All posts by Admin

Dəhşət: 100-dən çox ölü (VİDEO)

Pakistanda hərbi məktəbi ələ keçirən “Taliban” silahlıları qətliam törədiblər.

ANS PRESS-in məlumatına görə, yaraqlılar tərəfindən ələ keçirilməsi nəticəsində ümumilikdə 104 şagird və müəllim ölüb.

Bildirilir ki, ölənlərdən 84-ü uşaqdır. İnsident zamanı 100 nəfərdən çox insan yaralanıb.

Qeyd edək ki, bu gün Pakistanın Peşavar şəhəridə “Taliban” silahlılarının “Tahrik-i Taliban Pakistan” adlı qolu hərbi məktəbə hücum ediblər. İddialara görə, üzərində bomba olan 3 Taliban döyüşcüsü məktəbə daxil olaraq atəş açmağa başlayıb.

Onlar yüzlərlə tələbə və müəllimi girov götürüblər.

Hadisə yerinə çox sayda polis cəlb edilib. Məktəb mühasirəyə alınıb. Pakistan ordusu xilasetmə əməliyyatına başlayıb. Tələbələrin əksəriyyəti arxa qapıdan təhlükəsiz şəkildə çıxarılıb.

Basqın zamanı məktəbdə 500-dən çox tələbə və müəllim olub.

…read more

From:: ANS

      

Məşhur cütlüyün 8 yaşlı qızı oğlan oldu (FOTO)

Dünyanın ən gözəl qadının 8 yaşlı qızı oğlan olur. ANS PRESS-in məlumatına görə, dünya şöhrətli aktyor Bred Pitt ötən gün 3 uşağı ilə həyat yoldaşı Ancelina Colinin rejissorluğunu etdiyi “Unbroken” filminin təqdimatına qatılıb.

Aktrisa özü suçiçəyi olduğu üçün qala tədbirinə gələ bilməyib. Gecədə aktyorun yanında iki oğlu – Maddox (13), (Pax 11) və qızı Şilo (8) olub.

Amma bütün diqqət cütlüyün anasına bənzərliyi ilə seçilən Şilonun üzərində olub. BUna səbəb isə balacaqızın qardaşlarından seçilməməsi olub. Şilo anasının filminin təqdimatına kostyumda qatılıb.

Qeyd edək ki, Şilonun oğlan kimi geyinməyə marağı hələ lap kiçik yaşlarından yaranıb. Belə ki, A.Coli “Vanity Fair” jurnalına müsahibəsində qızının kişi olmaq istədiyini açıqlamışdı.
“Bu problem deyil. O, sizin qarşılaşa biləcəyiniz ən əyləncəli və şən insandır”.

…read more

From:: ANS

      

Xalaoğlular qan düşməni oldu

Sabirabadda bıçaqlanma hadisəsi baş verib.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, dekabrın 15-də Sabirabad rayonunun Bala Həşimxanlı kənd sakini Sadiq Kamranov münaqişə zəminində xalası oğlu İlyas Pəncizadəyə bıçaqla xəsarət yetirib.

Hadisə iki xalaoğlunun arasında şəxsi münaqişələr zəminində baş verən mübahisə zamanı baş verib.

Sabirabad rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Kamranov tutulub.

Faktla bağlı araşdırma aparılır. …read more

From:: ANS

      

Çoxdan gözlənilən an (FOTO)

Bakının Ziya Bünyadov prospektində təmiri işləri yekunlaşır.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin ANS PRESS-ə verdiyi məlumata görə, Böyük Şor yol qovşağına birləşən sahəsində və dönmə əməliyyatı üçün nəzərdə tutulan hissəsində asfalt-beton örtüyünün sonuncu qatının vurulması gecə saat 02:00 radələrində başa çatdırılıb.

“Hazırda yolun hərəkət hissəsinin üfiqi nişanlanması işi yerinə yetirilir. Bu işlər başa çatdırıldıqdan sonra yolun bağlı hissəsinin açılması gözlənilir”, – deyə Pünhan Mürsəliyev bildirib.

Qeyd edək ki, paytaxtın ən böyük prospektlərindən birində təmir işləri yekunlaşandan sonra yolda avtomobillərin hərəkəti təmin ediləcək. Bu paytaxtdakı tıxaclarınn qarşısı alınmasına kömək edəcək.

…read more

From:: ANS

      

Qadınların kişilərdən ağıllı olduğu sübut edildi

Qadınların kişilərdən daha ağıllı olduğu sübuta yetirildi. ANS PRESS-in məlumatına görə, alimlərin Milad araşdırması aparıblar. “Darvin mükafatı: cinslərin səfeh davranışlarda müxtəlifliyi” adlı araşdırma “British Medical Journal” dərgisində dərc edilib.

Alimlər Darvin mükafatının 20 illik dövrünü (1995-2014) əhatə edən laureatlarını araşdırıblar. Məlum olub ki, bu mükafat 90% kişilərə nəsib olub.

Darvin mükafatı hər il daha axmaq şəkildə ölənlərə və intihar edərək insanlığın genefonduna xeyir gətirənlərə verilir. Məqalədə yazılır: “Onlar bu yolla bəşəriyyəti daha bir axmaqdan xilas edirlər”.

Alimlər Darvin mükafatının 318 nominantının haqqında öyrəniblər. Laureantların 282 nəfəri ( 88,7%) kişi, yalnız 36-sı qadın olub.

Araşdırmanın müəlliflərinin sözlərinə görə, səfeh hərəkətlər dedikdə, atılmış addımın qarşılığında heç bir şey əldə olunmayan mənasız risklər nəzərdə tutulur.
Ekspertlər hətta “Səfeh Kişi nəzəriyyəsi”dən (SKN) yazırlar və qeyd edirlər ki, hələ də cinslərin səfeh hərəkərlərinin sistematik analizi aparılmayıb. …read more

From:: ANS

      

Qanun Milli Məclisdə mübahisəyə səbəb oldu

Milli Məclisin bu günkü iclasında Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə münasibət bildirib. ANS PRESS-in məlumatına görə, deputat qeyd edib ki, əgər müvafiq qurumlar hər hansı mətbuat orqanını cəzalandırıbsa, həmin mətbu orqanlanı məhkəmələr tərəfindən ikinci dəfə cəzalandırıla bilməz.

Onun sözlərinə görə, qəzetə bir yazıya görə iki dəfə məhkəmə iddiası qaldırmaq praktikası məqsədəuyğun deyil: “Bu vaxta qədər qəzetə qarşı iddia 3 dəfə qaldırıla bilərdi. Dəyişikliyə görə bu 2 dəfə olacaq və sonra qəzet bağlanacaq. Bunun nə mənası var?”.

İqbal Ağazadə bildirib ki, beynəlxalq təşkilatlarda sözügedən qanun layihəsində dəyişkiliyə görə Azərbaycan haqqında mənfi təsəvvürlər yaranır: “Onlarda belə təəssürat yaranır ki, Azərbaycanda KİV haqqında qanunvericilikdə mürtəce dəyişikliklər edilir. Buna niyə şərait yaratmalıyıq axı? Beynəlxalq aləmi üzərimizə qaldırmağa ehtiyac yoxdur. Bu qanun layihəsinin heç bir mənası yoxdur”.

Deputat Zahid Oruc isə deyib ki, qanun layihəsindəki dəyişiklik heç bir mürtəce xarakter daşımır. Milli Məclis üzvü bildirib ki, bəzi media qurumlarının xarici kəşfiyyata xidmət etmələri təcrübəsi müşahidə edilib. …read more

From:: ANS

      

Nazir təhlükədən danışdı

Bakı məktəblərində kişi və qadın müəllimlərinin sayı ilə bağlı təhlükəli tendensiya var.

ANS PRESS-in məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə deyib.

Onun sözlərinə görə, bu tendensiya bu gün yaranmayıb və məsələ nazirliyin diqqətindədir.

M.Cabbarov deyib ki, son illər ərzində müəllimlərin işə qəbulu yalnız bir meyara –peşəkar keyfiyyətlərə əsasən həyata keçirilir: “Yeni işə qəbul olunan müəllimlərin gender dinamikasında bu problem yoxdur. Amma ümumilikdə götürdükdə bu məsələdə natarazlıq var və bu, bizi narahat edir”. …read more

From:: ANS