All posts by Admin

Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin görüşü keçiriləcək

Gürcüstanın xarici işlər naziri Tamar Beruçaşvili Azərbaycan və Türkiyə həmkarları ilə üçtərəfli görüşdə iştirak etmək üçün gələn həftə Türkiyəyə səfər edəcək.

ANS PRESS APA-ya istinadən xəbər verir ki, dekabın 10-da Türkiyənin Qars şəhərində Azərbaycan, Gürcüstan və Türkiyə xarici siyasət idarələri rəhbərlərinin görüşü keçiriləcək.

Görüş çərçivəsində regional əməkdaşlığın ümumi maraqlar üzrə inkişaf perspektivləri, regional stabillik və təhlükəsizliyin möhkəmləndirilməsi, həmçinin əvvəlki görüşlərdə qəbul olunan qərarların müzakirələri həyata keçiriləcək.

Tədbirdən əvvəl Tamar Beruçaşvilinin Türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşü gözlənilir. Görüşdə ikitərəfli münasibətlər, bütün sahələrdə strateji tərəfdaşlıq, eyni zamanda regional və beynəlxalq hadisələrlə bağlı fikir mübadiləsi aparılacaq.

Xatırladaq ki, üç ölkənin xarici siyasət idarələrinin rəhbərlərinin birinci görüşü 2012-ci ildə Trabzon şəhərində, ikinci görüş isə 2014-cü ilin fevral ayında Gəncədə baş tutub.

Qeyd edək ki, Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin birinci üçtərəfli sammit görüşü 2014-cü ilin may ayında Tiflisdə, bu ilin avqustunda isə üç ölkənin müdafiə nazirlərinin görüşü keçirilib. …read more

From:: ANS

      

Yəhudi icmasının rəhbərinin evinə edilən basqının təfərrüatları (VİDEO)

Qubada Dağ Yəhudiləri dini icmasının rəhbərinin evinə basqın olub. İcma rəhbəri və onun bacısı ağır zədə alıb. Mənzildən oğurluğun olması isə basqının daha çox qarət məqsədi ilə edildiyinə işarə edir. Amma yenədə dəqiq məlumatı hüquq mühafizə orqanlarının araşdırması göstərəcək.

Dini Qurumlarla iş üzrə dövlət komitəsinin sədri Mübariz Qurbanlı ANS-ə açıqlamasında bildirib ki, hadisə barədə kifayət qədər məlumatlıdırlar və bölgədə ezamiyyətdə olan müavini bu işlə yaxından maraqlanır. Komitə sədri hüquq-mühafizə orqanlarına istinad edərək deyir ki, bu da çox kriminal xarakterlidir. Heç bir siyasi, dini və etnik zəmində baş verməyib. Amma yenə də dəqiq söz tədqiqatdan sonra deyiləcək.

Basqın zamanı Quba rayonu Qırmızı Qəsəbənin dini icma rəhbəri Boris Simanduyev və bacısı Liza Simanduyeva xəsarət alıb. Boris Simanduyevin qəsəbənin Kərpic küçəsində yerləşən evinə gələn 3 nəfər maskalı şəxs dini icma rəhbərini döyüb, onun bacısına isə bıçaqla xəsarət yetiriblər.

Quba rayon polis şöbəsindən verilən məlumata görə, evə basqın edənlər külli miqdarda pul və qızıl-zinət əşyaları aparıblar. Maskalılardan biri isə dini icma rəhbərindən sinaqoqun açarını alıb. Amma dini məbədin qapısını açmağa nail olmayıb.

Bıçaq xəsarəti alan Liza Simanduyeva isə hazırda Quba rayon xəstəxanasındadı. O əməliyyat olunub və vəziyyətinin yaxşı olduğu bildirilir.

Hadisəni tərədənlərin kimliyi hələlik bilinmir. Faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırmalara başlanılıb. Onların saxlanılması istiqamətində axtarış tədbirləri aparılır.

…read more

From:: ANS

      

Litva prezidenti Putini siyahıdan sildi

Litva prezidenti Dalya Qribauskayt yaxın vaxtlarda Rusiya prezidenti Vladimir Putinlə ünsiyyət saxlamaq fikrində olmadığını bildirib.

ANS PRESS-in məlumatına görə, bu barədə “Delfi” agentliyi xəbər yayıb.

Prezident qeyd edib ki, Rusiya davranış tərzini dəyişdirməyənədək Putinlə ünsiyyət saxlamayacaq.

“Yaxın gələcəkdə-yox “, -deyə Qribauskayt Putinlə bağlı sualı cavablandırıb. …read more

From:: ANS

      

Portuqaliya - Azərbaycan oyununun vaxtı açıqlandı

17 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının elit-raundunun təqvimi açıqlanıb.

ANS PRESS-in məlumatına görə, yığmamızın yer aldığı 2-ci qrupun oyunları gələn ilin 17-22 mart tarixlərində Bakıda keçiriləcək.

Azərbaycan U-17-si ilk oyununu martın 17-də Xorvatiyaya qarşı keçirəcək. İki gün sonra Portuqaliya ilə üz-üzə gələcək yığmamız son oyununu ayın 22-də Serbiyaya qarşı keçirəcək.

Qeyd edək ki, Avropa çempionatının final mərhələsi gələn ilin 6-22 may tarixlərində Bolqarıstanda keçiriləcək.

17 mart

Xorvatiya – Azərbaycan
Portuqaliya – Serbiya

19 mart
Portuqaliya – Azərbaycan
Serbiya – Xorvatiya

22 mart
Azərbaycan – Serbiya
Xorvatiya – Portuqaliya …read more

From:: ANS

      

Acun Ilıcalının 2 proqramı efirdən çıxarıldı

Türkiyənin tanınmış aparıcısı və prodüsseri Acun Ilıcalı TV8 kanalında yayımlanan iki proqramının yayımını dayandırıb.

ANS PRESS-in məlumatına görə, Tv8 telekanalında sentyabr ayında yayımlanmağa başlayan “Para Bende” (“Pul məndə”) proqramı artıq ikinci həftədir ki, yayımdan çıxarılıb.

Yayımı dayandırılan başqa bir proqram isə “Akademi” (“Akademiya”) proqramıdır. Qeyd edək ki, hər iki proqram artıq ikinci həftədir ki, efirdə yayımlanmır.

Verilişlərin yayımlanmamasının səbəbləri haqqında rəsmi bir məlumat verilməsə də, bir çox kütləvi informasiya vasitələrinin məlumatına görə, verilişlərin yayımdan çıxarılmasının səbəbi lazımi reytinqi toplaya bilməmələridir.

Qeyd edək ki, “Para bende” verilişində Murad Ceylan və Almeda Abazi adlı iki gənc aparıcı müxtəlif ölkələrə səyahət edirdilər. Getdikləri ölkənin hava limanında yarış təşkil edilirdi və qalib gələnə 10 min dollar, uduzana 100 dollar pul verilirdi. Onların hər biri həmin ölkəni büdcələrinə uyğun şəkildə gəzərək tanıdırdılar. “Akademi” proqramında isə “Yetenek sizsiniz” verilişindən kənarlaşdırılan iştirakçılar TV8 kanalında müxtəlif səhnəciklərlə çıxış edirdilər. Bununla da onlar öz bacarıqlarını inkişaf etdirirdilər.

…read more

From:: ANS

      

MSK növbəti qərarlarını verdi

Dekabrın 6-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirildi. Əvvəlcə Komissiyanın 26 noyabr 2014-cü il tarixində keçirilmiş iclasının protokolu təsdiq edildi.

ANS PRESS Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsinə istinadən xəbər verir ki, sonra 2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində əraziləri bir neçə seçki dairəsi arasında bölünmüş bələdiyyələr üzrə səsvermənin yekunlarının müəyyən olunması məsələsinə baxıldı. Komissiyanın qərarı ilə 14 bu cür bələdiyyə üzrə səsvermə protokollarını tərtib etməli olan dairə seçki komissiyaları müəyyənləşdirildi.

Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə də baxıldı. Komissiya üzvlərinin müzakirəsindən sonra daxil olmuş müraciətlərdən birinin qanunvericiliklə müəyyən olunmuş şikayətvermə müddəti ötürülməklə verildiyindən ərizəçiyə geri göndərilməsinə, digər müraciətin isə təmin edilməsinə qərar verildi.

MSK-nın qərarı ilə bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edildi.

İclasda cari məsələlərə də baxıldı. …read more

From:: ANS

      

Olimpiya çempionu Elnur Məmmədli sürücünü cərimələdi

Polis kapitanı Elnur Məmmədli pərdəli maşın sürən sürücünü cərimələyib.

Dekabrın 5-dən 6-nə keçən gecə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi rəhbərliyinin də iştirakı ilə genişmiqyaslı reyd keçirilib. Reyddə tanınmış idmançı, olimpiya çempionu Elnur Məmmədli də iştirak edib. Bakı şəhər DYPİ-nin əməkdaşı olan və polis kapitanı rütbəsi daşıyan Elnur Məmmədli xidməti avtomobili ilə görüntülənib. 10 YP 307 dövlət nömrə nişanlı DYP avtomobilində xidmət aparan olimpiya çempionu gecə yarısı avtomobilin arxa yan şüşələrinə pərdə vuran sürücünü saxlayıb. Zərifə Əliyeva küçəsində – “Hilton» otelin qarşısında “Range Rover» markalı, 90 DS 909 dövlət nömrə nişanlı avtomobili saxlayan Elnur Məmmədlinin iştirakı ilə həmin sürücüyə inzibati protokol tərtib olunub. Avtomobildəki pərdələr isə yığışdırılıb.

Jurnalistlərin çəkiliş apardığını görən sürücü etiraz edib. Sonra isə fikrini belə əsaslandırıb: “Mən dost-tanışa demişəm ki, Bakıda deyiləm, sizsə məni çəkib efirə verirsiz. Belə olmaz axı». …read more

From:: ANS

      

Bakıda bir gecədə 100 sürücü cərimələndi: həbs olunanlar var

Dekabrın 5-dən 6-na keçən gecə Bakıda yol hərəkəti təhlükəsizliyini gücləndirmək məqsədilə, habelə sərxoş və avtoxuliqanlıq edən sürücülərə qarşı genişmiqyaslı reyd keçirilib. Reyddə 100-ə yaxın sürücü cərimələnib. Həbs olunanlar da var… Belə ki, paytaxtın bütün ərazilərini əhatə edən reyddə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəhbər şəxsləri, bölmə və şöbə rəisləri, 8 və 11-ci tağımın, eləcə də eskort-müşaiyət tağımının şəxsi heyəti iştirak edib. Təxminən 50-yə yaxın yol polisi əməkdaşının qatıldığı reyd zamanı avtoxuliqanlıq edən, sərxoş vəziyyətdə avtomobil idarə edən, eləcə də yol polisinə qarşı kobudluq göstərərək tabe olmayan onlarla sürücü saxlanılıb.

Reyd zamanı tabesizlik nümayiş etdirərək yol polisinə qarşı müqavimət göstərən 17 sürücü barəsində müvafiq tədbir görülməklə cərimələnib. Bundan əlavə, avtoxuliqanlıq edən 16 sürücü DYP əməkdaşları tərəfindən saxlanılıb. Onların barəsində protokol tərtib olunduqdan sonra rayon məhkəmələrinə aparılıb və hər biri barəsində müxtəlif müddətlərə inzibati həbs qərarı çıxarılıb.

Reyd zamanı sərxoş vəziyyətdə “avtoş»luq edən sürücülərə də rast gəlinib. Onların sayı 4 nəfər olub və saxlanılaraq məhkəmələrə aparılıblar. Ümumilikdə isə reyddə avtomobili sərxoş vəziyyətdə idarə edən 36 sürücü aşkar olunaraq barələrində tədbir görülüb. Həmin sürücülər cərimələnməklə yanaşı, avtomobilləri cərimə meydançasına aparılıb.

Yol polisindən qaçmağa çalışan 6 sürücünü saxlamaq üçün süni sıxlıq yaradalıb və onlar saxlanılıb. Yalnız bir sürücü Babək prospektində qaçıb aradan çıxmağı bacarıb. Yol polisinin qanuni tələbini yerinə yetirməyərək avtomobilin açarlarını və sənədləri təqdim etməyən bir sürücünün avtomobili isə evakuator vasitəsilə cərimə meydançasına aparılıb.

Gecə yarısı yol polisinə tabe olmamaqla yanaşı, fiziki güc tətbiq etməklə kobudluq edən, DYP maşınlarına qəza şəraiti yaradıb qaçmağa çalışan bir neçə sürücü isə Post-Patrul Xidməti əməkdaşları tərəfindən polis bölmələrinə aparılıb.

Artıq 20 gündür istifadəsi qadağan olunmasına baxmayaraq pərdə və plyonka ilə avtomobil idarə edən 6 sürücü də yol polisi tərəfindən cərimə edilib. Avtomobillərdən plyonkalar yerindəcə soyulub, pərdələr yığışdırılıb. Nəqliyyat vasitəsini heç bir sənəd olmadan idarə edən 3 sürücü də saxlanılıb. Onların hər üçünün maşının cərimə meydançasına aparılıb. Həmin sürücülərdən …read more

From:: ANS