All posts by Admin

Dünya üçün təhlükə

Məşhur astrofizik Stefan Havking süni zəkanın bəşəriyyətdə insanlığın sonunu gətirə biləcəyi barədə xəbərdarlıq edib.

ANS PRESS-in məlumatına görə, ingilis alim BBC-yə verdiyi açıqlamada düşünən maşınlar istehsal etmək üçün çəkilən xərclərin insan varlığına təhdid olduğunu bildirib.

İndiyə qədər inkişaf etdirilən primitiv süni zəka aparatlarının son dərəcə faydalı olduğunu deyən Stefan insan zəkasından üstün olan aparatların kəşfi çox ciddi fəsadlara yol aça biləcəyini söyləyib: “Süni zəka öz-özünü inkişaf etdirməyə davam edə bilər və hətta özünü yenidən təkmilləşdirmək qabiliyyətinə də malik ola bilər. Son dərəcə yavaş bir bioloji təkamüllə insanlar bu cür bir güclə yarışa bilməz. Süni zəka yer üzündə insan irqinin sonunu gətirə bilər”.

Astrofizikin fikrincə ağıllı maşınların dövriyyə buraxılması milyonlarla insanın işsiz qalmasına və dünyada böhrana yola açacaq.

Qeyd edək ki, skleroz xəstəliyindən əziyyət çəkən alim ünsiyyəti belə kompüter texnologiyaları vasitəsi ilə qurur. …read more

From:: ANS

      

İlham Əliyev “Euronews”a müsahibə verdi (FOTO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Baku Expo Mərkəzində “BakuTel-2014” XX Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi ilə tanış olub.

İqtisadi və sosial sahələrin bütün istiqamətlərdə davamlı artım tempinə nail olan Azərbaycan informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində də dünyanın sürətlə inkişaf edən ölkələri səviyyəsinə yüksəlib. Son illərdə ölkəmizdə bu sahədə beynəlxalq tədbirlər və konfranslar keçirilir. “BakuTel” sərgisi də Xəzər və Qafqaz regionlarında telekommunikasiya, o cümlədən informasiya texnologiyaları sahəsində ən böyük tədbirdir. Artıq 20-ci dəfədir baş tutan “BakuTel” sərgisi keçirildiyi illər ərzində telekommunikasiya bazarında mühüm hadisəyə çevrilib. Bu sərginin beynəlxalq nüfuzu Birləşmiş Millətlər Təşkilatı, Beynəlxalq Telekommunikasiya İttifaqı və Regional Rabitə Birliyinin nümayəndələrinin mütəmadi iştirakı, həmçinin Dünya Sərgi Sənayesi Assosiasiyasının keyfiyyət nişanı ilə təsdiq olunub.

Bu gün ölkəmizdə İKT sektoru sürətlə inkişaf edir. Prezident İlham Əliyev ölkədə bu sahənin inkişafını daim diqqət mərkəzində saxlayır. 2013-cü ilin Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi də bunun əyani təsdiqidir. Təsadüfi deyil ki, həmin ildə ölkəmiz üçün tarixi hadisə baş verdi -“Azərspace-1” ilk milli telekommunikasiya peyki orbitə çıxarıldı. Bununla da Azərbaycan kosmik ölkələr sırasına qoşuldu. Bundan əlavə, ölkəmizin təşəbbüskarı olduğu “Trans-Avrasiya Super İnformasiya Magistralı” layihəsi BMT Baş Assambleyasının qətnamələri ilə dəstəklənib və mərhələlərlə reallaşdırılmaqdadır. İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın qəbul edilməsi də dövlətin bu sahədə siyasətinin ardıcıl xarakter daşıdığının bariz nümunəsidir. Artıq ölkədə İnformasiya texnologiyalarının İnkişafı Dövlət Fondunun, Yüksək Texnologiyalar Parkının, Elektron Təhlükəsizlik Mərkəzinin, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin fəaliyyəti təşkil olunub. Yeni yaradılan İnformasiya Texnologiyaları Universiteti də bu sahənin inkişafına olan diqqətin əyani göstəricisidir. Bu mənada informasiya-kommunikasiya texnologiyaları üzrə qazanılan nailiyyətlərin və dünyada tətbiq olunan qabaqcıl yeniliklərin nümayiş etdirildiyi “BakuTel” sərgi-konfransı artıq geniş miqyasda özünəməxsus nüfuza malikdir. Bu il sərgi və konfransın uğurlu fəaliyyətinin 20 illik yubileyinin qeyd edilməsi onun əhəmiyyətini daha da artırır. Ötən 20 il ərzində dünyanın 50 ölkəsindən 2000-dən artıq şirkətin sərgiyə qatılması, xüsusilə də Prezident İlham …read more

From:: ANS

      

İntihara cəhd edən xilas oldu (YENİLƏNİB)

Bakıda metronun “Koroğlu” stansiyası yaxınlığındakı körpüdən özünü atmaq istəyən Zamiq İbrahimov xilas edilib.

ANS PRESS-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, aparılan danışıqlar nəticəsində Zamiq İbrahimov intihar etmək fikrindən daşınıb. Və Zamiq İbrahimov təhlükəsizlik şəraitində körpüdən aşağı düşürülüb.

Z.İbrahimov Sabunçu rayon Polis İdarəsinə aparılıb.

…21:27….

Bakıda metronun “Koroğlu” stansiyası yaxınlığındakı körpüdən özünü atmaq istəyənin kimliyi məlum olub.

Fövqəladə Hallaq Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramovun ANS PRESS-ə verdiyi məlumata görə, intihar etmək istəyən şəxsin adı Zamiq İbrahimovdur.

O, ikinci dəfədir ki, intihara cəhd edir. Z.İbrahimov qardaşı Ramin İbrahimov 5 ay əvvəl Zığ şosesində baş vermiş yol qəzasında həlak olub. Buna görə də o, qardaşının ölümünə səbəb olmuş şəxslərin məsuliyyətə cəlb olunmasını tələb edir.

Naxçıvanlı olan Z.İbrahimov noyabrın 12-dən 13-nə keçən gecə körpüyə çıxaraq intihara cəhd etmişdi.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin, polis əməkdaşları və həkim briqadası cəlb olunub. …read more

From:: ANS

      

Fransa da Fələstini tanıdı

BMT Təhlükəsizlik Şurasının üzvü olan 5 ölkədən biri Fələstini müstəqil dövlət kimi tanıyıb.

ANS PRESS-in məlumatına görə, Fransa parlamenti bu gün keçirdiyi iclasda Fələstinin dövlət kimi tanınmasının lehinə səs verib.

Səsvermədə 339 deputat lehinə, 151-i isə əleyhinə səs verib.

Qeyd edək ki, Fransa Fələstin Dövlətini tanıyan 136-cı ölkə olub. …read more

From:: ANS

      

Kəmaləddin Heydərov iranlı nazirlə görüşdü

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Bakıda keçirilən “BakuTel – 2014” Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi-konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

ANS PRESS-in məlumatına görə, qonaqları səmimiyyətlə salamlayan nazir Kəmaləddin Heydərov ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər, bu sahədə İran İslam Respublikasının müvafiq qurumları ilə əməkdaşlığın perspektivlərindən bəhs edib. O, vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti cənab Həsən Ruhaninin qarşılıqlı səfərləri və imzalanmış sənədlər ikitərəfli əlaqələrin möhkəmlənməsində yeni mərhələnin əsasını qoymuşdur.

Mahmud Vaezi, öz növbəsində, səmimi qəbula görə təşəkkürünü bildirmiş, iki ölkənin müvafiq qurumları arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. …read more

From:: ANS

      

BMT-dən təcili çağırış

BMT-nin Qaçqınlar üzrə Agentliyi bir müddət öncə maliyyə böhranı səbəbindən 1,7 milyondan artıq suriyalı qaçqına ərzaq yardımını dayandırmaq məcburiyyətində qaldığını elan etmiş Ümumdünya Ərzaq Proqramına təcili beynəlxalq dəstək verilməsinə çağırıb.

BMT-nin Bakı nümayəndəliyindən ANS PRESS-ə verilən məlumata görə, BMT-nin Qaçqınlar üzrə Ali Komissarı bildirib ki, çətin dövrdə onların yanında olmaq lazımdır.

“Qış artıq suriyalı qaçqınların həyatında son dərəcə çətin dövrdür, amma bu mühüm məqamda ərzaq yardımının dayandırılması vəziyyəti daha da pisləşdirəcək. Bu, ən əlverişsiz durumda olan və demək olar bütünlüklə beynəlxalq yardımdan asılı vəziyyətdə olan on minlərlə qaçqın ailəsinə təsir göstərəcək. Mən təcili olaraq beynəlxalq birliyə müraciət edirəm: indi Ümumdünya Ərzaq Proqramına dəstək verin, qaçqınları ac qalmağa qoymayın”, deyə Ali Komissar bildirib. …read more

From:: ANS