All posts by Admin

Avropa Fələstini tanıdı

Avropa Parlamenti Fələstini dövlət kimi tanıyan qətnamə qəbul edib.

ANS PRESS-in məlumatına görə, bu barədə qurumun rəsmi saytında qeyd edilir.

Qətnamədə deputatlar Yaxın Şərqdə sülh danışıqlarının davam etməsini dəstəkləyiblər. Mətndə deyilir ki, Avropa parlamenti Fələstin dövlətçiliyini hər iki ölkə üçün həll olaraq qəbul edir.

Bundan əlavə sənəddə İsrailin yaşayış məntəqələrinin (İordan çayının qərb sahilində və şərqi Qüdsdə) tikintisi beynəlxalq qanunvericiliyə əsasən qeyri qanuni adlandırılıb.

Bununla əlaqədar olaraq deputatlar hər iki tərəfi istənilən təxribatyönlü fəaliyyətdən çəkinməyə çağırıblar. Fələstin dövləti qurulduqda Qüdsün də bölünməyəcəyini bilən Avropa parlamenti şəhərin hər iki ölkənin paytaxtı olmasını təklif edir.

Qeyd edək ki, qətnamə 5 siyasi qrup tərəfindən və 498 lehinə, 88 əleyhinə, 111 bitərəf olmaqla qəbul edilib. …read more

From:: ANS

      

İsrail: Hələ dərs çıxarmayıblar

İsrail baş naziri Binyamin Netanyahu Avropanı ikiüzlülükdə ittiham edib.

ANS PRESS-in məlumatına görə, Avropa Birliyinin Ədliyyə Məhkəməsinin HƏMAS-ı terror siyahısından çıxartmasına münasibət bildirən İsrail baş naziri bu qərardan çox narahat olduqlarını bildirib:

“Bu gün “Avropa ikiyüzlülüyününün” çox narahat edici bir nümunəsinə şahid olduq. İsrailin savaş cinayəti işlədiyi səbəbi ilə Cenevrədə iddia açılarkən, Lüksemburqda Avropa Məhkəməsi HƏMAS-ı terror təşkilatları siyahısından çıxardı. “Həmas” sayıla bilməyəcək qədər müharibə cinayəti və terror hərəkətləri təşkil edən “Həmas”ın eynisidir”.

ABŞ-ın İsrailə qarşı dostluğunun Avropanın tutumu ilə zidd düşdüyünü bildirən Netanyahu qeyd edib ki, 6 milyon yəhudinin qətlə yetirildiyi Avropada hələ dərs çıxarmamış çox sayda adam var. Ancaq biz İsraildə bəzi şeyləri öyrəndik. Terror və ikiüzlülüyə qarşı xalqımızı və dövlətimizi qorumağa davam edəcəyik”. …read more

From:: ANS

      

Həmas Avropanı qarışdırdı

Avropa Birliyi bu yaxınlarda yaradılışının 27-ci ildönümünü qeyd etmiş HƏMASI hələ də terrorçu təşkilat sayır.

ANS PRESS-in məlumatına görə, belə bir bəyanat Avropa Ədliyyə Məhkəməsinin fələstin islamçı təşkilatlarını Avropanın qara siyahısından çıxarmasına dair qərarından sonra Avropa Birliyinin xarici siyasət üzrə ali komissiarlığından gəlib.

Avropa Birliyi bu qərardan şikayət etmək niyyətindədir. Həmas rəsmisi Mussa Əbu Marzuka görə, Həmas bir müqavimət hərəkatıdır və beynəlxalq hüququ nöqteyi nəzərindən İsrail işğalına etiraz etmək üçün yaradılıb.

İsrail isə məsələyə fərqli aspektdən yanaşır. İsrail baş naziri Benyamin Netanyahuya görə, “Həmas qatillərdən ibarət terror təşkilatıdır və onun nizamnaməsində İsrailin məhv edilməsi bir hədəf kimi qeyd olunub”.

Rəsmi Tel-Əviv Həması ilk dəfə terorçular siyahısına daxil etmiş Avropa Birliyinin, onları yenidən qara siyahıya qaytaracağna ümid edir.

Qeyd edək ki, Avropa Birliyində Terorçu təşkilatların “qara siyahısı, 11 sentyabr teraktından sonra yaradılıb. İlk əvvəl həmin siyahıya HƏMASın yalnız hərbi qanadı daxil edilsə də, 2003-cü ildən sonra siyasi partiya da həmin cədvələ əlavə olunub. …read more

From:: ANS

      

Canlı efirdə gözlənilməz hadisə aparıcını çaşdırdı (VİDEO)

Türkiyənin “Kanal D” telekanalının efirində kuryoz hadisə yaşanıb.

ANS PRESS-in məlumatına görə, kanalın efirində gedən “Xəbərlər” proqramında yaşanan ilginc hadisə zamanı operator gözlənilmədən ekranda görünüb. Kameramanın hansısa səbəbdən əyilməsinin ekrana düşdüyününün fərqində olan aparıcı özünü gülməkdən saxlaya bilməyib. Veriliş canlı efirə verildiyinə görə, bütün televiziya tamaşaçıları həmin anları görə biliblər.

Həmin anları sizə təqdim edirik:

…read more

From:: ANS