All posts by Admin

İttihamlara cavab verdi

“QHT-lər haqqında qanuna edilən dəyişikliyin müəllifi mənəm. Çox təəssüf edirəm ki, Avropa təsisatları, ABŞ Dövlət Departamenti və digər beynəlxalq qurumlar məsələnin mahiyyətini öyrənmədən bəyanatlar verdilər”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli “Azadlıq” radiosuna belə deyib.

Deputatın sözlərinə görə, sözügedən qanun layihəsində Avropa təsisatlarının da tələb etdiyi şəffaflıq öz əksini tapıb: “Bizim qanun layihəsinin iki məqamı vardı. Birincisi, donor təşkilatlarla qrant alan tərəf arasında mütləq müqavilə olmalıdır. Bu müqavilə qeydiyyatdan keçməlidir. Dövlət və donor təşkilatı, o cümlədən cəmiyyət bu prosesi şəffaf görməlidir. Hər kəs bilməlidir ki, vəsait nə məqsədlə ayrılır. İkincisi, daha vacibi, bu qanun layihəsində dövlət orqanlarının üzərinə vəzifə qoyulur ki, vətəndaş cəmiyyətini sahələrə uyğun maliyyələşdirsinlər. Demokratik cəmiyyətdə vətəndaş cəmiyyətlərinin rolu böyükdür. Ancaq bunun üçün, əlbəttə, vəsait lazımdır. Ümidvaram ki, növbəti ildən QHT-ləri bütün sahələr – insan hüquqları, ekologiya, mədəniyyət və digərləri üzrə müvafiq dövlət orqanları maliyyələşdirəcək”.

Bəzi ekspertlər QHT-lərdən istənən şəffaf fəaliyyətinməmurlardan niyə tələb olunmadığına diqqət çəkir. Bu zaman, təkliflər olsa da, illərdir “Maraqların toqquşması haqqında” qanunun qəbul edilməməsi vurğulanır. Bu qanuna görə məmurlardan öz işində şəffaflıq tələb olunacaq.

Əli Hüseynli həmin əsaslandırmanı uğursuz sayır: “Azərbaycanda korrupsiyaya qarşı mübarizə siyasəti çərçivəsində maliyyə deklarasiyası qəbul olunub. Bu qanunun icrası ilə bağlı Nazirlər Kabinetində iş gedir. Ümidvaram ki, müəyyən dövrdən sonra Azərbaycanda da bu problem öz həllini tapacaq. O ki qaldı “Maraqların toqquşması haqqında” qanun layihəsinə, bu məsələ müzakirə olunur. Bu qanunun müsbət və mənfi tərəfləri var. Bu məsələ ictimaiyyətdə də müzakirə olunmalıdır. Beynəlxalq təşkilatlara bu mövzu maraqlıdırsa, layihəni maliyyələşdirsinlər, biz də bu məsələnin ictimai müzakirəsini keçirək. Biz hazırıq. Mən maliyyə ayrılması üçün Avropa Şurasının müvafiq məmurlarına dəfələrlə müraciət etmişəm”.

Qanunla hökumət rəsmilərinin və məmurların biznes fəaliyyəti qadağandır. Bir məmurun biznesi olarsa, qərar qəbulunda öz marağını üstün tuta, bununla da maraqlar toqquşa bilər. Azərbaycan parlamenti maraqların toqquşması, korrupsiya şahidlərinin qorunması və dövlət qulluğundan kənar digər hüquqi vəzifəyə görə cəza tətbiqi barədə …read more

From:: ANS

      

Rus kəşfiyyatı Türkiyə sərhədində əməliyyat həyata keçirdi

Türkiyə – Ermənistan sərhədini qeyri-qanuni keçməyə cəhd edən İran vətəndaşı saxlanılıb.

ANS PRESS-in məlumatına görə, erməni tərəfdə saxlanılan İran vətəndaşının saxlanılmasında ruslar da iştirak edib. RF-nin Federal Təhlükəsizlik Xidmətinin Ermənistanda olan sərhəd idarəsindən xəbər veriblər ki, sərhəd pozucusunun şəxsiyyəti müəyyənləşib.

İran İslam Respublikasının vətəndaşı olan 1976-cı il təvəllüdlü adı açıqlanmayan şəxs bildirib ki, şəxsi problemlər səbəbindən Türkiyəyə keçmək istəyib.

Rusiya Federal Təhlükəsizlik Xidməti əməkdaşları aparılan əməliyyatın yerli sakinlərin müraciəti əsasında etdiyini həyata keçirdiklərini bildiriblər. …read more

From:: ANS

      

Minik avtomobili Samur-Abşeron kanalına düşdü (FOTO)

Bu gün axşam saatlarında Samur-Abşeron kanalının Quba rayonun Barlı kəndi ərazisindən keçən hissəsində minik maşını kanala düşüb.

ANS PRESS-in APA-ya istinadən verdiyi xəbərə görə, Xaçmaz rayonunun Palçıq-oba kənd sakini Pirəmməd Şükürovun idarə etdiyi 27 BK 925 dövlət nömrə nişanlı “VAZ 2106” markalı avtomaşın kanala düşüb. Hadisə zamanı maşında sürücü ilə bərabər onun oğlu da olub. Kənd sakinlərinin köməkliyi ilə hər iki şəxs xilas edilib.

Sürücünün sözlərinə görə, Qubadan Xaçmaz istiqamətində hərəkətdə olarkən avtomobilin qarşısına at çıxıb və maneədən yayınmaq istədiyi zamanı idarəetməni itirərək kanala düşüb.

Faktla bağlı araşdırma aparılır.

…read more

From:: ANS

      

Müdavimlər arasında yarış başladı (FOTO)

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə tağımlar arasında “Yurdumuzun tarixi” intellektual bilik və istedadlar yarışının təntənəli açılış mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, tarix dərnəyinin kursantlarının aparıcılıq etdiyi tədbiri layihə müəllifi, liseyin tarix müəllimi Azad Əliyev giriş sözü ilə açıq elan edib.

Birinci yarımfinal yarışı zamanı kursantlar tərəfindən “Azərbaycan tarixi” fənnindən biliklər nümayiş olunub, həmçinin istedadlar yarışında xalq mahnı və rəqsləri ifa edilib.

…read more

From:: ANS

      

Azərbaycanda 61 yaşlı kişi itkin düşdü

Lənkəranda 61 yaşlı kişi itkin düşüb.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, rayonun Vilvan kənd sakini İlqar Əlizaman oğlu Hüseynov Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək atası, 1953-cü il təvəllüdlü Əlizaman Hacıbaba oğlu Hüseynovun noyabr ayının 21-də saat 16.00 radələrində yaşadığı evdən çıxdığını və bir daha geri qayıtmadığını bildirib.

Qeyd edək ki, Ə. Hüseynov Lənkəran rayonlararası psixiatriya xəstəxanasında ağır dərəcəli debillik diaqnozu ilə qeydiyyatdadır. Boyu təxminən 170 sm olan Ə. Hüseynov arıq bədən quruluşuna malikdir. Sifəti qarayanız, gözləri isə qəhvəyi rəngdədir. Sonuncu dəfə evdən çıxarkən əynində qara kepka, qara pencək, qara şalvar və qara uzun çəkmə olub.

Ə. Hüseynovu görən şəxslərdən (025) 25-4-83-38 və (050) 542-37-02 (mobil) telefon nömrələrinə zəng vurmaları xahiş olunur. …read more

From:: ANS

      

Zirəddinin layihə yoldaşı adam öldürdü

Rusiyanın “Ekstrasenslərin döyüşü” (Битва экстрасенсов rus.) layihəsinin 28 yaşlı iştrakçısı müğənni Darya Zadoxina çəhrayı “Jaquar”ı ilə piyadanı vurub.

ANS PRESS-in məlumatına görə, ölümcül qəza Moskvanın cənub-şərqində 25 noyabr tarixində baş verib. Ölən piyadanın şəxsiyyəti müəyyənləşdirilməyib.

Hazırda Darya şəhərdən çıxmayacağı barədə zəmanət alınaraq buraxılıb.

Daryanın “Ekstrasenslərin döyüşü” layihəsində də iştrakı məhz qəza ilə bağlıdır. Darya Zadoxina 1986-cı ildə İspaniyada anadan olub. 21 yaşında olarkən o Mitsubishi sükanı arxasında Jiqulini ötməyə çalışıb. Bu zaman qarşı tərəfdən digər maşın öz yolunda irəliləyirdi. Darya instinktiv olaraq sükanı sağa fırladır. Nəticədə maşın dirəyə, daha sonra ağaca çırpılır və aşır. Darya komaya düşür lakin həkimlər onu xilas edə bilir.

Uzun illərdən sonra Daryanın hadisəsi məşhur telelayihə olan “Ekstrasenlər döyüşü” verilişinin tapmacası kimi irəli sürülür. Gələcəyi görənlər qəzanın xronologiyasını müəyyənləşdirməyə çalışıblar.

2007-ci ildə baş verən qəzadan sonra Darya əlil olub. Onun ayaqları kəsilir. Çəhrayı Jaquarını isə Darya əl idarəetməsi üçün xüsusi avadanlıqla sürürdü.

Ekstrasenslər Daryanın keçmişi ilə məşğul olanda təəsüf ki, gələcəyi barədə xəbərdarlıq edə bilməyiblər. İndi Daryanı 5 ilə kimi koloniya həbsi gözləyir. …read more

From:: ANS

      

İlham Əliyev Albaniya və Mavritaniya prezidentlərini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Albaniya Prezidenti Buyar Nişaniyə təbrik məktubu ünvanlayıb.

ANS PRESS-in məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Albaniya Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Ümidvaram ki, Azərbaycan ilə Albaniya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Albaniya xalqına əmin-amanlıq və rifah arzulayıram”.

Dövlət başçısı Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd uld Əbdüləzizi də təbrik edib.

Məktubda qeyd olunur: “Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Mavritaniya əlaqələri xalqlarımızın mənafelərinə uyğun olaraq daim dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcək və genişlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Mavritaniya xalqına sülh və firavanlıq arzulayıram”. …read more

From:: ANS