All posts by Admin

Çeçenistandakı şiddətli döyüşlərin görüntüləri (VİDEO)

Qroznıda anti-terror əməliyyatları keçirilib. Xüsusi əməliyyat zamanı 20-dək polis əməkdaşının, o cümlədən Çeçenistan xüsusi-təyinatlılarının komandirinin yaralandığı bildirilir. Silahlılar yerli media qurumunun binasını yandırıblar.

ANS TV-nin məlumatına görə, Çeçenistan paytaxtı Qroznıda ötən gecə baş verən silahlı toqquşma nəticəsində həvəskar kamera ilə çəkilmiş görüntülər yayılıb. Rəsmi məlumata görə, əməliyyat bir qrup silahlı şəxs təhlükəsizlik qüvvələrinə hücum etdikdən sonra başladılıb. Silahlıların bir neçə avtomobillə nəzarət-buraxılış məntəqəsinə hücumu nəticəsində polis əməkdaşları öldürülüb. Bundan sonra gecə saatlarında Qroznıda anti-terror əməliyyatına start verilib.

Silahlılar Qroznının mərkəzində nəşriyyat evinin binasında mühasirəyə alındıqdan sonra zərərsizləşdiriliblər. Dünən gecədən bu gün səhər saatlarınadək davam edən atışma nəticəsində binada güclü yanğın baş verib.

Şimali Qafqazda fəaliyyət göstərən qeyri-qanuni silahlı qruplaşmalara yaxın “Kavkazcentre” saytı isə hücumu həyata keçirən silahlıların çəkdiyi videokadrları yayıb. Kadrlarda gərgin döyüşün getdiyi açıq görünür.

Silahlılara qarşı əməliyyata rəhbərlik edən Ramzan Kadırov isə öz facebook və İnstagram səhifəsində zərərləşdirilən silahlılardan birinin şəkilini paylaşaraq bildirib ki, əsas məsələ dinc sakinlərin qurbanlara çevrilməməsidir. Kadırov həmçinin insanlardan küçəyə çıxmamağı xahiş edib. O, zərərsizləşdirilənlərin hamısının polis geyimində olduğunu xüsusi vurğulayıb.

İnternetdə yayılan həvəskar görüntülərdə isə səhər saatlarından Qroznı küçələrinin boş, mağazaların bağlı olduğu görünür. Bununla belə səhər saatlarında da şəhərdə mütəmadi toqquşmalar baş verib.

Hadisə ilə bağlı Rusiya prezidenti Vladimir Putin də açıqlama verib.

“Biz 90-cı illərdə separtizmi və hətta terroru kimin dəstəklədiyini gözəl xatırlayırıq. Onlar əli qanlı qatillərə sadəcə üsyançı adı vermişdilər. Bu qərarlar çox yüksək səviyyədə verilmişdi. İndi həmin terrorçular yenidən Çeçenistanda üzə çıxıblar. Mən əminəm ki, yerli hüquq-mühafizə orqanları vəziyyətə nəzarəti ələ alacaq. Onlar yeni terrorçu qruplaşmasını zərərsizləşdirməyə çalışan şəxslədir. Gəlin onlara dəstək olaq”.

Rusiyanın Antiterror Komitəsinin yaydığı məlumata görə, hazırda Qroznıda sakitlik hökm sürür. Əməliyyatlar nəticəsində isə 10 silahlı zərərsizləşdirilib.

…read more

From:: ANS

      

Azərbaycanda bu rayonda evlər su altında qaldı (VİDEO)

Son günlər havaların yağmurlu keçməsi Salyan rayonuna da təsirsiz ötüşməyib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, normadan artıq yağış yağdığından rayonda bir sıra evlər su içində qalıb.

Bu daha çox Salyan şəhərinin Yusif Zeynalov küçəsində özünü göstərib. Belə ki, son bir neçə gündə aramsız yağışların yağması nəticəsində bir sıra fərdi yaşayış evlərinin zirzəmiləri və həyətyanı sahələri su içində qalıb.

Hətta bəzi yerlərdə həyətyanı sahələrdə qalan yağış sularının səviyyəsi 20-30 santimetrə çatdığından həyətdə belə gəzmək mümkün deyil. Bu da yerli sakinlərin narahatçılığına səbəb olub.

Hazırda sözü gedən küçədə 10-dan çox fərdi yaşayış evi bu vəziyyətdədir. Həmin evin sakinləri isə belə çətin şəraitdə yaşamaq məcburiyyətində qalıblar. Onları daha çox qorxudan evlərinin uçmaq təhlükəsidir.

Bundan başqa, ev sakinləri deyir ki, dəfələrlə rayon icra hakimiyyətinə müraciət etsələr də, heç bir fayda olmayıb. Artıq 10 günə yaxındır ki, bu evlər suya qərq olsa da əlaqədər qurumlar bunu görəməzdən gəlirlər.

…read more

From:: ANS

      

"Bakı 2017" İslam Həmrəyliyi Oyunlarının təqdimatı (FOTO)

Dekabrın 3-4-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) növbədənkənar Baş Assambleyası və İcraiyyə Komitəsinin iclası keçirilib.

Milli Olimpiya Komitəsindən (MOK) ANS PRESS-ə verilən məlumata görə, iclasda Azərbaycanı MOK-un vitse-prezidenti, İHİF-in vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un Beynəlxalq Əlaqələr İdarəsinin rəisi və İHİF-in İcraiyyə Komitəsinin üzvü Könül Nurullayeva, “Bakı 2017” İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin nümayəndəsi Mehman Kərimov və digər nümayəndələr təmsil ediblər.

İclas zamanı Azərbaycanda keçiriləcək 4-cü İslam Həmrəyliyi Oyunları ilə bağlı görülən işlərin hesabatı MOK-un Beynəlxalq Əlaqələr İdarəsinin rəisi K.Nurullayeva tərəfindən verilib. Azərbaycan Milli Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov və bu ilin aprel ayında İslam ölkələrinin taekvando çempionatının Bakı şəhərində keçirilməsi ilə bağlı təqdimatla çıxış edib.

K.Nurullayeva və “Bakı 2017” Təşkilat Komitəsinin nümayəndəsi M.Kərimov Azərbaycanda keçiriləcək “Bakı 2017” İslam Həmrəyliyi Oyunları ilə bağlı təqdimat ediblər.

Eyni zamanda, tədbir çərçivəsində Azərbaycan Milli Cüdo Federasiyasının vitse-prezidenti Asif Əsgərov cüdo idman növünün 2017-ci ildə ölkəmizdə keçiriləcək İslam Həmrəyliyi Oyunlarının idman proqramına salınması və bu idman növü üzrə 2015-ci ildə sınaq yarışının keçirilməsi ilə bağlı müzakirələr aparıb.

Assambleya zamanı Şahzadə Abdulla Bin Mossad Bin Abdulaziz İslam Həmrəyliyi İdman Federasiyasının yeni prezidenti seçilib. O, həmçinin Səudiyyə Ərəbistanı Krallığının Olimpiya Komitəsinin yeni prezidenti təyin edilib.

…read more

From:: ANS

      

Putin yenə rekord qırdı

Rusiyanın “Levada” Sorğu Mərkəzinin keçirdiyi rəy sorğusuna görə, ölkədə iqtisadiyyatın zəifləməsinə baxmayaraq, rusların 85 faizi prezident Vladimir Putinə güclü siyasi dəstək verir.

ANS PRESS-in məlumatına görə, 46 regionda keçirilən sorğuda əhalinin 57 faizi indiki dövlət başçısının etibar ediləcək lider hesab edib.

Təhlilçilərin fikrincə, Rusiya 1998-ci illə müqayisədə inflyasiyanın öhdəsindən daha yaxşı gəlir. Belə ki, Rusiya rublu 1998-ci ilin iqtisadi böhranı zamanı dollar qarşısında dəyərini 70 faiz itirmişdi.

Qərbin Kremlə qarşı siyasi və iqtisadi hücumları Rusiyada milli vətənpərvərlik hissinin artmasına səbəb olub.

Britaniyanın “Financial Times” qəzeti Rusiyada keçirilən rəy sorğularının çox zaman həqiqətə uyğun olmadığı barədə xəbər yayıb. …read more

From:: ANS

      

Nazirlik otellərə ulduzlar verdi (SİYAHI)

Mədəniyyət və Turizm Nazirliyi mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədilə mehmanxanaların təsnifatını aparır.

ANS PRESS-in Mədəniyyət və Turizm Nazirliyinə istinadla verdiyi məlumata görə, nazirlik tərəfindən oktyabr ayında Bakı şəhərində fəaliyyət göstərən mehmanxanalara dərəcə sertifikatları verilib:

1. “Şafran Hotel” mehmanxanası (4 ulduz),
2. “Caspian Business Hotel” mehmanxanası (4 ulduz),
3. “Qafqaz Park” mehmanxanası (4 ulduz),
4. “Admiral” mehmanxanası (4 ulduz),
5. “Egoist” mehmanxanası (4 ulduz),
6. “Qız Qalası” mehmanxanası (3 ulduz).

Qeyd edək ki, respublika ərazisində təsnifatdan keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin sayı 75-ə çatıb. …read more

From:: ANS

      

Bakıdan Papaya etiraz

Azərbaycan Milli QHT Forumu Roma Papasının Türkiyə səfəri zamanı Türkiyə – Ermənistan sərhədlərinin açılması barədə söylədiyi fikirlərlə bağlı bəyanat yayıb.

Forumun ANS PRESS-ə daxil olan bəyanatında deyilir ki, Roma Papası I Fransiskin 28-30 noyabr 2014-cü il tarixli Türkiyə səfəri daha çox Vatikan rəhbərinin Türkiyə-Ermənistan sərhədinin açılmasını arzu etməsi haqqında söylədiyi fikirlərlə yadda qaldı: “Papa səfərdən dönərkən təyyarədə müxbirlərin saxta soyqırım iddialarının yüzilliyinin yaxınlaşması ilə bağlı sualına “Kaş ki, o sərhəd açılsaydı, o qədər gözəl olardı ki” cavabını verib. Əlbəttə ki, bütün bəşəri dinlər və onların təmsilçiləri dünyada sülhün, əmin-amanlığın, barışın bərqərar olmasına xidmət etməlidir. Ancaq təəssüflər olsun ki, Ermənistanın Azərbaycana qarşı 20 ildən artıq davam edən hərbi təcavüzü nəticəsində qətlə yetirilən on minlərlə azərbaycanlının, doğma yurd yerlərindən qovulan yüz minlərlə insanın haqlarından ötən illər ərzində bir dəfə də danışmağa lüzum görməyən katolik kilsəsinin rəhbəri beynəlxalq hüquq normalarını saya salmayan bir dövlətə qarşı açıq jest etməkdən çəkinmir”.

Qeyd olunur ki, Papa I Fransiskin bu çağırışı ilk növbədə Türkiyənin dövlət maraqlarına ziddir: “Çünki katolik kilsəsinin hazırkı və əvvəkli rəhbərləri dəfələrlə türkləri 1915-ci ildə ermənilərə qarşı “soyqırım” törətməkdə suçlayıb və bu “həqiqəti” etiraf etməyə çağırış edib. Dünyanın ən böyük dini konfensiyalarından birinin rəhbəri tərəfindən dünyəvi qurumların indiyədək bir çox hallarda nümayiş etdirdiyi ikili, ədalətsiz siyasətlə həmrəylik mesajı verməsi həm Türkiyənin siyasi mövqeyini qəbul etməməsinin, həm də haqqın, əzilənin deyil, işğalçının tərəfində olmasının göstərici sayıla bilər”.

Bəyanatda bildirilir ki, belə mövqe dünyada ümumbəşəri dəyərlərin təbliğatçısı kimi vətəndaş cəmiyyəti institutlarının nümayəndələri olaraq bizdə böyük narahatlıq və təəssüf hissi doğurur: “Biz, Azərbaycan Milli QHT Forumunun üzvü olan 648 QHT-nin rəhbərləri Roma Katolik kilsəsinin başçısını Azərbaycanın Dağlıq Qarabağ və ondan kənarda yerləşən yaşayış məntəqələrində, o cümlədən Xocalıda törətdiyi soyqırıma görə Ermənistanın dövlət siyasətini pisləməyə və onun işğal etdiyi torpaqlarımızı dərhal tərk etməsi üçün rəsmi İrəvana təzyiq göstərməyə çağırırıq”. …read more

From:: ANS

      

Şabalıdın inanılmaz faydaları və zərərləri

Mütəxəssislər şabalıdın fiziki və zehni yorğunluğa qarşı mübarizə aparmaqda ən effektiv vasitə olduğunu deyirlər.

ANS PRESS-in məlumatına görə, omeqa 3 və omeqa 6 yağları ilə zəngin olan şabalıd yaddaşın güclənməsində, hətta alzheimer xəstəliyi ilə mübarizədə çox faydalıdır.

Şabalıd fosfor, maqnezium, xlor, kalsium, dəmir, natrium, kalium mineralları, B1, B2 və C vitaminləri ilə də zəngindir. Xüsusilə kalium çatışmazlığı olan insanlar üçün çox xeyirlidir (100 qram şabalıdda 500 milliqram kalium var). Belə ki, kalium natrium ilə birlikdə bədəndə su tarazlığının tənzimlənməsində, sinir hüceyrələrinin siqnalları ötürməsində, əzələlərin strukturunun qorunmasında çox əhəmiyyətlidir. Bundan başqa şabalıd qan dövranını sürətləndirir, bağırsağın fəaliyyətini tənzimləyir, qəbzliyin qarşısını alır.

Şabalıdın enerji tərkibi də çox yüksəkdir. 3 ədəd şabalıdın enerji tərkibi bir nazik çörək dilimindəki qədərdir. Ona görə də artıq çəkili və orqanizmində maddələr mübadiləsi zəif gedən insanlar şabalıd yeyəndə miqdarına diqqət etməlidirlər.

Şabalıdı bişirərək yeməyi sevənlər də ehtiyatlı olmalıdırlar. Belə ki, manqalda alova yaxın bişirilən şabalıd xərçəng xəstəliyinin yaranmasına şərait yarada bilər. …read more

From:: ANS

      

Dünyanın ən gənc “qanuni oğru”su (FOTO)

“Qanuni oğru”lar vahid təşkilatda birləşməkdikləri üçün onların dəqiq sayı barədə müxtəlif ehtimallar var. Lakin onların təxminən 530 nəfər olduğu güman edilir. “Qanuni oğru”ların 150-yə yaxını Rusiyada (onların 90-ı həbsdədir), 100 nəfərinin Gürcüstanda (demək olar hamısı həbsdədir), bir qisminin digər MDB ölkələrində (Azərbaycan, Ukrayna, Qazaxıstan, Ermənistan, Moldova, Qırğızıstanda) və Avropada yaşadıqları məlumdur. ANS PRESS-in modern.az saytına istinadən verdiyi məlumata görə, müxətlif yaş qruplarında olan bu cinayətkar aləm nümayəndələri arasında ən gənci Revaz Ubilavadır.

Revaz Rastadiyeviç Ubilava 1993-cü il aprelin 10-də Gürcüstanın Çalencix rayonunun Cvari kəndində anadan olub. Yeniyetməlik illərində ailəsi ilə birlikdə Rusiyaya köçüb və Moskvadakı gürcü “qanuni oğru”ları ilə təmasa girib. O, cinayət aləmində Revaz Cvarski adı ilə tanınır və 2012-ci ilin martında ilk məhkumluğunu alıb. Onda Revaz Ubilavanın üzərindən narkotik vasitə olan həşiş aşkarlanıb və Smolensk vilayətindəki 1 nömrəli həbsxanada 8 ay yatıb. Həbsdən çıxdıqdan sonra Rusiyada gürcü mafiyasının ən güclü 2 qolundan biri olan “Tbilisskie” qruplaşmasının tərəfinə keçib.

2014-cü ilin yayında Türkiyədə “sxodka” keçirən “Tbilisski”lər qruplaşması liderləri Merab Marqveladzenin təklifi ilə 3 nəfərə – İrakli Cabuaya, Mixo Calaqnoyaya və Revaz Ubilavaya “qanuni oğru” adının verilməsi haqda qərar qəbul edib. Bu, onların kriminal müharibələr zamanı özlərini etibarlı göstərmələri ilə bağlı idi.

2014-cü ilin yayında MDB məkanındakı gürcü mafiyasının iki əsas qolu – “Suxumskilər”, yaxud meqrellər və “Tbilisskilər”, yaxud gürcülər qruplaşmaları arasında mövcud olan ənənəvi düşmənçilik daha da kəskinləşib.

21 yaşlı Ubilava çox keçmədən rəqabət halında olduqları “Suxumskilər” qruplaşması ilə üzləşməli olur. 2014-cü il oktyabrın 20-də Ubilava Moskvada yaşadığı mənzildə 4 nəfərin hücumuna məruz qalır. Travmatik tapançadan açılan atəşlə qulağının bir hissəsini itirən Ubilava vəhşicəsinə döyülür.

Revaz Ubilava klassik “qanuni oğru”lardan fərqli olaraq aktiv şəkildə bizneslə məşğuldur və bundan başqa evlənib. 5 aydır “qanuni oğru” adını qazanan gürcü avtoritet Zaxari Kalaşovun (Şako Molodoy) İspaniyadan Rusiyaya geri dönməsindən sonra yaranan yeni situasiyada ona hücum təşkil edən “qanuni oğru” Merab Mzareluadan …read more

From:: ANS