All posts by Admin

Şeyx İran QMİ-yə baş çəkdi (FOTO)

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə həzrətləri İrana səfəri çərçivəsində QMİ-nin İrandakı nümayəndəliyinə baş çəkib.

QMİ mətbuat mərkəzindən ANS PRESS-ə daxil olan məlumata görə, qurumun İrandakı səlahiyyətli nümayəndəsi Hacı Şamil Rəsulova öz müvafiq göstərişlərini verən Şeyxülislam həzrətləri gələcəkdə nümayəndəliyin fəaliyyətinin daha da genişləndirilməsinin zəruriliyini vurğulayıb və işində uğurlar arzulayıb.

QMİ-nin İrandakı nümayəndəliyində keçirilən görüşdə Şeyxülislam Allahşükür Paşazadə həzrətlərini QMİ sədrinin birinci müavini, Müfti Hacı Salman Musayev, QMİ-nin Elmi-Dini Şurasının sədri, Akademik Vasim Məmmədəliyev, QMİ-nin Nəşriyyat şöbəsinin müdir müavini, Video-elektron bölməsinin rəhbəri Elşən Mustafayev, QMİ-nin Fətva şöbəsinin əməkdaşı Mircəfər Əyyubov, QMİ Sədrinin səlahiyyətli nümayəndəsi, “Məşhədi Dadaş” məscidinin axundu Hacı Şahin Həsənli, QMİ-nin əməkdaşı Həmid Bağırov, habelə Azərbaycanın İrandakı səfirliyinin birinci katibi Rəşadət Babayev və ikinci katibi Tariyel İsmayılov müşayiət ediblər.

Daha sonra Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinin başçılıq etdiyi nümayəndə heyəti Qum şəhərində İmam Rzanın (ə) bacısı Xanım Məsumənin (ə) ziyarətgah kompleksini ziyarət ediblər.

…read more

From:: ANS

      

Rus jurnalist Ferqüsonda yaralandı (VİDEO)

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Sent Luis şəhərinin Ferqüson qəsəbəsində polisin afroamerikalı gənci öldürməsi ilə əlaqədar məhkəmənin verdiyi qərarı doğru hesab etməyən etirazçılarla polislər arasında qarşıdurmalar yaşanmaqdadır.

ANS PRESS-in məlumatına görə, Andlılar Məhkəməsinin verdiyi qərardan sonra ölkənin bir çox şəhərlərində əhali yenidən etirazlara başlayıb. Baş verən hadisələri yaxından izləmək və xəbər vermək üçün həmin bölgədə olan Rusiyanın ingiliscə yayımlanan “Rossia Today” (RT) telekanalının jurnalisti etirazçılara müdaxilə edən polisin atdığı gözyaşardıcı qaz mərmisi nəticəsində yaralanıb.

Lorena de la Kausta adlı jurnalist baş verənləri “RIA novosi”yə danışıb: “Etirazçılarla birlikdə sakit şəkildə hərəkət edirdim və qəfildən hamı digər istiqamətə qaçmağa başladı. Polis yaxınlaşırdı. Elə həmin vaxt ayağıma sərt bir zərbə dəydiyini hiss etdim və bunun gözyaşardıcı qaz mərmisi olduğunu anladım. Gözlərim yanırdı, nəfəs ala bilmirdim, çox pis idim.”

…read more

From:: ANS

      

Netanyahu istefaya çağrıldı

İsrailin baş naziri Binyamin Netanyahu istefaya çağrılıb.

ANS PRESS-in məlumatına görə, İsrail İşçi partiyası sədri İsaak Hersoq ölkənin baş naziri Binyaminn Netanyahunu “müvəffəqiyyətsizliyini” qəbul edərək istefa verməyə çağırıb. Bu barədə İsrail radiosunda xəbər yer alıb.

Xəbərdə bildirilir ki, ölkənin cənubundakı Sedirot bölgəsində keçirilən konfransda çıxış edən Hersoq, Netanyahunun İsrailin mənfəətlərini təhlükə altına aldığını, ona inamın azaldığını və vəzifədə qalmaq üçün yəhudi dövləti qurmağa çalışdığını deyib.

Elə həmin konfransda çıxış edən ölkəni maliyyə naziri Yair Lapid də siyasi olaraq İsrail-Fələstin arasında sülhün əldə edilməsinin avcibliyini vurğulayıb. O bildirib ki, əgər tərəflər arasında sabitlik davam etməsə, bu ölkə iqtisadiyyatına təsirsiz ötüşməyəcək. …read more

From:: ANS

      

Bakıda yağış yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə bu gün Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı ehtimal olunur. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturunun gecə 4-6, gündüz 6-9 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 765 mm sütununa düşəcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.

Yaxın 2 gün ərzində ölkə ərazisində qeyri-sabit, soyuq, fasilərlərlə yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir. …read more

From:: ANS

      

Kobani üçün soyunan müğənni (FOTO)

Kürd müğənni Kobani və Şənqaldan olan mühacirlərə kömək üçün soyunacaq.

ANS PRESS-in məlumatına görə, kürd müğənni Mijdin Kobani və Şənqalda İŞİD terror qruplaşmasının keçirdiyi əməliyyatlar zamanı didərgin düşən mühacirlərə maddi dəstək üçün dünyanın bir sıra məşhur jurnallarına çlıpaq pozlar verəcək.

O, buradan qazandığı pulları həmin mühacirlərin həyat şəraitinin yaxşılaşdırılmasına sərf edəcək.

“Kobani və Şənqallı mühacirlərə kömək üçün bunu etmək istəyirəm. Sərt tənqidlərə məruz qala bilərəm, lakin mühacirlər üçün bunu etməyə hazıram” – deyə müğənni açıqlamasında bildirib.

Bundan başqa o, İŞİD-çilərin əlində olan girov qadınların azad edilməsi üüçün lazım gələrsə, terrorçularla əlaqəyə keçə biləcəyini də vurğulayıb.

…read more

From:: ANS

      

Bu gün bizi nə gözləyir?

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology” bu günün qoroskopunu təqdim edir.

Qoç – işlərinizə ciddi hazırlaşsanız, yaradıcı planlarınızı reallaşdıra bilərsiniz. İnformasiya, yaxud zəruri avadanlıq, alət, material çatışmazlığı hiss oluna bilər. Belə situasiyanın yaranmaması üçün tədbirli davranın.
Günün ikinci yarısında uzunmüddətli səfər və ya riskli layihə planlaşdırmayın. Emosiyalara yox, məntiqə əsaslanaraq hərəkət edin.
Ünsiyyətdə səmimi, qayğıkeş olun. Axşam saatlarına yaxın münasibətləri aydınlaşdırmağa çalışmayın. Təşəxxüslü, xudpəsənd olmayın. Yarana biləcək münaqişənin qarşısını alın.

Buğa – unutmayın ki, ən pis sülh ən yaxşı münaqişədən yaxşıdır. Konfliktli vəziyyət yaratmayın. Asılı olduğunuz insan və ya yaşlılarla mübahisələr etməyin. Sözlərinizi yumor hissi ilə qəbul etməyən insanla zarafata yol verməyin.
Uzaq yoldan və ağır fiziki işdən imtina edin.
Günün ikinci yarısında ailə üzvləri ilə münasibətlərdə harmoniyaya nail olun. Qayğıkeş davranın, məsləhətlərə qulaq asın. Yaxın gələcəklə bağlı planlar qurun.
Axşam saatlarını istirahətə həsr edin.

Əkizlər – çoxdan diqqət tələb edən situasiyanı nizamlamaq olar. Bütün çətinliklərə rəğmən geri çəkilməyin, bədbinliyə qapılmayın. Alış-verişə çox pul xərcləməyin. Təmir və ya köç üçün əlverişli zamandır.
Günün ikinci yarısında maliyyə durumunuza fikir verin. Vəsaitə qənaət etməyə çalışın.
Yaxınlarınız sizi məişət problemləri və qayğılarla narahat edəcəklər. Münaqişələrdən birdəfəlik qurtulmaq mümkün deyil. Səhvləri vaxtında anlasanız, onların fəsadlarını azaltmaq olar. Təcili həllini tələb edən məsələlər var.

Xərçəng – günün ilk yarısında əhvalınızda kəskin dəyişikliklər ola bilər. Emosionallıq və aqressivlik ünsiyyətdə ciddi problemlər yaradacaq. Həddən artıq hissiyatlı davranış sizi illüziyaların əsiri etməsin. İfrat rasionallıq da zərərlidir.
Günün ikinci yarısında bahalı əşyalar almayın. İtkilərə yol verməmək üçün anlaşma, sövdələşmə və maliyyə əməliyyatlarını ertələyin.
Şəxsi həyatda emosiyalara rəğmən yaxınlarınız sizi dəstəkləyəcək, yardım edəcəklər. Axşam saatlarında bir qədər müstəqil qalın.
Lakin istənilən halda noutbuk və ya mobil telefon yaxşı “həmsöhbət” deyil.

Şir – günün ilk yarısında həddən artıq enerji hiperaktivliyə səbəb olmamalıdır. Ehtiyatlı olun, yaxın ətrafınızdakı insanların fikir və niyyətlərini anlamağa çalışın. Dəyər verdiyiniz insanın xətrinə dəyməyin.
Günün ikinci yarısında işlərdə ciddi maneələr yarana bilər. Ən mühüm işləri …read more

From:: ANS

      

"Azneft" dairəsində qazıntı işləri aparılır (VİDEO)

Bakıdakı yeraltı piyada keçidlərdən biri bərbad vəziyyətə düşüb. ANS TV-nin məlumatına görə, “Azneft” dairəsindəki yeraltı piyada keçidində aparılan qazıntı işləri gediş-gəlişi də çətinləşdirib.

Keçiddən istifadə etmək çətinləşib, çünki, aparılan qazıntı işləri nəticəsində üzə çıxan torpaq qalıqları, vətəndaşların qediş-gəlişinə maneə yaradır.

Məsələ ilə bağlı ərazidə xidmət aparan nəzarətçidən öyrəndik ki, qazıntı artıq bir neçə gündür ki, davam edir. İşlər tam başa çatmadığı üçün qazılan yerlərin üstü örtülməyib. Biz də bunu aydınlaşdırmaq üçün “Azəryolservis” ASC ilə əlaqə saxladıq. Qurumdan bildirdilər ki, həmin qazıntı nasosxanadan keçən xətdə tutulmaların baş verməsilə bağlıdır.

“Qurunt sularının kənarlaşdırılması üçün çəkilən borularda tutulmalar yaranıb. Artıq tutulan boru aşakar edilib. Yaxın günlərdə bu poroblem tezliklə həll olunacaq” – deyə qurumun mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Qurum rəsmisi, eyni zamanda yeraltı piyada keçidlərində fiziki qüsurlu insanlar üçün nəzərdə tutulan qurğuların işləməməsilə bağlı edilən şikayətlərə də aydınlıq gətirdi. O bildirdi ki, artıq əraziyə baxış keçirilib. Bəzi mexanizimlərdə nasazlıqlar aşkar edilib. Bunun aradan qaldırılması üçün lazımı detallar sifariş verilib. Onlar gətirilən kimi qurğular işlək vəziyyətə gətiriləcək.

…read more

From:: ANS

      

Azərbaycanda qışa hazırlıq başlayıb (VİDEO)

Qeyri-sabit hava şəraiti ilə bağlı bəzi qurumlar qışa hazırlığa başlayıblar. Artıq bir neçə gündür qeyri-sabit hava şəraiti hökm sürür. Bir sıra bölgələrdə isə qar yağıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına görə, yaxın bir neçə gündə də respublika ərazisində yağıntılı şaxtalı hava şəraiti davam edəcək.

Şaxtalı, qarlı havadan üzü ağ çıxmaq üçün bir sıra qurumlar hazırlıqlara başlayıb. Məsələn “Azəryolservis” ASC-nin Yol İstismar İdarələri xidmət etdiyi avtomobil yollarının, yol avadanlıqlarının texniki vəziyyətinə baxış keçirməklə yol texnikası, maşın-mexanizmləri, nəqliyyat vasitələrini saz vəziyyətə gətirilməsi prosesini həyata keçirib. Tələb olunan miqdarda qum, texniki duz və yanacaq-sürtgü materialları da hazır vəziyyətə gətirilib.

“Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyir ki, bölgələrlə əlaqə yaradılıb, yollarda nə baş versə, operativ məlumat veriləcək.

Avtomobil yollarında hazırlıqlar görülsə də, sürücülər də ehtiyatı əldən verməməlidirlər. Qış fəslinə ciddi hazırlaşmalı olan avtomobil sahibləri ilk növbədə maşının qış rejiminə uyğunlaşması üçün onun təkərlərini mövsümə görə dəyişdirməlidirlər. Çünki yağışlı, qarlı hava şəraitində avtomobil yolları sürüşkən olur və bu baş verən qəzaların sayını artırır. Baş Dövlət Yol Polisi İdarəsi şaxtalı havalarda baş verəbiləcək yol nəqliyyat hadisələrinin qarşısının alınması və sürücülərin mənzil başına problemsiz gedib çatması üçün xəbərdarlıq edir.

Sürücülər ilk növbədə nəqliyyat vasitəsinin şinlərinə, şüşə silgəclərinin işlək vəziyyətdə olmasına, eyni zamanda soyuducu sistemlərində donmayan mayelədən istifadəyə diqqət yetirməlidirlə. Ümumiyyətlə hər bir sürücü idarə etdiyi nəqliyyat vasitəsini qışa hazırlamalıdı”- deyə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev vurğulayıb.

Bir sözlə sürücülər qarşıdakı aylarda yola çıxarkən meteroloji vəziyyəti də nəzərə almalıdırlar. Şaxtalı qarlı hava şəraiti onları haqlamamış tədbirlərini görməlidirlər. Həm özlərinin, həm də digər yol hərəkət iştirakçılarının təhlükəsizliyi üçün.

…read more

From:: ANS

      

“Barselona” və “Çelsi”dən darmadağın (VİDEO)

Bu gün Çempionlar Liqasında V turun oyunları keçirilib. ANS PRESS-in məlumatına görə, bu gecə 4 qrupda 8 oyun baş tutub.

E qrupunda artıq liderliyi və növbəti mərhələyə vəsiqəni təmin edən “Bavariya” qələbəyə həsrət qalan “Mançester Siti”inin qonağı olub və 2:3 məğlub olub. ÇSKA və “Roma” isə Moskvada sülhlə razılaşıb 1:1

Digər oyunlar bu hesablarla başa çatıb.

Çempionlar Liqası Qrup mərhələsi
V tur, 25 noyabr

E qrupu
ÇSKA (Moskva, Rusiya) – Roma (İtaliya) 1:1
Qollar: Vasili Berezutski, 90+3 – Françesko Totti, 43.

Mançester Siti (İngiltərə) – Bavariya (Almaniya) 3:2
Qollar: Serxio Aquero, 22-pen; 85; 90+1 – Xabi Alonso, 40. Robert Levandovski, 45.
Qırmızı vərəqə: Medhi Benatia, 20 (Bavariya).

F qrupu
APOEL (Cənubi Kipr) – Barselona (İspaniya) 0:4
Qollar: Luis Suares, 27. Lionel Messi, 38; 58; 87.
Qırmızı vərəqələr: Joao Quylherme, 84 (APOEL) – Rafinya, 70 (Barselona).

PSJ (Fransa) – Ayaks (Hollandiya) 3:1
Qollar: Edinsin Kavani, 33; 83. Zlatan İbrahimoviç, 79 – Davi Klaassen, 67.

G qrupu
Şalke 04 (Almaniya) – Çelsi (İngiltərə) 0:5
Qollar: Con Terri, 2. Villian, 29. Jan Kirçoff, 44 (avtqol). Didye Droqba, 76. Ramires, 78.

“Sportinq” (Portuqaliya) – “Maribor” (Sloveniya) – 3:1 (İkinci hissə)
Qollar: Mane, 10, Nani, 35, Slimani, 65 – Cefferson, 42-avtoqol

H qrupu
BATE (Belarus) – Portu (Portuqaliya) 0:3
Qollar: Hektor Herrera, 56. Cekson Martines, 65. Kristian Tello, 89.

Şaxtyor (Ukrayna) – Atletik (İspaniya) 0:1
Qol: Mikel San Xose, 68. …read more

From:: ANS