All posts by Admin

"Qarabağ"ı qəhrəman kimi qarşıladılar (VİDEO)

“Qaəbələ” klubunun azarkeşləri Fransadan sərfəli nəticə ilə dönən “Qarabağ” klubunu hava limanında böyük coşğu ilə qarşılayıblar.

ANS PRESS-in məlumatına görə, UEFA Avropa Liqasında qrup mərhələsini adlamaq şansını saxlayan “Qarabağ”ı Qəbələ Hava Limanında qarşılayan azerkeşlər təmsilçimizi təbrik edib və onlara uğurlar arzulayıblar.

Hətta bəzi fanatlar “Sent-Etyen”lə oyunda qol vuran Vüqar Nadirovu çiyinlərinə qaldıraraq atıb-tutublar.

Həmin videonu sizə təqdim edirik:

…read more

From:: ANS

      

VMF-dən sürpriz (FOTO)

Dünyanın ən məşhur saat brendlərinin Azərbaycandakı təmsilçisi olan ANS Şirkətlər Qrupuna daxil olan məşhur saat istehsalçısı VMF 16 illiyini qeyd edir. Bu münasibətlə VMF müştəriləri üçün sürpriz edib. Belə ki, noyabrın 28-də Bakının Neftçilər prospektində şirkətin yeni salon açılıb.

VMF ölkəmizdə ilk dəfə dünyaca məşhur saat brendlərinin təmsilçiliyini həyata keçirən və beləcə də ölkəmizdə saat bazarının əsasını qoyub. Bir necə müxtəlif şirkəti özündə birləşdirən ANS Şirkətlər Qrupunun bir hissəsi olaraq VMF öz fəaliyyətində ANS-in layiq qürurunun təməl sütununu təşkil edən prinsipləri – onun əsas atributlarına çevrilmiş – öz müştərilərinə qarşı qərəzsiz düzgünlük, partnyorlar önündə yüksək məsuliyyət və eyni zamanda biznesin inkişafında mötədil ideyaları qəbul etməyə hazırlıq və qabaqcıllığa can atmanı rəhbər tutur.

Əməkdaşlığını, yaranma tarixi artıq 180 ilə çatan məşhur İsveçrə brendi olan Longines –lə başlayan VMF hal-hazırda Azərbaycanda 21 brendin rəsmi təmsilçisidir.
VMF-in müştəri auditoriyası müxtəlif sosial yaş qruplarını əhatə etdiyinə görə salonlara baş çəkən hər bir müştəri öz üslubuna, imicinə fəaliyyətinə, maddi imkanına və yaşına uyğun məhsul almaq imkanı əldə edir.

16 il insan ömründə xüsusi bir tarixdir. O, özünün müəyyən kamillik astanasına yetişmək və zirvələri fəth etməyə hazırlıq,həyatda öz yerini tapmaq, qarşıya yeni -yeni məqsədlərin qoyulması və ən yüksək nəticələri əldə etmək üçün mübarizəyə amədəliyi ehtiva edir.
Şirkətin 16 illik yubileyi bütün bu cizgi və tendesiyaları, onu ərsəyə gətirmiş və orada işləyən insanların cəsarəti həvəs və arzularını əks etdirərək daşıyır.

Breguet-nin əfsanəviliyi, Maurice Lacroix və Raymond Weil-in zərifliyi, Longines-nin əbədi klassikası, Omega-nın yüksək dəqiqiliyi və mükəməlliyi, Rado-nun mötədilliyi, Tissot-un etibar və sabitliyi, Versace Ferragamo və CK-nin dəbdəbəliyi, Hamilton-un hüdudsuzluğu, Swatch-un özünəməxsusluq və parlaqlığı, Seiko-nun yenilikçiliyi, Pulsar və Casionun azadpərəstlik və idman ruhu, Flik-Flak-ın şadlığı və qayğısızlığı- burada hər bir saatın özünəməxsus status və xarakteri var.

Bundan savayı VMF aksesuarlarının – Caran d’Ache-dən bahalı qələmlər, Zippodan alışqanlar, Victorinox-dan səyahətçilərin əvəzolunmaz yoldaşı olan çox funksiyalı bıçaqlar və eyni …read more

From:: ANS

      

Ermənistanda zəhərlənmə

Ermənistanda kütləvi zəhərlənmə hadisəsi baş verib.

ANS PRESS-in məlumatına görə, zəhərlənmə faktı Eqvard şəhərindəki uşaq bağçasında qeydə alınıb. Ermənistan Səhiyyə Nazirliyindən bildirilib ki, 13 uşaq Eqvard şəhərindəki xəstəxanaya yerləşdirilib. Daha iki nəfər isə İrəvandakı xəstəxanaya aparılıb.

Xəstəxanaya yerləşdirilmiş uşaqların vəziyyətinin orta ağır olduğu bildirilir.

İlkin məlumatlara görə, zəhərlənmə qida məhsullarından olub. Hazırda yeni zəhərlənmə faktlarının araşdırılması üzrə işlər aparılır. …read more

From:: ANS

      

Cəbhədə gərgin gecə

Cəbhə xəttində atəşkəs yenidən pozulub.

Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 40 dəfə pozulub.

Erməni silahlı bölmələri Ermənistan Respublikasının Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Kəngərli, Yusifcanlı, Novruzlu, Şıxlar, Şuraabad, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Qaraxanbəyli, Aşağı Əbdürrəhmanlı, Aşağı Veysəlli kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Qarşı tərəf cavab atəşi ilə susdurulub. …read more

From:: ANS

      

Dini liderlər dünyanı sülhə çağırdılar

Türkiyədə səfərdə olan Roma Papası Fransis rəsmilərlə yanaşı ölkənin ali dini rəhbəri Mehmət Görməz ilə görüşüb. Paytaxt Ankarada baş tutan görüşdə tərəflər dünyaya sülh ismarışı veriblər. Vatikan rəsmisi fundamental dini təlimlərdən irəli gələn zorakılıqlara son qoymaq məqsədilə xristianlar, müsəlmanlar və digər din mənsubları arasında dialoqların keçirilməsinə çağırış edib.

“Mən, xüsusilə, xristianların və yezidilərin etnik və dini mənsubiyyətinə görə qeyri-insani davranışlara, zorakılığa məruz qalmasından narahatam. Onlar öz həyatlarını xilas etmək naminə hər şeylərini tərk etdilər. Zorakılıqlara dini müstəvidə haqq qazandıranlar, şiddətlə təndiq olunmalıdırlar, çünki qadir tanrı asudə həyat və sülh tanrısıdır”

Mehmət Görməz öz növbəsində çıxışı zamanı İslam adı altında zorakılıq törədənləri tənqid edib.

Mehmət Görməz: “Bunu açıqca ifadə etmək istəyirəm ki, bir sülh çağışçısı olan İslam dinə tamamilə zidd olan bir yola qurşanaraq şiddət və vəhşilik törədənlər, özlərinə hər nə adlandırmalarına baxmayaraq, Allaha üsyan edirlər”

Görməz, eyni zamanda, dünya mediyasının anti-İslam xarakterli ssenariləri yaymasını tənqid edib. Görməz bunu irqçiliyin bir növü adlandırıb. …read more

From:: ANS

      

Məşhur yazıçı vəfat etdi

Məşhur ingilis yazıçısı dünyasını dəyişib.

Yaratdığı dedektiv adam “Delqliş” obrazı ilə tanınan 94 yaşlı PD Ceyms İngiltərənin Oksford şəhərində vəfat edib.

Ceyms 1920-ci il avqust ayının 3-ü Oksfordda dünyaya gəlib. Yazıçı 1979-ci ilə qədər Daxili İşlər Nazirliyində çalışıb. 1962-ci ildə, 42 yaşında olan yazıçı “Cover Her Face” kitabını yazır və tənqidçilər tərəfindən bəyənilir.

Yaratdığı dedektiv Adam “Delqliş” obrazı ilə dünyada şöhrət qazanan Ceymsin əsərlərinin bir qismi ekranlaşdırılıb.

Onun 1992-ci il tarixli “The Children of Men” romanı əsasında 2006-cı ildə rejissor Alfonso Kuaron tərəfindən film çəkilib. Filmdə baş rolları Kliv Oven və Culianna Mur oynayıb.

Ceymsin əsərləri bir çox dillərə çevrilib. …read more

From:: ANS

      

Tornado cənub-qərbi alt-üst etdi

İspaniyanın cənub-qərb regionu Əndəlüsdə tornado çoxsaylı fəsadlar törədib. Əsasən, Kosta del Sol turizm mərkəzi şiddətli qasırğadan əziyyət çəkib. “Euronevs” telekanalının verdiyi məlumata görə, sürəti saatda 100 kilometrə çatan küləklər evlərin damını uçurub, avtomobilləri aşırıb, ağacları kökündən çıxarıb. Təbii fəlakət nəticəsində insan itkisi yaşanmasa da, bölgəyə iri miqyasda ziyan dəyib.

Fransada baş verən daşqınlar və qasırğanın törətdiyi fəsadlar genişlənməkdədir. İndiyə qədər təbii fəlakət azı 4 nəfərin həyatına son qoyub, 2 nəfər isə, hələ ki, itkin hesab olunur.

Əsasən, Serinyan və La Lond-le-Mor cənub şəhərləri daşqınlardan əziyyət çəkib. Təbii fəlakət nəticəsində, onlarla evi su basıb, qasırğa evlərin damını uçurub. Yollarda torpaq sürüşmələri baş verib. Fransa hökuməti suların əsarətində qalan insanların təxliyəsi üçün bölgəyə xilasedici dəstələr cəlb edib.

Afrikanın qərb sahillərində yerləşən Keyp Verde arxipelaqında isə Foqo vulkanı fəallaşıb. Vulkanın püskürdüyü lavalar yaxınlıqda Portela qəsəbinə doğru irəliləməyə başlayıb. Vəziyyətlə əlaqədar rəsmilər mindən çox sakini təhlükəli bölgələrdən təxliyə ediblər.

Foqo vulkanı sonucu dəfə 1995-ci ildə püskürüb. Vulkanın ətrafında 37 minə yaxın insan məskunlaşıb. …read more

From:: ANS

      

İngilislər televizor üstündə dalaşdı

Xristianlıq dünyasında qeyd olunan şükran günü ilə əlaqədar insanlar alış-veriş etmək məqsədilə marketlərə üz tutublar. “Qara cümə” adlanan gün, eyni zamanda, Milad bayramına hazırlıq xarakteri daşıyır. Amerika Birləşmiş Ştatları və Böyük Britaniyada endirimli qiymətlərə mal satan mağaza və marketlərə kütləvi axın olub.

Britaniyanın Qərbi Yorkşir qraflığında məişət avadanlığı üstündə gərginlik yaranıb. Müştərilər televizor üstündə az qala bir-birilərini döyümək həddinə çatıblar.

Midlseks qraflığında isə, mağazaya girməyə çalışan alıcılar girişdə bir-birilərinin üzərinə çıxıblar. Hadisə zamanı bir neçə qadın ayaqlar altında qalıb. Lakin, xoşbəxtlikdən, ciddi xəsarət alan olmayıb. …read more

From:: ANS

      

Fransa Fələstini tanımağa hazırlaşır

Bir sıra Avropa ölkələri ilə yanaşı Fransa da Fələstinin müstəqil dövlət kimi tanınması məsələsini gündəmə gətirib. Ötən gün məsələyə dair qanun layihəsi ölkə parlamentində müzakirəyə çıxarılıb. Qanunvericilər dekabrın 2-də qanun layihəsini səsverməyə çıxaracaqlar. Ölkənin xarici işlər naziri Loran Fabiüs bildirib ki, Fransa hökuməti İsrail ilə Fələstin arasında sülh danışıqlarının bərpa olunmasına çalışır.

“Bu vacib addımın atılması üçün beynəlxalq konfrans təşkil etmək olar. Fransa bunu gerçəkləşdirməyə hazırdır. Fələstinin dövlət kimi tanınması Yaxın Şərq münaqişəsinin həlli istiqamətində vacib rol oynaya bilər”.

Fransa parlamentində aparılan müzakirələr fonunda Yaxın Şərqdə İsrail polisi ilə fələstinli gənclər arasında qarşıdurmalar yaşanıb. Qalandiya kəndində İsrail hökumətinə qarşı çıxan fəallar polisə daşlarla hücum edib. İsrailin təhlükəsizlik qüvvələri rezin güllələrlə akisyanı dağıtmağa çalışıb.

Bir müddət əvvəl İsrail hökumətinin müsəlmanların ilk qibləsi olan əl-Əqsa məscidinə girişi məhdudlaşdırması iki ölkə arasındakı gərginliyi pik həddinə çatdırmışdı. …read more

From:: ANS

      

Azərbaycanda zəlzələ olub

Bu gecə Lənkəran rayonunda zəlzələ baş verib.

ANS PRESS-in AMEA Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 04.39.24-də Lənkərandan 2 km qərbdə qeydə alınıb.

İlkin məlumata görə, yeraltı təkanlar episentrdə 3.0 bal gücündə hiss olunub.

Yerin 37 km dərinliyində meydana gəlmiş təbii fəlakət hiss olunmayıb. …read more

From:: ANS