All posts by Admin

“Coca-Cola”nın direktoru müəmmalı şəkildə yoxa çıxdı (FOTO)

Sankt-Peterburqa “Koka-kola ey-bi-si Avrasiya” zavodunun direktoru 37 yaşlı Dmitri Soşnev yoxa çıxıb.

ANS PRESS-in məlumatına görə, bu haqda “DelovoyPeterburq” qəzeti yazır.

Xəbərdə qeyd edilir ki, Soşnevin yoxa çıxdığı gün Soşnevin üstündə böyük məbləğdə pul olub.

Axırıncı dəfə direktoru zavodun ərazisində noyabrın 28-də görüblər. Dekabrın 1-də qohumları onun itkin düşməsi haqqda polisə müraciət edib.

Polislər müəyyən ediblər ki, Soşnevə telefonundan gələn zənglər müəssisənin ərazisini tərk edəndən dərhal sonra dayanıb, ancaq noyabrın 28-də axşam kimsə onun parolu ilə internetə girib.

…read more

From:: ANS

      

Sürücülərə şad xəbər (VİDEO)

Paytaxta şimal qapıdan daxil olanlar hər səhər girişdə yaşadıqlarını görəndə bir sual ətrafında düşünürlər. Niyə bu problemdən çıxış yolu tapılmır?

Bu mövzuya dönə-dönə qayıtmağımızda məqsədimiz həm vətəndaşın rahatlığını təmin edəcək yol açmaq, həm də sabahımızı daha təhlükəsiz etməkdir. Bizim ortaya atdığımız ideyaya, şəhərə şimaldan ikinci qapı açılmasına nəhayət reaksiya var və hətta əməli işə də başlayıblar.

ANS TV-nin məlumatına görə, həftə içi 5 gün azı 2-3 saatını Bakı-Sumqayıt yolundakı tıxaclarda itirən sürücü və sərnişinlər bir neçə aya bu bəladan qurtulmuş olacaq. Şimal istiqamətindən paytaxta gələn və əks istiqamətə gedən nəqliyyat vasitələri əvvəl yalnız Bakı-Sumqayıt yolundan istifadə edirdi ki, bu da həmin yolda uzun növbəli tıxacların yaranmasına səbəb olurdu.

Bir neçə vaxtdır təmirə bağlanan yolda artıq yeni ötürüclər və dairələr inşa edilib ki, məhz bununla hərəkət tənzimlənəcək. Bu yolda tıxacın yaranmaması üçün tikintini həyata keçirən “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti Xocasən-Biləcəri, Biləcəri-Sulutəpə istiqamətində yeni dairə inşa edib.

Şimaldan gələn nəqliyyat vasitələri dairəni dövr etməklə Xocasən-Biləcəri yoluna daxil ola və burdan birbaşa Bakı-Ələt magistralına rahat istiqamətlənə bilərlər. Bundan başqa, eyni dairəni ötməklə Sulutəpə istiqamətindən Bakı-Şamaxı yoluna bir başa çıxış etmək mümkündür. Əsas olan isə odur ki, Bakı-Sumqayıt yolunda eləcə də ötürücü körpüdə hərəkət zolaqları artırılıb.

Hazırda bu yolu ölkənin şimal qapısında yaranan sıxlığın aradan qaldırılması üçün görülən kompleks tədbirlərin sonuncu mərhələsi adlandırmaq olar. Belə ki, avtovağzal dairəsindən gələn nəqliyyat vasitələrinin sıxlığını aradan qaldırmaq üçün salınan bu yol həm Atıcılıq Kompleksinə gedəcək, həm də yeni salınan bu yolun üzərində inşa ediləcək 450 metrlik estakada vasitsiylə sürücülər bir başa dairəvi yola çıxma şansını əldə edəcək.

13 metr enliyində olacaq estakada həm də imkan yaradacaq ki, Bakı-Ələt yolundan istifadə etməklə ölkənin müxtəlif bölgələrinə gedəcək olan sərnişin daşıyan nəqliyyat vasitələri Bakı-Sumqayıt yoluna girmədən birbaşa dairəvi yolun hərəkət zolağına daxil ola bilsinlər.

“Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev dedi ki, işlər 5-6 mərhələni əhatə edir ki, biz artıq 3-4 mərhələni yerinə yetirmişik: …read more

From:: ANS

      

Natalya Poklonskaya aspiranturanı Uralda oxuyacaq

Sosial şəbəkə istifadəçilərinin sevimlisi 34 yaşlı Krım prokuroru Natalya Poklonskaya aspiranturaya daxil olmaq üçün Yekaterinburqa gəlib.

ANS PRESS-in məlumatına görə, Poklonskaya Ural Universitetində hüquq fakultəsinə daxil olmağa hazırlaşır.

Bu universitet Rusiyada hüquq üzrə aparıcı ali məktəblərdən biri hesab edilir. Xatırladaq ki, Poklonskaya ali təhsilini Daxili İşlər Nazirliyinin Xarkov milli universitetinin Krım filialında alıb.

“Yekaterinburq universiteti bizim ölkəmizdə hüquqşünaslar arasinda ən nüfuzlu hesab olunur. Keçmiş baş prokuror Yuri Skuratov və hazırkı Yuri Çayka bizdə oxuyublar”,- deyə universitet nümayəndəsi bildirib.

Hələ ki Natalya Poklonskaya ali məktəbin rəhbərliyi ilə tanış olur. Yaxın vaxtlarda o, aspiranturaya girişi rəsmiləşdirmək üçün yenidən Yekaterinburqa gələcək.

Natalya Poklonskayanın gələcək elmi işinin mövzusu sirr kimi saxlanılır. …read more

From:: ANS

      

Putinin sirri açıqlandı

Vladimir Putinin uzaqgörən siyasəti nəticəsində Rusiya yeni “soyuq müharibə”dən qalib kimi çıxır.

ANS PRESS-in məlumatına görə, bu barədə Global Research nəşri yazıb.

Qəzetin yazdığına görə, Putin Qərbi məğlub etmək üçün iki vacib strateji qərar verib.

Birincisi, Rusiya Ukrayna münaqişəsi zamanı birbaşa ordudan istifadə etməkdən imtina etdi. Bu isə rəsmi Vaşinqtonu məyus etdi. Çünki ABŞ istəyirdi ki, Rusiyanı Avropada yeni regional münaqişəyə cəlb etsin.

İkincisi, Putin asimmetrik cavab strategiyasından istifadə edir. Putin cüdoçudur. Ona görə də Rusiya prezidenti döyüş növünün fəlsəfəsindən dövlətlərarası mübarizədə mükəmməl şəkildə istifadə edir. O, rəqibin gücündən onun özünə qarşı istifadə etməyi gözəl bacarır. Ona görə də ABŞ və Qərb Rusiya üçün qurduqları tələyə özləri düşdülər. …read more

From:: ANS

      

Supermodeldən açıq-saçıq fotosessiya (FOTO)

44 yaşlı britaniyalı supermodel Naomi Kempbell “ES Magazine” jurnalının noyabr ayı nömrəsinin əsas qəhrəmanı olub.

ANS PRESS-in məlumatına görə, model jurnal üçün açıq-saçıq poza verib.

“ES Magazine” jurnalına müsahibəsində “Qara pantera” yaxşı formada necə qalmağa müvəffəq olduğundan danışıb:

“Mən özümü əla hiss edirəm! Yoqa ilə məşğul oluram. Onu unutmaq lazım deyil ki, əsas məsələ insanın özünü xoşbəxt hiss etməsidir. Xoşbəxtlik – sağlamlığın və gözəlliyin mənbəyidir”.

…read more

From:: ANS

      

Ərdoğan Putinə etiraz etdi (VİDEO)

Adobe Flash Player'ın son sürümünü indirin.

Rusiya prezidenti Vladimir Putin Ankara səfəri çərçivəsində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Suriya problemini müzakirə ediblər.

ANS PRESS-in məlumatına görə, hər iki ölkə liderinin keçirdiyi birgə mətbuat konfransında Suriya ilə bağlı sualları cavablandıran prezidentlər aralarında Bəşər Əsəd məsələsində fikir ayrılıqlarının olduğunu bir daha nümayiş etdiriblər.

Putin bildirib ki, Suriyada sülhün və təhlükəsizliyin təmin olunması üçün Türkiyə ilə Rusiya əməkdaşlıq edəcək: “Məsələ budur ki, Suriyada yaşayan bütün insanlar necə özünü etibarda hiss edə bilər və rəhbərlik mövzusunda da necə bərabər hüquqlar əldə edə bilərlər? Bu mövzuda əməkdaşlıq etməliyik və bir-birimizi təmin edən qərarlar verməliyik. Bu qərarlar əvvəlcə Suriya xalqı və bütün siyasi gücləri üçün uyğun olmalıdır. Bunun üçün də biz bu prosesin bütün tərəfləri ilə təmas vəziyyətində olacağıq. O cümlədən də Türkiyədəki dostlarımızla da təmaslarımız davam edəcək.

Bəzi texniki problemlərimiz var. Suriya rəhbərliyi ilə müəyyən səbəblərdən əlaqələrimiz məhduddur. Oradakı proseslərə birbaşa təsir edə bilmirik”.

Ərdoğan isə Bəşər Əsəd rejimini terrorçu adlandırıb və Suriyada yaşananların birbaşa Əsəd rejimi tərəfindən qaynaqlandığını deyib. Onun sözlərinə görə, Suriyada Bəşər Əsəd rejimi getməlidir və xalqı azad seçkilərə hazırlamaq üçün bir platforma hazırlanmalıdır.

Putinin Əsədin son prezident seçkisində yüksək səs almasına diqqəti yönəldərək əhalinin rəsmi Dəməşq hakimiyyətini dəstəklədiyini bildirməsinə cavab olaraq Ərdoğan deyib ki, bütün çevriliş edənlər və bu tip rejimlər seçkilərdə 90 və ya 95 fazi səs toplayırlar: “Biz bunu Türkiyədə baş verən çevrilişlərdə də görmüşük. Eyni zamanda Misirdə və Suriyada da gördük. Məsələ budur ki, bu seçkilərdə xalqın azad seçim imkanları olmur”.

Dünya Birliyinin Suriya məsələsində tutduğu mövqeyi, daha doğrusu suriyalı qaçqınlara edilən yardımları tənqid edən Ərdoğan Türkiyənin indiyə kimi bu məqsədlə 5 milyard dollar xərclədiyini bildirib: “BMT-nin bizə etdiyi yardımlar 200 milyon dollardır. Suriyada baş verənlərinin ağrısını bizim ölkə də çəkir…”.

Bu video Adobe Flash Player’ın son sürümünü gerektirmektedir.

…read more

From:: ANS

      

Bakı PKK-çıları danışdı (VİDEO)

Bir neçə gün əvvəl Qaraçuxur məscidini yandırmağa cəhd edən şəxs nəhayət tutuldu.

ANS TV-nin məlumatına görə, Bakının Suraxanı rayonunda Qaraçuxur məscidini yandıran iki nəfər həbs edilib. Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının keçirdikləri anti-terror əməliyyatı nəticəsində Bakının Binəqədi rayonunun, Biləcəri qəsəbəsində cinayəti törətməkdə şübhəli bilinən Namiq Nəsibov və Elnur Ələkbərov saxlanılarkən onların üzərində silah aşkar edilərək götürülüb.

Namiq Nəsibovun 2014-cü ilin avqust-sentyabr aylarında Suriyanın “PKK” terror təşkilatının nəzarətində olan ərazilərində gedən döyüşlərdə iştirak etdiyi müəyyən olunub. O, Kobani şəhərindən qayıtdıqdan sonra Elnur Ələkbərovla birgə “PKK” terror təşkilatının Azərbaycanda qanadı olaraq qeyri-rəsmi “Yekbun” təşkilatını yaradaraq tərəfdarlar toplamağa başlayıb.

Təqsirləndirilən şəxs Namiq Nəsibov: “PKK” partiyasına və onun liderinə xüsusi simpatiyam var”.

Hər iki şəxs sosial şəbəkələr vasitəsilə bu təşkilatın adından Bakıda aksiyaların keçirilməsinə çağırışlar ediblər. Namiq Nəsibov və Elnur Ələkbərov qrup halında İslam dininin “əhli-sünnə” təriqətinə mənsub və dini baxışlarına görə radikal saydıqları şəxslərə qarşı nifrətlərini nümayişkaranə şəkildə ifadə etmək, onların arasında qorxu və vahimə yaratmaq məqsədilə, terror planı hazırlayıblar. Qaraçuxur məscidi də bu niyyətlə yandırılıb.

Noyabrın 25-də axşam saatlarında Namiq Nəsibov və Elnur Ələkbərov Qaraçuxur qəsəbəsinə gəliblər, müxtəlif yanacaqdoldurma məntəqələrindən 10 litr benzin alaraq şüşə qablara dolduraraq yandırıcı – partlayıcı vasitə hazırlayıblar. Saat 2 radələrində məscidin arxa və ön tərəfdə olan qapılarını sındıraraq orada yanğın törədərək qaçıblar.

Təqsirləndirilən şəxs Elnur Ələkbərov: “Şübhələnməsinlər deyə taksiləri dəyişdik, məqsəd isə diqqət çəkmək idi”.

Cinayətdə terrorçuluq əməlləri olduğundan işin istintaqı MTN-nin Baş İstintaq İdarəsinə həvalə edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən terrorçuluq, ictimai təhlükəsizliyi pozmaq, odlu silah əldə etmə maddələri ilə cinayət işi başlanıb.

…read more

From:: ANS