All posts by Admin

Qırıcı təyyarə dənizə düşdü

Qavdos adası yaxınlığında reyd keçirən Yunanıstan hərbi hava donanmasına aid “F-16” təyyarəsi Krit adası sahillərində Aralıq dənizinə düşüb.

ANS PRESS-in məlumatına görə, hadisəyə təyyarənin mühərrikində meydana gələn nasazlığın səbəb olduğu bildirilir.

Yerli vaxtla saat 14 radələrində baş vermiş qəzada təyyarədə olan 2 pilot katapult sistemindən istifadə edərək xilas olublar.

Paraşütlə tullanaraq dənizə düşən pilotlar sahil təhlükəsizlik qüvvələri tərəfindən xilas edilərək xəstəxanaya çatdırılıblar.

Qəzadan sonra dənzin səthində təyyarənin hissələrini nümayiş etdirən yerli telekanallar qəzanın uçuşdan 15 dəqiqə sonra baş verdiyini bildiriblər.

…read more

From:: ANS

      

“Nomad Expansion and Commerce in Central Afghanistan” Will Be Publishing Soon

timthumb

Every year nomads, Kochi Taleban, attack on Behsood, Nahore, west of Kabul, and other parts of Hazarajat. Up to now, hundreds of Hazaras have been killed, and hundreds of their homes including their mosques, schools, and hospitals have been burned down by Kochi. Kochi have not only burned Hazaras’ houses, mosques, schools, and hospitals , but they also have looted Hazaras’ houses and destroyed Hazaras’ harvests and crops. Due to destruction, a large number of Hazaras have displaced.

Now the questions come to mind when the Kochi started destroying and overtaking the Hazaras’ houses and lands? Who supported them at the begging, and how they started destruction? Answers to these questions can be find in “Nomad Expansion and commerce in Central Afghanistan”, a field research report written by Klaus Ferdinand in 1961. Hazara People International Network is going to publish a section of this research report which is related to Afghan Kochi in three separate parts. The first part is going to be published in December 6, 2014, and the second part’s publication will be mentioned at the end of part 1. If readers find any mistyped error(s), should be addressed to info@hazarapeople.com.

Sincerely,

…read more

From:: Hazara People

      

Köpək balığını “qeysəriyyə əməliyatı” edən adam (VİDEO)

Cənubi Afrika Respublikasında dəniz kənarında kuryoz hadisə yaşanıb.

ANS PRESS-in məlumatına görə, sakinlərdən biri dəniz sahilində ölmüş köpək balığının balalarını xilas edib. Ailəsi ilə gəzişən kişi ölmüş köpək balığının qarnının tərpəndiyini gördükdə onun hamilə olduğunu başa düşüb. Dərhal bıçaqla akulanın qarnını yaran kişi oradan üç balanı xilas edərək dənizə buraxıb.

Keyptaun çimərliyində baş verən hadisə zamanı dəniz yırtıcısını “qeysəriyə əməliyatı” edən kişi ucadan “bu mənim həyatımda gördüyüm ən çətin iş idi” deyə bildirib. “Əməliyat”in çəkilərək sosial şəbəkədə yayılmasından sonra ona təxminən 260 mindən çox baxış olub.

…read more

From:: ANS

      

8 aylıq hamilə qadın kömək istədi (VİDEO)

Bu gün “Adam içində” verilişində 8 aylıq hamilə qadın kömək istədi.

ANS TV-nin məlumatına görə, verilişin gedişatında məlum oldu ki, qadın hamilə ola-ola “Hepatit B” xəstəliyinə yoluxub. İxtisasça müəllimə olan qadın hazırda işsizdir. Bir yandan da o, əri tərəfindən hədələnir. Əri ona uşaqdan ya imtina etməyi, ya da evə gəlməməyi tələb edir. Amma qadın uşağından imtina etmək istəmir.

Bundan əvvəl bir uşağı dünyasını dəyişən qadının bir övladı var. Həmçinin qadının “Hepatit B” xəstəliyindən müalicə olunmaq üçün vəsaiti yoxdur. Bu səbəbdən əri də bu uşaqdan imtina edir. Əlacı qalmayan qadın indi verilişdə kömək istədi. Həmçinin onun qalmağa evi də yoxdur.

Ardını “Adam içində” verilişindən gözləyin.

…read more

From:: ANS

      

Dəmirəl xəstəxanada

Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl xəstəxanaya yerləşdirilib.

ANS PRESS-in məlumatına görə, sabiq prezident xəstəxanaya tənəffüs yolunda infeksiya səbəbindən müalicə almaq üçün yerləşdirilib.

Dəmirəli müalicə edən həkimlərin bildirdiyinə görə, sabiq prezidentin hazırda vəziyyəti normaldır.

“Cənab Dəmirəlin tənəffüs yollarında infeksiya aşkarlanıb. Onu nəzarətdə saxlayırıq. Dəmirəlin vəziyyəti yaxşıdır. Bu mövsumi xəstəlikdir. Onun şəkəri də yüksəkdir. Xəstənaxaya gəlib getməsin deyə onun xəstəxanada yatmasını uyğun gördük. Dünəndən xəstəxanada olan Dəmirəl 1-2 gündə burada qalacaq”. …read more

From:: ANS

      

Böyük sülh sazişinə hazırıq

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin xarici işlər nazirlərinin 4 dekabr tarixli birgə bəyanatı ilə bağlı AzərTAc-a məxsusi müsahibə verib.

Müsahibəni təqdim edirik:

– ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin xarici işlər nazirlərinin 4 dekabr tarixli birgə bəyanatını necə şərh edərdiniz?

– ATƏT-in Minsk qrupunun həmsədr ölkələri tərəfindən dövlət başçıları və digər səviyyələrdə verilmiş bəyanatlarda daim vurğulanıb ki, mövcud status-kvo qəbuledilməzdir. Mövcud status-kvo Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı nəticəsində yaranmış vəziyyətdir. Beləliklə, mövcud status-kvo Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması, işğal və təcavüz faktının aradan qaldırılması ilə dəyişdirilə bilər.

Hərbi helikopterin vurulmasının qaçıla bilən fəlakət olması barədə bəyanatda yer alan məqama münasibətdə onu qeyd etmək lazımdır ki, prezidentlərin Soçi, Uels və Paris görüşlərindən sonra danışıqlarda müşahidə olunan müsbət irəliləyiş fonunda Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində lüzumsuz genişmiqyaslı hərbi təlimlər keçirilməsəydi və Ermənistan silahlı qüvvələrinə məxsus helikopterlər Azərbaycan qoşunlarının ön döyüş xətti üzərində təhrikedici döyüş və hücum hərəkətləri etməsəydi, bu insident də baş verməzdi.

– Bəyanatda ən tez bir zamanda “Böyük sülh sazişi” üzərində danışıqlara başlamaq barədə tərəflərə çağırış da edilib.

– Prezidentlərin Paris görüşündən dərhal sonra Azərbaycan ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən də dəstəklənən “Böyük sülh sazişi” üzərində işləməyə hazır olduğunu bəyan etmişdi. Xarici işlər naziri Elmar Məmmədyarov 4-5 dekabr tarixlərində Bazeldə keçirilən ATƏT-in 21-ci nazirlər şurasının iclasında çıxışı zamanı “Böyük sülh sazişi” üzərində işləmək üçün Azərbaycanın hazır olduğunu bir daha vurğulayıb. Nazir Elmar Məmmədyarov çıxışında onu da qeyd edib ki, Ermənistan bu önəmli təşəbbüsü ciddi şəkildə nəzərdən keçirməlidir. Göründüyü kimi, Azərbaycanın mövqeyi bu məsələdə də tam şəkildə aydındır. İndi bu çağırışı adekvat şəkildə cavablandırmaq üçün bütün məsuliyyət Ermənistanın üzərinə düşür. …read more

From:: ANS

      

Ana yeni doğduğu körpəsini yedi

Çində yaşanan bir ağlasığmaz hadisə bütün dünyanı şoka salıb.

ANS PRESS-in məlumatına görə, bir ana doğumdan bir-neçə gün sonra körpəsinin qolunu yemək istəyib. Şok olan tibb bacıları Li Zenghua adlı 24 yaşlı qadının dişlərinin körpənin qoluna batdığını görüblər. Tibb bacısı körpəni xilas etməyə çalışsa da buna nail ola bilməyib. Bundan sonra həyəcan siqnalı verib. Həkimlər qadının ağzını açmaq üçün güclü sakitləşdirici iynə vurublar.

Çinin Guangdong bölgəsi Şenzendə yaşanan hadisə ilə bağlı verilən açıqlamada bildirilir ki, həmin qadın doğuma 2-3 gün qalmış küçəyə atılıb. Xəstəxanaya aparılan qadının yaxınları ilə əlaqə saxlamaq istənilib. Lakin tibb bacıları heç bir əlaqə saxlaya bilməyiblər.

Hazırda körpənin sağlamlıq vəziyyəti yaxşı olduğu da yayılan məlumatlar sırasındadır: “Həqiqətən şok edicidir. Körpənin qolu olduqca pis yaralanmışdı. Dişləmə nəticəsində yalnız yara yox, qanama da var. Həkimlər qadının ağzına bir cisim yerləşdirərək dişlərin birləşməsini maneə törədən sonra qadına sakitləşdirici vurulub”.

Polisdən edilən açıqlamada qadının qayınanası tərəfindən “qəribə davranışları səbəbiylə” küçəyə atıldığı bildirolib.

…read more

From:: ANS

      

Həftənin ən yaxşı qolları (VİDEO)

Portuqaliyanın nüfuzlu “tvgolo” saytı geridə qoymaqda olduğumuz həftənin ən gözəl qollarını, qol ötürmələri və qapıçı seyvlərini seçib.

ANS PRESS-iin məlumatına görə, ötən həftə əksər milli birincilik səviyyəsində vurulan qollar “onluğ”a düşüb. Reytinq siyahısında Kevin Mirallas (Everton), Bruno Peres (Torino) və Miralem Pianiç (Roma) vurduğu baxımlı qollar yer alır.

Onların arasında “Torino”lu Bruno Peresin “Yuventus”un qapısına vurduğu qol xüsusi diqqət çəkir.

Bu həftənin ən gözəl qollarının yer aldığı video çarxı sizə təqdim edirik.

…read more

From:: ANS