All posts by Admin

Putin erməniləri qorxuya saldı

Rusiyanın düşdüyü ağır sosial-iqtisadi böhran Ermənistan üçün təhlükəli perspektiv vəd edir.

ANS PRESS-in məlumatına görə, bu sözlər erməni analitik Akop Badalyanın “Putinə ultimatum verildi” başlıqlı məqaləsindəndir.

Erməni analitikin fikrincə, Ermənistan Rusiya xarabalıqlarının altında qala bilər: “Ermənistanın təhlükədən uzaqlaşmağını isə yalnız arzu edə bilərik. SSRİ-nin tam dağılmasının ikinci və üçüncü mərhələsində Ermənistan bu xarabalıqlar altında qalacaq. Və Ermənistanın istəyib-istəməməsindən asılı olmayaraq dəyərlərini itirəcək və ölkə xaosa sürüklənəcək”.

Akop Balyanın sözlərinə görə, Rusiyada Krımın ilhaqı sevinci tezliklə sona çatdı: “Rusiya Krımı birləşdirmədi, əksinə tam olaraq “Krıma düşdü”. Rusiyanın maliyyə və iqtisadi bazarındakı son vəziyyət Putinin ətrafında yaradılmış suni mifi darmadağın etməkdədir”.

ABŞ Dövlət Departamenrinin Cen Psakinin rublun məzənnəsinin düşməsi barədə deyilənləri xatırladan erməni analitik Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyaların hələ tam tətbiq olumadığını bildirməklə yanaşı qeyd edib ki, hazırda Rusiya baş verənlər sanksiyalar fonunda yaşanan psixoloji effektdən qaynaqlanır.

Akop Badalyanın qənaətincə, Rusiyanın tezliklə sıradan çıxmasında Qərb maraqlı deyil. Qərb tədricən Rusiyanı çökdürüb, dünya bazarını buna uyğunlaşdırmaq istəyir: “Bu proses tədricən və uzunmüddətli olacaq. Yaşanan hadisələr isə Putinə verilmiş ultimatumdur. Ona Qəddafi və Səddam taleyini, ya da dərhal hakimiyyəti tərk etmək seçimi verilib. Qərb təklif etdiyi hər iki seçimdə ciddi olduğunu göstərməkdədir. Seçimi isə “İmperator” (Putin – red.) edəcək. Onun üçünsə “heç vaxt daha gec” seçimi işləmir. Ona daha bir xəbərdarlıq edilməyəcək və seçim şansı verilməyəcək”.

Sözügedən məqalədə deyilir ki, SSRİ-nin faktiki olaraq tam dağılması prosesini Putin başa çatdırmaq üzrədir:

“Rusiyada şəxsiyyət və dəyərlər hakim sistem üçün heç vaxt oyun qaydaları olmayıb. Putin əsas missiyasını yerinə yetirib – SSRİ-nin dağılmasının ikinci və son mərhələsi üçün zəmin hazırlayıb. Putinin bunu şuurlu etməsi də istisna deyil. Əks təqdirdə isə Putin Qərblə buna qədər danışıqlara və geri çəkilmə prosesinə başlamalı idi. Əgər doğrudan da nə etdiyinin fərqində deyilsə, Qərbə ümidsiz şəkildə müqavimət göstərməkdə davam edəcək. Bütün bunlar isə Rusiyadan hər cəhətdən asılı olan Ermənistan üçün təhlükəlidir”. …read more

From:: ANS

      

شهرداری اورمیه بدون باخت قهرمان نیم فصل لیگ برتر والیبال در گروه ب شد

اویان نیوز: هفته هفتم و پایانی دور رفت رقابتهای لیگ برتر والیبال باشگاه های ایران با برتری تیم شهرداری اورمیه به اتمام رسید.

به گزارش اویان نیوز به نقل از سایت رسمی باشگاه فرهنگی ورزشی شهرداری ارومیه، هفته هفتم و پایانی دور رفت رقابتهای لیگ برتر والیبال باشگاه های ایران با برگزاری شش دیدار در شهرهای تهران (دو دیدار) ،کرج، تبریز ، گنبد و اورمیه به پایان رسید که در گروه (ب) تیم والیبال شهرداری اورمیه در دیداری حساس میزبان تیم وزارت دفاع رده دومی بود.

این دیدار که سومین بازی خانگی تیم شهرداری اورمیه محسوب می شد از ساعت ۱۷ در سالن ۶۰۰۰ نفری غدیر اورمیه برگزار شد و در نهایت تیم والیبال شهرداری اورمیه توانست یا نتیجه ۳ بر صفر وبا امتیازهای۲۵ بر ۲۲ ، ۲۵ بر ۱۸ و ۲۵ بر ۲۲ تیم وزارت دفاع را از پیش رو بردارد و با کسب هر سه امتیاز این بازی ۱۸ امتیازی شود و مقتدرانه قهرمان نیم فصل اول رقابت های لیگ برتر والیبال باشگاه های کشور شود.

The post شهرداری اورمیه بدون باخت قهرمان نیم فصل لیگ برتر والیبال در گروه ب شد appeared first on پایگاه خبری – تحلیلی اویان نیوز.

…read more

From:: Oyan News

      

Dünya ilə bağlı qorxulu açıqlama (VİDEO)

Okeanda su səviyyəsi proqnozlaşdırıldığından daha sürətli qalxır.

ANS PRESS-in məlumatına görə, bu fakt Qrenlandiya buzlaqları ilə bağlı aparılan iki ayrı tədqiqat nəticəsində ortaya çıxıb. Geniş buzlaqlarda baş verən dəyişiklikləri izləyən NASA-nın təqdim etdiyi göstəricilər əsasında, alimlər buzlaqların necə əriyib dənizə daxil olduğunun ən təfsilatlı görüntüsünü ərsəyə gətirib.

Bu eyni zamanda suyun buzlaqların dibinə necə yığıldığını daha yaxşı anlamağa imkan verir. Hazırkı Qrenlandiya buzlarının ərimə modelləri əsasında, təqdiqatçılar bütün Qrenlandiya buzlağının necə okean suyuna çevriləcəyini proqnozlaşdırıb.Yeni tədqiqatlarda alimlərin yanaşması çox sadədir Alimlərin hesablamalarına görə, Qrenlandiya buzlağı bütövlükdə ərisə, dünyada dəniz səviyyəsi 7 metrdən çox qalxacaq, dünyanın sahilyanı şəhər kəndləri su altında qalacaq.

Tədqiqatçılar daha yüksək dəqiqlikli modellər hazırlamaq üçün Qrenlandiyada olan bütün 242 buzlağı həmçinin, buzlaqların altına yığılan suları tədqiq etməyi planlaşdırır.

…read more

From:: ANS

      

اورمیه: دادگاه محمد تمدن و یاسر اکبری برگزار شد

اختصاصی اویان نیوز: دیروز دادگاه رسیدگی به اتهامات محمد تمدن و یاسر اکبری در شهر اورمیه برگزار شد.

بنا به اطلاع اویان نیوز، سه شنبه ۲۵آذر۹۳ در پی احضار شعبه ۱ دادگاه انقلاب اورمیه محمد تمدن و یاسر اکبری دو تن از فعالان ملی – مدنی آذربایجانی اهل اورمیه در این دادگاه حاضر گردیدند.

قاضی چابک رئیس شعبه ۱ دادگاه انقلاب اورمیه اتهامات ایشان را اخلال در نظم و امنیت ملی و تبلیغ علیه نظام عنوان نمود.

در مرحله بازپرسی خدایاری بازپرس شعبه ۹ بازپرسی اورمیه اتهام این فعالان را “هواداری از جریانات سیاسی پان ترک» عنوان کرده بود.

این فعالان آذربایجانی ضمن رد این اتهامات عکس گرفتن با پرچم آذربایجان را مصادیق جرم این اتهامات ندانسته و اعلام نمودند که برای تماشای بازی های بین المللی کاراته به سالن غدیر شهر اورمیه رفته بودند.

روز ۱۸اردیبهشت۹۳ ماموران امنیتی محمد تمدن و یاسر اکبری را پس از گرفتن عکس یادگاری با پرچم آذربایجان در سالن غدیر شهر اورمیه بازداشت کرده اند.

ایشان روز ۱۹اردیبهشت۹۳ پس از ۱ روز بازداشت با قرار وثیقه از بازداشتگاه ۹ پله آزاد شدند.

سابقه خبر در اویان نیوز:

اورمیه: محمد تمدن و یاسر اکبری به دادگاه احضار شدند

اورمیه: تماشاگران کاراته به دادگاه احضار شدند

اورمیه: محمد تمدن و یاسر اکبری آزاد شدند

اورمیه: بازداشت تماشاگران کاراته در سالن غدیر

The post اورمیه: دادگاه محمد تمدن و یاسر اکبری برگزار شد appeared first on پایگاه خبری – تحلیلی اویان نیوز.

…read more

From:: Oyan News

      

Yaralı əsgərimiz vətənə döndü (VİDEO, FOTO)

Bu ilin avqust ayında Ermənistan ordusunun cəbhədə aktivləşməsi zamanı 8 şəhid xəbərinin ardınca erməni silahlı birləşmələrinin yaraladığı əsgərlərmizdən biri, Türkiyədə müalicə alan 19 yaşlı əsgərimiz nəhayət vətənə qayıtdı.

19 yaşlı Sərxanı öz ayaqları üstündə vətənə qayıtdığını görmək məndə fərəh hissi yaratdı. Yenicə addımlayan körpəni xatırladan əsgərimizinin həyəcanı isə üzündən oxunurdu. Dayısının qolundan tutaraq bizə tərəf gələn Sərxan addımlarını inamla ataraq büdrəməməyə çalışırdı. O, öz sevincinin bizlərlə bölüşdü.

“Özümü çox yaxşı hiss edirəm. Çox sevinirəm ki, Azərbaycandayam. Prezidentimiz İlham Əliyevə və Müdafiə Naziri Zakir Həsənova təşəkkürümü bildirirəm. Ankarada fəaliyyət göstərən həkimlərə minnətdaram”.

Türkiyədə müalicəsi başa çatan Sərxan Tahirzadəni Heydər Əliyev Beynəlxalq Hava Limanında yaxınları ilə yanaşı, Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları və Azərbaycan Müdafiə Nazirliyinin nümayəndələri qarşılayıb.

Sərxan vətənə sağ-salamat qayıtmaq hissinin yaratdığı həyəcandan danışa bilmirdi. Sərxan Türkiyədə tamamilə müalicəsini başa vurub və Bakıda bir neçə yoxlamalardan sonra evinə buraxılacaq.

Yaralanan əsgərlərimizin müalicəsini Türk İşbirliyi və Koordinasiya Agentliyi (TİKA) öz üzərinə götürüb.

“Hərbi xidmətlərini davam etdirən əsgərlərə uğurlar arzulayıram. Azərbaycanın bütün problemlərinin həllində hər zaman Türkiyə olaraq, qardaş ölkə olaraq əlimizdən gələn hər şeyi etməyə davam edəcəyik” – deyə TİKA-nın kordinatoru Mustafa Haşim Polad bildirib.

Avqustun 9-da cəbhədə yaralanmış əsgərlərdən Ədalət Məmmədov, Elvin Əsgərov və Sərxan Tahirzadə Türkiyəyə göndərilib. Onlardan ikisi artıq vətənə qayıdıb.

…read more

From:: ANS

      

90 yaşlı cavan (VİDEO)

Onu hərə bir cür çağırır. Azərbaycan jurnalistikasının canlı klassiki, dövrümüzün Zərdabisi, mətbuatşünaslıq elminin babası, Məhəmməd Əmin ideyalarının aşiqi və s. Mən isə onu sadəcə Şirməmməd müəllim kimi çağıracam. Hamımızın müəllimi, ustadı Şirməmməd müəllim. Çünki, o həyatı boyu sadəliyi sevən, dəbdəbəni özündən kənar tutan şəxs olub. Və açığı Şirməmməd müəllim haqqında hətta söz deyəndə də elə bilirəm ki, axtarıb-axtarıb ən sadəsini deməliyəm. O, sözün əsl mənasında Azərbaycan mətbuatının vicdanıdır.

Tələbələrinə bunu nə qədər aşılıya bilib və yaxud hərə bundan özünə nə götürüb, bu başqa bir söhbətin mövzusudur. Bu günün mövzusu isə Şirməmməd müəlilmin 90 yaşıdır. Bu müdrik yaşı 29 yaşlı gənc kimi tələbələrinin arasında qeyd edən Şirməmməd müəllimə sualım da yaşıyla bağlı oldu. Maşallah buz baltası kimimsiz. Sizi belə cavan saxlayan nə oldu?

Onun cavabı isə belə oldu: “İnsana məhəbbət, namus, qeyrət, düzlük, ləyaqət”.

Əslində gözlədiyim cavab idi. Sadəcə bir zəruri əlavəni də mən etmək istəyirəm. Kişini cavan saxlayan deyirlər ki, həm də qadın olur. Ülkər xanımın bu məsələdə rolu nə qədər olub?

Şirməmməd müəllimin həyat yoldaşı Ülkər Hüseynova bildirdi ki, bunun heç bir resepti olmayıb: “Sadəcə o, məni elə yaşadı. Bir dəfə sizin kimi bir jurnalist mənə sual verdi ki, siz belə necə gümrah qalmısınız? Dedim ki, bu, onun xidmətidir. Çoxları üçün çox sərt, zabitəli görünür. Amma əksinə belə deyil. O, hamıdan yumşaq, hamıdan mehribandır”.

Bu mühitdə böyüyən övladlar da əlbəttə Şirməmməd müəllimə layiq övladlar olmalıdır.

Şirməmməd Hüseynovun qızı Lalə Hüseynova: “Heç nə də bizə güzəşt olunmayıb və bizim əsas amalımız – oxumaq, oxumaq yenə də oxumaq! olub məhşur kalam kimi”.

Şirməmməd müəllim tələbələrinə də elə övladlarına yanaşan kimi yanaşıb. Məsələn, mən bu gün eşidəndə ki, Cahangir Məmmədli də Şirməmməd müəllimin tələbəsi olub, xeyli təəccübləndim.

BDU-nun müəllimi Cahangir Məmmədli bildirib ki, onun həyatı, taleyi başdan ayağa Şirməmməd müəllimlə bağlıdır: “Məni universitetdə saxlayan, məni müəllim edən, yeri gələndə mənə əsəbləşib, niyə müdafiə etmirsən deyib mənim işlərimi tezləşdirən …read more

From:: ANS

      

ABŞ səfirliyində terror həyəcanı

ABŞ-ın Türkiyə səfirliyinin qarşısında bomba həyəcanı yaşanıb.

ANS PRESS-in məlumatına görə, Ankarada Atatürk Bulvarında yerləşən səfirliyin əsas giriş qapısının yanında partlayış səsi eşidilib. Daha sonra ərazidə şübhəli çanta aşkarlanıb. Dərhal hərəkətə keçən Ankara polisi ərazidə araşdırmalara başlayıb.

Çantanın olduğu əraziyə bomba mütəxəssisləri göndərilisə də, ərazidə partlayış etmək daha məqsəduyğun hesab edilib.

Hadisənin detalları ilə bağlı ətraflı məlumat açıqlanmayıb. Ankara polisi araşdırmaların hələ də davam etdiyini bildirib. …read more

From:: ANS