All posts by Admin

Meydana girib futbolçuyla “selfie” çəkdirdi (VİDEO, FOTO)

Avro Liqanın qrup mərhələsi çərçivəsində keçirilən “Totenhem”- Partizan” matçında maraqlı hadisə yaşanıb.

ANS PRESS-in məlumatına görə, matçın 41-ci dəqiqəsində 3 azarkeş meydançaya daxil olaraq futbolçularla “selfie” çəkdirib. Matçın baş hakimi oyunu yarımçıq saxlayaraq futbolçularla birlikdə paltardəyişmə otağına tərəf yollanıb və qapıların bağlanılmasını da tələb edib. Azarkeşlər meydançadan uzaqlaşdırıldıqdan sonra hakim futbolçuları meydançaya dəvət edib.

…read more

From:: ANS

      

Azərbaycan-Türkiyə arasında forum keçiriləcək

Bu ilin 2-5 dekabr tarixlərində təşkil olunacaq “Bakutel” XX Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi-Konfransı çərçivəsində, 03.12.2014-cü il tarixində Bakı Biznes Mərkəzində Azərbaycan-Türkiyə Yüksək Texnologiyalar Forumu keçiriləcək.

ANS PRESS-in RYTN-ə istinadla verdiyi məlumata görə, forumda Azərbaycan və Türkiyənin aparıcı İKT şirkətləri arasında əməkdaşlıq, hər iki ölkədə və 3-cü ölkələrdə birgə investisiya imkanları müzakirə olunacaq, ikitərəfli görüşlər keçiriləcək.

Forum Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və İstanbul Ticarət Palatasının birgə təşkilatçılığı ilə keçirilir.

Tədbirin rəsmi hissəsində rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov, Türkiyə Respublikasının informasiya və kommunikasiya texnologiyaları qurumunun sədri Tayfun Acarer, İstanbul Ticarət Palatasının sədri, İbrahim Çağlar və Türkiyənin ölkəmizdəki səfiri Alper Coşkunun çıxış etməsi nəzərdə tutulur.

Forumun ikinci hissəsi B2B formatında davam edəcək, hər iki ölkənin aparıcı İKT şirkətləri arasında ikitərəfli görüşlər keçiriləcək. …read more

From:: ANS

      

Gəncədə intihara cəhd

Gəncədə intihara cəhd olub.

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın verilən məlumata görə, şəhər sakini, 1960-cı il təvəllüdlü Xəqani Qasımov sirkə cövhərindən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Reanimasiya şöbəsinə yerləşdirilən X. Qasımovu xilas etmək mümkün olub.

Araşdırma zamanı X. Qasımov bildirib ki, maddi cəhətdən çətinlik çəkdiyinə görə özünü öldürmək istəyib. …read more

From:: ANS

      

OPEK-in qərarını şərh etdi

Rusiya prezidenti Vladimir Putin OPEK-in neft hasilatı barədə qərarını şərh edib.

ANS PRESS-in məlumatına görə, Putin bu haqda Soçidəki iqamətgahında qəbul etdiyi “Total” şirkətinin yeni prezidenti ı Patrik Puyanne ilə görüşündə danışıb:

“Bu bizi bütovlükdə qane edir. OPEK ölkələri qrupunun görüşündə iştirak etdik. Əvvəldən bizə məlum oldu ki, OPEK-in “qara qızıl”ın hasilatını azaltmaması ilə bağlı qərarından sonra qiymətlər düşəcək. Biz hər hansı başqa qərarın qəbul olunmasında təkid etmirdik. Ancaq neftin indiki qiymət dəyişkənliyi dövrü uzun müddət davam etməyəcək, 2015-ci ilin birinci rübundə və ya ilin ortasında neftin qiymətində sabitləşmə müşahidə olunacaq”.

Soçidə keçirilən görüşdə “Total” şirkətinin həmçinin iki meneceri, Rusiya energetika naziri Aleksandr Novak, “Rosneft”in rəhbəri İqor Seçin, “Lukoyl”un prezidenti Vahid Ələkbərov və “NOVATEKa”nın baş direktoru Leonid Mixelson iştirak edib.

Xatırladaq ki, Neft İxrac Edən Ölkələr Birliyinə daxil olan ölkələrin noyabrın 27-də keçirilən iclasında neft hasilatının sutkada 30 milyon barel həcmində saxlanılması barədə qərar qəbul edilib. …read more

From:: ANS

      

Kamal Abdullaya vəzifə verildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 19 noyabr tarixli Sərəncamı ilə təyin edilmiş Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurası üzvlərinin ilk iclası keçirilib.

ANS PRESS-in AzərTAc-a istinadən verdiyi məlumata görə, Şuranın əksər üzvlərinin iştirak etdiyi iclasda Himayəçilik Şurası sədrinin seçilməsi və perspektiv işlərlə bağlı müzakirələr aparılıb.

Şura üzvləri çıxışlarında Prezident İlham Əliyevə onlara göstərdiyi böyük etimada görə minnətdarlıqlarını ifadə edib və Şuranın sədrliyinə namizəd irəli sürüblər.

İclas iştirakçılarının yekdil qərarı ilə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev Himayəçilik Şurasının sədri seçilib. …read more

From:: ANS

      

Mübariz Qurbanlı ANS-ə danışdı (VİDEO)

Prezident İlham Əliyev sərəncamına əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 2,5 milyon manat vəsait ayrılıb.

Vəsaitin hansı istiqamətlərə xərclənməsilə bağlı komitənin sədri Mübariz Qurbanlı ANS-ə eksklüziv açıqlama verib.

Komitə sədri Mübariz Qurbanlının sözlərinə görə, dini icmalara müəyyən maliyyə vəsaiti göstərməklə, milli-mənəvi dəyərlərimizin gücləndirilməsilə bağlı fəaliyyətə təkan veriləcək: “Və bu vəsait də həmin dini icmalara layihələr formasında veriləcək. Ölkəmizdə 600-ə qədər dini icma var. Və bu layihələr şəklində onlar həmin vəsaitdən istifadə edərək dini maarifləndirmə işinə öz töhfələrini vermiş olacaqlar”.

…read more

From:: ANS