All posts by Admin

Hüsniyyə Mürvətova düşdüyü qəzadan danışdı (FOTO)

“Bundan daha da pis ola bilərdi. Mən cəld tərpənib maşını qaçırtdım. Mənim avtomobilimi vuran qız sürücü sonra daha bir maşını vurdu”.

Bunu ANS PRESS-ə Bakı Bələdiyyə Teatrının aktirsası, əməkdar artist Hüsniyyə Mürvətova düşdüyü qəza ilə bağlı açıqlamasında bildirb.

Onun sözlərinə görə, hazırda özünü yaxşı hiss edir: “Həmin qız sürücünün sığortası var. Qız uşağını xəstəxanadan gətirirdi. Ola bilsin həmin an fikirli idi. Hadisə zamanı şok keçirtdim. Heç kimi qınamıram. Kimsə belə hadisənin olmasını istəməz”

Hazırda avtomobilsiz qaldığını xatırladan aktrisa müvafiq qurumlardan və sığorta şirkətindən maşınının təmir olunmasını tezləşdirməyi də xahiş etdi: “Sumqayıtdan Bakıya işə gedib-gəlirəm. Maşınsız mənə şox çətin olacaq…”

Qeyd edək ki, dünən Hüsniyyə Mürvətova qəzaya düşüb. Aktrisanın idarə etdiyi avtomobil “Gənclik”dən Tibb Universitetinə gedən istiqamətdə, daha dəqiq Mirəli Qaşqay küçəsində vurulub.

…read more

From:: ANS

      

ABŞ qarışdı (VİDEO)

ABŞ-da qaradərili gənci qətlə yetirən polis əməkdaşının həbs olunmaması barədə məhkəmə qərarı ilə Ferquson şəhərindən başlayan etirazlar səngimək bilmir. İğtişaşlar artıq bütün ölkəyə yayılıb. İğtişaşlar paytaxt Vaşinqtona qədər gəlib çatıb.

ANS TV-nin Vaşinqtona bürosunun məlumatına görə, Maykl Braunla bağlı Birləşmiş Ştatlatda başlayan etiraz aksiyası 2-ci gündə daha da genişlənb. Etirazlar demək olar ki, ölkənin Ferqusondan başqa, Nyu-York, Çikaqo, Los-Angles, Atlanta, Boston da daxil olmaqla 170 şəhərində yayılıb. Qərardan qəzəblənən kütlə bu şəhərlərdə yolları bağlayıb, körpülərə, tunellərə girişə icazə verməyib.

Aksiya iştirakçıları gecə saatlarında küçə boyu yürüş edərək, müxtəlif şüarlar səsləndiriblər. Etirazçılar sinələrində “qaradərili mövzusu hələ də gündəmdədir” yazısını yazıblar. “Onlar bizə heç bir ədalət vermədilər, biz də onlara sülh verməyəcəyik”, “irqçılık hələ də bitməyib” kimi süarlar səsləndiriblər.

18 yaşlı qaradərili yeniyetmənin agdərili polis tərəfindən öldürüləməsinin ədalətsiz olduğunu bildirən kütlə son hadisənin Birləşmiş Ştatlarda irqi ayrıseçkiliyi daha da qızışdırdığınl deyiblər.

Etirazçılar arasnda saxlanılanlar da olub.

Ən geniş aksiyalardan biri Nyu-Yorkda baş tutub. Polis etirazçılara müdaxil etməsə də, onların yürüşünü müşaiyət edib. Etirazçılar mərkəzi Times Squaredə toplaşıblar. Qərardan narazı insanlar Times Squarenin əsas küçələrini bağlayıblar. Polis isə qəzəbli kütləyə müdaxilə etməyib.

Bostonda toplaşan 1000-ə yaxın etirazçının yürüşünə isə polis mane olmağa çalışıb. Vəziyyətin gərginləşdiyni görən Missuri qubernatoru Jey Nikson Ferqusona ilkin olaraq göndərdiyi 700 nəfərlik Milli Qvardiyanın sayının 2200-ə qədər artırıb və ümid edir ki, onlar şəhərdə sabitliyi təmin etməyə kömək edəcəklər. Braunun ailə üzvləri isə Ferquson sakinlərini sakitliyə çağırıb.

Birləşmiş Ştatlar prezidenti Barak Obama da bir daha etirazçılara səslənib və binaların, maşınların və digər obyektlərin yandırılmasına görə aksiya iştirakçılarına iradını bildirib. Ağ Ev rəhbəri bu qərara görə çoxlarının təəssüfləndiyini anlayışla qarşıladığını, amma dağıntılar törənlərə heç bir rəğbət göstərmədiyini də vurğulayıb.

…read more

From:: ANS

      

Bakıda fantastik şou (FOTO)

“Bakı-2015” ilk Avropa Oyunlarının başlamasına 200 gün qalması münasibətilə noyabrın 26-da paytaxtda möhtəşəm şou təşkil edilib. ANS PRESS-in məlumatına görə, axşam saatlarında İçərişəhərdə keçirilən tədbirdə lazer effektləri ilə Qız qalasının üzərində “Bakı-2015”in loqosu, rəsmi rəmzləri – ceyran və nar, eləcə də Oyunlarla bağlı videoçarx nümayiş olunub. Videoçarxda ilk Avropa Oyunlarının proqramına daxil olan idman növləri ilə bağlı görüntülər yer alıb.

“Bakı-2015” Əməliyyat Komitəsinin kommersiya şöbəsinin direktoru Çarli Viceratna jurnalistlərə açıqlamasında bildirib: “İlk Avropa Oyunlarının başlanmasına 200 gün qalması münasibətilə bu möhtəşəm idman tədbirinin rəmzlərini təqdim edirik. Oyunların açılış mərasiminin başlamasına qalan günlərin geri sayımı davam etdikcə belə tədbirlər də müntəzəm keçiriləcək”.

Ç.Viceratna diqqətə çatdırıb ki, biz bugünkü tədbirlə 2015-ci ildə keçiriləcək Avropa Oyunlarını və gözəl memarlıq abidələri ilə zəngin olan Bakını Qız qalasının timsalında bütün dünyaya nümayiş etdirmək istəyirik. O, gələn il keçiriləcək “Bakı-2015” ilk Avropa Oyunlarına hazırlıq işlərinin sürətlə aparıldığını bildirib.

İlk Avropa Oyunlarının rəsmi rəmzlərinin – ceyran və narın hazırlanmasında “Bakı-2015”in, həmçinin xaricdən cəlb olunmuş dizaynerlərin iştirak etdiklərini vurğulayan Ç.Viceratna bu rəmzlərin böyük maraqla qarşılandığını vurğulayıb.

Möhtəşəm şou paytaxt sakinlərinin və qonaqların marağına səbəb olub.

…read more

From:: ANS

      

Sabiq nazir araşdırma mərkəzi yaratdı (VİDEO)

Azərbaycanin keçmiş maliyyə naziri Fikrət Yusifov yenidən ictimai həyatda fəal iştirak edəcək.

ANS TV-nin məlumatına görə, sabiq nazir yeni iqtisadi araşdırma mərkəzi təsis edib və onun təqdimatini keçirib. ”Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyi ölkədə baş verən iqtisadi prosesləri elmi və praktiki baxımdan araşdıracaq. Nöqsanların aradan qaldırılması üçün təkliflər verəcək.

Xatırladaq ki, 1994-99-cu illərdə ölkənin maliyyə sisteminə rəhbərlik etmiş Fikrət Yusifov son dövrlərdə Rusiyada, Sankt-Peterburq Universitetində pedoqoji fəaliyyətlə məşğul olub.

…read more

From:: ANS

      

İrina Şeyk nənəsinə nə həsr etdi? (VİDEO, FOTO)

Məşhur model İrina Şeyk nənəsinin şərəfinə tatu edib.

ANS PRESS-in məlumatına görə, indi məşhur rusun ayağında sevimli nənəsinin adı yazılıb- Galia (başqırdca Qaliyə-red)

İrina tatunun vurulduğu anın görüntülərini İnstagramda paylaşıb: “Hər gün məni güclü edən tək bir şey – onun mənim yanımda olmasıdır”.

Xatırladaq ki, İrina Şeykin nənəsi Qaliyə Qaylislamovna bir il əvvəl 90 yaşında ölüb. İki həftə ərzində əvvəl nənə ağır vəziyyətdə xəstəxanaya düşüb. Onda supermodel bütün çəkilişləri ləğv edib doğma insanın yanında olmaq üçün təcili Rusiyaya gəlmişdi.

…read more

From:: ANS

      

Bakıda yol polisini döydülər

Bakıda sürücü yol polisi əməkdaşına qarşı kobudluq edib.

ANS PRESS-in Lent.az-a istinadən məlumatına görə, bu barədə kobudluqla üzləşən yol polisi inspektoru, polis serjantı Mahmudov Elnur Emin oğlu Səbail rayon Polis İdarəsi, 9-cu Polis Bölməsinə yazdığı raportda bildirib.

E.Mahmudov qeyd edib ki, Azərbaycan prospekti 7 ünvanında (Daxili İşlər Nazirliyinin əsas binasının qarşısında) xidməti vəzifəsini yerinə yetirərkən “BMW X5” markalı, 10 FK 347 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünə nəqliyyat vasitəsini qadağan olunmuş yerdə saxladığı üçün xəbərdarlıq edib. Lakin avtomobilin sürücüsü yol polisi əməkdaşının iradına məhəl qoymayıb. Bundan sonra E.Mahmudov həmin vətəndaşa yenidən xəbərdarlıq edib və protokol yazıb. Sürücü isə buna etiraz edib və yol polisinə qarşı kobudluq edib.

Şikayətçi polis əməkdaşı bildirib ki, həmin sürücü onun kəmərindən tutaraq itələyib və yerə yıxıb. Araşdırmalardan sonra məlum olub ki, yol polisinə qarşı kobudluq edən şəxs Qubadlı rayonunun Dəmirçilər kəndində anadan olmuş, 1972-ci il təvəllüdlü Kərimov Kərimağa Tacəddin oğludur. Faktla bağlı araşdırmalar davam etdirilir. …read more

From:: ANS

      

Qurban Qurbanov Fransada iddialı danışdı

“Rəqibə hörmət edirəm. “Sent-Etyen”in möhkəm müdafiəsi, yaxşı komanda oyunu və fərdi güclü futbolçuları var. Rəqibimiz nadir hallarda qol buraxır. Bizim üçün çətin olacağını bilirik və həm də matç maraqlı keçəcək”.

ANS PRESS-in məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Sabah Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Sent-Etyen”lə qarşılaşacaq “Qaradağ”ın çalışdırıcısı bu gün Fransada mətbuat konfransı keçirib. Qurbanovu üstünlyün rəqib tərəfdə olacağını bildirib: “Rəqibin üstünlyü var. “Sent-Etyen” Bakıdakından daha fərqli oynayır. Rəqibin oyunlarına baxmışıq və təhlil etmişik. Onlara istədikləri oyunu sərgiləməyə imkan verməməliyik. İntizamlı və öz istədiyimiz kimi oynamağa çalışacağıq”.

Baş məşqçi 1/16 final şanslarından danışıb: “Növbəti mərhələyə çıxmaq üçün bizə nə qədər xal lazım olduğunu bilmirəm. Amma hələ 1/6 finala xal baxımından gücümüz çatmır. Bu, bizim xəyallarımıza mane olur. Sabah əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq. Buna da məcburuq”.

Qurbanov heyətdəki itkilərin hazırlığa təsir etdiyini deyib: “Bəzi aparıcı futbolçularımız zədəlidi. Əlimdə seçim imkanı azdı. Dünyada hər bir komandanın zədə problemi var. Çumbinyo və Danilo Diasın zədəsinin hazırlıqla bağlılığı yoxdu. Heyf ki, Reynaldo, Çumbinyo və Dias sabah oynamayacaq. Ancaq bu haqda çox düşünmək və bunu böyük problem hesab etmək digər oyunçulara mənfi təsir göstərə bilər. Futbolçuların motivasiyasını artırmalıyıq. Mən hər bir oyunçuma inanıram. Onlar da məsuliyyəti dərk edir və uğur üçün əllərindən gələni edəcəklər”. …read more

From:: ANS