İstanbulda güclü partlayış, 10 ölü (YENİLƏNİB) (VİDEO)

Türkiyənin İstanbul şəhərindəki Sultan Əhməd Meydanında baş verən partlayış nəticəsində 10 nəfər ölüb, 15 nəfər xəsarət alıb.

ANS PRESS-in Türkiyə KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə İstanbul Valiliyinin yaydığı açıqlamada bildirilir.

***12:53***

Türkiyənin İstanbul şəhərində, Sultan Əhməd məscidi qarşısında güclü partlayış olub.

ANS PRESS-in məlumatına görə, bu barədə Türkiyə mətbuatı xəbər yayıb. Hadisənin kim tərəfindən törədildiyi bəlli olmasa da, deyilənlərə görə, üzərində bomba olan bir şəxs məscidin qarşısında toplaşmış çoxlu sayda insanın arasına girərək, özünü partladıb. İnsident nəticəsində neçə nəfərin öldüyü və yaralandığı bilinməsə də, amma sayın çox olacağı güman edilir.

Partlayış baş verən ərazi

Başqa bir məlumatlarda partlama nəticəsində içərisində polis əməkdaşları olan polis maşınının da aşdığı deyilir.

Hadisə yerindən ilk görüntülər

Sonuncu dəfə bu ərazidə partlayış 3 gün əvvəl olub. Bir nəfər üzərində bomba polis şöbəsinə yaxınlaşaraq, özünü partladıb. Nəticədə bir polsi ölüb, bir isə ağır bədən xəsarətləri alıb.

Hadisənin görüntüləri

Ötən il oktyabrın 10-da Türkiyənin paytaxtı Ankarada dəhşətli partayış baş verib. Hadisə nəticəsində 100-dən çox insan ölüb, 300-ə yaxın insan isə xəsarət alıb.
Partlayış bir qurup insanın Ankara şəhərində dəmir yolu stansiyası yaxınlığında mitinq üçün toplaşdığı vaxt baş verib.
Bu hadisədən sonra Türkiyədə 3 günlük matəm elan edilib.

Ankara terror hadisəsi anı

İyul ayının 20-də işə Şanlıurfada kamikadze özünü Suriyaya yardım aparmağa hazırlaşan gənclərin arasında partladıb. Bu hadisədə onlarla insanın ölümünə yol açmışdı. …read more

From:: ANS