All posts by Admin

Müdavimlər arasında yarış başladı (FOTO)

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə tağımlar arasında “Yurdumuzun tarixi” intellektual bilik və istedadlar yarışının təntənəli açılış mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, tarix dərnəyinin kursantlarının aparıcılıq etdiyi tədbiri layihə müəllifi, liseyin tarix müəllimi Azad Əliyev giriş sözü ilə açıq elan edib.

Birinci yarımfinal yarışı zamanı kursantlar tərəfindən “Azərbaycan tarixi” fənnindən biliklər nümayiş olunub, həmçinin istedadlar yarışında xalq mahnı və rəqsləri ifa edilib.

…read more

From:: ANS

      

Azərbaycanda 61 yaşlı kişi itkin düşdü

Lənkəranda 61 yaşlı kişi itkin düşüb.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, rayonun Vilvan kənd sakini İlqar Əlizaman oğlu Hüseynov Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək atası, 1953-cü il təvəllüdlü Əlizaman Hacıbaba oğlu Hüseynovun noyabr ayının 21-də saat 16.00 radələrində yaşadığı evdən çıxdığını və bir daha geri qayıtmadığını bildirib.

Qeyd edək ki, Ə. Hüseynov Lənkəran rayonlararası psixiatriya xəstəxanasında ağır dərəcəli debillik diaqnozu ilə qeydiyyatdadır. Boyu təxminən 170 sm olan Ə. Hüseynov arıq bədən quruluşuna malikdir. Sifəti qarayanız, gözləri isə qəhvəyi rəngdədir. Sonuncu dəfə evdən çıxarkən əynində qara kepka, qara pencək, qara şalvar və qara uzun çəkmə olub.

Ə. Hüseynovu görən şəxslərdən (025) 25-4-83-38 və (050) 542-37-02 (mobil) telefon nömrələrinə zəng vurmaları xahiş olunur. …read more

From:: ANS

      

Zirəddinin layihə yoldaşı adam öldürdü

Rusiyanın “Ekstrasenslərin döyüşü” (Битва экстрасенсов rus.) layihəsinin 28 yaşlı iştrakçısı müğənni Darya Zadoxina çəhrayı “Jaquar”ı ilə piyadanı vurub.

ANS PRESS-in məlumatına görə, ölümcül qəza Moskvanın cənub-şərqində 25 noyabr tarixində baş verib. Ölən piyadanın şəxsiyyəti müəyyənləşdirilməyib.

Hazırda Darya şəhərdən çıxmayacağı barədə zəmanət alınaraq buraxılıb.

Daryanın “Ekstrasenslərin döyüşü” layihəsində də iştrakı məhz qəza ilə bağlıdır. Darya Zadoxina 1986-cı ildə İspaniyada anadan olub. 21 yaşında olarkən o Mitsubishi sükanı arxasında Jiqulini ötməyə çalışıb. Bu zaman qarşı tərəfdən digər maşın öz yolunda irəliləyirdi. Darya instinktiv olaraq sükanı sağa fırladır. Nəticədə maşın dirəyə, daha sonra ağaca çırpılır və aşır. Darya komaya düşür lakin həkimlər onu xilas edə bilir.

Uzun illərdən sonra Daryanın hadisəsi məşhur telelayihə olan “Ekstrasenlər döyüşü” verilişinin tapmacası kimi irəli sürülür. Gələcəyi görənlər qəzanın xronologiyasını müəyyənləşdirməyə çalışıblar.

2007-ci ildə baş verən qəzadan sonra Darya əlil olub. Onun ayaqları kəsilir. Çəhrayı Jaquarını isə Darya əl idarəetməsi üçün xüsusi avadanlıqla sürürdü.

Ekstrasenslər Daryanın keçmişi ilə məşğul olanda təəsüf ki, gələcəyi barədə xəbərdarlıq edə bilməyiblər. İndi Daryanı 5 ilə kimi koloniya həbsi gözləyir. …read more

From:: ANS

      

İlham Əliyev Albaniya və Mavritaniya prezidentlərini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Albaniya Prezidenti Buyar Nişaniyə təbrik məktubu ünvanlayıb.

ANS PRESS-in məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Albaniya Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Ümidvaram ki, Azərbaycan ilə Albaniya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Albaniya xalqına əmin-amanlıq və rifah arzulayıram”.

Dövlət başçısı Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd uld Əbdüləzizi də təbrik edib.

Məktubda qeyd olunur: “Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Mavritaniya əlaqələri xalqlarımızın mənafelərinə uyğun olaraq daim dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcək və genişlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Mavritaniya xalqına sülh və firavanlıq arzulayıram”. …read more

From:: ANS

      

Xameneyi şərtini açıqladı (VİDEO)

İranın ali dini lideri Ayətulla Əli Xameneyi dünya nəhənglərilə Tehranın mübahisəli nüvə proqramına dair danışıqların davam etdirilməsinə qarşı olmadığını deyib.

ANS TV-nin məlumatına görə, dövlət televiziyasında çıxışı zamanı nüvə danışıqlarına toxunan Ayətulla bildirib ki, Tehran yalnız ədalətli razılaşmanı qəbul edəcək.

“Danışıqlara indiyədək hansı səbəbdən qarşı çıxmamışamsa, onların davamına da eyni səbəbdən qarşı çıxmıram. Lakin İran yalnız ədalətli və həssas razılaşmaları qəbul edəcək, fırıldaqçılığı və həddini aşan tələbləri yox” – deyə İranın ali dini lideri Ayətulla Əli Xameneyi bildirib.

Bu, “altılıq” ölkələrilə Tehran arasında nüvə danışıqlarının martın birinədək davam etdirilməsinə dair razılaşmadan sonra Xameneyinin verdiyi ən güclü şərh hesab edilir.

…read more

From:: ANS

      

TAP tender elan etdi

Trans-Adriatik Boru Kəməri AG (TAP) Yunanıstan və Albaniyada kompressor stansiyalarının inşası ilə bağlı yeni iki tender elan edib. Bunun biri Yunanıstanda Kipo məntəqəsində bir kompressor stansiyasının mühəndislik, təchizat və inşaatı (EPC) və istismarı ilə bağlıdır.

ANS PRESS-in məlumatına görə, digər tender isə Albaniyanın Fiyer məntəqəsində bir kompressor stansiyasının mühəndislik, təchizat və inşaatı (EPC) və istismarı, Bilişt məntəqəsində isə ölçmə stansiyasının inşası ilə bağlıdır. Sonuncu TAP layihəsinin Yunanıstan hissəsindən daxil olan təbii qazın ölçülməsi üçün nəzərdə tutulub.

Kompressor stansiyalarının tərtibatı və xüsusiyyətləri TAP layihəsinin “Şahdəniz II” yatağından Avropaya illik 10 milyard kubmetr təbii qaz nəqlini nəzərdə tutan planına uyğundur. Gələcəkdə bu həcmin 20 milyard kubmetrə qədər artırılması nəzərdə tutulub.

TAP layihəsi üzrə boru kəmərlərinin inşası 2016-cı ildə başlayacaq. Layihəsi üzrə ən yüksək səviyyə Albaniyada – 1800 metr olacaq. Boru kəməri bir çox yollardan və çaylardan keçəcək.

Kompressor stansiyaları ilə bağlı tender müqavilələri 2015-ci ilin ikinci yarısında təsdiqlənəcək. 2014-cü ilin son rübündə TAP Yunanıstan və Albaniyada turbo kompressor aqreqatlarının təchizatı ilə bağlı, həmçinin Yunanıstan, Albaniya və İtaliyada iri diametrli kürə klapanlarının təchizatı ilə bağlı tender elan etməyi planlaşdırıb.

TAP-ın təchizat və satınalmalar üzrə direktoru Knut Ştayner Kvindesland deyib ki, kompressor stansiyalarının inşası üzrə tenderə dəvət olunan şirkətlər ciddi ixtisaslaşma prosesindən keçiblər. Tender iddiaçılarının əvvəlki kimi və bundan sonra da sağlamlıq, təhlükəsizlik və ətraf mühit üzrə ən yüksək standartlara və TAP layihəsinin “sıfır ziyan” siyasətinə cavab verməsi əsas meyardır.

Xatırladaq ki, TAP layihəsinin köməyi ilə təbii qaz Azərbaycanın nəhəng “Şahdəniz-2” yatağından Avropaya nəql olunacaq. Təqribən 870 km uzunluğunda olan boru kəməri Yunanıstan-Türkiyə sərhəddində – Kipoda Trans-Anadolu Boru Kəmərinə (TANAP) birləşəcək. Buradan da Yunanıstan, Albaniya və Aralıq dənizindən keçərək İtaliyanın cənubuna çatacaq.

Təbii qaz ilk dəfə 2018-ci ilin sonlarında Gürcüstan və Türkiyəyə satılacaq. Avropaya isə ilk təbii qaz nəqli təxminən bir il sonra olacaq. TAP layihəsi üzrə yeni pay bölgüsü belədir: BP (20%), ARDNŞ (20%), “Statoil” (20%), “Fluxys” (19%), “Enagas” …read more

From:: ANS