All posts by Admin

Türk kişiləri haqqında şok açıqlama (VİDEO)

Türkiyənin tanınmış sənətçisi türk kişiləri haqqında qalmaqal yaradacaq açıqlama verib.

ANS PRESS-in məlumatına görə, “CNN Türk” telekanalında tanınmış televiziya aparıcısı Məsut Yarın qonağı olan Türkiyənin məşhur pop müğənnisi Zərrin Özər qadın-kişi münasibətlərindən danışarkən kişiləri qıcıqlandırıb.

“Heç bir şəkildə kiminləsə münasibətdə olmaq fikrim yoxdur. Mən artıq həyatımda özümlə qane ola bilirəm, sevginin var olduğuna inanmıram. Həmçinin, onu da deyim ki, Türkiyədəki kişilərin yarısı biseksualdır” – deyə Zərrin Özər qalmaqallı açıqlama səsləndirib.

Onun bu fikirləri qardaş ölkədə sosial şəbəkə istifadəçiləri tərəfindən günün ən çox müzakirə edilən mövzularından biri olub.

Pop, arabesk, caz, türk xalq musiqisi tərzlərində öz səsini sınayan müğənninin hazırda 57 yaşı var.

…read more

From:: ANS

      

Bu gün bizi nə gözləyir?

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology” bu günün qoroskopunu təqdim edir.

Qoç – emosionallıq və hisslərə qapılmaq işlərinizə zərər vura bilər. Belə davranışın fəsadları yetərincə arzuolunmazdır. Emosiyalarınıza nəzarət etməsəniz, işlərinizdə çətinliklər yaranacaq, planlaşdırılan görüş baş tutmayacaq, yaxınlarınız narazı qalacaqlar.
Günün ikinci yarısında mənasız və yersiz risk etməyin. Məsuliyyətli olsanız, bir çox problemlərdən qurtula bilərsiniz.
Ailə üzvlərinin fiziki və emosional rahatlığa ehtiyacları var. Onlarla təmaslarda diqqətli olun. Təmaslara müsbət təkan verin. Həddən artıq inadkar olmayın.

Buğa – tərəfdaş, müttəfiq, şərik və ya yaxın ətrafınızdakı insanlarla bağlı yenilikləri öyrənməyə hazır olun. Belə bilik sizə çox pis təsir edə bilər. Amma situasiya ilə bağlı dürüst nəticə çıxarmağa imkan verəcək.
Tələsik, emosional qərarlar verməyin. Kredit götürmək və ya borc almaq üçün yaxşı zaman deyil.
Günün ikinci yarısında şəxsi münasibətlərdə harmoniyaya can atın. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün var gücünüzlə işləyin. Unutmayın ki, uğurlar yalnız sizdən asılıdır.
Problemlərin həllində şəxsən işiirak edin. Sakit ab-hava yaxşı səhhət və əhvalın rəhnidir.

Əkizlər – gün ərzində yaxşı əhvalda olmağa çalışın. Bəzi problemləri unutmağa dəyər. İşdə və evdəki çətinliklərə sinə gərin. Ağır situasiyadan çıxış yolu arayın. Köhnə borcun xatırlanması belə, sizi təbdən çıxarmamalıdır.
Hesabları ödəməyi unutmayın.
Günün ikinci yarısında ailə və məişət qayğılarının çözülməsində yaxınlarınız sizə yardım edəcəklər. Axşam saatlarını sevdiyiniz insanla keçirin.
Normal dincəlin.

Xərçəng – peşəkar fəaliyyət müstəvisində ciddi uğura nail olmaq üçün əla şansınız var. Yeni işə başlamaq və ya çalışdığınız məkanda irəliləyişi reallaşdırmaq olar.
Günün ikinci yarısında rəhbərlkilə görüşmək, işləri planlaşdırmaq olar. Alış-veriş üçün münasib zaman deyil. Aldığınız əşya və ya məhsullardan yararlana bilməyəcəksiniz.
Təvazökar olun. Sevdiyiniz insana qarşı laqeyd olmayın. Yaxınlarınızın istək və niyyətlərini qulaqardına vurmayın.

Şir – illüziyalara qapılmayın. Niyyətinizi vizuallaşdırın və bu minvalla məqsədə doğru daha bir addım atın. Danışıqlar və müzakirələr üçün ideal gündür. Alış-verişə yollana bilərsiniz. Lakin bədxərclik etməyin. Məsrəfləriniz büdcənizin çərçivələrindən kənara çıxmamalıdır.
Günün ikinci yarısında rəğbət bəslədiyiniz insanla bir araya gələcəksiniz. Hisslərinizi etiraf edə bilərsiniz.
Axşam saatlarında …read more

From:: ANS

      

Bakı metrosunda həyəcanlı anlar (VİDEO)

Bu gün səhər saatlarında Bakı Metropoliteninin “Elmlər Akademiyası” stansiyasının bir sıra hissələrində qaz iyinə bənzəyən qoxu hiss olunub.

ANS TV-nin məlumatına görə, bu vəziyyət sərnişinlər arasında narahatlığa səbəb olub. Stansiyanını işçiləri bunun qaz iyi deyil, başqa qoxu olduğunu iddia ediblər. Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev isə bunu aparılan təmir işlərilə əlaqələndirib.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin sözlərinə görə, hazırda “Elmlər Akademiyası” stansiyasının ikinci çıxışın inşa edilir:

“Məhz “Elmlər Akademiyası”nın platformasından, stansiyasının ikinci çıxışa qədər 90 metr uzunluğunda böyük bir tunel var. Tuneli o biri tərəfində, yəni stansiyasının ikinci çıxış hissəsində hazırda avadanlıqların quraşdırılması prosesi gedir. Ola bilsin ki, orda istifadə olunan avadanlıqlardan tunel vasitəsilə hansısa bir qoxu gəlmış ola bilər. Amma narahatlığa heç bir əsas yoxdur”.

Nəsimi Paşayev bildirdi ki, ümumiyyətlə metroda qaz qoxusunun gəlməsi qeyri-mümkündür. Əgər belə bir şey olsa dərhal yerin altında araşdırmalar aparılar. Onu da qeyd edək ki, “Elmlər Akademiyası” stansiyasının ikinci çıxışının gələn ilin birinci yarısında istifadəyə verilməsi nəzərdə tutulub.

…read more

From:: ANS

      

İŞİD tanınmış alimi hədələdi

İŞİD terror qruplaşması Türkiyənin tanınmış din alimi, oxuduğu moizələrdə İŞİD-ə qarşı fikirlər səsləndirən “Cübbəli Əhməd” ləqəbli Əhməd Mahmud Ünlünü hədələyib. ANS PRESS-in məlumatına görə, sosial şəbəkədə “Ebu Enes” nikli qruplaşma üzvü Cübbəli Əhmədi tövbə etməyə çağırıb.

“Ey sapıq insan, səni tövbə etməyə dəvət edirik. Doğru yola gəl. Belə getsə müşrik kimi öləcəksən”.

Xatırladaq ki, Cübbəli Əhməd bir çox moizələrində İŞİD qruplaşmasına üzv olanların müsəlman olmadıqlarını, cəhənəmlik olduqlarını səsləndirmişdi.

“Onlar və əməlləri barədə cihad, mücahid, şəhid deyə fikirləşməyin, yoxsa məhv olarsınız. O yolda ölsəniz məhv olarsınız. Bunlar xaricilərin davamıdır. Bunlar Həzrəti Əlini (əs) “Allah rizası üçün” öldürən xaricilərin davamçılarıdır. Bunlar təkfirçidir. Ən böyük xüsusiyyətləri, insanlarqa o dəqiqə “kafir” damğasını yapışdırmaqdır. Bunlar çox böyük namussuz və şərəfsizdirlər. Onlarda namus yoxdur. Millətin arvad-uşağını kəniz kimi görürlər. Biz mücahidik deyərək hər şey edirlər”. …read more

From:: ANS

      

Rusiya miqrantlara yaşıl işıq yandırdı (VİDEO)

Rusiyada bir tərəfdən qanunsuz miqrantlara qarşı cəzaları artırır, digər tərəfdən isə hökumət qəbul etdiyi qərarla gələn ildən etibarən ölkəyə daha çox miqrantın gəlməsinə yaşıl işıq yandırıb. Yeni qanunla patent alan miqrantlar Rusiyada sərbəst işləyə biləcəklər.

ANS TV-nin Moskva bürosunun məlumatına görə, Rusiya prezidenti Vladimir Putin xarici vətəndaşların ölkədə fəaliyyətinə dair federal qanunda yeni dəyişiklikləri nəzərdə tutan qanunu imzalayıb. Rusiyanın viza tətbiq etmədiyi ölkələrdən işçi qəbulunu məhdudlaşdıran kvotanı ləğv edən yeni qanuna görə, bir yanvar tarixindən etibarən bütün MDB vətəndaşları patent aldıqdan sonra bu ölkədə işləyə biləcəklər. Başlıca məqsədi ölkəyə daha çox miqrantın cəlb edilməsi və eləcə də Moskvada aylıq qiyməti 100 ABŞ dolları olan patent satışlarıyla ölkə büdcəsinə gəlir gətirmək olan bu qanunla həm də icazəsiz miqrantların da azaldılması nəzərdə tutulur.

Federal Miqrasiya Xidmətinin şöbə müdiri Sergey Temryakov dəyişiklikləri belə şərh etdi: “Bu qanun həm miqrantların, həm də onları işə qəbul edən iş adamlarının xeyrinədir. Belə ki, indiyədək xaricdən işçi alma hüququna təkcə şirkətlər sahibdi. Bu qanunla isə hər bir iş adamı vizasız ölkələrdən istədiyi qədər işçi gətirə biləcək. Bunun üçün sadəcə patent almaları kifayət edəcək”.

Federal Miqrasiya Xidmətinin rəsmisi Dmitriy Demidenko deyir ki, bu ganun heç də burda icazəsiz yaşayan miqrantlara kömək etməyəcək: “Yeni qanundan sadəcə Rusiyada qanuni yaşayan və burda cəzası olmayan miqrantlar istifadə edəcəklər. Ona görə mənim miqrantlara tövsiyəm budur ki, əgər qanunlarımızı pozmusunuzsa, ölkəni əvvəlcə tərk edin. Hər şeyə təmiz səhifədən başlamaq lazımdır”.

Rəsmi rəqəmlərə görə, bu gün Rusiyada üç milyon, qeyri-rəsmi rəqəmlərə görə isə 16 milyon icazəsiz miqrant işləyir.

…read more

From:: ANS

      

Hüsniyyə Mürvətova düşdüyü qəzadan danışdı (FOTO)

“Bundan daha da pis ola bilərdi. Mən cəld tərpənib maşını qaçırtdım. Mənim avtomobilimi vuran qız sürücü sonra daha bir maşını vurdu”.

Bunu ANS PRESS-ə Bakı Bələdiyyə Teatrının aktirsası, əməkdar artist Hüsniyyə Mürvətova düşdüyü qəza ilə bağlı açıqlamasında bildirb.

Onun sözlərinə görə, hazırda özünü yaxşı hiss edir: “Həmin qız sürücünün sığortası var. Qız uşağını xəstəxanadan gətirirdi. Ola bilsin həmin an fikirli idi. Hadisə zamanı şok keçirtdim. Heç kimi qınamıram. Kimsə belə hadisənin olmasını istəməz”

Hazırda avtomobilsiz qaldığını xatırladan aktrisa müvafiq qurumlardan və sığorta şirkətindən maşınının təmir olunmasını tezləşdirməyi də xahiş etdi: “Sumqayıtdan Bakıya işə gedib-gəlirəm. Maşınsız mənə şox çətin olacaq…”

Qeyd edək ki, dünən Hüsniyyə Mürvətova qəzaya düşüb. Aktrisanın idarə etdiyi avtomobil “Gənclik”dən Tibb Universitetinə gedən istiqamətdə, daha dəqiq Mirəli Qaşqay küçəsində vurulub.

…read more

From:: ANS

      

ABŞ qarışdı (VİDEO)

ABŞ-da qaradərili gənci qətlə yetirən polis əməkdaşının həbs olunmaması barədə məhkəmə qərarı ilə Ferquson şəhərindən başlayan etirazlar səngimək bilmir. İğtişaşlar artıq bütün ölkəyə yayılıb. İğtişaşlar paytaxt Vaşinqtona qədər gəlib çatıb.

ANS TV-nin Vaşinqtona bürosunun məlumatına görə, Maykl Braunla bağlı Birləşmiş Ştatlatda başlayan etiraz aksiyası 2-ci gündə daha da genişlənb. Etirazlar demək olar ki, ölkənin Ferqusondan başqa, Nyu-York, Çikaqo, Los-Angles, Atlanta, Boston da daxil olmaqla 170 şəhərində yayılıb. Qərardan qəzəblənən kütlə bu şəhərlərdə yolları bağlayıb, körpülərə, tunellərə girişə icazə verməyib.

Aksiya iştirakçıları gecə saatlarında küçə boyu yürüş edərək, müxtəlif şüarlar səsləndiriblər. Etirazçılar sinələrində “qaradərili mövzusu hələ də gündəmdədir” yazısını yazıblar. “Onlar bizə heç bir ədalət vermədilər, biz də onlara sülh verməyəcəyik”, “irqçılık hələ də bitməyib” kimi süarlar səsləndiriblər.

18 yaşlı qaradərili yeniyetmənin agdərili polis tərəfindən öldürüləməsinin ədalətsiz olduğunu bildirən kütlə son hadisənin Birləşmiş Ştatlarda irqi ayrıseçkiliyi daha da qızışdırdığınl deyiblər.

Etirazçılar arasnda saxlanılanlar da olub.

Ən geniş aksiyalardan biri Nyu-Yorkda baş tutub. Polis etirazçılara müdaxil etməsə də, onların yürüşünü müşaiyət edib. Etirazçılar mərkəzi Times Squaredə toplaşıblar. Qərardan narazı insanlar Times Squarenin əsas küçələrini bağlayıblar. Polis isə qəzəbli kütləyə müdaxilə etməyib.

Bostonda toplaşan 1000-ə yaxın etirazçının yürüşünə isə polis mane olmağa çalışıb. Vəziyyətin gərginləşdiyni görən Missuri qubernatoru Jey Nikson Ferqusona ilkin olaraq göndərdiyi 700 nəfərlik Milli Qvardiyanın sayının 2200-ə qədər artırıb və ümid edir ki, onlar şəhərdə sabitliyi təmin etməyə kömək edəcəklər. Braunun ailə üzvləri isə Ferquson sakinlərini sakitliyə çağırıb.

Birləşmiş Ştatlar prezidenti Barak Obama da bir daha etirazçılara səslənib və binaların, maşınların və digər obyektlərin yandırılmasına görə aksiya iştirakçılarına iradını bildirib. Ağ Ev rəhbəri bu qərara görə çoxlarının təəssüfləndiyini anlayışla qarşıladığını, amma dağıntılar törənlərə heç bir rəğbət göstərmədiyini də vurğulayıb.

…read more

From:: ANS

      

Bakıda fantastik şou (FOTO)

“Bakı-2015” ilk Avropa Oyunlarının başlamasına 200 gün qalması münasibətilə noyabrın 26-da paytaxtda möhtəşəm şou təşkil edilib. ANS PRESS-in məlumatına görə, axşam saatlarında İçərişəhərdə keçirilən tədbirdə lazer effektləri ilə Qız qalasının üzərində “Bakı-2015”in loqosu, rəsmi rəmzləri – ceyran və nar, eləcə də Oyunlarla bağlı videoçarx nümayiş olunub. Videoçarxda ilk Avropa Oyunlarının proqramına daxil olan idman növləri ilə bağlı görüntülər yer alıb.

“Bakı-2015” Əməliyyat Komitəsinin kommersiya şöbəsinin direktoru Çarli Viceratna jurnalistlərə açıqlamasında bildirib: “İlk Avropa Oyunlarının başlanmasına 200 gün qalması münasibətilə bu möhtəşəm idman tədbirinin rəmzlərini təqdim edirik. Oyunların açılış mərasiminin başlamasına qalan günlərin geri sayımı davam etdikcə belə tədbirlər də müntəzəm keçiriləcək”.

Ç.Viceratna diqqətə çatdırıb ki, biz bugünkü tədbirlə 2015-ci ildə keçiriləcək Avropa Oyunlarını və gözəl memarlıq abidələri ilə zəngin olan Bakını Qız qalasının timsalında bütün dünyaya nümayiş etdirmək istəyirik. O, gələn il keçiriləcək “Bakı-2015” ilk Avropa Oyunlarına hazırlıq işlərinin sürətlə aparıldığını bildirib.

İlk Avropa Oyunlarının rəsmi rəmzlərinin – ceyran və narın hazırlanmasında “Bakı-2015”in, həmçinin xaricdən cəlb olunmuş dizaynerlərin iştirak etdiklərini vurğulayan Ç.Viceratna bu rəmzlərin böyük maraqla qarşılandığını vurğulayıb.

Möhtəşəm şou paytaxt sakinlərinin və qonaqların marağına səbəb olub.

…read more

From:: ANS