All posts by Admin

Şeyx iranlı nümayəndə heyətini qəbul etdi

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Əbuzər İbrahimi Türkmənin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

ANS PRESS-in QMİ-nin saytına istinadən verdiyi məlumata görə, iranlı qonaqlar əvvəlcə Təzəpir məscid-kompleksini ziyarət ediblər. İranlı nazir Təzəpir məscidini öz mehriyəsi hesabına inşa etdirən Nabat xanım Aşurbəyovanın məscidin girişindəki məzarını da ziyarət edib. Məsciddə günorta namazını qılandan sonra iranlı qonaqlar Təzəpir məscid-kompleksinin kitabxanasında saxlanılan qədim Quran nüsxələri, nadir əlyazmalarla tanış olublar. İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri kitabxananın xatirə kitabına ürək sözlərini yazıb.

Sonra Şeyxülislam Ə.İ.Türkmənin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. O, Ə.İ.Türkmənin Mədəniyyət və İslami Əlaqələr Təşkilatına sədr seçilməsi münasibətilə təbrik edib, işlərində uğurlar arzulayıb. Əbuzər İbrahimi Türkmən də ilk xarici səfərini məhz Azərbaycana gerçəkləşdirdiyini vurğulayaraq səmimi qəbula görə minnətdarlığını bildirərək Azərbaycanla İran arasındakı əlaqələrin inkişafının hər iki ölkə üçün faydalı olduğunu söyləyib.

Tərəflər iki ölkə xalqının müştərək mədəniyyət, tarix, din, dil və adət-ənənələrə malik olduğunu bildirərək mədəniyyət sahəsində əlaqələrin daha da artırılmasının vacibliyini vurğulayıblar.

Görüşün sonunda tərəflər bir-birinə xatirə hədiyyəsi təqdim ediblər. Sonda qonağın şərəfinə ziyafət verilib.

Görüşdə QMİ sədrinin birinci müavini, Müfti Hacı Salman Musayev, sədr müavinləri Hacı Sabir Həsənli və Hacı Fuad Nurullah, QMİ-nin Elmi-Dini Şurasının sədri, akademik Vasim Məmmədəliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, habelə İranın Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin, İranın Ali dini rəhbərinin nümayəndəsi Seyid Əli Əkbər Ocaqnejad, İranın Bakıdakı Mədəniyyət Mərkəzinin sədri İbrahim İbrahimi və başqaları iştirak ediblər.

…read more

From:: ANS

      

İslam dünyası ayağa qalxacaq (FOTO)

İranda çəkilən bir film bütün İslam dünyasını ayağa qaldırır.

ANS PRESS-in məlumatına görə, iranlı rejissor Məcid Məcidinin filmində Məhəmməd Peyğəmbərin (s.ə.s) səs və görüntüsü yer alacaq.

Filmin fevral ayında İranın paytaxtı Tehranda keçiriləcək Şəfəq film festivalında nümayiş etdiriləcək.

“Məhəmməd” adlı film peyğəmbərin həyatından bəhs edir. Livan müftisi Əl Cuzu filmə sərt etirazını bildirib və bunun İslama təhqir olduğunu deyib.

Film İslam dünyasında fil hadisəsi (fillərin Kəbəni yıxmağa çalışdığı hadisə nəzərdə tutulur-red) ilə başlayır. Ekran əsərində Məhəmməd Peyğəmbərin (s.ə.s) anası Əminə, süd anası Həlimə, babası Əbdülmuttəlibə geniş yer verilir.

Hz. Məhəmmədin görüntülü və səsli bir şəkildə təsvir ediləcəyi film bu sahədə bir ilkə sahib olacağı özəlliyinə sahibdir.

Müftü Cuzu peyğəmbərin səs və görüntüsünün verilməsinin günah olduğunu deyib. “Çünki heç kim Məhəmməd peyğəmbəri canlandıra bilməz və onun rolunu oynaya bilməz”.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Misir, İordaniya kimi müsəlman ölkəsində peyğəmbərlərin filmlərdə canlandırılmasının günah olması barədə fətvalar var.

Filmdən bəzi kadrlar yayılıb.

…read more

From:: ANS

      

Yeni şəxsiyyət vəsiqələri (VİDEO)

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Dövlət başçısının yeni şəxsiyyət vəsiqələrinin hazırlanması üçün verdiyi sərəncamın icrasına başlayıb.

ANS TV-nin məlumatına görə, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib ki, yeni şəxsiyyət vəsiqələri üçün tələb olunan imza sertifikatları vətəndaşlara pulsuz paylanacaq. O bunun üçün yeni İmza Sertifikatlar Mərkəzi yaradılacağını deyir.

Burada avtomatik olaraq şəxsiyyət vəsiqələri yerləşdiriləcək.

…read more

From:: ANS

      

ABŞ-da 18 trilyon borc

ABŞ-ın dovlət borcu 18 trilyon dollara çatıb.

ANS PRESS-in məlumatına görə, büdcə xərclərinin artımı Barak Obama administrasiyasının ünvanına yeni tənqid dalğasının hədəfinə çevrilməsinə səbəb olub.

Qeyd edə ki, Barak Obama 2009-cü ildə ABŞ-a rəhbərlik etməyə başlayan zaman dövlət borcu 10,6 trilyon dollar olub. 5 il ərzində borcun məbləği 70% artıb.

“Bu Amerika üçün həyəcan sayılmalıdır”, – deyə Respublikaçılar partiyasının Milli komitəsinin sədri Rayns Pribus bildirib.

Pribus 2008-ci ildə Obamanın dövlət borcunun dörd trilyon dollar artdığına görə Corc Buşu tənqid etməsini xatırladıb.

Prezidentliyə namizəd olarkən Obama bildirmişdi ki, bu qədər böyük dövlət borcuna gələcək nəsilləri məhkum etmək məsuliyyətsizlikdir. Pribusanın sözlərinə görə, Obama 7,3 trilyon dollarda dövlət borcu artırmaqla “məsuliyyətsizliyin yeni səviyyəsinə” nail olub.

“Tea Party Patriots” siyasi təşkilatının nümayəndəsi Kevin Broutonun hesablamalarına görə, ölkə əhalisi arasında ABŞ-ın dövlət borcunun məbləğini bölüşdürmək lazım olsa hər bir kişi, hər bir qadın və hər bir uşaq 56 250 dollar ödəməli olacaq.

Brouton və Pribus daha ağıllı büdcə siyasətinə və dövlət ehtiyaclarına xərclərin azalmasına çağırıb. “Bizim uşaqlarımız və nəvələr ən yaxşıya layiqdirlər”, -deyə Pribus qeyd edib. …read more

From:: ANS

      

Bu ölkə ilə viza sadələşdirilir

Xarici işlər nazirinin müavini Xələf Xələfovla Norveç Krallığının Azərbaycandakı səfiri Bord İvar Svendsen arasında keçirilən görüşdə iki ölkə arasında münasibətlərin mövcud durumu və gələcək inkişaf perspektivləri müzakirə edilib.

XİN-nin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, görüşdə “Azərbaycan Respublikası Hökuməti ilə Norveç Krallığı Hökuməti arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında Saziş” və “Azərbaycan Respublikası Hökuməti ilə Norveç Krallığı Hökuməti arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş” imzalanıb.

İmzalanmış sənədlər Azərbaycan Respublikası və Norveç Krallığı vətəndaşları üçün vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsini, hər iki ölkənin diplomatik pasporta malik vətəndaşları üçün vizasız rejimi, tələb olunan sənədlərin sayının, müraciətlərə baxılma müddətinin və viza rüsumunun azaldılmasını və Azərbaycan və ya Norveç ərazisinə daxil olmaq, qalmaq və ya yaşamaqla bağlı şərtlərə əməl etməyən və ya bu şərtləri artıq yerinə yetirməyən şəxslərin müəyyən edilməsini, onların təhlükəsiz və nizamlı şəkildə qayıtmalarının tez və səmərəli həyata keçirilməsini nəzərdə tutur.

Sazişlərin imzalanması Azərbaycan və Norveç arasında iqtisadi, humanitar, mədəni, elmi və digər sahələrdə əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək. …read more

From:: ANS