All posts by Admin

Amansız dəstə ifşa olundu (FOTO)

Bakıda 100-dən çox evdən oğurluqlar etmiş mütəşəkkil cinayətkar dəstəni zərərsizləşdirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, əməliyyat Xətai rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilib.

Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Gürcüstan Respublikasının vətəndaşı 40 yaşlı Paata Mkurnalidze, Bakı şəhər sakinləri, 31 yaşlı Quram Zeynalov və 27 yaşlı Aleksandr Xusainov saxlanılıblar.

Dəstə üzvlərinin ətrafında aparılan istintaq araşdırmaları zamanı məlum olub ki, onlar son bir neçə ayda Xətai, Binəqədi, Nəsimi, Nizami və Yasamal rayonlarında əsasən 9 mərtəbəli bina evlərindən çoxsaylı oğurluqlar ediblər.

Saxlanılan şəxslər ifadələrində bildiriblər ki, qabaqcadan əlbir olaraq binalara daxil olublar. Daha sonra isə mənzillərin qapısını döyüblər. Ev sahibləri evdə olmadıqda Paata Mkurnalidze xüsusi alətlərin köpməyilə qapıları açıb.

Dəstə üzvləri evlərə daxil olaraq içəridən külli miqdarda pul, qızıl zinət əşyaları və digər bahalı malları talayıblar. Evdən çıxdıqda isə Paata Mkurnalidze mümkün qədər qapıların kilidlərini bağlamağa çalışıb.

Oğurluq qızıllar elə həmin gün Gürcüstan Respublikasına aparılıb. Qızılların daha qiymətli hissəsi satılması üçün Rusiaya Federasiyasına göndərilib. Qalanları isə Tiflisdə pula çevrilib.

Paata Mkurnalidze satışdan əldə etdiyi pullardan Quram Zeynalov və Aleksandr Xusainova da pay göndərib.

İstintaqla daha sonra müəyyən edilib ki, dəstə üzvü Quram Zeynalov təkbaşına da oğurluq cinayətləri törədib. O, Paata Mkurnalidzedən öyrəndiyi üsullarla evlərin qapısını açıb və külli miqdarda pul, qızıl oğurlayıb.

Əldə etdiyi qızılların bir hissəsini Bakıda, qalan hissəsini isə Rusiyada satıb.

Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir. Saxlanılan şəxslərin ehtimal olunan digər cinayətləri araşdırılır.

…read more

From:: ANS

      

Türkiyədən Rusiyaya jest

“Türkiyənin əsas tərəfdaşı Rusiyadır. Biz regionda strateji lider olmağı hədəfləyirik.”

ANS PRESS-in məlumatına görə, bunu Türkiyənin Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Ümid Yardım deyib.

O, Tatarıstan prezidenti Rüstəm Minnixanovun sədrliyi ilə keçirilən Rusiya-Türkiyə İş Adamları Dərnəyi üzvlərinin iclasında bildirib ki, Rusiyanın əsas strateji tərəfdaşı olan Türkiyə Yaxın Şərq regionunda lider ölkə kimi öz mövqeyini gücləndirir. Biz bu məsələdə Avropa ölkələri ilə deyil, Rusiya ilə münasibətlərə xüsusi önəm veririk.

Onun sözlərinə görə, Türkiyə regionda strateji lider olmağı hədəfləyir. Rusiya ilə münasibətlər bütün sahələrdə çox fəal olmalıdır. Əks halda, bu, çox çətindir. Siyasi məqsədlərə nail olmaq üçün siyasi liderlərdən çox şey asılıdır.

Ü.Yardım Rusiya ilə Türkiyə arasında tarixi və diplomatik əlaqələrin əsrlər boyu mövcud olduğunu söyləyib: “Bu münasibətlər çox güclüdür və bunu pozmaq, yaralamaq mümkün deyil.” …read more

From:: ANS

      

Bakıda qumbara alverçisi iş başında yaxalandı

Polis Bakıda qumbara alverçisini yaxalayıb.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əməliyyat Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən keçirilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elman Məhərrəmov 4 qumbaranı (2 “F-1” və 2 “RQD-5”) satarkən tutulub. O, qumbaraları 200 manata satmaq istəyirmiş.

Digər əməliyyat isə Gəncə şəhərində silah və sursat tapılıb. Keçirilən əməliyyat nəticəsində şəhərin Ozan küçəsindən 3 ədəd “RQD-5”, 1 ədəd “F-1” əl qumbaraları, 5 qumbara alışdırıcısı və 10 avtomat patronu tapılıb.

Hər iki faktla bağlı araşdırmalar aparılır. …read more

From:: ANS

      

23 dərəcə şaxta olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti dekabr ayının hava proqnozunu açıqlayıb.
Azərbaycanda dekabr ayında hava normadan soyuq olacaq. Havanın orta aylıq temperaturu iqlim normasına yaxın olsa da, bəzi dövrlərdə normadan aşağı enəcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında dekabrda orta aylıq temperatur 4-7 dərəcə isti gözlənilir ki, bu da iqlim normasından bir qədər aşağıdır. Havanın temperaturu gecələr 1-5 dərəcə isti, ayrı-ayrı günlərdə 0-4 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 25-34 mm) olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında dekabrda orta aylıq temperatur 5-8 dərəcə şaxta gözlənilir ki, bu da iqlim normasından aşağıdır. Gecələr 9-14, bəzi günlərdə 18-23, ayın sonunda 25-28 dərəcə şaxta, gündüzlər 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, ayın birinci ongünlüyünün bəzi günlərində 4-6 dərəcə isti, ayın ortalarında və sonunda 6-11 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 20-35 mm) olacağı proqnozlaşdırılır.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xoçalı həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında orta aylıq temperatur 0-5 dərəcə şaxta gözlənilir ki, bu da iqlim normasından aşağıdır. Gecələr 3-8, bəzi günlərdə 15 dərəcəyədək, ayın sonunda 18-23 dərəcə şaxta gözlənilir. Gündüzlər temperatur 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, ayrı-ayrı günlərdə 5-10 dərəcə şaxta təşkil edəcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 27-30 mm) olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperatur 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti gözlənilir ki, bu da iqlim normasından aşağıdır. Gecələr 3-8 dərəcə şaxta, ayın birinci ongünlüyündə 0-5 dərəcə isti, gündüzlər 1-6 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta təşkil edəcək.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 13-32 mm) olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, …read more

From:: ANS

      

Bizə qarşı plan hazırlanır

“Qarakənd istiqamətində Azərbaycan vertolyotunun vurulması hələ də yadımızdan çıxmayıb. Amma erməni helikopterinə görə, beynəlxalq təşkilatlar tərəfindən reaksiya göstərilməsi onların bizə münasibətindən xəbər verir”.

ANS PRESS-in məlumatına görə, bunu millət vəkili Fazil Mustafa deyib. O bildirib ki, Azərbaycanda dini zəmində heç vaxt məscidin yandırılması halı baş verməyib: “Hansısa kəşfiyyatın əli ilə Azərbaycanda hadisələr baş verir. Qaraçuxur məscidində olanlar onu göstərir ki, Azərbaycana qarşı plan hazırlanır. Azərbaycanın mentalitetində məscidin yandırılması kimi bir ənənə yoxdur. Görünür bəziləri Azərbaycanın zəif sahələrindən istifadə etmək niyyətindədirlər”.

Deputat qeyd edib ki, ölkədə qarşıqlıq yaratmağın qarşısını almaq üçün müvafiq addımlar atılmalıdır. Fazil Mustafa təklif edir ki, məscidlərə kamera quraşdırılsın: “Belə qabaqlayıcı addımlar ataraq təxribatların qarşısını almaq olar.

Məscidlərin yaxınlığında polis postları qurmaq lazımdır. Ölkə başçısı da dini icmalara vəsait ayırıb. Biz dini zəmində təxribatlardan qorunmaq üçün lazımi addımlar atmalıyıq”.

Milli Məclisin bu günkü plenar iclasında Avropa siyasi təsisatlarının Azərbaycana qarşı səsləndirdiyi tənqidi bəyanatlar müzakirəyə çıxarılıb. …read more

From:: ANS

      

Bakıda güclü partlayış: qadın ağır yaralandı

Bakıda mənzillərin birində güclü partlayış olub.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə dünən saat 15 radələrində Xəzər rayonunun Şüvəlan qəsəbəsində qeydə alınıb.

Partlayışdan sonra yanğın başlayıb. Hadisə nəticəsində ev sakini 60 yaşlı Mavidə Əliyeva ağır yaralanıb. Onu xəstəxanaya yerləşdiriblər.

Araşdırmalar zamanı məlum olub ki, partlayış evdı qaz sızmasından olub. Evin mətbəxtində qaz sızma olub. Qadın mətbəxtin işığını yandırarkən partlayış olub.

Faktla bağlı araşdırma aparılır. …read more

From:: ANS