All posts by Admin

Həmsədrlər yenə gəlir

ATƏT-in Minsk qrupunun həmsədrləri yaxın vaxtlarda regiona səfərə gələcəklər.

ANS PRESS-in məlumatına görə, bu barədə Fransanın Azərbaycandakı səfiri Paskal Mone bildirib.

Onlar əvvəlcə Bakıya, sonra İrəvana gedəcək, ölkə rəsmiləri ilə son vaxtlar Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yaranmış gərginliklə bağlı müzakirə aparacaqlar.

Xatırladaq ki, ATƏT-in Fransadan və Rusiyadan olan həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məqsədilə sonuncu dəfə bu ilin oktyabrında regionda olub, danışıqlar aparıblar. …read more

From:: ANS

      

Rusiyaya qarşı ordu toplanır

Ukraynada baş verən hadisələr fonunda Şərqi Avropa və Pribaltika ölkələri əsl isteriya yaşayır.

ANS PRESS-in məlumatına görə, bu sözləri Rusiya hərbi elmlər Akademiyasının professoru Vadim Kozyulin Litva prezidenti Dalya Qribauskaytenin Rusiyanı “terrorçu ölkə” adlandırmasını şərh edərkən deyib.

Onun sözlərinə görə Qərb artıq Ukrayna xəbərlərindən bezib, özünə diqqət çəkmək üçün isə Vilnyus ehtirasları alovlandırmaq məcburiyyətindədir.

Qeyd edək ki, hazırda Baltikyanı ölkələrində əsl hərbi vəziyyətdir desək yanılmarıq. Hazırda ölkələrin gündəmində ən əsas siyasi məsələ təhlükəsizlik durur. Litva çevik ordu qüvvələri hazırlayır, Latviya isə birdən ordu xərclərini artırmağa başlayıb.

Litvanın dövlət müdafiə birliyi yeni təhlükəsizlik təhdidlərinin mövcudluğunu nəzərə alaraq müdafiə konsepsiyasına yenidən baxmağı təklif edib. Bəziləri isə Baltikyanı ölkələrin vurğuladığı “Rusiya təhlükəsi”ni özlərinin kəşf etdiyini deyirlər.

Lakin iqtisadi krizis yaşayan bu ölkələrin hərbi büdcələri də çox kiçikdir. Məsələn “Financial and Economic Data Relating to NATO Defence”-in bildirdiyinə görə şərti “Rusiya təhdidindən” danışan Pribaltika ölkələrindən yalnız Estoniya Şimali Atlantik Alyansına Uels sammiti tərəfindən qəbul edilmiş EDM-dən 2%-in ayırır. Latviya bu rəqəmin yalnız 0,9, Litva isə ondan da az 0,8 faizini ödəyir.

Məhz buna görə Alyansın başçısı qonşu Latviyaya səfər etdikdə Riqa sanki hesabat verircəsinə bəyan etdi ki, Rusiya ilə sərhəddə polis nümayəndələrini çoxaldacaq. Bundan əlavə Latviya höküməti ölkənin hava məkanının qorunmasına daha 500 min avro ayıracaq. NATO baş katibi Stoltenberq Latviya hökümətinin müdafiə büdcəsini 2020-ci ilə ÜDM-in 2 faizinə qədər artırmasını “regionun təhlükəsizliyində əsaslı addım” adlandırıb.

Vilnyus öz növbəsində Əfqanıstanda təhlükəsizliyin qorunması üzrə İSAF beynəlxalq qüvvələrinə 236 hərbiçi ayırır. Bundan əlavə bizdə də Aəzrbaycan-erməni münaqişəsində ATƏT missiyası çərçivəsində bir litvalı hərbi müşahidəçi var. Geopolitik dəyişikliklər Litvada 2008-ci ildən müqavilə ilə yürüdülən hərbi xidmətin hətta məcburi çağırışa keçməsi məsələsini müzakirə mövzusu edə bilər.

“Lazım gələrsə çağırışla əsgərliyə belə keçə bilərik”, – deyə ölkənin müdafiə naziri Yuozas Olekas bildirib. Lakin təyyarə və tankı belə olmayan Litva ordusunun edə …read more

From:: ANS

      

Azərbaycanlı modelin əri iki qızla əyləndi (FOTO)

Azərbaycanlı model Günay Musayevanın əri, türk aktyor Tolqa Karel yenə gündəmə gəlib. Bu dəfə o və dostu iki qızın yanında görünüblər.

ANS PRESS-in məlumatına görə, barəsində bir necə dəfə boşanma xəbəri çıxan, hər dəfə bu xəbərləri təkzib edən Tolqa bir şirkətin ad günü mərasiminə qatılıb.

O, məkana bir dostu ilə gəlib. Burada isə iki gənc qızla tanışıblar və gecəyə onlarla birgə davam ediblər.

Karel dostlarım adlandırdığı qızlarla gecə klubunda səhərə kimi əylənib. Onlar klubu ancaq səhər saat 05:00-da məkan bağlananda tərk ediblər.
Klubdan çıxarkən kameraları qarşısında görən aktyor “böyüdüləcək bir şey yoxdur” deməklə kifayətlənib. Bundan sonra o və dostu taksiyə minərək qızlarla birgə oradan uzaqlaşıb.

Xatırladaq ki, Günay Musayeva və Tolqa Karel bir necə ildir evlidir. Cütlüyün Cihangir adlı bir oğlu da var. Cütlük barəsində bir necə dəfə boşanma xəbərləri yayılıb. Ancaq hər dəfə onlar birlikdə görünərək bu şayiələrin əsassız olduğunu deyiblər.

…read more

From:: ANS

      

"Qarabağ"ı qəhrəman kimi qarşıladılar (VİDEO)

“Qaəbələ” klubunun azarkeşləri Fransadan sərfəli nəticə ilə dönən “Qarabağ” klubunu hava limanında böyük coşğu ilə qarşılayıblar.

ANS PRESS-in məlumatına görə, UEFA Avropa Liqasında qrup mərhələsini adlamaq şansını saxlayan “Qarabağ”ı Qəbələ Hava Limanında qarşılayan azerkeşlər təmsilçimizi təbrik edib və onlara uğurlar arzulayıblar.

Hətta bəzi fanatlar “Sent-Etyen”lə oyunda qol vuran Vüqar Nadirovu çiyinlərinə qaldıraraq atıb-tutublar.

Həmin videonu sizə təqdim edirik:

…read more

From:: ANS

      

VMF-dən sürpriz (FOTO)

Dünyanın ən məşhur saat brendlərinin Azərbaycandakı təmsilçisi olan ANS Şirkətlər Qrupuna daxil olan məşhur saat istehsalçısı VMF 16 illiyini qeyd edir. Bu münasibətlə VMF müştəriləri üçün sürpriz edib. Belə ki, noyabrın 28-də Bakının Neftçilər prospektində şirkətin yeni salon açılıb.

VMF ölkəmizdə ilk dəfə dünyaca məşhur saat brendlərinin təmsilçiliyini həyata keçirən və beləcə də ölkəmizdə saat bazarının əsasını qoyub. Bir necə müxtəlif şirkəti özündə birləşdirən ANS Şirkətlər Qrupunun bir hissəsi olaraq VMF öz fəaliyyətində ANS-in layiq qürurunun təməl sütununu təşkil edən prinsipləri – onun əsas atributlarına çevrilmiş – öz müştərilərinə qarşı qərəzsiz düzgünlük, partnyorlar önündə yüksək məsuliyyət və eyni zamanda biznesin inkişafında mötədil ideyaları qəbul etməyə hazırlıq və qabaqcıllığa can atmanı rəhbər tutur.

Əməkdaşlığını, yaranma tarixi artıq 180 ilə çatan məşhur İsveçrə brendi olan Longines –lə başlayan VMF hal-hazırda Azərbaycanda 21 brendin rəsmi təmsilçisidir.
VMF-in müştəri auditoriyası müxtəlif sosial yaş qruplarını əhatə etdiyinə görə salonlara baş çəkən hər bir müştəri öz üslubuna, imicinə fəaliyyətinə, maddi imkanına və yaşına uyğun məhsul almaq imkanı əldə edir.

16 il insan ömründə xüsusi bir tarixdir. O, özünün müəyyən kamillik astanasına yetişmək və zirvələri fəth etməyə hazırlıq,həyatda öz yerini tapmaq, qarşıya yeni -yeni məqsədlərin qoyulması və ən yüksək nəticələri əldə etmək üçün mübarizəyə amədəliyi ehtiva edir.
Şirkətin 16 illik yubileyi bütün bu cizgi və tendesiyaları, onu ərsəyə gətirmiş və orada işləyən insanların cəsarəti həvəs və arzularını əks etdirərək daşıyır.

Breguet-nin əfsanəviliyi, Maurice Lacroix və Raymond Weil-in zərifliyi, Longines-nin əbədi klassikası, Omega-nın yüksək dəqiqiliyi və mükəməlliyi, Rado-nun mötədilliyi, Tissot-un etibar və sabitliyi, Versace Ferragamo və CK-nin dəbdəbəliyi, Hamilton-un hüdudsuzluğu, Swatch-un özünəməxsusluq və parlaqlığı, Seiko-nun yenilikçiliyi, Pulsar və Casionun azadpərəstlik və idman ruhu, Flik-Flak-ın şadlığı və qayğısızlığı- burada hər bir saatın özünəməxsus status və xarakteri var.

Bundan savayı VMF aksesuarlarının – Caran d’Ache-dən bahalı qələmlər, Zippodan alışqanlar, Victorinox-dan səyahətçilərin əvəzolunmaz yoldaşı olan çox funksiyalı bıçaqlar və eyni …read more

From:: ANS

      

Ermənistanda zəhərlənmə

Ermənistanda kütləvi zəhərlənmə hadisəsi baş verib.

ANS PRESS-in məlumatına görə, zəhərlənmə faktı Eqvard şəhərindəki uşaq bağçasında qeydə alınıb. Ermənistan Səhiyyə Nazirliyindən bildirilib ki, 13 uşaq Eqvard şəhərindəki xəstəxanaya yerləşdirilib. Daha iki nəfər isə İrəvandakı xəstəxanaya aparılıb.

Xəstəxanaya yerləşdirilmiş uşaqların vəziyyətinin orta ağır olduğu bildirilir.

İlkin məlumatlara görə, zəhərlənmə qida məhsullarından olub. Hazırda yeni zəhərlənmə faktlarının araşdırılması üzrə işlər aparılır. …read more

From:: ANS

      

Cəbhədə gərgin gecə

Cəbhə xəttində atəşkəs yenidən pozulub.

Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 40 dəfə pozulub.

Erməni silahlı bölmələri Ermənistan Respublikasının Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Kəngərli, Yusifcanlı, Novruzlu, Şıxlar, Şuraabad, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Qaraxanbəyli, Aşağı Əbdürrəhmanlı, Aşağı Veysəlli kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Qarşı tərəf cavab atəşi ilə susdurulub. …read more

From:: ANS