All posts by Admin

Yeni doğulan körpə görənləri şoka saldı

Yeni doğulan 6.2 kiloqramlıq körpə hamını təəccübləndirib.

ANS PRESS-in məlumatına görə, ABŞ-ın Kolorado əyalətinə bağlı San Luis Valley xəstəxanasında 6.2 kiloqram ağırlığında dünyaya gələn körpə hər kəsi çaş-baş qoyub. Nəhəng körpənin boyu 55.8 santimerdir.

“USA Today” qəzeti həkimlərin doğum əvvəli körpənin çəkisinin kilosunu təxminən 3.1 kiloqram olaraq hesabladığını yazıb. Nəfəs alma çətinliyi çəkən Mia Yasmin Qarsia adlı qız uşağının müalicəsi başqa xəstəxanada aparılacaq.

Doğuş zamanı tibb bacısının körpənin dünyaya gəlişi əsnasında hay-küy qaldıraraq yoldaşlarından kömək istədiyi bildirilir.

Daha əvvəlki doğuşlardan dörd qız uşağı sahibi olan Mianın atası Françisko Qarsia oğlan uşağı istədiklərini, lakin Allahın onlara beşinci qız uşağının verdiklərini söylədi. Ata Qarsia xəstəxana səlahiyyətlilərini də günahlandırıb: “Bizə normal bir doğuş olacaqlarını, uşağın çəkisinin nə qədər olacağını da söylədilər. Yüzdə-yüz yanılma olar?. Hər şeyə baxmayaraq bu qız uşağımız ilə də qürur duyuruq”. …read more

From:: ANS

      

Həmas lideri İsrailə xəbərdarlıq etdi

Həmas lideri Xalid Məşhəl Qüdsdə artan zorakılıq səviyyəsi ilə bağlı açıqlama verib.

ANS PRESS-in məlumatına görə, Qətərdə mühacir həyatı yaşayan Məşhəl Britaniyanın “Sky” kanalına verdiyi müsahibədə bildirib ki, Qüdsdə hücumların artması fələstinlilərin Yaxın Şərq münaqişəsinin ədalətli həlli ilə bağlı ümüdsizliyə qapılmasından irəli gəlir.

Həmas liderinin sözlərinə görə, yəhudilərə qarşı törədilən qanlı hücumlarda məhz İsrail baş naziri Benyamin Netanyahu günahkardır. Belə ki, o “Əl-Əqsa” məscidinin ərazisinə ultramühafizəkar yəhudiləri buraxmaqla faktiki olaraq “odla oynamış olub”. Məşhəl bu cür siyasətin regionda xaosa yol açacağını xəbərdar edib. …read more

From:: ANS

      

Obama 4-cü namizədi irəli sürdü

ABŞ Prezidenti Barak Obama Eşton Karteri ölkənin müdafiə naziri vəzifəsinə irəli sürüb.

ANS PRESS-in məlumatına görə, Karter istefaya gedən Çak Heygeli əvəz etməlidir.

60 yaşlı E.Karter 2011-2013-cü illərdə Pentaqon rəhbərinin birinci müavini olub, son vaxtlar isə araşdırma təşkilatı olan “Amerika tərəqqisi naminə” Mərkəzdə çalışıb. O, 2009-2011-ci illərdə müdafiə nazirinin müavini olub və silah alışına görə cavabdehlik daşıyıb.

Əgər Senat onun namizədliyini təsdiq etsə, E.Karter B.Obama administrasiyasının hakimiyyətə gəlməsindən bəri Pentaqonun dördüncü rəhbəri olacaq. …read more

From:: ANS

      

Dünyanın möcüzəvi körpüləri (FOTO)

Çayların və dərələrin keçilməsi üçün insanlar min il əvvəl inanılmaz üsullara əl atıblar.

Orta əsr daş körpüləri öz ovsunlayan gözəlliyi ilə hamını təəccübləndirir. Təəccüblənirsən ki, insanlar o vaxt müasir vasitələrə malik olmadan necə məharətlə onları tikə biliblər. İndiyə qədər bu körpülər istənilən hava şəraitində təhlükəsiz və sabit qalıb. Bəzən bu körpulər öz valehedici görünüşü ilə bizi nağılların mistik dünyasına apara bilərlər.

ANS PRESS sizə onlardan bəzilərinin fotosunu təqdim edir.

…read more

From:: ANS

      

Prezident 1,7 milyon manat ayırdı

Azərbaycan Prezidenti İlham Əliyev Qazax rayonunun Qazax-Quşçu Ayrım avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

ANS PRESS-in məlumatına görə, sərəncamda qeyd olunur ki, iyirmi altı min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Qazax-Quşçu Ayrım avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 1,7 milyon manatı Qazax Rayon İcra Hakimiyyətinə ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. …read more

From:: ANS

      

Xədicə İsmayıl həbs olundu (YENİLƏNİB)

Jurnalist Xədicə İsmayılova həbs olunub.

ANS PRESS-in məlumatına görə, bu barədə bu gün Səbail Rayon Məhkəməsində qərar çıxarılıb. Məhkəmə prokurorluğun təqdimatı əsasında X. İsmayılovanın barəsində 2 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsinə dair qərar çıxarıb.

X.İsmayılova Cinayət Məcəlləsinin 125-ci (öldürmə həddinə çatdırma) maddəsi ilə təqsirləndirilir.

…19:09…

“Azadlıq” radiosu Baş Prokurorluğun jurnalist Xədicə İsmayılın həbs olunması üçün məhkəməyə təqdimat verdiyi haqda məlumat yayıb. Məlumatda deyilir ki, təqdimata Səbail Rayon Məhkəməsində baxılacaq.

ANS TV-nin məlumatına görə, artıq Xədicə İsmayıl məhkəməyə aparılıb. Vəkil Elton Quliyev məhkəmənin jurnalistlə bağlı həbs qərarı çıxaracağını ehtimal edir. Bu il fevralın 17-də Xədicə İsmayıl “Facebook” şəbəkəsində Milli Təhlükəsizlik Nazirliyinin xidməti fəaliyyətinə aid olduğu ehtimal edilən material yayıb. Materialda MTN-nin müxalifət partiyalarına casus yerləşdirməsindən bəhs olunur.

Jurnalist materialı ona hazırda Fransada yaşayan sabiq MTN zabiti Ramin Nağıyevin 2011-ci ildə ötürdüyünü deyir. Sözügedən materialla əlaqədar Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 284.2-ci (dövlət sirrini yayma) maddəsilə cinayət işi başlanıb. Bundan öncə Bayraqdar kimi tanınan Elman Türkoğlu da Xədicə İsmayılın Cinayət Məcəlləsinin (böhtan) maddəsilə məsuliyyətə cəlb olunmasını istəmişdi. …read more

From:: ANS