All posts by Admin

Ananın qisası ağır oldu

Əfqanıstanlı qadın oğlunun qisasını almaq üçün 25 “Taliban” yaraqlısını öldürüb.

ANS PRESS-in məlumatına görə, ananın qisası haqda ”Khaama Press” yazıb.

Qadının oğlu əfqan polisində xidmət edirmiş və terrorçular tərəfindən anasının gözləri qarşısında öldürülmüşdü.

Bundan sonra Reza Qul adlı qadın qızı və gəlinin dəstəyi ilə taliblərlə 7 saat davam edən atışmaya başlayıb. Nəticədə ən azı 25 döyüşçü həlak olub, daha beş nəfər isə yaralanıb.

Əfqanıstan Daxili İşlər Nazirliyi qeyd edib ki, qadınların terrorçularla döyüşməsi cəmiyyətin mübarizəsinin əhəmiyyətli simvoludur. …read more

From:: ANS

      

Məcburi köçkün özünü yandırmaq istədi (VİDEO)

Bu gün səbrini basa bilməyən məcburi köçkün ailəsi Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin qarşısına gələrək həyəcanlı anlar yaşadıb. Belə ki, Məlikovlar ailəsinin xanımı özünü yandırmaq istəyib. Amma o, bu istəyinə nail olmayıb. Bəs onlara kömək əli uzadan olubmu?

ANS TV-nin məlumatına görə, bir əlində benzin, bir əlində kibrit özünü yandıracağını deyən Nəcibə Məlikova əslən Ağdamdan olan məcburi köçkündür. Onu Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin qarşısına gətirən səbəbsə 4 nəfərlik ailəylə kirayə qaldığı evdən çıxarılmasıdır. Deyir ki, imkansızlıqdan son iki ayın kirayə haqqını ödəyə bilməyiblər, belə olan təqdirdə isə ev sahibi onları küçəyə atıb. Bu səbəbdən soyuğun iliyə işlədiyi bir vaxtda körpə uşaq, hamilə gəlini və vərəm xəstəsi olan oğlu ilə küçədə qalıb. Ona görə də komitə tərəfindən hələ bir neçə ay bundan əvvəl onlara vəd verilən mənzili tələb edirlər.

“Bizi aldatdılar ki, avqust ayına kimi ev veriləcək. Amma avqustda ev verilmədi. İndi isə qalmışıq belə. Hər gün bura gəlirəm. 100 manat pensiya alıram. Bu günə kimi aldığı pensiyam ilə 1 kq ət alıb yeyə bilmirəm” – deyə şikayətçi Nəcibə Məlikova bildirib.

Bütün bu baş verənlərdən əsəbləri pozulan xanım, ətrafındakıların ona göstərdiyi reaksiyaya özünü yandırmağa cəhdlə cavab verdi. Bu xoşagəlməz əməlin ona və yaxınlarına necə baha başa gələ biləcəyini heç düşünmədən.

Amma zamanında onu bu işdən uzaqlaşdıranlar tapıldı. Vətəndaşın probleminə tapılan çarəyə isə komitənin şöbə müdiri Sənan Hüseynov aydınlıq gətirdi. Qurum rəsmisi bildirdi ki, sözügedən ailə dəfələrlə komitənin qəbulunda olub və onlara mənzillə təmin oluncağı vədi verilib. Çünki həmin ailə şəhid ailəsidir və mənzil bölgüsü olanda onlar birinci nəzərə alınacaq.

Sənan Hüseynov deyir ki, Ağdamda biz ona təklif vermişdik, sadəcə olaraq o, onun qəbul etmədi: “O, Bakı və Bakıətrafında evlə təmin olunmasını istəyir. Hazırda mənzil fondu olmadığı üçün təmin oluna bilmir. Sadəcə olaraq müəyyən bir dövrə qədər onun kirayə haqqının ödənilməsilə bağlı icra hakimiyyəti öz üzərinə götürüb”.

Daha sonra Sənan Hüseynov …read more

From:: ANS

      

Səhiyyə Nazirliyi hərəkətə keçdi (VİDEO)

Səhiyyə Nazirliyi maraqlı bir aksiyaya start verib. Səhiyyəmizə inamın, etimadın səviyyəsini öyrənmək üçün sorğunun keçirilməsinə bu sahədə vəziyyətin görünür, yaxşı olmaması zərurət yaradıb.

ANS TV-nin məlumatına görə, səhiyyəmizə inanırsınızmı sualı ilə Səhiyyə Nazirliyi özünə etimadın olub-olmadığını öyrənəcək. Nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzi Bakı da daxil olmaqla bir neçə şəhərdə keçirəcəyi soğrudan əldə olunan məlumatları təhlil edəcək və hesabat hazırlayacaq. Anketdəki 30-dan artıq sualda, mövcud səhiyyə sistemindən məmnunluqla bağlı, həkimlərin peşəkarlığına pasiyentin etibar edib etməməsi və s. suallara cavab istənilir. Tibbi ekspertlər hesab edir ki, burada inamsızlıqdan yox, daha çox tibb xidmətindən narazılıqdan söhbət gedə bilər. Dərmanların qiyməti, tibbi xidmət tariflərinin artması, vətəndaşı narazı salan məqamlardı. İnamsızlıq həm də həkimin qeyri-peşəkarlığı ilə əlaqələndilir. Yüngül xəstəliklərin belə müalicəsini yaxın qonşu dövlətlərdən axtaran vətəndaşları bəzi həkimlərin uğursuz diaqnostikası, səmərəsiz müalicəsi üz çevirməyə vadar edir. Nə qədər inkişafda olduğu söylənilsə də, bəzi xəstəliklərin müalicəsi, əməliyyatların ölkədə edilməsi mümkün olmadığından xaricə üz tutulur. Bunu müalicə üçün Almaniya, Türkiyə, İsrailə göndərilən bəzi tanınmışların simasında da görmək olar. Bütün məsələlərin həllində yenə icbari tibbi sığortanın tətbiqi durur.

“Nə qədər ki, icbari tibbi sığorta yoxdur – vətəndaşlarımızın hamısı, xüsusilə də imkansız təbəqə xüsusi sosilal müdafiədən məhrum olub. Bu elə ciddi bir narazılığın bir fonudur. Bu gün əhalinin İrana axşmasının əsas səbəbi də məhz maliyə problemlərilə bağlıdır. Belə ki, İranda müalicə haqqı uçuzdur”, – deyə ekspert Adil Qeybulla bildirib.

Ekspertlər bu fikirdədir ki, xəstəxana işi də bəzən düzgün qurulmur. Ödənişlər qəbul edilirsə, bu açıq şəkildə edilməli, qəbzlər təqdim olunmalıdı. Amma vətəndaşdan asılı məsələlər də az deyil. Yalnız ağır durumda, hətta kobud deyilsə, ölüm ayağında həkim yada düşür.

“Hər bir insan heç olmasa ildə bir dəfə “çek-up” müayinədən keçirməlidir. Ən azı ildə bir dəfə, maşını aparıb texasmotr eləyirlər, maliyyəyə qıyırlar, amma özlərinə yox” – deyə tibb elmləri doktoru Gülnarə Sultanqızı vurğulayıb.

Hesab edilir ki, Qərbdən gənc mütəxəssis heyətinin qayıtması, gələcəkdə Azərbaycan səhiyyəsinin yeni bir …read more

From:: ANS

      

Əfsanəvi rejissor xəstaxanaya yerləşdirildi

Məşhur rejissor Eldar Ryazanov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

ANS PRESS-in məlumatına görə, bu barədə tibb dairələrindən olan mənbə “İnterfaks”a bildirib.
Ryazanov bu gün Burdenko adına hospitala ağır vəziyyətdə yerləşdirilib.

“Bu gün Ryazanov ağır halda Burdenko hospitalına çatdırılıb”, – deyə həmin mənbə “İnterfaks”a söyləyib.

Ryazanovun vəziyyəti ağır kritik qiymətləndirilir. …read more

From:: ANS

      

“200 gün qaldı” 2 gün sonra keçiriləcək

By ANS TV

Avropa Oyunlarına 200 gün qalması münasibətilə paytaxtda keçirilməsi planlaşdırılan təntənəli tədbir iki gün sonraya keçirilib.

“Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsindən ANS TV-yə verilən məlumata görə, Qız Qalasında bu axşam saat 20:00-da keçirilməsi planlaşdırılan “200 gün qaldı” tədbiri təxirə salınıb və tədbir noyabrın 26-da baş tutacaq.

Bu məqsədilə şəhərdə işıqlandırma effektlərindən ibarət möhtəşəm şou təşkil ediləcək. İlk Avropa Oyunlarının başlamasına qalan 200 günü qeyd etmək üçün noyabrın 26-da İçərişəhərdə şəhəri işıqlandıracaq və diqqətçəkici nümayiş baş tutacaq.

“Bakı 2015”in təsviri əfsanəvi Qız Qalası üzərində möhtəşəm şəkildə nümayiş olunacaq. …read more

From:: ANS

      

Madonna özünə sevgili tapdı

Məşhur Amerika müğənnisi Madonna alman opera müğənnisi, tenor Yonas Kaufmanla görüşməyə başlayıb.

ANS PRESS xəbər verir ki, bu haqda Britaniyanın “Sunday Telegraph” qəzeti bildirib.

Qazetin yazdığına görə, onlar Londonda fotosərgidə görüşüblər. Madonna Kaufmanı onun yeni albomunda iştirak etməyə dəvət edib. Nəşr yazır ki, apreldə Kaufman arvadı opera müğənnisi Marqaret Yosviqlə ayrılıb. Bu arada Madonnada bu ilin başlanğıcında 26 yaşlı holland rəqqas Timor Steffensomla münasibətlərini dayandırıb.

Madonnanın indiki sevgilisi onun əvvəlki kişilərindən fərqlənir. Yonas Kaufman onlardan əhəmiyyətli dərəcədə daha yaşlıdır. Madonnadan on yaş kiçik olan Kaufmanın 46 yaşı var. Keçən il Bavariya dövlət operasının solisti adını alan Kaufman indi Münhendə yaşayır. …read more      

Qeorqi Marqvelaşvili Rusiyanı ittiham etdi

By Elmidar Əliyev

Rusiya ilə Abxaziya arasında bağlanmış “Müttəfiqlik və strateji tərəfdaşlıq haqqında” saziş Rusiya ilə münasibətlərin normallaşmasını çətinləşdirəcək.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Tiflisdə təşkil olunmuş xüsusi brifinqdə Gürcüstan prezidenti Qeorqi Marqvelaşvili bəyan edib.

Onun sözlərinə görə, beynəlxalq hüquqa zidd olan müqavilənin imzalanması Rusiyanın Abxaz regionunu ilhaq etməsinə yönələn addımdır. Marqvelaşvili beynəlxalq ictimaiyyəti qeyri-qanuni sazişə müvafiq siyasi qiymət verməyə çağırıb.

Qeyd edək ki, noyabrın 24-də Soçi şəhərində Rusiya ilə Abxaziya arasında imzalanmış saziş ümumi müdafiə və təhlükəsizlik məkanının yaradılmasını nəzərdə tutur. …read more

From:: ANS

      

Ermənilərin siyasi şousu (VİDEO)

By ANS TV

Noyabrın 12-də cəbhənin Ağdam istiqamətində Azərbaycanın vurduğu helikopter ətrafında Ermənistan tərəfinin siyasi şousu davam edir. İrəvan helikopterin pilotlarına dəfn mərasimi təşkil edib. Azərbaycan tərəfinin məlumatlarının əksinə olaraq, iki gün əvvəl guya helikopterdə həlak olanlardan birinin meyitinin çıxarılmasına dair neytral kadrların nümayişindən sonra, bu gün həmin şounun davam olaraq, vida mərasimi təşkil edilib.

ANS TV-nin məlumatına görə, Ermənistan paytaxtının müqəddəs Saris kilsəsində noyabrın 12-də qoşunların təmas xəttində vurulan helikopterdə ölən pilotların “cənazə törəni” keçirilir. Sabah isə meyitlərin dəfni gözlənilir. Maraqlıdır ki, ermənilər ölən pilotların əvəzinə kimin meyitini dəfn etməyə hazırlaşırlar? Ermənistan tərəfi guya xüsusi əməliyyatla helikopterin vurulduğu yerdən pilotlardan birinin meyitini, digərlərinin bədəninin qalıqlarını və vertolyotun hissələrini ərazidən çıxardıqlarını söyləyirlər. Ermənistan tərəfinin hazırladığı videogörüntüdə bir nəfərin tabutda uzadılmış meyiti əks olunub, digər kadrlarda isə yanmış geyimlər, paraşüt görmək mümkündü.

Azərbaycanın Müdafiə Nazirliyi bu xəbəri uydurma, heç bir əsası olmayan, Ermənistanın daxili auditoriyasına hesablanmış informasiya hesab edir. Hərbi mütəxəssislərin rəyinə görə, “Mi-24” döyüş helikopterinin partlamasından və yerə çırpılmasından sonra oradakı cəsədlərin heç bir cəhətdən ictimaiyyətə göstəriləsi halda olması mümkün deyil. 11 ton çəkisi olan, saatda 250 km sürətlə yerə çırpılan helikopterdən düşən cəsədin də videoda təqdim olunan formada qalması qeyri-mümkündü. Aviasiya mütəxəssislərinin fikrinə görə, texniki baxımdan “İqla” daşınan zenit raket kompleksi ilə vurulduqdan sonra …read more

From:: ANS