All posts by Admin

Nazirlikdən xəbərdarlıq

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi (ETM) internet istifadəçilərinə sosial şəbəkələr və hər hansı veb saytlarda qeydiyyatdan keçərkən onların təhlükəsizlik siyasəti və fərdi məlumatlardan istifadə şərtləri ilə əvvəlcədən tanış olmağı tövsiyə edir.

ANS PRESS-in məlumatına görə, mərkəz istifadəçilərin fərdi məlumatlarının konfidensiallığının təmin olunmaması və ya başqa tərəflərə ötürülməsi barədə şərt mövcud olduğu halda həmin veb saytlarda qeydiyyatdan keçməyi məsləhət görmür.

ETM-in bu tövsiyəsinə səbəb “Facebook” sosial şəbəkəsinin öz istifadə şərtləri, fərdi məlumatlardan istifadə siyasəti və “cookie” fayllarından istifadə siyasətini dəyişməsi barədə xəbərdarlıq yayması olub. Belə ki, fərdi məlumatlardan istifadə siyasətində istifadəçilərin təhlükəsizliyinin təmin olunması ilə bağlı bir sıra maddələrlə yanaşı, onları narahat edə biləcək dəyişiklik də mövcuddur: “Sosial şəbəkə 1 yanvar 2015-ci il tarixindən etibarən öz istifadəçilərinə heç bir xəbərdarlıq etmədən onlara məxsus məlumatların üçüncü tərəfə – reklam şirkətləri, operatorlar və digər maraqlı tərəflərə ötürülməsi barədə qərar qəbul edib”.

Qeyd edək ki, sosial şəbəkənin rəhbərliyi bütün istifadəçilərə xəbərdarlıq göndərməklə hal-hazırda bu barədə onları məlumatlandırır. Siyasətdəki bu önəmli dəyişikliklə razı olmayan istifadəçilər bu sosial şəbəkədən istifadəni dayandıra bilərlər. …read more

From:: ANS

      

Türk turistləri daşıyan qayıq batdı

Tailandda türk turistlərinin mindiyi qayıq batıb.

ANS PRESS-in məlumatına görə, Tailandın tətil şəhərlərindən biri kimi məşhur olan Pattayada içərisində 8 nəfər türkiyəli turstin olduğu motorlu qayıq qəzaya uğrayıb.

Hadisə Pattaya sahilində baş verib. “JaiJai” adlı motorlu qayıqda olan turistlər sahilə yaxınlaşarkən qayığa su dolub, bunu görən turistlər xilasedici dairələri götürüblər. Sahildə olan təhlükəsizlik işçiləri də dərhal onların köməyinə çatıb.

Xilasedicilərin köməyi ilə turistlər sahilə çıxarılıb. Sağ-salamat qurtulan turistlərdən sadəcə biri yüngül xəsarət alıb. …read more

From:: ANS

      

Evsizlərə “avtobus-duş” (FOTO)

Amerika Birləşmiş Ştatlarının (ABŞ) San-Fransisko şəhərində əhali üçün maraqlı bir xidmət həyata keçirilir.

ANS PRESS-in məlumatına görə, San-Fransisko şəhərində evsiz adamların olduğu düşünülərək səyyar “avtobus-duş”lar fəaliyyət göstərir. Bu, ideya “Google”un 100 min dollar mükafat qoyduğu müsabiqənin qalibi Doenis Sandovalın fikri olub.

PR meneceri Sandoval “Lava Mea” adlı bu layihəsi ilə şəhərdəki 7 min evsizin təbii ehtiyaclarını ödəməsi üçün planlaşdırılıb. Sandovalın başına gələn bir hadisə onun bu fikrə gəlməsinə səbəb olub. Bie gün yolda gördüyü evsiz bir qadının “heç vaxt təmiz olmayacağam” deyib ağlaması, onun ağlına bu ideyanı gətirib.

O, bu il avtobusların sayını dörd dəfə çoxaltmaq istəyir.

Qeyd edək ki, Silikon vadisindəki “Google”, “Facebook” və “Twitter” kimi böyü şirkətlərin işçilərinin əksəriyyəti San-Fransisko şəhərində yaşayır. Texnoloji sahəsindəki yüksəlişlə əlaqədar olaraq, xüsusilə son iki ildə bölgədə evlərin, kirayələrin qiyməti qalxıb.

…read more

From:: ANS

      

Qurban Qurbanov: “Vüqarı matçın qəhrəmanı sayıram”

Avropa Liqasının qrup mərhələsinin V turunda səfərdə “Sent-Etyen”lə 1:1 bərabərə qalan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Q.Qurbanov matçın ağır keçməsinə baxmayaraq səfərdə sərfəli nəticə qazandıqlarını bildirib:

– Nəticə pis olmasa da, ağır oyun keçdi. Belə olacağını bilirdik. “Sent Etyen” son vaxtlar ən yaxşı oyunlarını nümayiş etdirir. Bu gün müdafiəyə çox diqqət yetirdik. Hücumda seçim az idi. Səfərdən yaxşı nəticə ilə dönürük. Artıq bu oyunu unutmalıyıq. Çünki iki gün sonra Premyer Liqada “Simurq”la ağır oyunumuz var.

– Bu heç-heçədən sonra növbəti mərhələyə yaxınlaşdığınızı söyləmək olar?

– Xalımızın üstünə xal gəldi. Unutmayaq ki, “İnter”ə qarşı oynayacağıq. Son oyunda şansımız olsa da, hələ heç nə bəlli deyil. “İnter”də baş məşqçi dəyişikliyi olub. Oyunlarında dəyişikliklər var.

– Rəqibdə hansısa boşluq var idimi? Və komandanız bundan istifade edə bilmədi?

– Deməzdim nəsə oldu, istifadə edə bilmədik. Dünən də demişdim ki, oyunçu seçimimiz az idi.

– İbrahim Şehiçi, yoxsa Vüqar Nadirovu oyunun qəhrəmanı sayırsınız?

– Nə Vüqarı, nə də Şehiçi matçın qəhrəmanı sayıram. Bütün komandanın əməyi var. Vüqarın vəzifəsi qol vurmaq, Şehiçin də qapını qorumaqdır. …read more

From:: ANS

      

“Qarabağ”dan tarixi uğur (VİDEO)

Bu gün Avropa Liqasında qrup mərhələsinin 5-ci turunun oyunları keçirilib.

Azərbaycanın qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirindəki yeganə təmsilçisi – son çempion “Qarabağ” da növbəti sınağına çıxıb.

“Qarabağ” bu dəfə Sent-Etyendə Fransanın eyni adlı klubunun qonağı olub. Qarşılaşmada hesabı təmsilçimiz açsa da, meydan sahibləri buna dərhal cavab veriblər. Qalan dəqiqələrdə qol vurulmayınca, görüş sülhlə bitib.

Qrupun digər oyununda isə İtaliya “İnter”i Ukrayna “Dnepr”ini qəbul edib. Həmin oyunda da “Qarabağ”a sərf edən nəticə qeydə alınıb. Belə ki, italyanlar 2:1 hesabıyla üstün olublar.

27 noyabr, Avropa Liqasının qrup mərhələsi, V tur:

“Sent-Etyen” (Fransa) – “Qarabağ” (Azərbaycan) – 1:1
Qollar: Vüqar Nadirov, 15 (0:1), Volfsvinkel, 21 (1:1)
Hakimlər: Kristin Yakobsson, Siqurdur Oli Torleyfsson və Qunnar Qunnarsson (hamısı İslandiya)
Sent-Etyen. “Joffrua Qişar” stadionu

…read more

From:: ANS

      

Bu gün bizi nə gözləyir?

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology” bu günün qoroskopunu təqdim edir.

Qoç – aktivlik, pozitiv yaşam mövqeyi işlərinizdə irəliləyişlərin rəhni olacaq. Yenilikləri əxz edin, peşəkar fəaliyyət müstəvisində nailiyyətlərə can atın. Təcrübə əldə etməyə çalışın.
Addımlarınızı təhlil edin, nöqsanlarınızı anlamağa çalışın. Əks təqdirdə sizə sərt irad tutanlar olacaq.
Günün ikinci yarısında bahalı texnika və ya qacet almayın. Aldığınız əşya sizi məmnun etməyəcək.
Axşam saatlarında yaxınlarınızla təmaslarla qarşılıqlı etimad və sayğı böyük önəm daşıyır. Situasiyaları yanlış dəyərləndirməyin. Ailə üzvləri ilə ünsiyyətdə səbrli olun.

Buğa – bu gün bütün planlar və arzularınızın reallaşacağını düşünməyin. Yaxın ətrafınızdakı insanların problemlərini həll etmək, yaranmaqda olan münaqişələrin qarşısını almaq, işdə və ya təhsildəki çətinlikləri aradan qaldırmalı olacaqsınız. İnadkar və qətiyyətli olsanız, irəliləyəcəksiniz.
Günün ikinci yarısında tərəfdaşınız müstəqillik fikrinə düşə bilər. Mübahisələrdə emosional olmayın.
Ailədəki situasiyanın nəzarətdən çıxmasına imkan verməyin. Qıcıqlı davranmayın, qarşı tərəfin fikirlərini soyuqqanlı şəkildə dinləyin. Kompromisə meylli olun. Yaradıcılıq üçün axşam saatları münasibdir.

Əkizlər – passivlik etməyin, süstlüyə qapılmayın. Yaxın gələcəkdəki maddi rifahınızı düşünün. Yaxın ətrafınızdakı kiçik mübahisələr və anlaşılmazlıqlara rəğmən tövrünüzü pozmayın. Əmək məhsuldarlığınız yüksək olmalıdır.
Günün ikinci yarısında emosiyalarınıza nəzarət edin. Sizi təbdən çıxarmağa çalışacaqlar.
Ailə üzvlərinin tapşırıqlarının hamısını yerinə yetirmək, nəyisə yaddan çıxarmaq asan deyil. Evdəkilərlə mübahisə etməyin. Sadəcə, səhvinizi etiraf edin.
Axşam saatlarını səhhətinizə həsr edin.

Xərçəng – məsuliyyətli və intizamlı olsanız, məqsədə çata bilərsiz. Tapşırıqlara pis yanaşıbsınızsa, tənqid və iradlar gecikməyəcək. Yaxın ətrafınızdakı insanlardan biri haqqınızda şayiələr yayır.
Alış-verişi, uzunmüddətli səfəri təxirə salın. Yolda diqqətli davranın.
Günün ikinci yarısında yaxınlarla təmaslarda inadkarlıqla tənqidə dözümsüzlük sizə qarşı olacaq. Ailə üzvlərini anlamağa çalışın. Emosional “partlayış”lara yol verməyin.

Şir – inadkar, cəsur, qətiyyətli olun. Sizə önəm verən insanların qədrini bilin. Tam, total azadlıq olmadığı üçün xam xəyallara düşməyin.
Özünüzə inamınız itməsin.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla maliyyə məsələlərinə görə mübahisə etməyin. Aldanmaq, fırıldaq qurbanı olmaq istəmirsinizsə, yaxşı bələd olmadığınız insanlara işləri həvalə etməyin.
Ailədə münaqişəli vəziyyət yaranır. Bunun səbəbi rutin davranış …read more

From:: ANS

      

Şükranlıq günü haqda maraqlı faktlar

Hər il Amerikada noyabr ayının sonuncu cümə axşamı Şükranlıq günü kimi qeyd edilir.

Tarixə görə 1621-ci ildə İngiltərədən köçmüş və ABŞ-ın müasir Massaçusets ştatının ərazisindəki Plimutda məskunlaşmış gəlmələr birinci, olduqca çətin ilə tab gətirdikdən sonra yerli hindlilərlə məhsul yığımını bayram edib. Gəlmə avropalılar Amerika hindliləri ilə birlikdə çörək kəsib və onlara şükranlıqlarını bildiriblər. Lakin Amerikada Şükranlıq günü ənənəsinin1598-ci ildə Texasda, ya da 1619-cu ildə Virciniyada başladığı haqda da fikirlər rəli sürülür.

Amerika Birləşmiş Ştatlarının ilk prezidenti Corc Vaşinqton 1789-cu ildə Şükranlıq gününü ilk dəfə olaraq milli bayram elan edib. 1863-cü ildən etibarən isə Şükranlıq günü ABŞ-da ölkə miqyasında milli bayram kimi qeyd edilməyə başlayıb.

Zaman keçdikcə Şükranlıq günü amerikalılar üçün daha geniş məna kəsb etməyə başlayıb. Şükranlıq gününün əsas rəmzi olan məhsul yığımı və insanlar arasında dostluğun tərənnüm edilməsi ilə yanaşı, amerikalılar malik olduqları azadlıqlar və imkanlar, eləcə də bölüşdükləri dəyərləri bu gün xüsusi qeyd edirlər.

​Şükranlıq günü bayram süfrəsini qızardılmış hindtoyuğu, şirin kartof əzməsi, qabaq piroqu, qarğıdalı çörəyi və quşüzümü sousu bəzəyir.

Çoxları hind toyuğunun ingilis dilində nəyə görə Türkiyənin adından götürülərək “turkey” adlandırılğını sual edir.

Həqitətən də quşa müxtəlif ölkələrdə müxtəlif adlar verilib. Avropalılar yeni qitə olan Amerikaya gələndə burada gördükləri quşu səhvən onlara məlum “quineafowl“ (firəng toyuğu) adlı quşa oxşadışlar. Firəngtoyuğu isə Şərqi Avropaya Türkiyədən gətirildiyi üçün türk toyuğu da adlandırılırdı. Avropalılar da Amerikadakı quşa ingilis dilində “turkey fowl” deyil, qısaldılmış şəkildə “turkey” deməyə başlayıblar. …read more

From:: ANS