All posts by Admin

Bu gün magistraturaya qəbul imtahanıdır

TQDK Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının magistraturasına qəbul imtahanının I mərhələsini keçirir

ANS PRESS-in məlumatına görə, bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Silahlı Qüvvələrin Hərbi Akademiyasının magistraturasına qəbul imtahanının I mərhələsini keçirəcək

İmtahan Bakı şəhərində 1 binada 11:00-da başlanacaq və 2 saat 30 dəqiqə ərzində aparılacaq.

İmtahanda iştirak etmək üçün 100 nəfər namizəd qeydiyyatdan keçib.

İmtahanda namizədlərin test üsulu ilə məntiqi təfəkkürü, informatika və xarici dil bilmə səviyyəsi yoxlanılacaq.

Namizədlərə məntiqi təfəkkürün yoxlanılması üzrə 50, informatika üzrə 25 və xarici dil üzrə 25 test tapşırığı təqdim olunur. Hər bir fənn üzrə 5 sual açıq tipli test tapşırıqlarıdır. …read more

From:: ANS

      

Mədəndən daha bir işçi çıxarıldı (VİDEO)

Ərmənəkdə qəza baş verən mədəndə daha bir cəsəd tapılıb.

ANS PRESS-in məlumatına görə, Türkiyənin Karaman vilayətinin Ərmənək rayonunda 18 nəfər işçinin itkin düşməsi ilə nəticələnən kömür mədənində daha bir işçinin meyiti tapılıb.

Həftələrdir aparılan axtarış-xilasetmə tədbirləri nəticəsində bu gecə şəxsiyyəti hələ ki, məlum olmayan bir işçi çıxarılıb. Onun kimliyi aparılan DNT testindən sonra müəyyən ediləcək.

Qeyd edək ki, mədəndə uzun müddət davam edən axtarışlar nəticəsində 13 işçinin meyitini aşkar etmək mümkün olub. Qalan 5 mədənçi barədə hələlik məlumat əldə etmək mümkün deyil və axtarışları davam etdirilir. İşçilərin yerin 300 metr dərinliyində qaldığı ehtimal edilir.

1 İşçinin Daha Cansız Bedenine Ulaşıldı haberler …read more

From:: ANS

      

“Nazir narkomandır”

İngilis maliyyə naziri qeyri-adi davranışları ilə hamıda şübhə doğurub.

ANS PRESS-in məlumatına görə, Böyük Britaniyanın Parlamentində iştirak edən maliyyə naziri (Chancellor of the Exchequer) Corc Osborn etdiyi hərəkətlərlə diqqət çəkib.

Hər çərşənbə baş nazir Devid Kameronun parlamentin ağaşı palatası deputatları ilə keçirdiyi “Baş nazirin sual vaxtı” (Prime Minister’s Question Time, PMQ) adlı proqramda hakim partiyanın tənqidi nəzərdə tutulur. Noyabrın 26-da baş tutan son proqramda isə daha çox diqqət maliyyə nazirinə yönəlib. O, veriliş boyu ağzı açıq, gözləri şiş vəziyyətdə olub.

“Twitter” mikrobloq istifadəçiləri, hətta onun danışılanlara qulaq asmadığını, verilişdən əvvəl narkotik maddə qəbul etdiyini yazıblar.

Qeyd edək ki, “Sual vaxtı” siyasətçilərin və digər şəxslərin dəvət olunduğu və ictimaiyyətin suallara cavab verdiyi proqramdır.

…read more

From:: ANS

      

“Qara qartallar” yenidən zirvədə (VİDEO)

Türkiyə superliqasında 11-ci tura yekun vurulub.

ANS PRESS-in məlumatına görə, turun son oyun günündə daha iki qarşılaşma baş tutub.

“Beşiktaş” səfərdə “Karabükspor” üzərində qələbə əldə edib. Slaven Biliçin yetirmələri rəqibini 1:2 hesabı ilə məğlub edərək, liderliyi “Qalatasaray”ın əlindən alıb.

“Trabzonspor” isə evində “Gənclərbirliyi”nə qalib gəlib – 4:1.

1 dekabr / Türkiyə superliqası, 11-ci tur:

“Karabükspor” – “Beşiktaş” – 1:2
Qollar: Demba Ba, 53, 55 (0:2), M.Çağıran, 83 (1:2)

“Trabzonspor” – “Gənclərbirliyi” – 4:1
Qollar: Kardozo, 8 (1:0), Özer, 31 (2:0), Kardozo, 40, 66 (4:0), Çelik, 73 (4:1)
…read more

From:: ANS

      

Bakıda kitab alan biletə, bilet alan kitaba sahib olacaq

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında (ADGTT) “Tamaşaya bax, kitab qazan” adlı aksiya keçirilir. Teatrın və Hədəf Nəşrlərinin birgə layihəsi olan aksiyada hər tamaşaçı kitab hədiyyəsi qazanacaq.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, gələn il yanvarın 15-dək davam edəcək aksiyada ADGTT və Hədəf Nəşrləri öz məhsullarına (bilet və kitab) 30-50 faiz endirim edəcəklər. Beləliklə, tamaşaçı kitab qiymətinə eyni vaxtda tamaşa və yaxud tamaşa qiymətinə həm də kitab qazanacaq.

Aksiyadan yararlanmaq üçün kitabevim.az mağazasından hədiyyə kuponu və kitab almaq zəruridir. Qiyməti 6 manat olan paketə 1 kitab və teatrın axşam tamaşasına bilet əldə etmək üçün kupon daxildir. Hədəf Nəşrlərinin möhürü ilə təsdiqlənmiş kuponu teatrın afişasındakı tamaşanın başlanmasına 1 saat qalanadək inzibatçıya təqdim etməklə ödənişsiz tamaşa bileti alınır.

Aksiya ilə bağlı ətraflı məlumatı ADGTT-nin (+994 12) 493 65 78, eləcə də kitabevim.az kitab mağazasının əlaqə nömrələrindən (+994 12) 498 79 89; (+994 55) 877 24 44 öyrənmək olar. …read more

From:: ANS

      

Çenin qızı Ebola ilə savaşır

Kubanın milli qəhrəmanı Ernesto Çe Qevaranın qızı dünyanın ən böyük bəlalarından birinə çevrilən Ebola virusundan danışıb.

ANS PRESS-in məlumaıtna görə, Fidel Kastro ilə birlikdə Kuba və beynəlxalq inqilab hərəkatının rəhbərlərindən olan inqilabçı Çe Qevaranın həkim qızı Aleyda Qevara xüsusilə Afrika əhalisi üçün dəhşətə çevrilən Ebola virusundan söz açıb.

O, Ebola virusunun heç də yoxsulluqla əlaqəli olmadığını vurğulayıb. Onun fikrincə, bu, təbiəti, ətraf mühiti məhv etməkdən, planetimizə vurduğumuz zərərlərdən irəli gəlir.

Ebola virusunun dəqiq mənbəyi məlum deyil. Lakin əksər elm adamlarının gəldiyin qənaətə görə, meyvə ilə qidalanan bir yarasa növünün virus daşıyıcısı olduğu bildirilir.

Doktor Aleyda Qevara kubalı həkimlərin sadəcə xəstələri yaxşılaşdırmağa çalışmadıqlarını, eyni zamanda virusun yenidən təkrarlanmaması üçün tədbirlər gördüklərinin deyib.

Qeyd edək ki, Ebola virusu ilk olaraq 1976-cı ildə Konqo Demokratik Respublikasında üzə çıxıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesablamalarına əsasən, bu günədək virusdan ölənlərin sayı 7 mindir. …read more

From:: ANS

      

Azərbaycanın ən gözəl oğlanı və qızı İstanbulda (FOTO)

Noyabrın 30-dan İstanbulda start verilən “Best Model of the World 2014” beynəlxalq model müsabiqəsində iştirak etmək üçün təmsilçilərimiz artıq İstanbuldadırlar.

ANS PRESS-in məlumatına görə, “Best Model of the World 2014”-də bu il ölkməzi təmsil edən 17 yaşlı modellerimiz Heydər İsgəndərov və Sima Şərafətdinova müsabiqənin finalına sayılı günlər qalmasına baxmayaraq, yüksək templə çalışırlar. Bu barədə yarışmanın milli direktoru, tanınmış təşkilatçı Aqil Məmiyev bildirib.

Təmsilçilərimizin müsabiqəyə ciddi şəkildə hazırlaşdığını vurğulayan A.Məmiyev, onu da əlavə edib ki, müsabiqənin prezidenti Erkan Özərman finalçılarımızı bəyəndiyini söyləyib.

Qeyd edək ki, promo-aksiyalar və kamp vaxtı finala kimi 10 gün ərzində davam edəcək.

…read more

From:: ANS

      

Gülən iddia etdi: “Üzr istəyəcəklər”

Türkiyədəki “Hizmet” hərəkatının ABŞ-ın Pensilvaniya ştatında yaşayan lideri Fəthullah Gülənin yeni videosu yayılıb. ANS PRESS-in məlumatına görə, bir müddətdir Türkiyə hökuməti ilə soyuq müharibə şəraitində olan hərəkatın lideri iddialı danışaraq, bu proseslər başa çatdıqdan sonra qarşı tərəfin üzr istəyəcəyini deyib.

F. Gülenə aid “herkul.org” saytında yayılmış “Dünəndən bu günə fitnələr və dəyər bilməz kimsələr” adlı video-söhbətdə qarşı tərəf şeytanla müqayisə olunur.

“Bütün bu olanlara dilsiz şeytan hissi ilə səssizcə tamaşa edirlər. Dinləyirlər deyil. Dinləsələr reaksiya verərdilər. İynə ucu ilə birinə toxunanda reaksiya verir. Fəqət elə ölüm səssizliyi var ki, reaksiya yoxdur”.

Gülən çıxışına mərhum istiqlal şairi Mehmet Akifin şeiri ilə davam edib:

His yox, hərəkət yox, acı yox… leşmi kəsildin?
Heyrət verirsən mənə, sən belə deyildin.
Qurtulmağa əzmin niyə bilməm ki, davamsız?
Özün mü sənin, yoxsa ümidinmi ürəksiz?

Gülən söhbətinin davamında bəzilərinin peşmançılıqla üzr istəyəcəyini iddia edib:

“Fırtınalar aczıq bitdiyi zaman, azcıq bahar yelləri əsməyə başladığı zaman, hətta gecədirsə yalançı sübh şəfəqi görünəcəyi zaman (bəziləri indidən başlamış) peşmançılıq və üzr mərhələsi başlayacaq Allahın izni və köməyi ilə. O zaman nümunəvi hərəkatın, nümunəvi camaatın mövqeyi təqdir ediləcək. Belə rəftarın gözəlliyi və söymənin millətimizə heç bir şey qazandırmayacağı aydın olacaq”. …read more

From:: ANS

      

İŞİD-ə silsilə zərbə

Amerika Birləşmiş Ştatları (ABŞ) və koalisiya qoşunları İŞİD terror qruplaşmasına qarşı hücumlarını davam etdirir.

ANS PRESS-in məlumatına görə, ABŞ-ın başçılığı ilə koalisiya qüvvələri son 4 gündə Suriya və İraqda İŞİD terror qruplaşması mövqelərinə 55 hava hücumu həyata keçirib.

ABŞ Hərbi Qüvvələri Mərkəzi komandanlığının açıqlamasında hava hücumlarından 27-nin Suriyada, 28-nin isə İraqda baş veridyi bildirilir.

Suriyada Kobani ətrafında reallaşdırılan hücum zamanı İŞİD-ə aid iki bina, üç tank, bir silahlı personal daşıyan avtomobil, üç zirehli texnika və bir sıra hədəflər məhv edilib.

İraqdakı hücumlarda da terrorçulara böyük zərbə vurulduğu, lazımi texnikalarının sıradan çıxarıldığı bildirilir. …read more

From:: ANS