اویان نیوز: دیروز وحید فائزپور پس از مراجعه به واحد ابلاغ اجرای احکام دادگاه اورمیه بازداشت و به زندان مرکزی اورمیه منتقل شد.

بنا به اطلاع اویان نیوز، یکشنبه ۲آذر۹۳ وحید فائزپور وبلاگ نویس آذربایجانی پس از مراجعه به واحد ابلاغ اجرای احکام دادگاه اورمیه بازداشت و به زندان مرکزی اورمیه منتقل شد.

یکی از نزدیکان این فعال آذربایجانی به اویان نیوز گفت: “وحید فائزپور عصر روز جاری از زندان با خانواده‌اش تماس گرفته و اعلام کرده که در بند پذیرش زندان اورمیه بسر می‌برد.»

وحید فائزپور به اتهام اخلال در نظم عمومی در شعبه ۱۰۷ دادگاه جزایی اورمیه به ۵۰ ضربه شلاق تعزیری و ۵ میلیون ریال جزای نقدی محکوم شده بود .

محمد جلیلی رئیس شعبه ۱۰ دادگاه تجدید نظر استان آذربایجان غربی “با تخفیف” حکم ۵۰ ضربه شلاق را به ۵ میلیون ریال جزای نقدی تبدیل کرده و حکم دادگاه بدوی را تایید نمود.

به موجب این حکم، این وبلاگ نویس آذربایجانی به اتهام اخلال در نظم عمومی در مجموع به ۱۰ میلیون ریال جزای نقدی محکوم گردید.

در روزهای اخیر ماموران واحد ابلاغ با مراجعه به منزل پدری وی با تسلیم ابلاغ کتبی اعلام کردند که وحید فائزپور خود را جهت پرداخت جریمه نقدی …read more

From:: Oyan News